Fransanin Isgali - Wikipedia
Fransa kampaniyası[1], Fransa döyüşü və ya Fransanın süqutu — ikinci dünya müharibəsi zamanı nasist Almaniyasının Fransavə Aşağı Ölkələri (Niderland, Belçika, Lüksemburq) işğal etməsi ilə nəticələnən hərbi kampaniya.
Fransa kampaniyası | |||
---|---|---|---|
Tarix | 10 may – 25 iyun 1940 | ||
Yeri | |||
Nəticəsi | Niderlandın, Belçikanın və Fransanın alman qoşunları tərəfindən işğalı | ||
Münaqişə tərəfləri | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Arxa plan
redaktə23 mart 1933-cü ildə Çörçill çıxışlarından birində Almaniyada hakimiyyətə gələn Nazi rejiminin Avropadakı sülh rejimini təhdid etdiyini xəbərdar etdi və “Fransız Ordusu üçün Allaha şükür” kəlimələrini söylədi. Aprel ayında yenidən bu mövzuya qayıtdı və qəti şəkildə bildirdi: "Fransa yalnız Avropada sağ qalan yeganə böyük demokratiya deyil, eyni zamanda o ən güclü hərbi gücdür." Bir neçə il sonra müharibə xatirələrinin birinci cildini toplayan Çörçill yazırdı ki, "Fransız Ordusu üçün "Allaha şükür edirəm" deyəndə hamının üzündə gördüyüm ağrı və nifrət görünüşünü xatırladım".
Bu güclü ordunun 1940-cı ildə altı həftədə məğlub olması tarixin ən diqqət çəkən hərbi məqamlarından biridir. 1939-cu ildə, İkinci Dünya Müharibəsi yaxınlaşarkən İngilislər və Fransızlar Birinci Dünya Müharibəsi əsnasında 1914-18-də baş verənlərin yenilənmiş bir versiyası ilə mübarizə aparmağı planlaşdırdılar, lakin bəzi əsas fərqlərlə. 1914-cü ildə fransızlar cəbhə hücumlarında böyük itki vermişdilər. Bu dəfə hərbi qüvvələrini və sənaye bazalarını ümumi müharibə aparmaq üçün səfərbər edərkən qərbi Avropada müdafiədə qalacaqdılar. Hərbi əməliyyatların başlamasından təxminən 2-3 il sonra hücum etməyi planlaşdırırdılar. Buna görə də, tarixdə "Majino xətti" adlanan və Fransa-Almaniya sərhədində yerləşən, 1940-cı ildə tikilib qurtarılması planlaşdırılan bir səddin tikintisinə başladılar. Fransız hərbi doktrininə uyğun olaraq Majino xətti alman qoşunları üçün keçilməz sədd olmalıydı. Xüsusi ilə zirehli-tank və aviasiya qoşunlarının inkişafının zərərinə Fransa hökuməti Majino xəttinin inşasına nəhəng xərc çəkmişdi. Hələ İkinci Dünya müharibəsinin başlamasına qalmış xəttin tikintisində ciddi nöqsanlar üzə çıxdı. O yetərincə dərin deyildi, zəif tank əleyhinə və havadan müdafiəsinə malik deyildi, qoşunların manevri üçün zəif hazırlanmışdı. Həm də fransız-Belçika sərhədində istehkamların olmaması rəqibə Majino xəttini şimaldan yandan keçmək imkanı verirdi. 1940-cı ildə bu sədd tamamilə hazır idi.
Hitlerin planı
redaktəHitler 1939-cu ildə Polşa üzərində qazandığı qələbəni qərbə də hücum edərək davam etdirməyə can atırdı, lakin pis hava şəraiti planlaşdırılan hücumu təxirə salmağa məcbur etmişdi. Sonra, 1940-cı ilin yanvarında, bir Alman təyyarəsi neytral Belçika ərazisində qəzaya uğramışdı. Planın boşa çıxdığını görən Hitler qətiyyətli bir plan hazırladığını söyləyən General Erix fon Manşteyni də bu işə cəlb etdi. Əslində Manşteyn Majino xəttinə almanların birbaşa hücumunu qorxulu qəbul etmişdi.. Bunun əvəzinə, Fransaya qarşı əsas zərbənin Ardenlərdən atılması ilə bitərəf Hollandiya və Belçika vasitəsilə köməkçi bir hücum təklif etdi. Bura Müttəfiqlərin hücum gözləməyəcəyi ehtimalı olan Almaniya-Belçika-Fransa sərhədindəki təpəli və çox meşəli bir ərazi idi. Plan, sürpriz Blitskriq vasitəsilə həyata keçiriləcəkdi.
İnanılanın əksinə olaraq, Almanların bu nöqtədə Müttəfiqlərdən daha az tankı var idi (3500-ə qarşı 2500). Lakin tanklar Panzer birləşmələrinə cəmlənmişdi. Fransızların keyfiyyətli, bəzi ekvivalent formasiyaları var idi, lakin Almanlar cəmləşmək əvəzinə dağılmışdılar.
Manşteynin planında bu Panzer bölgüləri müttəfiqlərin istiqamətlərini pozmaq üçün ordunun əsas hissəsini qabaqlayaraq yarı müstəqil bir rolda nəzərdə tutulmuşdu. Bu, çox riskli bir plan idi - Polşada istifadə edilən strategiyadan daha çox iddialı idi və daha mühafizəkar düşüncəli generallar bu fikrə qarşı çıxmışdı. Hitlerdə də bəzi şübhə doğsa da, planın təsdiqini vermişdi.
“Gelb” planı kod adı altında strateji hücum əməliyyatının həyata keçirilməsi üçün general-polkovnik Valter fon Brauxiçin ümumi komandanlığı altında, bütövlükdə 136 diviziya, 2,5 min tank, 3,8 min təyyarənin daxil olduğu “A”, “B” və “C” olmaqla üç ordu qrupu hərbi əməliyyatlara cəlb olundu[2]. Plana görə, əsas zərbəni vurmalı olan, general-polkovnik Gerd fon Rundştedtin komandanlıq etdiyi “A” ordu qrupu La-Manş boğazından çıxmaq məqsədilə, Ardenləri aşaraq “Majino xəttini” keçməli, düşmənin əsas qüvvələrini dənizə doğru sıxışdıraraq “B” ordu qrupu ilə birləşib onu məhv etməli idi. Əməliyyatın aparılmasında general Evald fon Kleystin tank qrupu və general German Qotun 15-ci tank korpusu da əsas rol oynamalı idi[2]. General-pokovnik Fyodor fon Bokun komandanlıq etdiyi “B” ordu qrupu Niderlandı ələ keçirmək və yuxarıda göstərildiyi kimi, “A” ordu qrupu ilə birləşib müttəfiqlərin ordusunu məhv etmək tapşırığı almışdı. Nəhayət, general-polkovnik Vilhelm fon Leyebin komandanlığı altında olan “C” ordu qrupu isə, aktiv hərbi əməliyyatlarla fransız qoşunlarını “Majino xəttinə” sıxışdırmalı, digər iki ordu qrupuna dəstək verməli idi. Bundan əlavə, alman komandanlığının ehtiyatında 40-dan çox diviziya var idi[2].
Hücumun başlanması
redaktəHücum 10 may 1940-da Almaniyanın Belçika və Hollandiyaya hava, ardından paraşütçü və quru qüvvələrinin hücumları və Majino müdafiə xəttini yarması ilə başladı (Fransa-Belçika sərhədində istehkamların olmaması rəqibə Majino xəttini şimaldan yandan keçmək imkanı vermişdi.) Artıq çökmüş 2 dövlət (Hollandiya və Belçika) tələsik Fransa və İngiltərənin daxil olduğu anti-Alman müvəqqəti koalisiyasına əlavə edildi, lakin bu yalnız Müttəfiqlərin komandanlıq və nəzarət tənzimləmələrini daha da çətinləşdirməyə xidmət etdi. Yəni, koalisiyanın üzvləri olmalarına baxmayaraq, bu 2 dövlətə nəzarət elmək çətinləşmişdi.
Niderlandın işğalı
redaktəNasist Almaniyasının siyasi-hərbi rəhbərliyi və vermaxt komandanlığının planlarına görə, Niderland silahlı qüvvələrinə qarşı “B” orduqrupuna daxil olan general-polkovnik Georq fon Küxlerin 18-ci ordusu və general- polkovnik Valter fon Reyxenaunun 6-cı ordusu hərəkət etməli idi. 6-cı ordu Niderlandın Rurmon şəhərinin cənubu ilə hərəkət etməli və müttəfiq qüvvələri,fransız-ingilis və Belçika silahlı qüvvələri ilə mübarizə aparmalı idi. Lakin, əsas hədəf – holland qüvvələrinin darmadağın edilməsi 18-ci orduya tapşırılmışdı. Almanlar Niderland silahlı qüvvələrini daha tez sıradan çıxarmaq üçün, ilk növbədə onun planlı müdafiəsinin təşkilinə mane olmaq istəyirdilər. General Hans fon Şponekin 22-ci piyada diviziyası və general Kurt Ştudentin 7-ci aviadesant diviziyasıda, məhz bu məqsəd üçün ayrılmışdı[2].
1940-cı il, mayın 10-da alman qoşunlarının Fransaya və neytral ölkələr olan Belçika, Niderland və Lüksemburqa tərəf hərəkət etməsi ilə “qəribə müharibə” qəfil sona çatdı. …“Alman işğalının sürəti və işğalın miqyası müttəfiqləri və bitərəf ölkələri gözənilməz halda yaxaladı”. Alman ordusu, elə ilk gündən, Lüksemburqu praktik olaraq müqavimətsiz işğal etdi[2].
Niderland uğrunda döyüşlər ilk olaraq 18-ci alman ordusunun hücumu ilə başlandı. Həmin ordu qısa zaman kəsiyində zəif müdafiə olunmuş şimal-şərq vilayətlərini tutaraq Eyssel kanalının şərq sahillərinə çatdı. Vermaxt qüvvələrinin son dərəcə sürətli hücumları nəticəsində, Neymeqen və digər cənub rayonlarındakı bir sıra körpülər, zədələnmədən almanların əlinə keçdi, Eyssel mövqeyi və Pel xətti yarıldı,hücumun elə ilk günündə buradakı müdafiəçilər təslim oldular. Niderlandın 2-ci ordukorpusu Vaal çayına doğru geri çəkilərək, Pel xəttinin arxasında mövqe tutdu. Nisbətən daha yaxşı möhkəmləndirilmiş Qrebbe xəttinin müdafiəsi, artıq mayın 12-də yarılmağa başlandı. Sonrakı günlərdə isə, şığıyıcı bombardmançıların havadan dəstəyi, almanların burada həlledici qələbəsini təmin edir. Lakin, Niderland ordusu üçün ən faciəlisi, “Hollandiya qalası”nda baş verən döyüşlər olur. Rotterdam vəLeyden rayonları arasındakı əraziyə, 22-ci piyada diviziyasının tərkibindən olan havadesantının çıxarılmasına baxmayaraq, hollandlar bir çox yerlərdə tamamilə məğlubiyyətə uğrayırlar[2].
Almanlar Niderlandı tam şəkildə təslim olmağa məcbur etmək məqsədilə, əsasşəhərlər üzərinə hava hücumları təşkil etməyə başladılar. Vermaxt generalı Hans Şmidt əvvəlcə, Rotterdam şəhərinin bombardman olunacağı planı barədə Niderlanda ultimatum verdi. Niderland ultimatumu qəbul etdiyi üçün plan ləğv olundu. Lakin, hücumun ləğvi barədə məlumat siqnalı, artıq şəhər üzərinə hücuma başlayan yüzlərlə “Heinkel He-111” bombardmançı təyyarələrdən ən azı 50-60-na çatmadı və mayın14-də onlar şəhərin mərkəzinə təqribən 97 ton bomba yağdırdılar[2]. Əksər tarixçilərə görə, şəhərin kütləvi yanğınlarla müşayiət olunan bombardmanı nəticəsində təqribən 900-1000 nəfər dinc sakin həlak olmuş, 85 mindən çox insan evsiz qalmış, minlərlə müxtəlif tikili, kilsə, məktəb tamamilə dağıntıya məruz qalmışdır. Hətta, bəzi holland və ingilis mənbələrinin, kütləvi informasiya vasitələrinin məlumatlarına görə, şəhər dağıdılarkən 30 min sakin həlak olmuş və nasistlər şəhərin qədim binalarını dağıtmaqla barbarlıq aktı həyata keçirmişdilər[2].
Nəhayət, 15 mayda kapitulyasiya aktının imzalanması ilə Niderland təslim oldu. Öz ölkəsini tərk etmiş Niderland kraliçası Vilhelmina Britaniyada mühacir hökumət yaratdı[2].
Belçikanın işğalı
redaktəBelçikanın alman hücumu ərəfəsində ümumilikdə 1338 artilleriya silahına malik olan 22 diviziyası var idi[2]. Lakin, silahlı qüvvələrin müasir tanklar və texnika ilə təchizatı son dərəcə aşağı idi. Məsələn, o dövrdə Belçika ordusunda ən müasir tipli tank, fransız “Renault” şirkətinin 1930-cu illərdə istehsal etməyə başladığı “AMC 35” yüngül tankları idi ki, ondan da cəmi 10 ədəd var idi. Səfərbər olunmuş ordunun ümumi sayı 600 min nəfər idi. Almaniya iləmüharibənin başlanğıcında Belçika Hərbi Hava Qüvvələrində (HHQ) 250 hərbi təyyarə, o cümlədən 90 qırıcı, 12 bombardmançı, 12 kəşfiyyatçı təyyarə var idi. Lakin, bütün bunların təqribən, yalnız 50-si müasir müharibənin tələblərinə cavab verirdi[2].
Ümumilikdə, fransızların 2-ci, 7-ci və 9-cu orduları da, Belçika uğrunda döyüşlərdə iştirak etmişdir. Britaniyalıların isə, Belçikadakı əsas qüvvələri, 152 min nəfər canlı qüvvəyə malik 2 korpusdan ibarət olan və general lord Con Qortun komandanlıq etdiyi Britaniya Ekspedisiya Qüvvələrində cəmlənmişdilər. Lakin bütün bunlara baxmayaraq, Belçikanın nasist Almaniyası tərəfindən işğalı cəmi 18 gün çəkdi[2].
Alman ordusu Belçika üzərinə hücuma əsas vəzifəsi rəqibin hərbi hava qüvvələrini məhv etmək və səmada üstünlüyü ələ keçirmək olan “Lüftvaffe” təyyarələrinin havadəstəyi ilə başladı. Hava döyüşləri “Heinkel He-111”, “Dornier Do 17”, “Messerşmitt Bf 109” kimi müasir tipli alman qırıcı və bombardmançı təyyarələrinin üstünlüyü şəraitində gedirdi. Belçikalılar belə bir çətin şəraitdə, 1930-cu illərdə tikilmiş və Niderlandla sərhəddə yerləşən Eben-Emal fortuna böyük ümidlər bəsləyirdilər. Lakin,vermaxt komandanlığı da Eben-Emal fortunun strateji əhəmiyyətini hiss edərək, hələ Belçika ilə müharibəyə başlamazdan əvvəl, həmin fortun neytrallaşdırılmasıməqsədilə hərbi hava əməliyyatı planı hazırlamışdı. Məhz buna görə də, Fransa kampaniyasının ilk günündə – mayın 10-da alman desantçıları motorsuz uçan aparatlar olan planerlərin köməyi ilə, fort ərazisinə endirildi. Cəmi 24 saata Belçikanın 7-ci piyada diviziyasının müqavimətini qıran almanlar Eben-Emal fortunuələ keçirdilər. Bu, həmçinin almanlara, mühüm strateji plasdarm olan Albert kanalı sahillərini ələ keçitməyə şərait yaratdı[2].
Mayın 10–12-də vermaxt ordusu Ardenləri keçərək, La-Manş boğazına doğru irəliləməyə başladılar. Mayın 12-də, müharibənin ən böyük tank döyüşlərindən biriolan Annyu döyüşü başlandı və tərəflərdən heç biri həlledici qələbə qazana bilmədi.Lakin, La-Manşa doğru irəliləyən alman ordusu müttəfiqləri mühasirəyə alaraq, 5 günə oraya çatmağa nail oldu. Almanlar müttəfiq ordularını tədricən dənizə doğru geri çəkilməyə məcbur etdilər[2].
Dünkerk əməliyyatı
redaktəMüttəfiqlərin yüksək komandanlığı iflic kimi görünürdü. General Veyqand General Qamelin'i Fransız baş komandanı olaraq dəyişdirdi, lakin bunun heç bir fərqi olmadı. Sonra 23 may tarixində Britaniya Ekspedisiya Qüvvələrinin (BEF) komandiri General Lord Gort, proqnozlaşdırılan İngiltərə-Fransız əks hücumundakı rolundan imtina etmək üçün mənəvi cəhətdən cəsarətli bir qərar aldı və yenidən Kanal limanlarına qayıtdı.
Fransızlar, təəccüblü deyil ki, bunu xəyanət kimi qiymətləndirdi, lakin Gort'un qərarı BEF-i xilas etdi. 26 May - 4 İyun tarixləri arasında, Dinamo Əməliyyatı kod adı ilə, dəniz yolu ilə tələsik şəkildə təşkil edilmiş bir təxliyə gəmisi 338.000 Müttəfiq əsgərini Dunkirkdən götürdü.
Alman qüvvələrinin Dunkirk üzərinə hücumlarını edə bilməməsi, Dünkirk'i İngilis və Fransız qoşunlarının kobud müdafiəsi və tükənmiş RAF-ın (Royal Air Force - Britaniyanın hərbi hava qüvvələri) səyləri sayəsində baş verdi.
Bu hesaba alınmayan bir qələbə idi. Əsgərlərin geri qayıtması, hətta onların bir çox avadanlığı olmadan da İngiltərəyə Dəniz Qüvvələri və RAF-ın arxasında sığınması, ordunu yenidən qurmağa əsas verdi.
Kampaniyanın sonu
redaktəFransa Döyüşünün sonuncu tamaşası, Almanların Somme çayından cənub tərəfə vurması ilə 5 İyunda başladı. Bölgədəki fransızların yaxşı döyüşmələrinə baxmayaraq, almanlar müttəfiq qüvvələrini qısa müddətdə məhv etdilər. İngilis ordusunun qalan hissəsi ilə birləşməmiş 51-ci Dağüstü Diviziya, St Valéry-en-Cauxda mühasirəyə alındı və 12 iyun tarixində təslim olmaq məcburiyyətində qaldı.
Almanlar 9 iyun tarixində Parisə böyük bir hücuma başladılar və 13 iyun tarixində Fransa hökuməti Bordoya qaçdığı üçün Paris açıq şəhər elan edildi. İlk Alman qoşunları 14 iyun tarixində Fransa paytaxtına girdi.
Döyüş hələ davam edirdi. Normandiyaya təzə bir İngilis qüvvəsi göndərildi, yalnız dərhal təxliyə edildi. Kral Hərbi Dəniz Qüvvələri, Fransa sahillərindəki limanlardan, demək olar ki, İspaniya sərhədinə qədər təxliyələr həyata keçirdi. Bu vaxt, qalib gələn Panzerlər 17 iyun tarixində qərbdə Loire çayını keçərək bir neçə gün sonra İsveçrə sərhədinə çataraq Fransa boyunca fərqli istiqamətlərdə müttəfiqlərlə yarışdılar.
22 iyun tarixində Fransa təslim oldu. Hitler, Almaniyanın 1918-ci ildə təslim olduğu zaman istifadə edilən eyni dəmir yolu vaqonunda təslim sənədini imzalamaqda israr etdi. (Kompyen meşəsində imzalanmışdır) Fransanın alçaldılması tamamlandı.
Həmçinin bax
redaktəMənbə
redaktə- Balamirzə Məmmədli. Nasist Almaniyasının Fransa kampaniyası və onun nəticələri // Türk Dünyası Gənc Tədqiqatçılar Dərnəyinin Araşdırmaları, №5(5) 2021. səh. 43-56.
İstinadlar
redaktə- ↑ "ФРАНЦУ́ЗСКАЯ КАМПА́НИЯ 1940, Большая российская энциклопедия". 2022-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-06.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Balamirzə Məmmədli. "Nasist Almaniyasının Fransa kampaniyası və onun nəticələri" (az.). Türk Dünyası Gənc Tədqiqatçılar Dərnəyinin Araşdırmaları, №5(5), 2021. səh. 43-56. 2022-03-25 tarixində arxivləşdirilib.