Lale Ceferova - Wikipedia
Lalə Tahir qızı Cəfərova; (14 sentyabr 1966, Bakı) — Azərbaycan bəstəkarı, musiqişünas, pedaqoq, pianoçu. Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi (2021)[2][3]. Azərbaycanda balet müəllifi olan ilk qadın bəstəkarlardandır.[4]
Lalə Cəfərova | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Lalə Tahir qızı Cəfərova |
Doğum tarixi | 14 sentyabr 1966 (58 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, musiqişünas, pedaqoq, pianoçu |
Fəaliyyət illəri | 1991-ci ildən |
Janrlar | opera, caz, film bəstəkarı, Marş, vokal[d], pop musiqisi, kamera musiqisi, balet, simfoniya, Vokal |
Musiqi aləti | fortepiano |
Təhsili |
|
Üzvlüyü | |
Elmi dərəcələri |
|
Mükafatları |
Həyatı və karyerası
redaktəLalə Cəfərova 14 sentyabr 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. Lalə Cəfərova ilk musiqi təhsilini Bakı şəhəri Rauf Hacıyev adına 15 saylı uşaq musiqi məktəbi Alla Timofeyevna-Mustafayevanın fortepiano sinfində almışdır. Orta musiqi təhsilini isə 1982–1986-cı illərdə Bakı Musiqi Kollecində Həbib Həbibovun fortepiano sinfində başa vurmuşdur. Bakı Musiqi Kollecini bitirib, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, fortepiano fakültəsində 1986–1988-ci illərdə Validə Muradovanın və 1988–1991-ci illərdə professor Oqtay Abasquliyev sinfində təhsilini davam etdirmiş, fortepiano sinfini fərqlənmə diplomu ilə bitirmişdir. Daha sonra 1993-cü ildə professor Arif Məlikovun bəstəkarlıq sinfinin 2-ci kursuna qəbul olunaraq, təhsilini davam etdirmişdir. 1997-ci ildə diplom işi kimi, ilk iri həcmli əsərini — fortepiano və simfonik orkestr üçün konsertini təqdim edərək bəstəkarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1999-cu ildə Arif Məlikovun sinfində bəstəkarlıq ixtisası üzrə aspirant-stajorluğu bitirərk, elə həmin ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvlüyünə qəbul olunmuşdur.[5][6] 1992-ci ildən Bakı Musiqi Akademiyasında pedaqoq kimi əmək fəaliyyətinə başlamışdır. 2007-ci il 14 noyabrda "A. Məlikovun balet musiqisində tembr və faktura xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir və Azərbaycan Respublikası yanında AAK-nın 2008-ci il tarixli 20/k saylı protokol qərarına əsasən sənətşünaslıq namizədi diplomunu almışdır.[7] 2012-ci il 10 yanvar tarixli (protokol № 16-K) nəfəs ve zərb alətləri kafedrası üzrə, Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasi tərəfindən Dosent elmi adı verilmişdir.
Fəaliyyəti
redaktə23 – 23 aprel 1991-ci ildə "Musiqi pedaqogikası və ifaçılıq məsələləri" adlı Ümumittifaq elmi-praktik konfransında "Aşıq ifaçılığının uşaqların musiqi tərbiyəsində rolu" mövzusu ilə çıxış etmişdir.
17 – 19 dekabr 1991-ci ildə Birinci Respublika elmi konfransında "Şərq musiqisinin dünya musiqi mədəniyyəti tarixində yeri" mövzusu ilə çıxışı etmişdir. Hər iki materialın tezisləri nəşr olunmuşdur.
Lalə Cəfərova bəstəkar kimi fəaliyyətə başlayandan bir çox müəllif konsertləri vermişdir. İlk müəllif konserti 31 mart 1994-cü il Asəf Zeynallı adına Bakı Musiqi Kollecində baş tutmuşdur. Burada müəllifin fortepiano üçün prelüdləri və 3 hissəli sonatası səslənmişdi.
1997-ci ildə Bəstəkarlar İttifaqının plenumunda 4 hissəli simli kvarteti səslənmişdir.
2000-ci ildə Bəstəkarlar İttifaqının plenumunda Fortepiano və simfonik orkestr üçün konsert № 2 əsəri Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin müşayiəti ilə səslənmişdir. Bəstəkar bu əsərini atasının əziz xatirəsinə ithaf etmiş və solist kim səhnə almışdır.
2002-ci ildə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının birgə keçirdiyi gənc bəstəkarların əsərlərindən ibarət konsertdə "Tar və Fortepiano üçün rəqslər"ləri ilə çıxış etmişdir.
2003-cü ilin dekabrında professor Tofiq Aslanova həsr etdiyi, viola üçün solo "Xatirə" poemasını bəstələmişdir. Kapellhauzda Tofiq Aslanovun ifasında tamaşaçılara təqdim olunmuşdur. (ilk ifa)
2004-cü ildə oktyabrda "Tar və simfonik orkestr üçün rəqslər"i və simfonik orkestr üçün "Bu gecə" romansı Azad Əliyevin dirijorluğu ilə Azərbaycan Televiziyası və Radiosunun Simfonik orkestrinin ifasında lentə yazılmışdır.
2004-cü ildə "Qız Qalası" və ya digər adıyla "Məbədin ürəyi" sənədli filmi üçün əsərlər yazmışdır. Bəstəkar bu sənədli filmdə qədim musiqi alətləri ilə elektron musiqinini sintez etmişdir.[8]
2005-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının 70 illik yubileyinə həsr olunmuş kamera musiqi festivalında kamera əsərləri səslənmişdir.[9]
20 may 2005-ci ildə "A. Məlikovun məhəbbət əfsanəsi baletində rəqs nömrələrində tembr və faktura xüsusiyyətləri təvsirində" adlı metodik tövsiyələr yazmışdır. Həmən il 15 sentyabrda "Nəfəs və zərb alətləri" kafedrasının bakalavr pilləsi üçün "Partitura qiraəti" fənni üzrə proqram hazırlamışdır.
13 iyun 2007-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının VIII qurultayında "Bir Xəzər Əfsanəsi" balet süitasından nömrələr (Adagio və döyüş səhnəsi) ifa olunmuşdur.
24 iyul 2014-cü ildə Qəbələ VI Beynəlxalq Musiqi Festivalında fortepiano və simfonik orkestr üçün bəstələdiyi 2 saylı konserti, Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında səslənmişdir. Bəstəkar solist kimi səhnə almışdır.[10]
5 noyabr 2014-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının 80 illiyinə həsr olunmuş Musiqi Festivalında, simfonik orkestr üçün bəstələdiyi "Marş" və "Daimi hərəkət" əsərlərini Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində səslənmişdir. [11]
22 dekabr 2015-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti Nərgiz Əlyarova, Lalə Cəfərovanın bəstələdiyi "Fortepiano Prelüdləri"ni , Azərbaycan Dövlət Filarmoniyasınıı Kamera və Orqan Musiqi zalında dinləyicilərə təqdim etmişdir. Lalə Cəfərova, Qara Qarayevin "Yeddi Gözəl" baletindən "Adagio" və "Vals" musiqi nömrələrini, fortepiano və kamera orkestri üçün işləmişdir. Bu əsərlər 6 fevral 2016-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında Qara Qarayevin xatirəsinə həsr olunmuş konsertdə, Xalq artisti Teymur Göyçəyevin dirijorluğu və Qara Qarayev adına Dövlət Kamera orkestrinin müşayiəti ilə, Respublikanın Əmakdar artisti Nərgiz Əlyarovanın ifasında tamaşaçılara təqdim olunmuşdur.
4 mart 2016-cı ildə bəstəkar Lalə Cəfərovanın "Müəllif Konserti"[12] və 18 may 2016-cı ildə "Caz və estrada əsərləri" adlı konsertləri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında təşkil olunmuşdur.
10 may 2018-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir. Bu konsertdə Lalə Cəfərovanın Simfonik orkestr, solist və xor üçün Əhməd Elbrusun sözlərinə bəstələdiyi "Zəfər marşı" və Ramiq Muxtarın sözlərinə bəstələdiyi "Əbədiyaşar Heydər" əsərləri, dirijor Yulizana Kuxmazovanın rəhbərlindəki tələbə simfonik orkestrin müşayiəti ilə, Xalq artisti Gülnaz İsmayılova və Fəxri Kazım-Nicatın ifasında tamaşaçılara təqdim olunmuşdur.
29 may 2018-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan" əsərinin klip təqdimatı Azərbaycan Milli Konservatoriyasının konsert zalında keçirilmişdir. Klipi rejissoru Məzahir Haşımovdur.[13]
25 dekabr 2018-ci ildə Bakı Xoreoqrafiya Akademiyasında bəstəkarın "Bəstəkar Lalə Cəfərovanın əsərlərindən ibarət müəllif konserti" adlı konserti keçirilmişdir.[14]
5 mart 2019-cu ildə Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Azərbaycan bəstəkarlarının Xalq Çalğı Alətləri orkestri üçün yazdığı əsərlərdən ibarət konsert"də bəstəkarın Ramiq Muxtarın sözlərinə yazdığı "Əbədiyaşar Heydər" əsəri, Azərbaycan Respublikasının xalq artisti Ağaverdi Paşayevin dirijorluğu ilə Azərbaycan Respublikasının xalq artistləri Gülnaz İsmayılova və Fəxri Kazım-Nicatın ifasında təqdim olunmuşdur.[15]
19 aprel 2019-cu ildə YARAT Müasir İncəsənət Məkanınında bəstəkarın "Musiqinin sehri" adlı konserti baş tutmuşdur.[16][17][18] 2019-cu ildə dodekafoniya sistemi ilə sonata janrında əsər yazmışdır.[19]
25 oktyabr 2019-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş musiqi festivalında simfonik orkestr üçün yazdığı "Adagio "və "Rəqs" əsərlərini Mustafa Mehmandarov dirijorluğu ilə, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Azərbaycan Dövlət Filarmoniyasında səslənmişdir.[20]
9 may 2020-ci ildə "Evdə qal, evdə yarat" təşəbbüsü çərçivəsində keçirilən tədbirlərin sırasında "Böyük Vətən Müharibəsi"ndə qələbənin 75 illiyinə həsr olunmuş vətənpərvərlik mahnı müsabiqəsində Ramiq Muxtarın sözlərinə bəstələdiyi "Qələbə Bayramı" marşına görə, qaliblərdən biri olmuşdur.[21]
2020-ci ilin avqust ayında "Qafqazın bu üzündə" sənədli filminə musiqi bəstələmişdir. Filmin 25 dekabr 2021-ci ildə təqdimatı keçirilmişdir.[22]
25 iyun 2021-ci ildə "Nizami Gəncəvi İli"nə həsr olunmuş "Qəzəl-Romans" müsabiqəsinə təqdim etdiyi "Səbr et" romansına görə mükafata layiq görülmüşdür.[23][24]
17 sentyabr 2021-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür.[25]
21 sentyabr 2021-ci ildə XIII Beynəlxalq Musiqi Festivalında Frederik Şopen fortepiano üçün "Ballada – № 4" əsərini, violonçel və fortepiano üçün işləmişdir. Əsər violonçel ifaçısı Serqey Antonov və piano ifaçısı Nərgiz Əlyarovanın ifasında Beynəlxalq Muğam Mərkəzində səslənmişdir.[26]
22 sentyabr 2021-ci ildə "Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı" çərçivəsində keçirilən elmi konfransda Nizami Gəncəvinin sözlərinə bəstələdiyi "Səbr et" romansı səsləndirmişdir.[27]
23 sentyabr 2021-ci ildə "Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı" qaliblərin təqdim olma mərasimi Beynəlxalq Muğam mərkəzində keçirilmişdir. Lalə Cəfərovanın "O olmasın bu olsun" musiqili komediyasından bir parçanı fortepiano üçün işləmişdir. Əsər professor Nərgiz Əlyarovanın ifasında səslənmişdir.
2 noyabr 2021-ci ildə "Zəfər günü"nə həsr olunmuş "Qarabağ Azərbaycandır" konsertində Lalə Cəfərovanın bəstələdiyi "Zəfər Marşı", Heydər Əliyev Sarayında dirijorlar Xalq artistləri Fəxrəddin Kərimov və Gülbacı İmanovanın müşayətilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri, Xor Kapellası və solist — Fəxri Kazım-Nicatın ifasında səslənmişdir.[28]
14 – 20 noyabr 2021-ci il tarixlərində Nizami Gəncəvinin doğumunun 880 və Yunus Əmrənin vəfatının 700 ilinə ithafən "Türk Dünyası Şah əsərləri" konsertlərinə bəstələdiyi əsərlərlə qatılmağına görə diploma layiq görülmüşdür.
30 yanvar 2022-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Lalə Cəfərovanın "Bir Xəzər Əfsanəsi" baletinin premyerası keçirilmişdir.[29][30]
16 mart 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bəstəkarın konserti keçirilmişdir.[31][32]
Lalə Cəfərova 9 dərs vəsaitinin, metodik tövsiyələrin, proqramların müəllifidir.
Kitabları
redaktə- "Bakalavr pilləsi üçün Nəfəs alətləri orkestrinin "Partitura qiraəti" fənni üzrə proqram". Bakı, 2009.
- "Arif Məlikovun balet musiqisində tembr və faktura xüsusiyyətləri".(Dərs vəsaiti) "Mütərcim", Bakı, 2011.
- "Orkestrləşdirmə" fənni üzrə proqram. Bakı, 2011.
- "Alətşünaslıq" fənni üzrə proqram. Bakı, 2011.
- "Fortepiano və simfonik orkestr üçün konsert № 2"[33] Bakı, 2015.
- "Fortepiano prelüdləri və sonatasının ifaçılıq problemlərinə dair"[34] Bakı, 2016.
- "Kamera instrumental əsərləri və onların ifa xüsusiyyətləri" (Dərs Vəsaiti)[35] Bakı, 2016.
- "Lalə Cəfərovanın 2 saylı fortepiano konsertinin faktura xüsusiyyətlərinə dair". (Dərs vəsaiti) ADPU. Bakı, 2017.
- "Lalə Cəfərovanın Vokal Silsiləsinin yazı üslubu".(Dərs vəsaiti) ADPU. Bakı, 2017.
- "İfaçılıq sənətinin tarixi". (Dərs vəsaiti) Bakı, 2022
- "Lalə Cəfərovanın fortepiano ansamblının ifaçılıq problenlərinə dair".(Dərs vəsaiti) Bakı, 2023
Haqqında kitablar
redaktə- Arzu Rzayeva. Gənc pianoçunun repertuarında Azərbaycan bəstəkarlarının fortepiano musiqisi. Bakı 2011.
- Azərbaycan Milli Konservatoriyası. Azərbaycan və xarici ölkə bəstəkarlarının "Tar ilə fortepiano üçün işlənmiş və köçürülmüş" əsərləri. Bakı 2014.
- Əziz Qarayusifli . Gənc nəsil bəstəkarlarının klarnet və fortepiano üçün seçilmiş əsərləri (Dərs vəsaiti). Bakı 2016.
Əsərləri
redaktə- Fortepiano üçün 12 prelüd (1994)
- Fortepiano üçün 3 hissəli sonata (1994)
- 4 hissəli simli kvartet (1995)
- Simfonik orkestr üçün "Süita" (1996)
- Fortepiano və simfonik orkestr üçün konsert № 1 (1996)
- Fortepiano və simfonik orkestr üçün konsert № 2 (1997)
- "Ata" mahnısı (sözləri:Sərvər Şahbəyli) (1999)
- Vətənimin övladları" mahnısı (sözləri: Ramiq Muxtar) (2001)
- "Sərhədçi" marşı. (Nəfəs alətləri orkestri üçün) (sözləri: Vaqif Vəliyev) (2002)
- Tar və fortepiano üçün rəqslər (2002)
- "Xatirə" poeması. Viola üçün solo (Tofiq Aslanova həsr olunmuşdur) (2003)
- "Ağlayan qəlb" (Heydər Əliyevə həsr olunmuşdur) (2004)
- Tar və simfonik orkestr üçün 2 rəqs (2004)
- "Bu gecə" romansı. (Səs və simfonik orkestr üçün) (sözləri Məhəmməd Fizuli) (2004)
- "Qız qalası" sənədli filminə musiqi (2004)
- Tar və fortepiano üçün 2 rəqs (2005)
- Xatirə" poeması solo violino üçün (2005)
- "Ulduz ol" mahnısı (sözləri:Vahid Əziz) (2005)
- "Bakı-Tibilisi-Ceyhan" mahnısı (sözləri:Ramiq Muxtar) (2006)
- "Bülbüllər oxur" (Xalq mahnısının müasir üslubda işlənməsi) (2006)
- "Rüstəm və Söhrab" balet süitası (2007)
- Skripka və fortepiano üçün prelüdlər (2008)
- Tar və fortepiano üçün 4 rəqs (2009)
- Trombon və fortepiano üçün "Adagio"(Rüstəm və Söhrab baletindən işləmə) (2010)
- "Qızların rəqsi" (Fleyta və fortepiano üçün) (Rüstəm və Söhrab baletindən işləmə) (2010)
- "Adagio" Violino və fortepiano üçün" (Rüstəm və Söhrab baletindən işləmə) (2010)
- "Milli Marş" nəfəs alətləri üçün sekstet (2010)
- "Payız nəğməsi" saksofon və fortepiano üçün (2011)
- "Xatirə nəğməsi" saksofon və fortepiano üçün (2011)
- Klarnet və fortepiano üçün prelüd № 1 (2011)
- Klarnet və fortepiano üçün prelüd № 2 (2011)
- "Azərbaycan" romansı. (Səs və simfonik orkestr üçün) (sözləri:Ramiq Muxtar) (2012)
- "Sonata" (Klarnet və fortepiano üçün) (Fikrət Məmmədova həsr olunmuşdur) (2015)
- "Uşaq filarmoniyasının Himni" (sözləri:Ramiq Muxtar) (2016)
- "Azərbaycan" tar və fortepiano üçün (2018)
- "Əbədi Yaşar Heydər" roması. (Səs və simfonik orkestr üçün) (Heydər Əliyevə həsr olunmuşdur) (2019)
- "Əbədi Yaşar Heydər" roması. (Səs və xalq çalğı alətləri orkestri üçün) (Heydər Əliyevə həsr olunmuşdur) (2019)
- "Valtorna və fortepiano üçün prelüd (ürək mahnıları silsiləsindən) (2020)
- Klarnet və fortepiano üçün prelüd (ürək mahnıları silsiləsindən) (2020)
- Fleyta və fortepiano üçün prelüd (ürək mahnıları silsiləsindən) (2020)
- Skripka və fortepiano üçün prelüd (ürək mahnıları silsiləsindən) (2020)
- "Zəfər marşı" (Səs və nəfəs alətləri orkestri üçün) (İlham Əliyevə həsr olunmuşdur) (2021)
- " Zəfər marşı" (Səs və simfonik orkestr üçün) (İlham Əliyevə həsr olunmuşdur) (2021)
- " Zəfər marşı" (Səs və xalq çalğı alətləri orkestri üçün) (İlham Əliyevə həsr olunmuşdur) (2021)
- "Səbr et" roması (Səs və fortepiano üçün) (sözləri:Nizami Gəncəvi) (2021)
- "Bir Xəzər Əfsanəsi" baleti (2022)
Məqalələri
redaktə- "Aşıq ifaçılığının uşaqların musiqi tərbiyəsində rolu." Ümumittifaq elmi-praktik konfrans (1991-ci il, 23 – 25 aprel) (tezislər).
- "Şərq musiqisinin dünya musiqi mədəniyyəti tarixində yeri." I Respublika elmi konfrans (1991-ci il 17 – 19 dekabr) (tezislər).
- "Arif Məlikov "Məhəbbət əfsanəsi" baletində tembr dramaturgiyası və fakturaya dair." "Musiqi Dünyası" jurnalı, Bakı, 2006, № 3–4.[36]
- "Arif Məlikov baletlərində dramaturji xəttin həllində orkestr xüsusiyyətləri." "Qobustan"jurnalı, Bakı, 2006, № 4.
- А.Меликов. "Легенда о любви ". "Harmony" internet jurnalı, 2006, № 5[37]
- "A. Məlikovun balet musiqisində xoreqrafiya və rəssamlığın vəhdəti." "Konservatoriya" jurnalı, № 3, Bakı, 2010[38]
Mükafatları
redaktə- 2001-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının birgə keçirdiyi müsabiqədə "Kiçik həcmli simfonik əsər" nominasiyası üzrə "Gənclər mükafatına" layiq görülərək "İlin bəstəkarı" adını qazanmışdır.
- 2 avqust 2002-ci ildə 2 avqust Ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə keçirilən "Azərbaycan Sərhəd qoşunları bu gün" adlı müsabiqəsinə təqdim etdiyi solist, nəfəs alətləri orkestri və xor üçün "Sərhədçi" marşına görə diplom və mükafata layiq görülmüşdür. (dirijor Xalq artisti, professor, general-mayor Yusif Axundzadə)
- 2005-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqı və Azərenerji ASC-nin birgə keçirdiyi müsabiqəyə təqdim etdiyim "İşıqçılar" (sözləri: Ramiq Muxtar) mahnısına görə laureat olaraq mükafat və diplomla təltif olunmuşdur.
- 2006-cı ildə Azərbaycan Yazıçılar Birliyi, "Belçika Azərbaycan evi" və "Euro Xəbər"nin mahnı müsabiqəsinə təqdim etdiyi "Bakı-Tbilisi-Ceyhan" (sözləri: Ramiq Muxtar) mahnısına görə I mükafata layiq görülmüşdür.
- 2006-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən keçirilən uşaq xoru üçün musiqi müsabiqəsinə təqdim etdiyi "Bülbüllər oxur" xalq mahnısını müasir üslubda işlədiyinə görə mükafata layiq görülmüşdür.
- 3 oktyabr 2018-ci ildə Türkiyədə keçirilən bəstəkarlıq nominasiyasında Beynəlxalq müsabiqədə Qrand Pri diplom qazanmışdır.
- 6 may 2019-cu ildə Bakıda keçirilən I Beynəlxalq caz festivalında diplom alaraq, laureat olmuşdur.
- 9 may 2020-ci ildə Böyük Vətən müharibəsinin (1941–1945) 75 illiyinə həsr olunmuş mahnı müsabiqəsinə bəstələdiyi "Qələbə bayramı" mahnısına görə qalib olmuşdur.
- 17 sentyabr 2021-ci ildə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür.[39]
- 21 mart 2023-cü ildə Türkiyənin İğdır universitetində keçirilən "Həmrəyli Konserti"nin təşkilatçısı kimi universitetin rektoru professor Mehmet Hakkı Alma tərəfindən təşəkkür sertifikatına layiq görülmüşdür.
Diskoqrafiya
redaktə- Azərbaycan Bəstəkarlarının Antologiyası[40]
Filmoqrafiya
redaktə- Qız qalası (2004)
- Qafqazın bu üzündə (2020)[41]
İstinadlar
redaktə- ↑ http://www.millikitabxana.az/dissertations/musiq?l=C.
- ↑ "Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2021-ci il tarixli, Sərəncamı Arxivləşdirilib 2023-07-26 at the Wayback Machine (az.)
- ↑ "Bir Xəzər əfsanəsi" baletinin premyerası olub Arxivləşdirilib 2022-02-03 at the Wayback Machine İstifadə tarixi: 29.03.2022
- ↑ Balet yazan ilk qadın sənətkarımız — Lalə Cəfərova (+FOTOLAR) Arxivləşdirilib 2020-09-19 at the Wayback Machine İstifadə tarixi: 28.03.2022
- ↑ Cəfərova Lalə Tahir qızı Arxivləşdirilib 2020-11-25 at the Wayback Machine İstifadə tarixi: 28.03.2022
- ↑ Arif Məlikov yaradıcılığına daha bir nəzər Arxivləşdirilib 2019-09-07 at the Wayback Machine İstifadə tarixi: 28.03.2022
- ↑ ""A. Məlikovun balet musiqisində tembr və faktura xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiya". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-28.
- ↑ "Məbədin ürəyi" (2005) Sənədli film Arxivləşdirilib 2020-11-29 at the Wayback Machine İstifadə tarixi: 28.03.2022
- ↑ BƏSTƏKARLAR ITTIFAQININ 70 ILLIK YUBILEYINƏ HƏSR OLUNMUŞ KAMERA MUSIQISI FESTIVALI Arxivləşdirilib 2017-10-22 at the Wayback Machine İstifadə tarixi: 28.03.2022
- ↑ Qəbələ dünya musiqiçilərini bir araya gətirib Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine İstifadə tarixi: 28.03.2022
- ↑ Bir musiqi festivalından — sənət bayramından təəssüratlar Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine İstifadə tarixi: 28.03.2022
- ↑ Bakı Musiqi Akademiyasında müəllif konserti Arxivləşdirilib 2019-02-22 at the Wayback Machine İstifadə tarixi: 29.03.2022
- ↑ Milli Konservatoriyanın tələbəsinin klipi təqdim olunub Arxivləşdirilib 2018-05-31 at the Wayback Machine İstifadə tarixi: 29.03.2022
- ↑ Bakı Xoreoqrafiya Akademiyasında növbəti konsert Arxivləşdirilib 2020-05-11 at the Wayback Machine İstifadə tarixi: 29.03.2022
- ↑ Xalq Çalğı Alətləri Orkestri üçün yazılmış əsərlərdən ibarət festival keçirilir Arxivləşdirilib 2019-12-08 at the Wayback Machine İstifadə tarixi: 29.03.2022
- ↑ YARAT Freestyle: Musiqinin sehri Arxivləşdirilib 2020-08-08 at the Wayback Machine İstifadə tarixi: 29.03.2022
- ↑ "YARAT Müsir İncəsənət Məkanı "FREESTYLE" layihə çərçivəsində XX-XXlƏsrlər Azərbaycan Rəngkarlığı Muzeyində yeni musiqi tədbirini təşkil edir. "Musiqinin sehri" adlı konsert proqramı əhvalınıza sehrli ovqat qatacaqdır". 2022-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-29.
- ↑ "YARAT Freestyle" layihəsi çərçivəsində növbəti konsert — "Musiqinin sehri" Arxivləşdirilib 2022-03-29 at the Wayback Machine İstifadə tarixi: 29.03.2022
- ↑ Лала Джафарова: миссия выполнима Arxivləşdirilib 2022-06-13 at the Wayback Machine İstifadə tarixi: 13.06.2022
- ↑ Milli bəstəkarlıq məktəbinin nailiyyətlərinin nümayişi Arxivləşdirilib 2021-08-15 at the Wayback Machine İstifadə tarixi: 29.03.2022
- ↑ "Azərbaycan Bəstəkarlar İttifaqı pandemiya dövründə". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-31.
- ↑ ""Qafqazın bu üzündə" filminin təqdimatı keçirilib". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-31.
- ↑ "Peşəkar bəstəkarlar arasında qəzəl-romans janrında keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-31.
- ↑ "Bəstəkarlar İttifaqı Üzeyir Hacibəyli Beynəlxalq Musiqi Festivalı zamanı keçirəcəyi tədbirləri açıqlayıb". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-31.
- ↑ Prezident İlham Əliyev sentyabrın 17-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə akademiyanın bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine İstifadə tarixi: 28.03.2022
- ↑ XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində kamera musiqisi axşamı keçirilib Arxivləşdirilib 2021-10-06 at the Wayback Machine İstifadə tarixi: 29.03.2022
- ↑ "Üzeyir Hacıbəyli və Müslüm Maqomayev" mövzusunda elmi konfrans keçirilib Arxivləşdirilib 2021-10-07 at the Wayback Machine İstifadə tarixi: 29.03.2022
- ↑ Azərbaycan bəstəkarlarının Zəfər bayramı töhfələri Arxivləşdirilib 2021-11-11 at the Wayback Machine İstifadə tarixi: 29.03.2022
- ↑ ""Bir Xəzər əfsanəsi"". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-31.
- ↑ "Əsrarəngiz "Bir Xəzər əfsanəsi"". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-31.
- ↑ musicacademy.edu.az/. "16 mart 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Lalə Cəfərova və "Nəfəs və zərb alətləri" kafedrasının tələbələrinin konserti keçirildi" (az.). xəbər. 16 mart 2023. 3 aprel 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 mart 2023.
- ↑ azpressmedia.az. "Vaqif Mustafazadənin 83 illiyinə həsr olunmuş konsert keçirilib- Nəriman İsmayılov (FOTO=5)" (az.). xəbər. 16 mart 2023. 3 aprel 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 mart 2023.
- ↑ "Fortepiano və simfonik orkestr üçün konsert № 2. Bakı, 2015. – 106 səh" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-03-31.
- ↑ "Fortepiano prelüdləri və sonatasının ifaçılıq problemlərinə dair Bakı, 2016. – 88 səh" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-03-31.
- ↑ "Kamera instrumental əsərləri və onların ifa xüsusiyyətləri (Dərs Vəsaiti). Bakı "Elm və təhsil", 2016, 200 səh" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-03-29.
- ↑ ""Musiqi dünyası" № 3–4 2006. 224 pages. (3591–3814)". 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-01.
- ↑ ЛЕГЕНДА О ЛЮБВИ Автор: Лала ДЖАФАРОВА Arxivləşdirilib 2022-04-01 at the Wayback Machine İstifadə tarixi: 28.03.2022
- ↑ A. Məlikovun balet musiqisində xoreoqrafiya və rəssamlığın vəhdəti Arxivləşdirilib 2020-07-19 at the Wayback Machine İstifadə tarixi: 28.03.2022
- ↑ Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə bir qrup əməkdaşı təltif olunub Arxivləşdirilib 2022-04-08 at the Wayback Machine İstifadə tarixi: 08.04.2022
- ↑ Lalə Cəfərova Discogs-da Arxivləşdirilib 2022-04-04 at the Wayback Machine İstifadə tarixi: 28.03.2022
- ↑ "Qafqazın bu üzündə" filminin təqdimatı oldu Arxivləşdirilib 2022-04-08 at the Wayback Machine İstifadə tarixi: 08.04.2022