Ramiq Muxtar - Wikipedia
Ramiq Muxtar (5 sentyabr 1942, Naxçıvan – 20 aprel 2021) ― şair-dramaturq, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1980).[1][2]
Ramiq Muxtar | |
---|---|
Ramiq Muxtar oğlu Nağıyev | |
| |
Doğum tarixi | 5 sentyabr 1942 |
Doğum yeri | |
Vəfat tarixi | 20 aprel 2021 (78 yaşında) |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | şair |
Həyatı
redaktəRamiq Muxtar 5 sentyabr 1942-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, Ü.Hacıbəyov adına 1 saylı Naxçıvan şəhər orta məktəbini bitirmiş, 1961–1967-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində təhsilini davam etdirmişdir.[1][2]
Fəaliyyəti
redaktəƏmək fəaliyyəti
redaktəRamiq Muxtar 1968–1971-ci illərdə "Şərq qapısı" qəzeti redaksiyasında ədəbi işçi, 1971–1978-ci illərdə isə Şahbuz rayonundakı uşaq musiqi məktəbinin direktoru vəzifəsində çalışmışdır. Ədib 1978–1982-ci illərdə Naxçıvan Nazirlər Soveti Yanında Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri, 1988-ci ildən Bakıda Nəsimi rayonundakı Şahmat məktəbinin müdiri vəzifələrini icra etmişdir.[1][2]
Ramiq Muxtar 1984–1986-cı illərdə Naxçıvan şəhər Dövlət Filarmoniyasının direktoru vəzifəsində işləmişdir. Hazırda Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İxtisaslaşdırma və İxtisasartırma İnstitutunun direktoru vəzifəsində çalışır.[1][2]
Yaradıcılığı
redaktəRamiq Muxtar on bir yaşından bədii yaradıclıqla məşğul olmuş, şeirləri dövri mətbuatda tez-tez çap olunmuşdur. Ədib həm şair, həm də dramaturq kimi tanınmışdır. "Əgər sevirsənsə", "Şəhərli kürəkən", "Üfüqlər qızaranda", "Əlvida, köhnə dünya", "Müdirin aqibəti", "Doğma səmanın ulduzları" və digər pyesləri Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında, həmçinin Bakı, İrəvan, Naxçıvan, Qazax dövlət dram teatrlarında uğurla tamaşaya qoyulub. Dramaturqun hekayələri "Ədəbiyyat və incəsənət", "Sovet Naxçıvanı" qəzetlərində vaxtaşırı çap olunmuşdur.[1][2]
Ramiq Muxtar həm də nəğməkar şairdir. Şairin sözlərinə 120-dən artıq mahnı bəstələnmişdir. Ramiq Muxtar 1984-cü ildən bəstəkar Nəriman Məmmədovla birlikdə solist-xor orkestri üçün "Çiçəklənən Naxçıvan" suitasının mətnini yazmışdır. Eyni zamanda 90-dan artıq mahnı mətninin müəllifidir.
Ramiq Muxtar Ümummilli lider Heydər Əliyevə həsr etdiyi silsilə şeirlərinə "Millət atası", "Arxamca su atsan", "Ürəyimdə Azərbaycan yurdu yaşar", "Sənsən xilaskarımız", "Müstəqildir vətənim" mahnıları bəstələnmişdir. 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ramiq Muxtar şair olmaqla yanaşı, həm də dama üzrə SSRİ idman ustasıdır.[1][2]
Mükafatları
redaktə- 2001-ci ildə Rəsul Rza adına Beynəlxalq mükafatla təltif edilmişdir.
- Gürcü-Azərbaycan xalqlarının dostluğuna həsr edilmiş son pyesinə görə Gürcüstanın ali mükafatına — "Şərəf" ordeninə layiq görülmüşdür.[2]
Mənbə
redaktə- Seçilmiş əsərləri /R.Muxtar; Bakı: Azərbaycan, 2007.- 264 s.
- Yaşayan tarix: Naxçıvanın ilk tarixçi alimlərindən biri olan Əli Əliyev haqqında /R.Muxtar//Azərbaycan.- 1996.- 4 dekabr
- Əhmədov, T. Ramiq Muxtar//Əhmədov T. Azərbaycan yazıçıları (XX–XXI yüzillikdə): Ensiklopedik məlumat kitabı- Bakı, 2011.- S.758.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Rauf İlyasoğlu. "Yaradıcılıq gecəsi" (Azərbacan). anl.az. 10-12-2010 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 4 5 6 7 "Ramiq Muxtar oğlu Nağıyev" (PDF) (Azərbaycan). anl.az. 25.12.2020 tarixində arxivləşdirilib (PDF).