Portal Islam - Wikipedia
Al-İslam Portalı | Məhəmməd Portalı | İslam nədir? | Indices | VikiLayihə | Kateqoriyalar |
İslam — üç dünyəvi dindən biri. İslam (ərəb. الإسلام) (el- islām) təktanrılı dindir. Ad S-L-M (سلم) sözündən törənmişdir. Adın qəbul olunmuş iki mənası var:
Dünyada 1 milyarddan artıq müsəlman yaşayır. Bunlardan təxminən 150 milyonu ərəbdir. Dünyanın 120-dən artıq ölkəsində müsəlman icmaları mövcuddur. 40-a yaxın ölkədə müsəlmanlar ölkə əhalisinin yarısından çoxunu təşkil edir. Yaxın Şərqin (Türkiyə, Suriya, İordaniya, İraq, Ərəbistan yarımadası ölkələri, Misir, Sudan, Somali, Eritreya), Orta Şərqin (İraq, Əfqanıstan, Pakistan), Məqribin (Mərakeş, Əlcəzair, Mavritaniya, Tunis, Liviya), İndoneziyanın, Malayziyanın, Bruneyin əhalisinin əksəriyyəti müsəlmanlardır. Bundan başqa müsəlmanlar Çində, Hindistanda, Həbəşistanda, Albaniyada, keçmiş Yuqoslaviyada, Nigeriyada, Bolqarıstanda və başqa ölkələrdə yaşayırlar. İslamın əsas təməli tək, həqiqi ilahinin - Allahın tanınmasıdır. Allah bütün mövcudatın yaradıcısı sayılır. Müsəlmanlar hər gün namaz qılmalı, oruc tutmalı və yaşayışlarında ən azı bir dəfə həccə getməlidirlər. Bundan başqa müsəlman zəkat və xums(Şiə) verməli və sədəqə paylamalıdır.
Peyğəmbərin əmisi oğlu və kürəkəni, sünnilərə görə IV xəlifə, şiələrə görə Məhəmməd peyğəmbərin canişini və 1-ci imam. Atası Əbu Talib (əsl adı İmrandır), anasının adı Fatimə bint Əsəd ibn Haşimidir. Hz. Əliyə, qızı Fatiməni ona verən peyğəmbər tərəfindən Əbu-Turab ləqəbi verilmişdir. Neçə yaşında müsəlman olduğunu sübut etmək imkansızdır. Lakin Xədicə ilə eyni vaxtda ilk və ya ikinci müsəlman olan şəxsdir. Əli, özlərinə qəti olaraq cənnət vəd edilən on adamdan biridir. Peyğəmbər Mədinəyə hicrət etmək qərarın gəlib Məkkəni tərk etdiyi zaman Əli onun evində qaldı və onun yox olmasını gizlətməyə müvəffəq oldu. Peyğəmbərə verilmiş əmanətləri sahiblərinə qaytarmaq üçün Əlinin bir neçə gün Məkkədə qalması vacib idi. Əli Bədr, Ühüd, Xəndək və ümumiyyətlə bütün müharibələrdə Peyğəmbərin yanında olmuşdur, yalnız Təbuk döyüşü zamanı Peyğəmbərin vəkilliyi ilə Mədinədə qalmışdı. Fələkdə, Yəhudi-Səd qəbiləsinə qarşı döyüşü özü idarə etdi (hicri 6-miladi 628), Ühudda 6 yerdən yaralandı, Xeybərə hücum edilən gün sancağı daşıyan Əli idi. Hicri 10-cu ildə (miladi 631-632) Yəmənə edilən səfəri Əli idarə etdi və Həmdanilər İslam dinini qəbul etdilər.
"Kəbə" (ərəbcə: الكعبة المشرفة) "kub" deməkdir. Kəbə — böyük daşlardan təxminən kub formasında tikilmiş bir formaya malikdir. Kəbənin şimal-şərq divarı 12,63 m, şimal-qərb divarı 11,03 m, cənub-qərb divarı 13,10 m, cənub-şərq divarı 11,22 m və hündürlüyü 13,10 m-dir. Bu müqəddəs tikilinin sahəsi 128,4 m2-dir. Divarlarinda istifadə olunan daşlar Məkkə yaxınlığındakı təpələrdən gətirilmiş qranit daşlardır. Kəbə binasının küncləri düz Yer kürəsinin qütblərinə — şimal, cənub, şərq ve qərb istiqamətlərinə istiqamətlənmişdir. Bu künclərin hər birinin öz xüsusi adı vardır. Kəbənin şərq küncündə Həcərul-əsvəd adlanan qara daş yerləşir. Şimal küncü İraq, qərb küncü Şam, cənub küncü isə Yəmən küncü adlanır.
|