Nesireddin Tusi - Wikipedia
Nəsirəddin Tusi (tam adı: Xacə Nəsirəddin Əbu Cəfər Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi; 18 fevral 1201[1][2], Tus, Nizari İsmaili Dövləti[3][1] – 26 iyun 1274[1][2], Kazımiyyə, Bağdad, Elxanilər dövləti[1]) — fars[4] filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi, ilahiyyatçı və hüquqşünas, dövlət xadimi. Alimin yaradıcılığı ensiklopedik səciyyə daşıyır. Əsasən Marağada yaşamış və fəaliyyət göstərmişdir.
Nəsirəddin Tusi | |
---|---|
fars. نصيرالدین طوسی | |
| |
Doğum adı | مُحمد بن مُحمد بن الحسن الطُوسي |
Doğum tarixi | 18 fevral 1201[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 26 iyun 1274[1][2] (73 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Elm sahələri | astronomiya, kəlam, islam fəlsəfəsi, riyaziyyat, kimya, biologiya, fizika, tibb, etika, fəlsəfə, tarix, hüquq, teologiya, coğrafiya, musiqi, optika, mineralogiya, Okkultizm, elm |
İş yerləri | |
Tanınmış yetirmələri | Nəcməddin Qəzvini, Qütbəddin Şirazi, Cəmaləddin Həsən Hilli |
Vikianbarda əlaqəli mediafayllar |
Türkoloq Əhməd Zəki Vəlidi Toğana görə Nəsirəddin Tusi türk və monqol dili və yazısını, monqol və şərq türklərinin adət, mədəniyyət və ənənələrini öyrənmişdir. Türk dilində əsər yazmışdır.[5]
Nəsirəddin Tusinin Molla Nəsirəddin ilə eyni bir şəxs olduğu düşünülür.
Bir sıra Azərbaycan alimləri N. Tusinin azərbaycan türkü olduğunu iddia edir.[6]
Həyatı
redaktəMəhəmməd ibn Həsən ət-Tusi 1201-ci il 18 fevralda (11 camadiyul əvvəl 597-ci il) Tus şəhərində anadan olmuşdur. Bəzi mənbələrdə qeyd edilir ki, onun əsli Zəncanla Həmədan arasında yerləşən Savə şəhərindəndir, Tusda doğulduğu üçün "Tusi" nisbəsi ilə tanınmışdır.[7]
İlk təhsilini atasından almış, sonra Həmədan və Tus şəhərlərində dövrünün tanınmış alimlərinin – İbn Sina və Bəhmənyar əl-Azərbaycaninin davamçılarının yanında təhsil görmüşdür.
Aldığı hərtərəfli və dərin biliklər Məhəmmədi az bir vaxtda elmi mühitdə məşhurlaşdırır. Hələ gənc yaşlarından etibarən o, bir sıra hökmdarların diqqətini cəlb edir.
Otuz yaşında ikən Kuhistan ismaililərinin rəhbəri Nasirəddin Möhtəşəm onu sarayına qonaq çağırır və gənc alimdən əxlaq barədə kitab yazmasını xahiş edir.
1235-ci ildə Nəsirəddin Tusi sonralar ona dünya şöhrəti gətirən və bir çox dillərə tərcümə olunan məşhur "Əxlaq-i Nasiri" əsərini tamamlayır, lakin bir müddət sonra müəyyən narazılığa görə Tusi həbs olunaraq, ismaililərin əlçatmaz dağ zirvələrində yerləşən Ələmut qalasına aparılmışdır. O, burada sürgün həyatı keçirmişdir.
Nəsirəddin Tusi ismaililərin yanında keçirdiyi 12 ildən bir qədər artıq müddətdə dözülməz mənəvi sıxıntılarına baxmayaraq, qaladakı zəngin kitabxanadan istifadə edərək elmi yaradıcılıqla məşğul olmuşdur.
Alim 1242-ci ildə tamamladığı məşhur "Şərh əl-İşarat" (Əbu Əli ibn Sinanın "İşarələr və qeydlər" adlı fəlsəfi risaləsinə şərh) əsərinin sonunda yazırdı: "Mən bu kitabın əksər fəsillərini olmazın dərəcədə ağır bir şəraitdə yazdım. Ürək bundan artıq sıxıntı çəkə bilməzdi".
1253-cü ildə Çingiz xanın nəvəsi Hülaku xanın Yaxın Şərqə yürüşü başlamışdır. Onun qoşunları 1256-cı ildə fətholunmaz sayılan Ələmut qalasını tutmuş, İsmaililər dövlətinin hakimiyyətinə son qoymuş, Tusini və digər alim məhbusları azad etmişdi. Nəsirəddin Tusi , Hülaku xanın şəxsi məsləhətçisi təyin olunmuşdu.
Hülaku xan dövlətinin mərkəzini 1260-cı ildə Azərbaycana salır. Elxanilər adlanan bu yeni dövlətin başçıları "elxan"lar (el xanları) idi. Hülaku xan öz dövlətinin paytaxtı kimi əvvəlcə Azərbaycanın qədim mədəni mərkəzlərindən olan Marağanı, sonra isə Təbrizi seçir. Elə həmin vaxt Tusi, Marağa rəsədxanasının tikintisinə başlayır.
Tusi 25 iyun 1274-cü ildə (18 zilhiccə 672-ci il) Bağdadda vəfat etmiş və öz vəsiyyəti ilə Bağdad yaxınlığındakı Kazımeyn şəhərində, Kazımiyyə məscidində şiələrin 7-ci imamı İmam Museyi-Kazımla onun nəvəsi, on iki imam şiələrinin 9-cu imamı İmam Məhəmməd Təqinin məzarlarının ayaq tərəfində dəfn olunmuşdur. Nəsirəddin Tusi hicri tarixi ilə 47 il hakimiyyətdə olmuş xəlifə Nasir li-Dinillah üçün hazırlanmış, lakin müəyyən səbəblərə görə boş saxlanmış sərdabədə dəfn olunmuşdur (qəribədir ki, sərdabə 17 fevral 1201-ci ildə (11 cumadəl ulə 597-də) ildə tamamlanıb. Həmin gün isə Nəsirəddin Tusi anadan olub, hicri tarixi ilə 75 il 7 ay 7 gün yaşayıb).[7]
Nəsirəddin Tusi türk və monqol dili və yazısına, monqol və şərq türklərinin adət, mədəniyyət və ənənələrinə tamamilə vaqif olmuş, onun oğlu da tamamilə türkləşmişdir.[5]
Elmi yaradıcılığı
redaktəNəsirəddin Tusi elmin müxtəlif sahələri ilə dərindən maraqlanmışdı. Onun qələmindən çıxan yüzdən artıq ciddi əsər elmin astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və digər sahələrinə həsr olunmuşdu. Bununla belə Nəsrəddin in yaradıcılığından astronomiya və riyaziyyat üzrə tədqiqatlar xüsusi yer tutur.
Tusi bu sahələrdə aparılmış iyirmidən artıq uğurlu araşdırmanın müəllifidir. Riyaziyyata həsr etdiyi əsərlər yalnız ərəbcə, astronomiya üzrə tədqiqatları isə həm fars, həm də ərəb dillərində yazılmışdır.
Riyaziyyatçı alimin ən məşhur əsərləri arasında "Şəklül-qita" ("Bütöv çoxtərəfli haqda risalə), "Came'ül-hesab" ("Lövhə və tozun köməyi ilə hesab toplusu"), "Dairənin ölçüsü", "Təhrir Öqlidis" ("Evklid "Başlanğıc"ının təsviri") kimi kitablar xüsusi yer tutur. Dörd hissədən ibarət "Zici-İlxani" ("İlxanilərin astronomik cədvəlləri") əsəri isə alimin adını dünya astronomiya tarixinə salmışdır.
Çağdaş tədqiqatçıların bir çoxu Nəsirəddin Tusini hər şeydən öncə, riyaziyyatçı hesab edir. Onun əsərləri yalnız Şərqdə deyil, həmçinin Avropada həndəsə və triqonometriyanın inkişafında mühüm rol oynamışdır.
1594-cü ildə Romada ərəb, sonra isə latın dilinə tərcümədə çap olunan "Evklid "Başlanğıc"ının təsviri" əsəri Tusi ideyalarının Avropada yayılmasında böyük iş görmüşdür. Alimin beş kitabdan ibarət yazdığı "Bütöv dördtərəfli haqqında risalə" də Avropada triqonometriyanın inkişafında əhəmiyyətli rol oynamış əsər kimi məşhurdur. Dünya elmi tarixində ilk dəfə bu əsərdə triqonometriyaya müstəqil elm sahəsi kimi yanaşılır. Bu risalə ingilis, rus və fransız dillərinə çevrilmişdir. Nəsirəddinin cəbr sahəsində araşdırmaları içərisində bütün dərəcələrdən kökalma metodu və Binom düsturu daha çox tanınır. Bundan başqa alimin tarixə, minerologiyaya, fizikaya, tibbə, iqtisada, coğrafiyaya, musiqiyə və təbii ki, astronomiyaya dair çoxsaylı əsərləri də diqqətə layiqdir. Bunların arasında "Bağdadın tarixi", "İşığın əks olunması və sınması haqda risalə", "Evklid optikası", "Göy qurşağının öyrənilməsinə dair risalə", "Qiymətli daşlar haqqında kitab", "Tibb qanunları", "Dövlət maliyyəsi haqqında risalə", "Xoşbəxt günlərin seçilməsi" (astrologiya) və başqa əsərlərin adı çəkilə bilər.
Ensiklopedik alim Nəsirəddin Tusinin bir çox əsərləri dünyanın müxtəlif kitabxanalarında mövcuddur. Bunlara Bakı, Paris, Berlin, Vyana, Oksford, Kembric, Leypsiq, Münhen, Florensiya, Qahirə, İstanbul, Moskva, Sankt-Peterburq, Qazan şəhərlərinin muzey və kitabxanalarında rast gəlmək mümkündür.
Tusi Şərq dünyasında etikaya dair "Əxlaqi-Nasiri" adlı məşhur əsəri ilə Marağa rəsədxanasının banisi kimi xüsusi rəğbət qazanmışdır.
Professor Həbibulla Məmmədbəyli Nəsirəddin Tusinin astronomiya və riyaziyyat elmləri sahəsindəki xidmətlərini geniş şəkildə tədqiq etmişdir.
Görünür, o, rəsədxana qurmaq haqqında çoxdan fikirləşirmiş. Bağdad alınan kimi, Nəsirəddinin Hülaku xandan icazə istəyib, işə başlaması da bunu sübut edir. Bir ildən də az bir müddətdə o, rəsədxananın tikiləcəyi yeri müəyyənləşdirir, eyni zamanda astronomik cihazlar hazırlayır, müxtəlif şəhərlərdən burada yaradılacaq kitabxana üçün qiymətli kitablar gətirdir və rəsədxanada araşdırmalar aparmaqdan ötrü dünyanın bir çox ölkəsindən alimlər dəvət edir.
Tusi özü "Zici-Elxani" adlı əsərində bu barədə belə yazır: "Hülaku xan ətraf vilayətlərdən astronomik müşahidələr apara bilən alimləri çağırmağı tələb etdi: Dəməşqdən Müvəidəddin Ordini, Mosuldan Fəxrəddin Marağayini, Tiflisdən Fəxrəddin İxlatini, Qəzvindən Nəcməddin Dəbiranini." Digər qaynaqlardan isə dövrün ən tanınmış alimlərindən Qütbəddin Şirazi, Şəmsəddin Şirvani, Cəmaləddin əz-Zeydi Buxari, Fao Mun-Çi və digərlərinin də Marağa rəsədxanasında çalışdıqları məlum olur. Burada bir məsələyə də toxunmaq maraqlı olardı. Görkəmli siyasi xadim və tarixçi Rəşidəddinin öz salnamələrində yazdığına görə həmin dövrdə Camaəddin Buxariyə də Pekində rəsədxana qurmaq tapşırılmışdı, lakin o, bu tapşırığın öhdəsindən gələ bilmirdi. Nəhayət, Çin alimi Fao Mun-Çi ilə birlikdə Marağaya gəlib, Nəsirəddinlə məsləhətləşmələr apardıqdan və rəsədxana tikilişi üçün zəruri olan alətlərin çertyojlarını əldə etdikdən sonra Pekində də işlər başa çatdırılır. Rəsədxana yaradılması üçün külli məbləğdə pul qoyuluşu tələb edilirdi və Hülaku xan bu işi məqsədəuyğun saymırdı.
Tanınmış tarixçi Hacı Xəlifə özünün "Dünya haqqında kitab"ında bununla əlaqədar baş verən hadisələri belə təsvir edir: "Xacə Nəsir Marağadakı astronomiya rəsədxanasının tikintisinə başlamaq üçün lazım gələn məsarifi Hülakuya deyəndə, o, məbləğin böyüklüyünə şübhə ilə soruşdu: "Yəni, ulduzlar haqqında elm belə faydalıdır ki, rəsədxanaya bu qədər pul xərcləyək?" Nəsir cavabında söylədi: "İzn verin, bir nəfər həmin dağa qalxıb, ordan boş bir tası yerə atsın, ancaq bunu elə eləsin ki, heç kəs bilməsin." Belə də edirlər. Tas qayalara dəyə-dəyə qorxulu səslər çıxarır. Hülaku xanın ordusu vahiməyə düşür. Nəsirəddinsə bu zaman xanla birlikdə sakitcə oturub, qoşundakı vahiməni seyr edirdilər. Nəsirəddin xana deyir: "hökmdar, biz qayalardan gələn səsin səbəbini bildiyimizdən sakitcə əyləşmişik. Qoşun isə bunu bilmədiyi üçün həyəcan içindədir. Əgər biz səmada baş verən hadisələrin mahiyyətini irəlicədən bilsək, yer üzündə həmişə belə rahatlıq hökm sürər." Nəsirəddinin sözləri Hülaku xanı elə inandırır ki, o, rəsədxananın tikintisinə razılıq verir və bu məqsədlə 20 min dinar pul buraxır. Sonralar böyük alim rəsədxanada çalışan yüzdən artıq alimə həmişəlik donluq kəsilməsinə də nail olur. Bu məvacib Nəsirəddinin təşəbbüsü ilə vergilərdən yığılan vəsait hesabına ödənilirdi.
Rəsədxananın tikintisi 1259-cu ildə Marağa şəhərinin qərbindəki təpənin döşündə başlanır. Nəsirəddin rəsədxana binalarının layihələşdirilməsində və astronomik cihazların qurulmasında şəxsən iştirak edir. Görkəmli astronom və konstruktor Müəyyidəddin Ordi ilə birlikdə onlar rəsədxanada beş yeni, bir o qədər də köhnə konstruksiyalı astronomik cihaz quraşdırırlar. Yeni konstruksiyaları alimlərin özləri işləyib – hazırlayır. Bundan başqa Marağa rəsədxanasında bir sıra astronomik məsələlərin həlli üçün zəruri sayılan, həmçinin tədris məqsədilə istifadə olunan yer və göy qlobusları da hazırlanırdı. Ordinin oğlu Məhəmməd tərəfindən hazırlanmış göy qlobuslarından biri bizim günlərə qədər çatmış və hal-hazırda Almaniyanın Drezden şəhərində saxlanır.
Rəsədxananın nəzdində 400 min kitab saxlanan kitabxana və bu elmi mərkəzi kadrlarla təchiz etməkdən ötrü məktəb fəaliyyət göstərirdi. Maraqlı burasında idi ki, rəsəxanada Müsəlmanlarla birgə xristianlar, buddistlər, nestorianlar və iudaistlər də çalışırdı. Bunlar türklər, farslar, ərəblər, monqollar, çinlilər, gürcülər, tatarlar, yəhudilər və digər millətlərin nümayəndələri idilər. Tusinin tikdirdiyi rəsədxana öz həcminə görə Şərqin bütün məşhur rəsədxanalarını geridə qoyur. Marağa rəsədxanasında çalışan əməkdaşların elmi fəaliyyəti və astronomik müşahidələri "İlxanilərin astronomik cədvəlləri" adlandırılan kollektiv əsərin yaranmasına gətirib çıxarmışdı. Bu cədvəllərin sonuncusu 1284-cü ildə, artıq Nəsirəddinin vəfatından sonra tərtib edilmişdi.
Cədvəllər dörd kitabdan ibarətdir. Birinci kitabda yunan, fars, yəhudi, ərəb və türk təqvimləri təsvir olunur və bir təqvimdən digərinə keçməyin qaydaları göstərilirdi. İkinci kitab ulduzların hərəkətinə və onların ekliptik koordinatlarının yerləşməsinə həsr olunub. Elə buradaca sinus və tangenslərin cədvəlləri, habelə 256 məntəqənin yerləşdiyi uzunluq və en dairəsi göstərilir. Nəsirəddin uzunluq dairəsinin ölçüsünü Qrinviç meridianından 34–35 dərəcə qərbdən götürərək, Cənubi Amerikanın şərq hissəsindən keçirir. Professor Həbibulla Məmmədbəyli buna əsaslanaraq, belə bir ehtimal irəli sürmüşdür ki, o dövrün astronom və coğrafiya mütəxəssisləri hələ Kolumbdan çox-çox qabaq qərb yarımkürəsində sonralar Amerika adlandırılmış materikin varlığından xəbərdar imişlər. "Cədvəllər"in üçüncü və dördüncü kitabları astrologiya məsələlərinə həsr olunub.
AMEA-nın müxbir üzvü Zakir Məmmədov Nəsirəddin Tusinin irsini araşdırarkən mənbələr əsasında belə bir faktı qeyd edir ki, 1266-cı ildə Marağa rəsədxanasında N. Tusi ilə bir yerdə çalışan azərbaycanlı mühəndis Kəriməddin Əbubəkr Mahmud oğlu Səlmasinin düzəltdiyi cihazlar arasında içiboş yer kürəsi modeli də varmış. Üzərində iqlimlərin təsviri verilmiş bu fiqur coğrafi qlobus idi. Bununla da Zakir Məmmədov elm aləmində ilk coğrafi qlobusun alman alimi Martin Böhaymın (1459–1507) hazırlaması haqqında fikri elmi fakt əsasında təkzib etmişdir.[8]
Marağa rəsədxanası tətbiqi astronomiyanın inkişafında müstəsna rol oynayıb.
Davamçıları
redaktəNəsirəddin Tusinin üç oğlu olmuşdur: Sədrəddin Əli, Əsiləddin Həsən və Fəxrəddin Əhməd. Onlar filosofun yaradıcılıq yolunu davam etdirmişlər.
Nəsirəddin Tusinin ölümündən sonra Sədrəddin Əli Marağa rəsədxanasına rəhbərlik etmişdir. Mənbələrdə deyildiyi kimi, o, farsca şeirdə və astronomiyada fəzilətli idi.[9]
Əsiləddin Həsən riyaziyyatçı və şair kimi tanınırdı. Professor Həbibulla Məmmədbəyli qeyd edir ki, Parisdə milli kitabxanada saxlanılan "Zic-i Elxani"nin bir nüsxəsi Əsiləddin Həsənin əlyazmasıdır.[10]
Əsiləddin Həsən həm elmi fəaliyyət göstərmiş, həm də dövlət işlərində çalışmışdır. Vali işləmiş Əsiləddin Həsən Qazan xan ilə Şama getmiş, sonra Bağdadda mənsəb tutmuşdur. Nəsirəddin Tusinin kiçik oğlu Fəxrəddin Əbülqasim Əhməd riyaziyyatçı, astronom olmuş, vəqflərin müdiri işləmişdir. Fəxrəddin Əhməd Abaqa xanın oğlu Arqun xan zamanında xidmət etmiş, 27 avqust 1301-ci (21 zülhiccə 700) ildə Sivasda öldürülmüşdür. Cənazə Marağaya gətirilib, qardaşının yanında dəfn olunmuşdur.[11]
Mənbələrdə qeyd edilir ki, Əhvədi Marağayi "Dəhnamə" məsnəvisini Nəsirəddin Tusinin nəvəsi Xacə Ziyaəddin Yusif ibn Əsiləddin Həsənin adına 1306-cı (706) ildə nəzmə çəkmişdir, lakin onun hansı ixtisas sahibi olması, nə kimi mövqe tutması məlum deyildir.[11]
Nəsirəddin Tusi Marağa rəsədxanasının nəzdində təsis etdiyi məktəbdə özünün davamçılarını hazırlamışdır. Mütəfəkkirin fəlsəfi məktəbinin görkəmli nümayəndələri arasında Nəcməddin Qəzvini (1203–1277), Qütbəddin Şirazi (1236–1311), Cəmaləddin Hilli (1250–1325) daha çox məşhurdur. Onlar da müəllimlərinin fəlsəfi mövqeyindən çıxış etmişlər.[12]
Nəsirəddin Tusinin şagirdlərindən Nəcməddin Qəzvini, Qütbəddin Şirazi, Cəmaləddin Həsən Hilli və başqaları öz məktəblərini yaradaraq şagirdlərini, xələflərini yetirmişlər. Bununla da Bəhmənyar məktəbinin fəlsəfi ənənələri Nəsirəddin Tusinin fəlsəfi məktəbi və şagirdlərinin fəlsəfi məktəbinin nümayəndələri tərəfindən davam etdirilmişdir.[13]
XIV əsrdə Nəsirəddinin nəvə-nəticələri Marağadan Ordubada köçmüşlər, orada Ordubadilər sülaləsinin əsasını qoyublar. Səfəvilər dövründə onlar bir sıra dövlət vəzifələrində çalışmışlar. Hal-hazırda həm Azərbaycan Respublikasında, həm də İran İslam Respublikasında Nəsirəddin Tusinin çox sayda varisləri yaşamaqdadır.
Əsərləri
redaktəTusinin tədqiqatçılarından olan Müdərris Rəzəvi Əsasül-iqtibas əsərinin ön sözündə onun 113 əsərinin adını qeyd etdikdən sonra 21 əsərin də adını qeyd edərək onların Tusiyə aid olub-olmaması barədə fikir ayrılıqlarının olduğunu qeyd etmişdir.[14] Ümumilikdə kitablarının və traktatlarının sayının 184-dən çox olduğu qeyd edilir.[15] Riyaziyyat, astronomiya, kəlam, fəlsəfə, irfan, məntiq, fiqh, tibb və təfsir kimi müxtəlif elmlərdə əsərlər yazmışdır. Onun əsərlərinin çoxu ərəb dilindədir.
- Şərhül-İşarat (20 ildə hazırlanmış)
- Şəklül-Qita (Tam dördtərəfli haqqında traktat)
- Zic-Elxani (Elxani astronomik cədvəli)
- Təcridül-Etiqad (Əqidənin təcridi)[16][17]
- Təcridül-Kəlam (Kəlamın təcridi)
- Təcridül-Məntiq[18]
- Təhriri-Öqlidis (Evklidin şərhi)
- Təhrirül-Məcəsti
- [[Əsasül-iqtibas]] (İqtibasın əsası). Öz sahəsində nadir və misilsiz olan bu qiymətli əsər, "şeyx-ər-rəis" adlanan İbn Sinanın "Şifa" adlı məntiq kitabından sonra məntiq elmi üzrə yazılmış ən yaxşı və ən mükəmməl kitab hesab edilir. Əsər 2022-ci ildə Şahin Yəhyayev tərəfindən fars dilindən doğma dilimizə tərcümə edilmişdir[19]
- Meyarül-Əşar (Şeirlərin meyarı)
- Əxlaqi-Nasiri (1235)
- Əsilətun-Nəsiriyyə
- Övsafül-Əşraf
- Risalə fil-İmamə (İmamətə dair traktat)
- Cəbr və qədər (Cəbr və ixtiyar risaləsi)
- Cələul-Hesab (Taxta və qum vasitəsilə hesablama)
- Həllül-Müşkilat (Problemlərin həlli)
Teoremləri
redaktəÇingiz
redaktəAlim
redaktə{b}\right)=\mathfrak{N}\!\!\!{}_{{}_{ull}}\left(a\cdot\frac{1}{b}\right)=\frac{\mathfrak{N}\!\!\!{}_{{}_{ull}}\left(a\right)\cdot\mathfrak{N}\!\!\!{}_{{}_{ull}}\left(\frac{1}{b}\right)}{\ddot n}=\ddot n\cdot\frac{\mathfrak{N}\!\!\!{}_{{}_{ull}}\left(a\right)}{\mathfrak{N}\!\!\!{}_{{}_{ull}}\left(b\right)}</math>
Ələmut
redaktəMöhtəşəm
redaktəüçün
Təsiri
redaktəCim Xəlili “Elm tarixi və müsəlman alimlər” kitabında Nikolay Kopernikin Tusinin hazırladığı “Tusi cütü” riyazi fikrindən istifadə etdiyini qeyd edir.[20]
Xatirəsi
redaktə1935-ci ildə Beynəlxalq Astronomiya İttifaqı Ayın görünən tərəfindəki kraterə Nəsrəddin Tusinin adını vermişdir.
1981-ci ildə Tusinin anadan olmasının 780 illik yubileyi geniş qeyd olunmuş, şərəfinə medal təsis edilmiş, həyatı haqqında qısametrajlı Nəsirəddin Tusi sənədli filmi çəkilmiş, Nəcəfqulu İsmayılov tərəfindən portreti yaradılmış, ölkənin bir neçə yerində onun şərəfinə heykəl və büstlər qoyulmuş, ucaldılmışdır. Azərbaycan Respublikasının bir sıra elm, təhsil və mədəni-maarif müəssisəsinə, o cümlədən, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına, küçələrə (məsələn, Bakı və Naxçıvan şəhərlərindəki Nəsirəddin Tusi küçəsinə), Bakı şəhərindəki Nəsirəddin Tusi adına klinikaya, Bakı şəhəri[21] Yasamal rayon Nəsirəddin Tusi adına 173 saylı məktəbə onun adı verilmişdir.
Bundan əlavə, 1989-cu ildə Tehran Texnologiya Universitetinə Nəsrəddin Tusinin adı verilmişdir.
YUNESKO-nun qərarı ilə anadan olmasının 800 illik yubileyi dünya miqyasında qeyd edilib. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Nəsirəddin Tusinin anadan olmasının 800 illiyi haqqında" 13 iyun 2000-ci il tarixli Fərmanı ilə yubiley komissiyası yaradılmışdır.[22]
Filateliyada
redaktəFilmoqrafiya
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ 1 2 3 4 5 6 7 8 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
- ↑ 1 2 3 4 الزركلي خ. ا. الأعلام (ərəb.): قاموس تراجم لأشهر الرجال والنساء من العرب والمستعربين والمستشرقين. 15 بيروت: دار العلم للملايين, 2002. C. 7. S. 30.
- ↑ 1 2 3 4 Berry A. A Short History of Astronomy (brit. ing.). London: John Murray, 1898.
- ↑ Multiple sources:
- Bennison, Amira K. The great caliphs : the golden age of the 'Abbasid Empire. New Haven: Yale University Press. 2009. səh. 204. ISBN 978-0-300-15227-2.
Hulegu killed the last ‘Abbasid caliph but also patronized the foundation of a new observatory at Maragha in Azerbayjan at the instigation of the Persian Shi‘i polymath Nasir al-Din Tusi.
- Goldschmidt, Arthur; Boum, Aomar. A Concise History of the Middle East. Avalon Publishing. 2015. ISBN 978-0-8133-4963-3. 2023-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-04.
Hulegu, contrite at the damage he had wrought, patronized the great Persian scholar, Nasiruddin Tusi (died 1274), who saved the lives of many other scientists and artists, accumulated a library of 400000 volumes, and built an astronomical ...
- Bar Hebraeus; Joosse, Nanne Pieter George. A Syriac Encyclopaedia of Aristotelian Philosophy: Barhebraeus (13th C.), Butyrum Sapientiae, Books of Ethics, Economy, and Politics : a Critical Edition, with Introduction, Translation, Commentary, and Glossaries. Brill. 2004. səh. 11. ISBN 978-90-04-14133-9. 2023-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-04.
the Persian scholar Naṣīr al-Dīn al-Ṭūsī
- Seyyed Hossein Nasr. Islamic Philosophy from Its Origin to the Present: Philosophy in the Land of Prophecy. State University of New York Press. 2006. səh. 167. ISBN 978-0-7914-6800-5. 2023-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-04.
In fact it was common among Persian Islamic philosophers to write few quatrains on the side often in the spirit of some of the poems of Khayyam singing about the impermanence of the world and its transience and similar themes. One needs to only recall the names of Ibn Sina, Suhrawardi, Nasir al-Din Tusi and Mulla Sadra, who wrote poems along with extensive prose works.
- Rodney Collomb, "The rise and fall of the Arab Empire and the founding of Western pre-eminence", Published by Spellmount, 2006. pg 127: "Khawaja Nasr ed-Din Tusi, the Persian, Khorasani, former chief scholar and scientist of"
- Seyyed Hossein Nasr, Islamic Philosophy from Its Origin to the Present: Philosophy in the Land of Prophecy, SUNY Press, 2006, ISBN 0-7914-6799-6. page 199
- Seyyed H. Badakhchani. Contemplation and Action: The Spiritual Autobiography of a Muslim Scholar: Nasir al-Din Tusi (In Association With the Institute of Ismaili Studies. I. B. Tauris (December 3, 1999). ISBN 1-86064-523-2. page.1: ""Nasir al-Din Abu Ja`far Muhammad b. Muhammad b. Hasan Tusi:, the renowned Persian astronomer, philosopher and theologian"
- Glick, Thomas F.; Livesey, Steven John; Wallis, Faith. Medieval Science, Technology, and Medicine: An Encyclopedia. Psychology Press. 2005. ISBN 978-0-415-96930-7. 2023-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-04.
drawn by the Persian cosmographer al-Tusi.
- Laet, Sigfried J. de. History of Humanity: From the seventh to the sixteenth century. UNESCO. 1994. səh. 908. ISBN 978-92-3-102813-7. 2023-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-04.
the Persian astronomer and philosopher Nasir al-Din Tusi.
- Mirchandani, Vinnie. The New Polymath: Profiles in Compound-Technology Innovations. John Wiley & Sons. 2010. səh. 300. ISBN 978-0-470-76845-7. 2023-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-04.
Nasir. al-Din. al-Tusi: Stay. Humble. Nasir al-Din al-Tusi, the Persian polymath, talked about humility: “Anyone who does not know and does not know that he does not know is stuck forever in double ...
- Ṭūsī, Naṣīr al-Dīn Muḥammad ibn Muḥammad; Badakchani, S. J., Paradise of Submission: A Medieval Treatise on Ismaili Thought, Ismaili Texts and Translations, 5, London: I.B. Tauris in association with Institute of Ismaili Studies, 2005, 2–3, ISBN 1-86064-436-8
- Holt, P. M.; Lambton, Ann K. S.; Lewis, Bernard. The Cambridge History of Islam Volume 2B, Islamic Society and Civilisation (1st). Cambridge University Press. 1986. səh. 585. ISBN 978-0-521-21949-5.
secondly, some very great Shi'i thinkers who were ethnically Persian, such as the Isma'ilis, Abu Hatim Razi and Sijistani in the fourth/tenth century, or the Imamis, Nasir al-DIn Tusi (seventh/thirteenth century) and 'Allama Hilli (seventh-eighth/thirteenth-fourteenth centuries) and many others, were to continue to write in Arabic.
- Bennison, Amira K. The great caliphs : the golden age of the 'Abbasid Empire. New Haven: Yale University Press. 2009. səh. 204. ISBN 978-0-300-15227-2.
- ↑ 1 2 Togan, 1981. səh. 282
- ↑ "Nəsrəddin Tusinin milliyyətcə türk olduğu şübhə doğurmur". Milli.Az (az.). 2016-09-11. İstifadə tarixi: 2023-12-06.
- ↑ 1 2 Aytək Zakirqızı (Məmmədova). Nəsirəddin Tusinin dünyagörüşü. Bakı, Elm, 2000. səh. 18
- ↑ Aytək Zakirqızı (Məmmədova). Əqidə fədaisi. "Xural" qəzeti, 3 – 9 avqust, 10 – 16 avqust, 17 – 23 avqust 2003-cü il
- ↑ Aytək Zakirqızı (Məmmədova). Nəsirəddin Tusinin dünyagörüşü. Bakı, Elm, 2000. səh.22
- ↑ Həbibulla Məmmədbəyli. Nəsirəddin Tusi. Bakı, 1968. səh.85
- ↑ 1 2 Aytək Zakirqızı (Məmmədova). Nəsirəddin Tusinin dünyagörüşü. Bakı, Elm, 2000. səh. 22
- ↑ Aytək Zakirqızı (Məmmədova). Nəsirəddin Tusinin fəlsəfi məktəbi. Bakı, Elm, 2011
- ↑ Aytək Zakirqızı (Məmmədova). Nəsirəddin Tusinin fəlsəfi məktəbi. Bakı, Elm, 2011. səh. 76
- ↑ Müdərrisi Rəzəvi, Məhəmməd Təqi, Əhval və asare Xacə Nəsirəddin Tusi, Bunyade fərhənge İran, h.ş 1354, s.420
- ↑ Rəhat, Əndişeahaye fəlsəfi və kəlami Xacə Nəsirəddin Tusi, h.ş 1389, s.71
- ↑ Xacə Nəsirəddin Tusinin TƏCRİD ƏL- ETİQAD kitabı
- ↑ Nəsirəddin Tusi, Təbriz Qasımov. Təcridül-etiqad (az.). Bakı: Tusi adına Tədris və Araşdırma Mərkəzi. 2024.
- ↑ Xacə Nəsirəddin Tusinin TƏCRİD ƏL- MƏNTİQ kitabı
- ↑ Nəsirəddin Tusi. "Əsasül-iqtibas". I cild. Tərcümə edən: Şahin Yəhyayev, Bakı: Elm nəşriyyatı, 2022, 296 səh. (ISBN 978-9952-556-21-6)
- ↑ Balıyev, Ziya. "Kopernik Tusidən təsirlənib? - Fotofakt". Liman.az (az.). 2024-10-18. İstifadə tarixi: 2024-10-18.
- ↑ "Arxivlənmiş surət". 2022-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-07.
- ↑ Nəsirəddin Tusinin anadan olmasının 800 illiyi haqqında e-qanun.az Arxivləşdirilib 2019-02-18 at the Wayback Machine (az.)
- ↑ "Azərbaycanda Atabəylər dövləti ilə bağlı serial çəkilir". 2022-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-25.
Ədəbiyyat
redaktə- Togan, Zeki Velidi. Ümumi türk tarihine giriş (cilt I). İstanbul: Enderun Kitabevi. 1981. səh. 538.
- Məlikov, Ə. Xacə Nəsirəddin Tusinin “Bağdad hadisəsinin keyfiyyəti” traktatının tərcüməsi və qısa təsviri. “Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnalı (ISSN: 2708-0641), 2024, №4, sıra: 107. səh.275-281