Normandiya Emeliyyati - Wikipedia
Normandiya əməliyyatı - kod adı Overlord əməliyyatı olan və İkinci dünya müharibəsinin ən əsas desant çıxarma əməliyyatı olmuşdur. Əməliyyat çərşənbə axşamı, 6 iyun, 1944-cü il Britaniya vaxtı ilə saat 6:30-da həyata keçirilmişdi. Əməliyyatda Amerika Birləşmiş Ştatları və Böyük Britaniya tərəfindən həyata keçirilmiş idi.Bu əməliyyat iyun-sentyabr aylarında olmuş və alman hərbi qüvvələrinin Fransanın daxilinə çəkilməsi ilə nəticələnmişdir
Normandiya əməliyyatı | |
---|---|
Tarix | iyul 1944 |
Yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Çıxarmalar əsasən 2 istiqamətdə həyata keçirilməli idi. Birinci istiqamət müttəfiqlərə məxsus bombardman təyyarələri vasitəsilə Fransanın sahilyanı ərazilərinin bombardman edilməsi və daha sonra 24000 nəfərlik ABŞ, İngilis və Kanada hava desant qoşunun Fransa sahilinə atılmasını təşkil etməli idi. İkinci istiqamət isə ümumi sayı 160000(73000 amerikalı, 61715 ingilis və 21400 kanadalı) olan dəniz desantını Normandiya sahillərinə çıxartmaqdan ibarət olmuşdu. Bundan əlavə ABŞ-Böyük Britaniya ordularının tərkibində 195700 nəfərlik hərbi dəniz qoşunları heyəti və 5000 dənə hərbi gəmilər də var idi. Üçüncü Reyxin tabeçiliyində isə 10000 nəfərlik hərbi qüvvə və əlavə olaraq Atlantika divarı adlı müdafiə-istehkam mövqeləri də var idi.
Almaniyanı(Üçüncü Reyx)hərbi qüvvəsi:380.000(23 iyul)
Müttəfiq dövlətlərin(Antihitler koalisiyası) hərbi qüvvəsi:1.332.000(24 iyul)
Almaniya (Üçüncü Reyx):4.000-9.000 arasında ölü, yaralı və əsir. Müttəfiq ölkələr: 1)ABŞ:1465 ölü,5138 yaralı, əsir və itkin 2) Böyük Britaniya:2700 ölü,yaralı və əsir 3) Kanada:500ölü,621 yaralı Müttəfiq dövlətlərin(Antihitler koalisiyası) cəmi itkisi:10.264 ölü,yaralı,itkin,əsir.
Ümumi vəziyyət
redaktə1943-cü ilin əvvəllərində Stalinqrad cəbhəsində ən ağır məğlubiyyətini alan və bunun ardınca Kursk uğrunda gedən döyüşlərdə də uduzan Almaniya artıq ən ağır günlərini yaşamaqda idi. SSRİ ağır döyüşlərlə almanları Qərbə doğru sıxışdırmaqda və yavaş-yavaş II Dünya müharibəsindən əvvəlki sərhədlərinə yaxınlaşmaqda idi. Bu isə müharibə dövründə SSRİ-yə külli miqdarda hərbi və maliyyə yardımı göstərən ABŞ və İngiltərəni hərəkətə gəlməyə məcbur etmişdi. Belə ki, artıq Almaniyanın bu müharibəni uduzduğu hamıya aydın idi. ABŞ və Qərb bundan sonra da Almaniyaya qarşı yerüstü hərbi əməliyyatlara baş vurmayaraq, gözləmə mövqeyi nümayiş etdirsəydilər və faşizmə qarşı ikinci cəbhəni açmasaydılar, SSRİ ordusu bütün kontinental Avropanı ələ keçirə bilərdi. Ona görə də ABŞ və İngiltərə rəhbərləri (Ruzvelt və Çörçill) nəhayət ki, Almaniyaya qarşı Avropada yerüstü hərbi əməliyyatlara baş vurmaq və Fransaya desant çıxarmaq barədə qərar qəbul etdilər. Bu isə Almaniyaya qarşı ikinci cəbhənin açılması demək idi. Qeyd edək ki, Almaniyaya qarşı ikinci cəbhə açılması barədə SSRİ, ABŞ və İngiltərə rəhbərliyi arasında razılıq hələ 1942-ci ildə əldə edilmişdi. Amma ABŞ və İngiltərə Almaniyaya qarşı ikinci cəbhənin açılmasını iki il ləngitdilər. Məqsəd isə hər iki tərəfin, SSRİ-nin və Almaniyanın savaşda daha çox itki verməsi və bununla onların daha zəif duruma salınması idi. Ancaq SSRİ-nin uğurlu hücum əməliyyatları ilə Avropanın keçmiş sərhədlərinə yaxınlaşmasını görən Ruzvelt və Çörçil ikinci cəbhənin açılmasının gecikdirilməsinin ancaq SSRİ-nin xeyrinə işləyən amil olduğunu anlayırdılar. Ona görə ABŞ və İngiltərə Almaniyaya qarşı ikinci cəbhənin açılması barədə xüsusi plan hazırladılar. Alman əks-kəşfiyyatı isə hazırlanan bu plandan xəbər tutmuşdu. Lakin alman əks-kəşfiyyatı ABŞ və İngiltərənin ikinci cəbhəni haradan açacağı barədə məlumata malik deyildi. Londonda bir araya gələn müttəfiq qoşunları komandanları isə ikinci cəbhənin Normandiyadan açılması barədə xüsusi plan hazırlamışdılar. Tarixə “D-Day“ (“qərar qəbul edilən gün“ mənasını verən, ingiliscə “Decision Day“) planı kimi düşən Normandiyaya desant çıxarılması əməliyyatının arxasında Fransanın Almaniyanın əsarətindən xilas edilməsi niyyəti dayanırdı. Həmin dövrdə ABŞ-də bütün sənaye hərbi məqsədlər üçün işləyirdi. Bu da ABŞ və İngiltərəyə Almaniyaya qarşı uğurlu hərbi əməliyyat aparmaq üçün geniş imkanlar vermişdi.
Hələ 1943-cü ilin əvvəllərindən başlayaraq, ABŞ-yə və İngiltərəyə məxsus onlarla hərbi təyyarə aramsız olaraq, Almaniyanın mühüm iqtisadi və strateji obyektlərini bombardman etməkdə idi. İngiltərə təyyarələri adətən gecələr, ABŞ təyyarələri isə gündüzlər Almaniyaya ağır bomba zərbələri endirirdilər. Elə gün olurdu ki, mindən artıq təyyarə Almaniyaya bomba yağdırırdı. Nəticədə, Almaniyanın hərbi-strateji obyektlərinin çoxu məhv edilmişdi. Normandiyaya desant çıxarılmasından əvvəl müttəfiqlərin təyyarələri Fransada və Belçikada dəmir yollarını, rabitə qovşaqlarını, körpüləri, hərbi sənaye obyektlərini mülki və hərbi hava limanlarını o dövr üçün olduqca dəhşətli şəkildə bombardman etdilər. Nəticədə, Fransa və Belçikada almanlar üçün hərbi qüvvə və texnika daşınmasına imkan verən bütün nəqliyyat-kommunikasiya strukturları sıradan çıxarıldı. Bombardmanlar Almaniya Hərbi Hava Qüvvələrinə o qədər ağır zərbə vurmuşdu ki, onlar Avropa səmasında ABŞ və İngiltərə təyyarələrinin qarşısını almaqda acizlik çəkirdilər.
Normandiyanın seçilməsi
redaktəStalin, Ruzvelt və Çörçillin Tehran konfransı zamanı İkinci cəbhənin açılmasını müzakirə edirdilər. Çörçill ikinci cəbhənin Rumıniyada açılmasını təklif etdi. Çörçilin əsas məqsədi qərbə doğru irəliləyən Sovet ordusunun qarşısını kəsmək və Stalinin Şərqi Avropa ölkələrində kommunizmi yaymasına qarşı gəlmək istəməsi olub. Ancaq Ruzvelt və Stalin ikinci cəbhənin Atlantik Okeanı sahilində açılmalı olduğunu bildirdilər. Beləcə Çörçill bu fikirlə razılaşdı və İkinci Cəbhənin Fransa, Normandiya əyalətinə açılması qərara alındı.
Hava şəraiti
redaktəHər ay ərzində ancaq 10 gün çıxarma üçün əlverişli idi. Bunun səbəbi Ayın bədirlənməsi və qabarmanın güclənməsi idi. Ancaq hava şəraiti çox əlverişsiz idi. La-Manş boğazında qasırğaların baş verməsi çıxarma əməliyyatlarını çətinləşdirirdi. Havada rütubətin və qalın dumanın olması isə bombardman əməliyyatlarını qeyri-mümkün edirdi. Almanlar isə əlvrişsiz hava şəraitindən istifadə edərək öz mövqelərini möhkəmləndirə bilirdilər. Çıxarma ancaq hava şəraitinin yaxşılaşması ilə 6 iyun tarixində baş verə bildi.
Çıxarmanın başlanması
redaktəÇıxarma əməliyyatları Normandiya sahili boyunca 80 km məsafədə qərbdən şərqə olmaqla həyata keçirildi(ətraflı aşağıda).
Britaniya ikinci ordusu
redaktə- General-mayor Riçard Nelson Gale tabeçiliyində olan 6-cı hava desant qüvvələri Orna çayının şərq sahilində 7900 nəfərlə desant enişi etdilər. Onların əsas məqsədi ABŞ-Böyük Britaniya ordularına sol cinahdan dəstək vermək idi.
Svord(qılınc) çimərliyi
redaktə- 1-ci xüsusi xidmət briqadası Austriehamda "Kuvin Red"(ucqar sol cinah) sektorunda çıxarıldı.
- 1-ci Korpusa məxsus 3-cü piyada diviziyası və 27-ci zirehli briqada Lion-Sur-Mer ərazisində çıxarıldı.
- 41 nömrəli komando(4-cü xüsusi xidmət briqadası) Svord çimərliyinin qərb hissəsində çıxarıldı.
Cuno çimərliyi
redaktə- 1-ci Korpus, 3-cü Kanada piyada diviziyası, 2-ci Kanada zirehli briqadası və 48 nömrəli Komando Müqəddəs-Aubin-sur-merdən Korselus-sur-Merə qədər çıxarıldı.
- 46 nömrəli komando(4-cü xüsusi xidmət briqadasını bir hissəsi) Orne çayının sol sahildə olan qayalıq ərazidə çıxarıldı və almanların artilleriya batareylarının məhv etdilər.
Qold(qızıl) çimərliyi
redaktə- 30-cu Korpus, 50-ci piyada diviziyası və 8-ci zirehli briqada 25000 nəfərlə Korsellsdən Arromançesə qədər çıxarıldı.
- 47 nömrəli komando(4-cü xüsusi xidmət briqadasının bir hissəsi) Qold çimərliyinin qərb cinahından çıxarıldı.
- Xidməti zirehli texnika, mina-təmizləmə qurğusu ilə təmin olunmuş 79-cu zirehli briqada İngilis-Kanada çimərlikləri boyunca çıxarıldı.
Ümumilikdə, Britaniya ikinci ordusu tərkibində 83115 nəfər bu çıxartmada iştirak etdi ki, bunlardan da 61715-i ingilis idi. İngilis və kanadalılardan əlavə bu ordunun daxilində Avstraliyalılardan ibarət xüsusi kontnegentdə var idi.
ABŞ birinci ordusu
redaktəOmaha çimərliyi
redaktə- 5-ci Korpus, 1-ci və 29-cu piyada diviziyası 34250 nəfərlə Sainte-Honrie-des-Pertesdən Viervill-sur-Merə qədər çıxarıldı.
- 2-ci və 5-ci Reyncer(Ranger) batalionları Pointe dü Hok istiqamətində çıxarıldı.
Yutah çimərliyi
redaktə- 7-ci Korpus, 4-cü və 90-cı piyada diviziyasının 359-cu regimental döyüş komandası 23250 nəfərlə Poupevil və La-Madelin ətrafında çıxarıldı.
- 101-ci hava desant diviziyası paraşüt vasitəsilə Viervil ətrafında Yutah çıxartmasına havadan dəstək verdilər.
- 82-ci hava desant diviziyası paraşüt vasitəsilə Sainte-Mere-Eqlise ətrafına çıxarıldı və sağ cinahdan müdafiəni təşkil etdi. İlk olaraq onları Kontentin yarımadasının daha da qərb hissəsinə çıxarılması planlaşdırılırdı, amma daha sonra çimərlikdəki qüvvələrin dəstəyə ehtiyacı olduğunu əsas gətirərək onlar digər istiqamətdə çıxarıldılar.
Bütövlükdə ABŞ birinci ordusunun tərkibində 73000 nəfər var idi ki, bunların 15600-ü hava desantçılarını təşkil edirdi.
Almanların döyüşə hazırlığı
redaktəFaşist Almaniyasının rəhbərləri İkinci cəbhənin açılacağını bilirdilər, amma bunun hansı istiqamətdən olacağını bilmirdilər. Adolf Hitler ikinci cəbhənini Pa-de-Kaledə açılacağını düşünürdü və qərb cəbhəsində olan əsas qüvvələrini ora yönəltmişdi. Bundan əlavə Faşist Almaniyasının əsas qüvvələri(157 alman diviziyası) şərq cəbhəsində SSRİ ilə döyüşürdü. Buna görə qərbdə qüvvələr az idi. Beləki, almanların 6 diviziyası Finlandiyada, 12-si Norveçdə, 6-sı Danimarkada, 9-u Almaniyada, 21-i Balkan yarımadasında, 26-sı İtaliyada və 59-u Fransa, Hollandiya və Belçikada idi.
Almanların müdafiəsi
redaktəAlmanlar əsasən Atlantik Okean sahilində pulemyot istehkamları, beton bunkerlər, iri-çaplı silahlardan istifadə edirdilər. Bunlar əsasən sahilyanı qayalıq, təpəlik və digər yüksəkliklərdə yerləşdirilirdi. Bu plan Vermaxt feld-marşalı Ervin Rommel tərəfindən hazırlanmışdı və 4 il ərzində həyata keçirilmişdi, amma Rommel işlərin başa çatmadığını bəyan edirdi.
Atlantika divarı
redaktəAtlantika divarı Adolf Hitlerin qərarı ilə Norveç-SSRİ sərhəd xəttindən tutmuş Atlantik Okean sahili ilə cənuba doğru İspaniya-Fransa sərhəd xəttinə qədər olan və Üçüncü Reyxi qərbdən müdafiə etməli olan hərbi-müdafiə istehkamı idi. Bu sədd Rommel tərəfindən xüsusi hərbi avadanlıqlar, hava hücumundan müdafiə qurğuları, artilleriya batareyaları və minalanmış ərazilərlə təhciz olunmuşdu. Normandiya torpaqları arasında Vermaxtın 5-ci və 17-ci ordusu qərar tutmuşdu. Bütün əsas qvvələr Pa-de-Kale limanına istiqamətlənmişdi.
Alman diviziyaları
redaktə- 716-cı piyada diviziyası çıxarma ərazilərinin şərq cinahını müdafiə edirdi. Onların tərkibi əsasən şərq cəbhəsində vuruşmuş 709-cu piyada diviziyasının tərkibindən seçilmiş xüsusi döyüşçülərdən ibarət idi.
- 352-ci piyada diviziyası yaxşı təlim görmüş və avadanlıqla yaxşı təmin olunmuş əsgərlərdən ibarət idi. Onlar Bayeuks və Karentan arasında qalan əraziləri, həmçinin Omaha çimərliyini də müdafiə edirdilər. Bu diviziya 1943-cü ilin Noyabr ayında SSRİ tərəfindən dağıdılmış 321-ci diviziyanın əsgərlərindən yaradılmışdı. Bu diviziya ABŞ ordusuna Omaha çimərliyi çıxarması zamanı böyük ziyan vurmuş və ABŞ hərbi qüvvələrinin çoxlu sayda əsgər və zabitini məhv etmişdi.
- 91-ci hava çıxarma diviziyası 105 və 1058-ci piyada qüvvələrinin birləşməsində yaradılmışdı və onlar Kontentik yarımadasının daxilində ABŞ hava desant qüvvələrinə qarşı döyüşlərdə iştirak etməli idilər.
- 709-cu piyada diviziyası 729, 739 və 919-cu piyada qüvvələrinin birləşməsi nəticəsində yaranmışdı. Əsasən Yutah çimərliyinin müdafiəsi üçün nəzərdə tutulmuşdu.
Döyüş
redaktəMüttəfiq qoşunları Normandiyaya desant çıxarılması məqsədilə 3 milyon nəfərə yaxın əsgər, 2 mindən artıq hərbi gəmi, 4 mindən artıq hərbi təyyarə cəmləşdirmişdilər. İyunun 6-da gecə saat 2:00-da Normandiyaya desant çıxarılması ilə bağlı hərbi əməliyyata başlandı. Əməliyyat Normandiyanın dəniz sahillərindəki quru ərazilərin və o ətrafda müdafiə mövqeyi tutan almanların hərbi mövqelərinin güclü şəkildə bombardman edilməsi ilə start götürdü. 4 saat ərzində havada və qurudan davam edən aramsız bombardmanlardan sonra hərbi gəmilər hərəkətə gətirildi. 1944-cü ilin 6 iyununda, səhər tezdən saat 6.30-da 150 000 britaniyalı, amerikalı, kanadalı və fransız hərbçi Fransanın şimalındakı çimərliklərə çıxarıldı. Almanların qızğın müqavimət göstərmələrinə baxmayaraq, günün sonunda 3 ingilis, 3 ABŞ və 1 Kanada piyada bölüyü və 3 hərbi desant birliyi Normandiya sahillərində plasdarmı əldə edə bilmişdi. Amma alman komandanlığı dərhal əks-hücuma keçərək, düşməni Normandiya sahillərindən dənizə doğru sıxışdırmaq istəyirdi. Hər iki tərəfin ağır itkilər verməsinə baxmayaraq, almanlar yavaş-yavaş müttəfiq qoşunlarını tutduqları mövqelərdən sıxışdırıb çıxarmaqda idilər. Bunu görən əməliyyata rəhbərlik edən marşal Eyzenhauer təyyarələri havaya qaldırdı. Düşmənin hücumunu zəiflətmək məqsədilə yüzlərlə təyyarə eyni zamanda almanların mövqelərinə zərbələr endirdilər. Aramsız olaraq bombardmana məruz qalan alman komandanlığı ilə döyüş meydanı arasındakı əlaqələr kəsildi. Nəticədə, arxadan əlavə yardım ala bilməyən almanlar müttəfiq qoşunları üzərinə hücumları dayandırmağa məcbur oldular.
Müharibə abidələri və turism
redaktəNormandiyada olan çimərliklər hələ də xəritələrdə öz kod-adları ilə qalırlar. Normandiyada çoxlu xiyabanlar var. Bunlara Kollevil-sur-merdə yerləşən və 9238 ağ xaç və 149 dənə ağ Davud ulduzundan ibarət olan Amerika xiyabanı, La-Kambedə yerləşən alman xiyabanı aiddir. Burada həmçinin Polyak xiyabanı da var. "Müharibə qəbrləri komissiyası birliyi" xiyabanların saxlanmasına məsuliyyətlidir.
Xarici keçidlər
redaktə- [1]
- [2] Arxivləşdirilib 2014-04-05 at the Wayback Machine