Aciq Seher - Wikipedia
Açıq_şəhər - Haqqında Məlumat
Açıq şəhər-müharibədə iştirak edən dövlətlərin biri tərəfindən hansısa şəhərin dağıdılmaması, əhalisinin öldürülməməsi, mədəni abidələrin qorunması üçün həmin şəhəri müdafiəsiz şəhər (açıq şəhər) elan etməsidir. Açıq şəhərdə hərbi hissələr, hərbi qüvvələr, müdafiə vasitələri olmur. Quru müharibənin qanun və qaydaları haqqında 1970-ci il Haaqa bəyannaməsinə əlavənin 25-ci maddəsində açıq şəhərin hər hansısa üsulla dağıdılması, ona hücum edilməsi qadağan edilir. Açıq şəhərin hüquqi vəziyyəti hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında 1954-cü il Haaqa konvensiyasında əks olunmuşdur. Açıq şəhərlərə misal olaraq İkinci dünya müharibəsində Paris və Roma şəhərlərini göstərmək olar.