Ervin Rommel - Wikipedia
Ervin Oygen Yohannes Rommel (alm. Erwin Eugen Johannes Rommel; 15 noyabr 1891[1][2][…], Haydenhaym an der Brents[d], Vürtemberq krallığı[d], Almaniya imperiyası[4] – 14 oktyabr 1944[3][1][…]) — "Səhra tülküsü" (alm. Wüstenfuchs) ləqəbli alman general-feldmarşalı.
Ervin Rommel | |
---|---|
alm. Erwin Rommel | |
Şəxsi məlumatlar | |
Doğum adı | Johannes Erwin Eugen Rommel |
Doğum tarixi | 15 noyabr 1891[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 14 oktyabr 1944[3][1][…] (52 yaşında) |
Vəfat səbəbi | sianiddən zəhərlənmə[d][5] |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Almaniya İmperiyası ordusu, Reichswehr, Heer (Vermaxt) |
Xidmət illəri | 1910–14 oktyabr 1944 |
Rütbəsi | general-feldmarşal |
Komandanlıq edib | |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəİkinci dünya müharibəsi gətirdiyi dağıntılar və fəlakətlərlə yanaşı bir neçə dahi şəxsiyyəti də tarixin səhifələrinə həkk etmişdir. Bu şəxsiyyətlərdən biri müttəfiq qüvvələr arasında "Səhra Tülküsü"(alman dilində "Wüstenfuchs")adı ilə tanınmış Ervin Rommel olmuşdur. Rommel Şimali Afrika uğrunda gedən döyüşlərdə Alman ordusunun qruplaşmalarına komandanlıq etmiş və ingilis generalı Montqomerinin ilkin planlarını alt-üst edərək saysız-hesabsız uğurlar qazanmışdır.
Ervin Rommel 15 noyabr 1891-ci ildə Haydenxaymda anadan olmuşdur. Əvvəlcə mühəndis peşəsinə yiyələnmək istəsə də, 1910-cu ildə Rommel orduya qoşulmuş və 1914-cü ilin avqust ayında onun xidmət apardığı bölmə müharibəyə atılmışdır. 1915-ci ildə o, döyüşlərdə fərqləndiyinə görə 1-ci dərəcəli dəmir xaç ordeni ilə mükafatlandırılmışdır.
Müharibədən sonra Rommel Drezden şəhərində piyada qoşunları məktəbində dərs demişdir və həmin ərəfədə "Piyada Hücumda" (İnfanterie greift an) adlı ilk kitabını yazmışdır.
1933-cü ilin oktyabr ayında Rommel mayor rütbəsinədək yüksələrək Qoslar'da (Goslar) dağlı batalyonların komandanlağına təyin olunmuşdur. 1935-ci ildə isə polkovnik rütbəsi almış Rommel Potsdam Müharibə Akademiyasında müəllimlik etmişdir.
Fransa kampaniyasından sonra 1941-ci ildə Ervin Rommel general-leytenant rütbəsinədək yüksəlmiş və Berlinə çağırılaraq alman ordusunun Afrika birləşmələrinə (Deutsches Afrika Korps) komandanlıq etmək tapşırığı almışdır. İlkin tapşırığı komandanlığı altında olan iki alman diviziyası ilə Şimali Afrikada yerləşən artıq bir sıra məğlubiyyətlərdən əlacsız vəziyyətdə qalmış italyan birləşmələrinə dəstək göstərmək olmuşdur. Artıq Fransada istifadə etdiyi Blitskriq (Blitzkrieg) taktikası ilə yanaşı, Rommel həm də kiçik dəstələrlə hiyləgər hücumlar aparmışdır. Həmin ərəfədə o dostları və düşmənləri tərəfdən səhra tülküsü adlandırılmış və general-feldmarşal rütbəsinədək yüksələrək alman ordusunun tarixində ən gənc feld-marşal olmuşdur. Britaniya silahlı qüvvələri isə hücumlarını davam etdirmiş, lakin almanların 88 mm-lik topları və mərd piyada qüvvələri bu hücumları nəticəsiz qoymuşdur.
Feldmarşal E.Rommel hər zaman nasist siyasətə və əsasən də Himmlerə və onun SS-nə olan nifrəti ilə tanınmışdır. Onun böyük nailiyyətlərindən biri də SS qüvvələrinin toplu şəkildə Şimali Afrika kampaniyasında iştirakına imkan verməməsi olmuşdur. 1944-cü ildə Ervin Rommel Adolf Hitlerə qarşı törədilmiş sui-qəsddə təqsirli bilinərək xüsusi mühafizə oqanları tərəfindən həbs edilmişdir. Həbsdə olarkən ona özünə qəsd etməsi təklif olunmuşdur, əks halda isə onun güllələnəcəyi bildirilmişdir.
Feldmarşal Ervin Rommel 14 oktyabr 1944-cü ildə hospitalda qəbul etdiyi zəhərin təsirindən dünyasını dəyişmişdir. Hitlerin əmri ilə Rommel Üçüncü Reyxin milli qəhrəmanı kimi təmtəraqla dəfn olunmuş, onun vəfat etdiyi gün (14 oktyabr) milli matəm günü elan edilmişdir.
Bununla belə feldmarşal Ervin Rommel Reyxin və Fürerin daimi düşmənlərindən biri olmuşdur və onun Fürerə qarşı hazırlanmış sui-qəsddə əli olması ehtimalına hələ də inanılmaqdadır.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Görlitz W. O. J. Erwin Rommel // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Роммель Эрвин // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 http://www.historyorb.com/people/erwin-rommel.
- ↑ Stark F. Bis ins Detail vertuschten die Nazis Rommels Tod (alm.). / Hrsg.: S. Aust WeltN24, Axel Springer SE, 2013. ISSN 0173-8437