Ceyran Bayramova - Wikipedia
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Ceyran Şirin qızı Bayramova (22 mart 1896, Zərqava, Quba qəzası – 22 dekabr 1987, Bakı) — Azərbaycanda qadın hərəkatının veteranı. Şərqdə ilk dəfə olaraq öz mənzilində qadınlar klubu yaratmışdır, iki dəfə Lenin ordeni, "Oktyabr inqilabı" ordeni ilə təltif edilmişdir.
Ceyran Bayramova | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 mart 1896 |
Doğum yeri | |
Vəfat tarixi | 22 dekabr 1987 (91 yaşında) |
Vəfat yeri | |
Partiya |
|
|
|
Təltifləri |
Bioqrafiya
redaktə22 mart 1896-cı ildə Quba rayonunun Zərqava kəndində qulluqçu ailəsində anadan olub[1]. İlk təhsilini Bakı 3-cü rus-tatar qız məktəbində alıb, sonra qızlar qimnaziyasında oxuyub.
Bakıda Əli Bayramlı adına klubun açılmasında böyük rolu olub. 1929-cu ildə Bakıda Azərbaycan qadınların birinci qurultayında iştirak edib. Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etmiş, Azərb. qadınlarının 1-ci qurultayının keçirilməsində böyük rol oynamışdır. 1930-cu illərdə repressiyaya məruz qalmış, Sibirə sürgün edilmişdir. 1956 ildə bəraət almış, Bakıya qayıtdıqdan sonra yenidən ictimai-siyasi həyata qatılmışdır.
Həyat yoldaşı Oruc Bayramov 1935-ci ildə XDİK tərəfindən əks-inqilabi təbliğat aparmaqda günahlandırılaraq həbs edilmiş, 1937-ci il 31 iyul tarixdə güllələnməyə məhkum olunmuşdur. SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarı əsas tutularaq Ceyran Bayramova "Vətən xaini"nin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 8 sentyabr 1937-ci il qərarı ilə cəzasını islah-əmək düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan mərhum edilmiş və Qazaxıstanın Akmolinski həbs düşərgəsinə göndərilmişdir. Həbs edilərkən ailə tərkibi aşağıdakılardan ibarət olmuşdur: oğlu — Bayramov Əli — 13 yaş, Bayramov Fərid — 11 yaş, Bayramov Aydın — 9 yaş, qızı — Bayramova Nazilə — 3 yaşında. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 14 dekabr 1955-ci il tarixli qərarına əsasən Bayramova Ceyran Şirin qızına bəraət verilmişdir.
Bakıya qayıtdıqdan sonra yenidən ictimai-siyasi həyata qatılmışdır. iki dəfə Lenin ordeni, "Oktyabr inqilabı" ordeni ilə təltif edilmişdir.
1987-ci ildə vəfat etmişdir.
Xatirəsi
redaktə2022-ci il dekabrın 17-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Stalin repressiyaları dövründə repressiyaya məruz qalmış siyasi məhbusların həyat yoldaşlarının başına gələn hadisələr haqqında "Kod adı: "V. X. A."" və ya Kod adı "Vətən xainlərinin arvadları" tamaşasının premyerası olub[2][3]. Tamaşada Ceyran Bayramovanın həbsi və sürgün edilməsi də təsvir edilir.[4].
İstinadlar
redaktə- ↑ "BAYRAMOVA Ceyran Şirin qızı". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-01.
- ↑ ""Kod adı: V.X.A" tamaşası növbəti dəfə səhnədə" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2023-02-27. 2023-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-06.
- ↑ "Kod adı – V.X.A – (Xalq düşmənlərinin arvadları...)" (az.). 525-ci qəzet. 2022-06-17. 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-06.
- ↑ ""Kod adı "V.X.A" – Gənc Tamaşaçılar Teatrında premyera" (az.). medeniyyet.az. 2022-12-18. 2022-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-27.