Milli Biotexnoloji Melumat Merkezi - Wikipedia
Milli Biotexnoloji Məlumat Mərkəzi (ing. National Center for Biotechnology Information, NCBI) — molekulyar biologiya və tibb sahələrində bir sıra önəmli məlumat bazası və kompüter proqramlarını ehtiva edən internet portalı. Bioinformatika sahəsinin ən önəmli informasiya qaynaqlarından biridir. Ən önəmli databankları GenBank, PubMed və sairədir. Molekulyar biologiya sahəsində ən çox istifadə olunan bioloji ardıcıllıqları emal etmək üçün bioinformatika proqramı olan BLAST da burada yerləşir.
NCBI ABŞ-də bioloji elmlər sahəsindəki araşdırmaların böyük bir hissəsini maliyyələşdirən Milli Sağlamlıq İnstitutları (ing. National Institutes of Health, NIH) adlı qurumun bir qolu olan Milli Tibb Kitabxanasına (ing. National Library of Medicine, NLM) tabedir. ABŞ-nin Maryland əyaləti Bethesda şəhərində yerləşir. Qurumun direktoru 1989-cu ildən məşhur bioloq və BLAST proqramının yazıçılarından biri olan David Lipmandır.[1]
NCBI saytında saxlanılan digər məlumat bazaları bunlardır: Nucleotide, Protein, Bookshelf, Gene, Genome, MeSH, Glossary, PubChem, RefSeq, Taxonomy, PMC, Medline.
GenBank
redaktəGenBank DNT ardıcıllılq məlumat bazasıdır. Burada insan genomundan tutmuş bakteriyalara qədər 100 min ayrı orqanizmdən tam yaxud qismi DNT ardıcıllıqları saxlanılır. 2013-cü ildə GenBankda 150 milyard nukleotid bazlıq ardıcıllıq saxlanılıb. Yarandıqdan sonra 30 ildə GenBank bütün bioloji elm sahələrinin ən önəmli databankı halına gəlmiş, milyonlarca elm adamı tərəfindən istifadə edilir və istinad göstərilməkdədir.
PubMed
redaktəBiologiya və tibb sahəsində dərc olunan elmi məqalələr bazasıdır. 2015-ci ilə 1966-ci ildən günümüzə qədər olann 25 milyon məqalə qeydə alınmışdır. Hər il təxminən yarım milyon yeni məqalə bazaya daxil edilməkdədir.
BLAST
redaktəBasic Local Alignment Search Tool (azerb. ana lokal cərgələmə üçün axtarış vasitəsi) qısaltması olan BLAST bioloji ardıcıllıqlar, DNT-nin nukleotid sıraları yaxud zülalların aminturşu sıraları arasındaki bənzərliyi sayca ölçmək üçün proqramlar ailəsidir. Bəzilərinin adı belədir: nblast, tblast, pblast və tblastn. BLAST əldəki bilinməyən DNT və ya zülalın ardıcıllığından yola çıxaraq arxiv məlumat bazalarından (GenBank, Protein kimi) axtarış edərək kimliyini təyin etmək üçün güclü vasitədir. Molekulyar bioloq və bioinformatiklər üçün ən çox istifadə olunan kompüter proqramı sayılır. BLAST-ı bioloqların google-u saymaq mümkündür. BLAST alqoritması Stephen Altschul, Warren Gish, Webb Miller, Eugene Myers və David Lipman elm adamları tərəfindən işlənib hazırlanaraq Journal of Molecular Biology 1990-cu ildə nəşr edilmişdir[2]. Biologiyanın ən çox istinad göstərilən məqalələrindən biri olub təxminən 50 000 dəfə digər elmi məqalələr tərəfindən istinad edilmişdir.
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "The NCBI Handbook, History". 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-16.
- ↑ Altschul Stephen; Gish Warren; Miller Webb; Myers Eugene; Lipman David. "Basic local alignment search tool". Journal of Molecular Biology. 215 (3). 1990: 403–410. doi:10.1016/s0022-2836(05)80360-2.