Ev Donuzu - Wikipedia
Ev donuzu (lat. Sus scrofa domestica) — donuzlar fəsiləsindən olan ev heyvanı.
Ev donuzu | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Ev donuzu |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Donuzkimilər fəsiləsindən olan ev donuzları orta böyüklükdə, çevik bir bədən quruluşuna sahib məməlilərdir. Bədənləri çox seyrək, fırça kimi sərt və qısa olan tüklərlə örtülüdür. Rəngləri qırmızımsı qəhvəyi ilə boz və ya qara olaraq dəyişir. Uzunluqları 50–190 sm (3–45 sm quyruq) və ağırlıqları 6–350 kq arası dəyişir.
Donuzlar hər ayaqlarında daimi 4 barmaqları vardır. 2-ci və 3-cü barmaqlar digərlərindən daha böyük olur və bütün ağırlığı daşıyırlar. Daha kiçik olan 1-ci və 4-cü barmaqlar yerə toxunmur.
Donuzlar təbii şəkildə Avrasiyanın cənubunu və bütün Afrikada yaşayırlar. Ən çox növləri Cənub-Şərqi Asiyada, İndoneziya və Filippində görmək olar.
Donuzun əti dünyada ən çox istifadə edilən ət növlərindən biridir. Donuz ətinin məişətdə istifadəsi eramızdan əvvəl 5.000-ci ilə gedib çıxır. Orta Şərq və Çində donuzların əhliləşdirməsindən sonra ətindən istifadəsi geniş yayılmışdır. Donuzun müxtəlif təbii şəraitlərə özünü uyğunlaşdırma bacarığı, demək olar ki, hər bir şeyi yeyə bilməsi və sürətli nəsil artırma bacarığı səbəbindən donuzların şəxsi təsərrüfatlarda istifadəsi geniş yayılmışdır.[1]
Ferma və xüsusi təsərrüfatlarda saxlanılan digər heyvanlardan fərqli olaraq donuzların qidalanması üçün xüsusi yeməklər tələb olunmur. Belə ki, insanlar üçün nəzərdə tutuluş qidaların qalıqları və köhnəlmiş ərzaq məhsulları ilə belə donuz fermalarında yüksək məhsuldarlığın əldə edilməsi mümkündür. Bu səbəbdən donuz əti Avropanın mərkəzi bölgələrində kasıb və orta təbəqədən olan insanların hər zaman əldə edə biləcəyi bir ət çeşididir.
Digər ət növlərindən fərqli olaraq, ucuz olması donuz ətinə bazarda hər zaman təlabatın olmasına səbəb olmuşdur. Şəriətdə donuz ətinin istifadəsi haram hesab olunur. İslam inancına görə donuz natəmiz heyvandır və onun ətindən müxtəlif məqsədlər üçün istifadə edilməsidə bir müsəlman üçün bəyənilən əməl sayılmır. Donuz ətinin istifadəsi İslam dinin ilə yanaşı İudaizm dinində haram buyrulmuşdur.
Xristianlığın donuz ətindən istifadəyə yanaşması müxtəlifdir. Əhdi-Ətiq yazılarında donuz ətinin xristianlar üçün qadağan olunduğu göstərilsə də, Əhdi-Cədiddə həmin qadağa aradan qaldırılmışdır.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- JSR Genetics, Pig genetics company (ing.)
- An introduction to pig keeping
- JJ Genetics, gilt pig breeders
- Swine Study Guide from UC Davis
- British Pig Association
- The process of pig slaughtery
- Swine Care
- Globe and Mail article Canada's transgenic Enviropig is stuck in a genetic modification poke Arxivləşdirilib 2017-05-15 at the Wayback Machine
- Information on Micro Pigs
İstisnalar
redaktə- ↑ "Sources of Meat". Food and Agriculture Organization (FAO). 25 November 2014. 2 March 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 November 2016.