Dekabristler Usyani - Wikipedia
Dekabristlər üsyanı (rus. Восстание декабристов) — 14 dekabr 1825-ci ildə[6] Rusiya imperiyasının paytaxtı Peterburqda baş vermiş dövlət çevrilişi cəhdi.[7]
Dekabristlər üsyanı | |
---|---|
Восстание декабристов | |
Yer | Sankt-Peterburq, Rusiya imperiyası |
Tarix | 14 dekabr 1825 |
Səbəb | 1825-ci il səltənət fasiləsi |
Əsas məqsəd | Mütləqiyyətin və təhkimçilik hüququnun ləğvi, Konstantin Pavloviçin taxta çıxarılması, I Nikolay tərəfindən konstitusiya təsdiq edilməsi |
Nəticə | Üsyanın yatırılması |
Təşkilatçılar | Dekabristlər |
Hərəkətverici qüvvələr |
Şimal gizli cəmiyyəti[1], Moskva leyb-qvardiya polku[2][3], Qrenader leyb-qvardiya polku[4], Qvardiya ekipajı[5] |
İştirakçı sayı | təqribən 3000 nəfər |
Vikianbarda əlaqəli mediafayllar |
XIX əsrin əvvəllərində Rusiyanın beynəlxalq vəziyyəti son dərəcə mürəkkəb idi. Tilzit sülh müqaviləsindən[8] sonra da Rusiya müstəqil xarici siyasət yeritməkdə davam edirdi. 1812-ci ildə Çar ordusu Fransanı məğlub etdi.
Napoleon üzərində qələbədən sonra Qərbi Avropa həyatı ilə tanış olmuş bəzi mütərəqqi fikirli rus zabitləri Rusiyada dəyişikliklər aparmaq uğrunda mübarizəyə başladılar. Milyonlarla kəndli, hələ də ağır təqiblərə məruz qalırdı. Avropada döyüşən rus əsgərləri, ölkələrinin dövlət quruluşunun, sosial həyatlarının və qurumlarının nə qədər geridə qaldıqlarını görmüşdülər. Çarlığın boyunduruğu altındakı xalqın böyük bir bölümünü təşkil edən kəndlilərin torpağa təhkimçiliyi saxlaması əsgərlər üçün narahat bir gərçək idi.
I Aleksandrın təqibləri ve militarist rejimindən narazı olan əsgərlər, kəndlilər, cəmiyyətlər yeni çevrə yaratdılar. İki əsas istiqamət müzakirə olunurdu: məhdud monarxiya və federativ dövlət.
Aleksandrın ölümündən sonra I Nikolayın taxta çıxacağı gün[a] Rusiya tarixində bir Çara qarşı yönəlmiş ilk silahlı üsyan gerçəkləşdi.
1825-ci il dekabrın 14-də hərbçilərin üsyanı baş verdi. Bu üsyan tarixə dekabristlər üsyanı kimi daxil oldu. Dekabristlər üsyanı Rusiyada inqilabi hərəkatın başlanğıcını qoydu.
Zəmin
redaktəXIX əsrin əvvəllərində Rusiya ictimai-iqtisadi inkişaf baxımından Qərbi Avropa ölkələrindən xeyli geridə idi. 1801-ci ildə Rusiyada saray çevrilişi baş verdi. I Pavel öldürüldü və onun oğlu I Aleksandr taxta çıxarıldı (1801–1825). Kəndli məsələsinin kəskinliyini zəiflətmək üçün 1803-cü ilin 20 fevralında "azad taxılçılar" haqqında fərman[9] verildi. Fərmana görə mülkədarlara icazə verilirdi ki, öz arzularına görə pul alıb kəndliləri torpaqla birlikdə azad etsinlər. 1810-cu ildə yaradılan Dövlət şurası ali idarəetmə orqanı kimi fəaliyyət göstərsə də, çarın yanında məşvərətçi orqan idi.
1812-ci il Vətən müharibəsinin və 1813–1814-cü illərdə Qərbi Avropaya yürüşlərin nəticələri ağır bir yük kimi Rusiya iqtisadiyyatının üzərinə düşdü. Düşmənin müdaxiləsi nəticəsində şəhər və kəndlər, o cümlədən Rusiyanın köhnə paytaxtı Moskva və Smolensk kimi şəhərlər xarabazara çevrilmiş və yandırılmışdı. Ölkəyə yüz milyonlarla rubl dəyərində ziyan dəymişdi. Təqribən milyon yarım kimi rekrut və xalq qoşunu əsgəri kimi silahlandırılmışdı. Döyüş meydanlarında və xəstəliklər nəticəsində külli miqdarda adam həlak olmuşdu. Əkinlərin məhv edilməsi, mal-qaranın tələf olması əhalinin var-yoxdan çıxması demək idi. Müharibə maliyyə işini və pul tədavülünü son dərəcə pozmuşdu. Mülkədar-təhkimçi hökuməti yaranmış iqtisadi vəziyyətin ağırlığını bütünlüklə xalq kütlələrinin üzərinə salmışdı. Dövlət büdcəsinin kəsiri adambaşına vergilər, kəndlilərdən alınan töycü rüsumları və içkidən (araqdan) əldə edilən gəlir hesabına ödənilirdi. Ölkənin təsərrüfat həyatının ümumi tənəzzülü və kütlələrin var-yoxdan çıxması üzündən bu "gəlirlər" az olduğuna görə dövlət kağız pullar (əksinaslar) buraxmağa başlamışdı, bu pullar isə ildən-ilə qiymətdən düşmürdü. 20-ci illərdə gümüş rublun məzənnəsi kağız pulun təqribən 3 rubluna bərabər tutulurdu. Bahalığın artması xalqın vəziyyətini daha da pisləşdirirdi.
Xalq arasında milli hissin yüksəlməsi, 1812-ci ildə düşmənə qarşı mübarizədə özünü göstərmiş qüvvənin başa düşülməsi mülkədar kəndində, votçina manufakturasında və əsgər kazarmasında kəndlinin öz təhkimçi vəziyyətini daha aydın başa düşməsinə təkan verdi.[10] Xalq etirazının ruhu güclənmişdi. Kəndlilər biyar və töycünün daha da artırılmasına və mülkədarların onları torpaqdan məhrum etmək cəhdlərinə getdikcə daha tez-tez etiraz çıxışları ilə cavab verirdilər. 1813–1825-ci illərdə 200-dək kəndli iğtişaşı baş vermişdi, bu illərdə iğtişaşların orta illik sayı isə Vətən müharibəsindən əvvəlki illərə nisbətən iki-üç dəfə artıq idi.[11] Həmin illərdə kəndli mübarizəsi inadkarlığı və sürəkli olması ilə səciyyəvi idi. Bir sıra hallarda kəndlilər mülkədarlara qarşı bir neçə il mübarizə aparmışdılar. Məsələn, Ryazan quberniyasında, yerli qubernatorun məlumatına görə kəndlilər tez-tez "itaətsizlik və coşğunluq" göstərirdilər və bəzən bu hərəkətlər iki-üç il davam edirdi. Kostroma quberniyasında mülkədar Meşşaninovun doqquz kəndinin təhkimliləri 1818-ci ildə "qiyama" başlamış və mübarizəni, 1820-ci ilədək davam etdirmişdilər, həmin il isə mülkədar qadın Abaldueyevanın min nəfərdən artıq təhkimli kəndlisi qiyamçılara qoşulmuşdu. Üsyan edən kəndlilərin getdikcə daha çox inadkarlıq göstərdiklərini burdan görmək olardı ki, hökumət kəndliləri "sakitləşdirmək" üçün əsgər dəstələri göndərilməsinə getdikcə daha tez-tez əl atmalı olurdu. 1816-cı ildən 1825-ci ilədək kəndliləri yüz dəfədən çox hərbi qüvvə hesabına sakitləşdirmək, yəni kəndli iğtişaşlarının yarıdan çoxunu silah gücünə yatırtmaq lazım gəlmişdir.
1818–1820-ci illərdə Don sahilindəki kəndli hərəkatı ən kütləvi hərəkat idi. Vaxtilə Don çayının və onun qollarının sahillərində sərbəst yaşayan əhali öz kazak başçıları-getmanlar və digər başçılar tərəfindən əsarət altına alınmışdı. Bütün torpaqlar yüksək zütbəli kazakların sərəncamına verilmiş və beləliklə, onlar torpaq və təhkimlilər üzərində hüquqları olan yeni zadəganlara çevrilmişdilər. Don sahilində Ukraynanın və Rusiyanın mərkəzi quberniyalarından qaçıb gəlmiş çoxlu kəndli yaşayırdı. Onlar bu yerlərdə azadlıq axtarırdılar, amma yenə də kölə vəziyyətinə düşmüşdülər, iğtişaşlar başlanmışdı. Hökumət Donda mülkədarların torpaq sahibliyini nizama salmağı qərara almış və bunun üçün xüsusi komitə təsis etmişdi. Kəndlilər hökumətin qərarını özlərinə xeyirli olan tərzdə başa düşmüşdülər, ona görə də iğtişaşlar xüsusi bir qüvvə ilə genişlənib böyük bir ərazini bürümüşdü. Hərəkatda 45 mindən çox kəndli iştirak edirdi. General-adyutant Aleksandr Çernışov kəndliləri sakitləşdirməyə göndərilmişdi, onun sərəncamında altı piyada alayı, iki süvari eskadronu və altı top vardı. General qırmalı top mərmilərindən və güllələrdən istifadə edərək üsyanı yatırtdı. Üsyançılara amasızcasına divan tutuldu, 263 nəfər qamçı, çubuq cəzasına məhkum edildi, katorqaya və Sibirə sürgünə göndərildi.
Kazarmalarda əsgərləri mənasız dərəcədə xırda hərbi təlim tələblərinin yetirilməsində ən kiçik xətalara görə vəhşicəsinə cəzalar tətbiq edən arakçeyevçilik gözləyirdi.[12] 1816–1825-ci illərdə əsgərlərin ən azı 15 açıq çıxışı baş vermişdi.[13]
1820-ci ilin oktyabrında Semyonovsk polkunun qiyamı paytaxtda böyük siyasi hadisə oldu. Yürüşlər zamanı bir çox əsgəri işləri ilə şöhrət qazanmış polk vətənə qayıtdıqdan sonra Arakçeyevin əlaltısı Şvartsın komandalığı altına düşdü. Təzə komandir humanist zabitliyə[b] alışmış əsgərlərin qəlbində "sərbəstlik" ruhunu öldürməyi qərara almışdır. Çubuq intizamı, əsgərin şəxsiyyətinin təhqir edilməsi Şvartsın əsgərlərə təsirini başlıca metodu idi. Semyonov polku əsgərlərinin çıxışı "hökmdar rotasının"[c] şikayəti ilə başlandı. Polkun rəhbərliyi rotanı həbs edib Petropavlovsk qalasında təcrid etdilər. Polkun qalan rotaları etiraz edənləri müdafiəyə qalxdılar və bütün polk qalaya salınmış olundu. Peterburqun hakimiyyət orqanları və xaricdən tələsik qayıtmış çar polkun çıxışlarından qorxuya düşdülər. Kazarmalarda əsgərlər arasında hökumət əleyhinə intibahnamələr yayılırdı. İntibahnamələrdə çara və zadəganlara qarşı mübarizə aparmaq, zadəganların əvəzinə öz komandirlərini seçmək haqqında çağırış vardı, çar zadəganların mənafeyini qoruyan "ən böyük quldur" adlandırılırdı. Hökumət "qiyamçılara" amansızcasına divan tutdu. Təhrikçiləri bir neçə dəfə əsgər sıraları arasından keçirib çubuqladılar; belə cismani cəzadan sonra sağ qalanları katorqaya göndərdilər. Bütün polk ləğv edildi. Katorqaya göndərilmiş və ucqar hərbi hissələrə səpələnmiş semyonovçuların qəlbində hakimiyyət orqanlarına nifrət yaşayırdı və onlar digər inqilabi çıxışlarda dəfələrlə iştirak etdilər. Semyonovçuların çıxışları zamanı tapılmış intibahnamələrin birində təhkimçi kəndlilərin vəziyyətindən, altı günlük biyardan, son dərəcə ağır vergilərdən, kəndlilərin "katorqaçılardan seçilmədiklərindən" danışılırdı. Bu onu göstərirdi ki, əsgərin iğtişaşlar təhkimçilik əleyhinə ümumkəndli mübarizəsi ilə əlaqəlidir, lakin bu əlaqə hərbi məskunların üsyanlarında daha əyani və dolğun şəkildə özünü göstərirdi.
1815–1825-ci illərdə çarizmin daxili siyasəti Napaleonla müharibədən sonra Qərbi Avropada yaranmış vəziyyəti səciyyələndirən ümumi mürtəce xətti əks etdirirdi. Müqəddəs ittifaq beynəlxalq meydanda ayrı-ayrı ölkələrdə irticanın əsaslandığı prinsipləri möhkəmləndirirdi.
Mürtəce siyasətin istinad nöqtəsi I Aleksandr, onun göstərişlərinin sadiq icraçısı[14] isə A. A. Arakçeyev idi.[15][16][17] Zadəgan zümrəsindən olan müasirlərindən biri Vikel, Arakçeyev haqqında belə yazırdı:
Arakçeyevdən artilleriya üçün islah tədbiri kimi, sonra orduya cəza vasitəsi kimi və nəhayət, bütün rus xalqından qisas almaq vasitəsi kimi istifadə edildi. |
Bu qəddar və kobud artilleriya generalı imperiyada çardan sonra birinci adam oldu. K. F. Rıleyev "Çarın istəklisinə" (rus. К временщику)[19] adlı satirasında Arakçeyevi belə səciyyələndirmişdi[20]:
Doğma ölkəsinin sərt müstəbidi idi,
Hiyləylə mənsəbə yüksəlmiş idi.[21] |
Ölkədə təşəkkül tapmış siyasi rejimi "arakçeyevçilik"[22] adlandırmağa başladılar. Bu, təkcə kəndlilər barəsində təhkimçilik tədbirləri, əsgərlər üçün amansız hərbi təlim demək deyildi, həm də hər cür "qiyam" əlamətinin kökünü kəsmək məqsədilə casusluğa geniş yer verilməsi, nadan senzura məmurlarının əli ilə mətbuatın əsassız olaraq sıxışdırılması, yuxarıdan və aşağıdan idarəetmədə sarsaqlıq həddinə çatan xırdaçı, amansız və laqeyd formalizmdən, ən başlıcası isə Arakçeyev rejiminin hər hansı bir cəhətinə qarşı narazılığını və ya etirazını bildirənlərin hamısına amansızcasına divan tutması demək idi.
Arakçeyevçilik maarif sahəsində özünü daha əyani göstərirdi. I Aleksandrın çarlığının ilk illərində təsis edilmiş xalq maarifi nazirliyi, görkəmli tarixçi Nikolay Karamzinin ifadəsinə görə, "nadanlıq nazirliyinə" çevrilmişdi.[23] 1816-cı ildə knyaz A. N. Qolitsın bu nazirliyin başçısı təyin edildi,[24] həm də nazirliyin özü kilsə işləri ilə birləşdirildi. Puşkinin epiqramında Qolitsıni "xolop" ürəkli və "maarif düşməni" adlandırılır. Qolitsın öz ətrafına Maqnitski, Runiç kimi cəhalətpərəstləri toplamışdı. Qabaqcıl ideyalara qarşı mübarizədə, "Müqəddəs İttifaq"ın etiqadının rəmzi — İncil, din, mistika irəli sürülmüşdü.
Universitetlərdə və başqa tədris müəssisələrində oxuyan gənclər ilk növbədə kilsənin təsirinə məruz qalırdılar. O dövrün ən yaxşı professorlarından K. İ. Arsenyev, E. V. Raupax, K. F. German, A. P. Kunitsın "azadfikirlilik" yaymaq üstündə universitetlərdən uzaqlaşdırılmış və məsuliyyətə cəlb edilmişdilər. Tədris bütünlüklə müqəddəs kitab əsasında aparılmalı idi. Öz nəticələrinə görə İncinin ehkamlarına uyğun gəlməyən bütün fənnlər tədrisdən xaric edilirdi. Məsələn, təbiiyyat elmlərini şərh edərkən dünyanın yaradılması və adamların Adəmlə Həvvadan törəməsi haqqında Bibliyadakı əfsanəni rəhbər tutmaq lazım idi. İnsan bədəninin anatomiyasını öyrənərkən meyit yarmaq qadağan olunurdu, çünki insan bədəni ölməz ruhun məskəni hesab edilirdi. Hətta riyaziyyatın özündə ilahi əsasları rəhbər tutmadan keçinmək mümkün deyildi. Kazan universitetinin bir professoru hesab edirdi ki, "vahidsiz rəqəm olmadığı kimi dünya da Allahsız mövcud ola bilməz".
Sərt senzura ən zərərsiz və hətta ən "xoşniyyət" kitabları qadağan edirdi. Məsələn, göbələklərin zərəri haqqında kitab nəşr edilə bilməzdi, çünki göbələk pəhriz ərzaqı idi, yaxud E. Staneviçin "Körpənin tabutu önündə ruhun ölməzliyi haqqında söhbət" (rus. Разговор о бессмертии души над гробом младенца)[25] kitabı kilsə təliminə uyğun gəlməyən kitab kimi qadağan edilmişdi. Məhkəmə prosesləri haqqında xəbərlər dərc etmək, xüsusilə də daxili və xarici siyasət məsələlərinə toxunmaq qadağan idi.
Hərəkatın başlanması və üsyana hazırlıq
redaktəDekabristlər
redaktəİlk rus inqilabçıları dekabristlər təhkimçi idarə üsuluna qarşı vuruşan döyüşçülər olmuşlar. Öz məqsədləri uğrunda onlar əllərində silah 14 dekabr 1825-ci ildə o vaxtkı Rusiya imperiyasının paytaxtı Peterburqda Senat meydanında I Pyotrun abidəsi önündə nümayiş etmişdilər. Dekabr ayındakı bu qiyama görə onlar dekabristlər adlanırılırdılar.
Əksəriyyəti xaricdə təhsil alan dekabristlər qadağan olunmuş rus ədəbiyyatından başqa o dövr üçün yenilik sayılan fransız maarifçiləri[26] Volter, Russo, Deni Didro, Jan Leron Dalamber, Mönteskyödən bəhrələnmişdilər. Monarxiyanın məhvi bəşəriyyətin əsas məsələlərindən idi. Sərhədsiz çar və kral hakimiyyəti mütləqiyyət – köhnəlmiş feodal-mülkədar quruluşunu müdafiə edir, xalqların inkişafına mane olurdu. 1789–1871-ci illəri əhatə edən dünya tarixinin bu periodunu[d] Lenin "burjuaziyanın qalxan xətti, təmiz qələbəsi" adlandırmışdır.[27][28] Bu period ərzində çoxlu sayda burjua inqlabı şüari altında inqilab və inqilabi çıxışlar olmuşdu. Dekabristlərin əsas şüarları təhkimçi feodal mülkədar rejimlərinin məhvi, burjua inqilabları şüari idi. Hansi ki, öz dövrünü başa vurmuş feodalizmi məhv etməyə və yeni yaranmış kapitalizm quruluşunu möhkəmləndirmək və inkişaf etdirməyə çağırırdı. Ancaq bu heç də o demək deyil ki, dekabristlər burjuaziyanı təmsil edirdilər. Burjua inqilabları bəşəriyyət tarixinin çox vacib mərhələsi idi və heç də demək olmaz ki, həmişə burjuaziyanın hegemoniyası altında baş verirdi. O dövr Rusiyada burjuaziya yeni yaranırdı və çarlıqdan asılı idi və heç cür inqilabi güc sayıla bilməzdi.
Rusiya dekabristlər üsyanı ərəfəsində
redaktəTəhkimçilik sisteminin hökmranlığının davam etməsi nəticəsində, kapitalizm ukladı ünsürlərinin getdikcə artdığı bir şəraitdə ölkənin iqtisadi həyatında yaranan ziddiyyətlər, kəndliləri, işçi adamları və əsgərləri bürüyən, Qərbi Avropadakı hadisələr kimi Rusiya imperiyasının əsaslarının sarsılmasından müjdə verən kütləvi hərəkatın vahimə oyadan vüsəti varlı siniflər arasında da təşviş doğurmuşdu. Əhalinin ticarət və sənaye ilə məşğul olan təbəqələrin işbaz təşəbbüskarlıq göstərilməsi, habelə fabrik və zavodda maneələrə[e] rast gəlirdilər. "Zamanın ruhuna uyğun", yəni ticarət və işbazlıq yolu ilə təsərrüfat fəaliyyəti göstərməyə can atan zadəganlaran bir hissəsi də narazı idi. Köhnə təhkimli zadəganlar mövcud qaydaları əsaslarının sarsılmazlığına əmin deyildilər. Tərəddüdlər "yuxarı dairələrdə" də baş verirdi. Məsələn, bunu Aleksandrın siyasətində liberal hərəkatlardan irticaya doğru "döyüşlər" göstərirdi.
Rusiyada inqilabi hərəkat da ümumi narazılıq şəraitində, hökumətin tənqid edilməsi, başlıcası isə yaxınlaşmaqda olan fəlakətin intizarı şəraitində meydana gəldi. Bu təhkimçilik hüququna və mütləqiyyətə qarşı şüurlu siyasi və mütəşəkkil mübarizənin başlanması demək idi. Bu V. İ. Leninin təbirincə, Rusiya inqilabi hərəkatında XIX əsrin 60-cı illərinin əvvəllərinədək davam edən zadəgan mərhələsinin başlanğıcı idi.
Qabaqcıl ziyalı zadəganlar burjua inqilabı ideologiyasının ifadəçisinə çevrildilər. Zadəganların ən yaxşı nümayəndələri siyasi proqram işləyib hazırladılıar; ölkənin iqtisadi və siyasi inkişafını burjua yoluna yönəltmək üçün həmin proqram həyata keçirilməli idi. Ən yaxşı zadəganlar ilk gizli təşkilatlar da yaratdılar ki, bunlar da Rusiyada mütləqiyyərin devrilməsinə və təhkimçilik hüququnun ləğv edilməsinə nail olmalı idilər.
1825-ci ilin dekabrında çarizmə qarşı mübarizəyə başlayan ilk zadəgan iqilabçılar "dekabristlər" adlanırdılar.[29]
Dekabristləri birləşdirən inqlabi proqram müxtəlif amillərin təsiri altında təşəkkül tapmışdı. Onların fikirlərini tənqid məcarasına yönəldən hər şeydən əvvəl Rusiya həyatının biabırçı iqtisadi və siyasi uyğunsuzluqlarına qarşı ümumi narazılıq və etiraz ruhu idi. Dekabristlərin böyük əksəriyyəti rus ordusunun döyüş görmüş zabitləri idi; onların çoxu 1812-ci il Vətən müharibəsində və xarici yürüşlərdə iştirak etmişdi. Gələcək dekabristlər əsasən gənclər idi; onlar ölkənin azadlığı və istiqlaliyyəti üçün təhlükə yaratmış düşmənə qarşı mübarizədə milləti bürüyüb, xalqı ayağa qaldıran böyük vətənpərvərlik ruhunu görmüş və həssaslıqla duymuşdular. Hərbi hadisələrin dekabristlərin əqidəsinə təsirini M. Muravyov-Apostol belə ifadə etmişdi:
Biz 1812-ci il övladları idik. Vətənin rifahı naminə hər şeyi, hətta həyatımızı qurban vermək qəlbimizin hökmü idi.[30][31] |
XVIII əsrin axırlarında və XIX əsrin əvvəllərində rus ictimaiyyətinin tənqidi fikrini əks etdirən rus publisistikası və rus ədəbiyyatı yeni nəslə güclü ideya təsiri göstərməyə bilməzdi. A. N. Radişşevin təhkimçilik əleyhinə çağırışlarla dolu olan "Peterburqdan Moskvaya səyahət" kitabı,[32]A. S. Puşkinin azdlıq eşqilə dolu şeirləri, Qriboyedovun zadəgan cəmiyyətini satira ilə qamçılayan "Ağıldan bəla" pyesi,[33][34] İvan Pninin,[35] N. Turgenevin[36] və başqalarının iqtisadi və siyasi tədqiqatları cəmiyyətdə qabaqcıl ideyalar doğurur və onları dərinləşdirirdi. Dekabristlərin baxışlarının formalaşmasında bəşəriyyətin böyük mədəni irəliləyişini əks etdirən Qərbi Avropa maarifçi və materialist fəlsəfəsinin də böyük əhəmiyyəti vardı. Volterin, Russonun, ensiklopediyaçıların əsərləri gələcək dekabristlərin inqilabi dünyagörüşünü genişləndirirdi.
Qriboyedovun "dekabrist üsyanında iştirakı nədən ibarət idi?" sualına onun yaxın dostu Jandr: "Tam" – deyə cavab vermişdir.[37][38]
Üsyanda Qriboyedov biləvasitə iştirak etməmişdi, lakin dekabrist məfkurəsinə hüsn-rəğbət bəsləyirdi. Bu onun yalnız yaradıcılığından , "Ağıldan bəla"nın qəhrəmanı Çatskinin üsyanlarından deyil, eyni zamanda Qriboedovun dekabristlərlə olan şəxsi əlaqəsindən də bəllidir.
Dekabristlərin "Şimal" cəmiyyəti təşkil edilərkən Qriboyedov da Peterburqda idi, və şübhəsiz ki, bu müham hadisədən xəbərdar olmaya bilməzdi. Uzun müddət fəaliyyətsizlikdən sonra, Pestelin möhkəm iradəsi nəticəsində, "şimallılar" cəmiyyəti 1823-cü ilin payızında yenidən fəaliyyət göstərməyə başladı. Yeni üzvlər cəlb etmək qərara alındı. "Cənub" cəmiyyətinin üzvləri ilə qızğın yazışma başladı. Rəhbərliyinə N. Muravyov, knyaz S. Trubetskoy[39] və knyaz Y. Obolenski seçildilər. Bunların hamısı Qriboyedovun tanışları və dostları idi. 1823-cü ilin axırlarından başlayaraq cəmiyət üzvlərinin müntəzəm iclasları çağırılmağa başladı, lakin Pestelin şəxsən Peterburqa gəlməsinə (1824-cü illərin əvvəllərində) baxmayaraq "şimallılarla" "cənublular" arasında tam bir anlaşma əldə edilmədi. "Şimallıların" köhnə üzvləri birləşmək istəmirdilər, çünki öz rəhbərlik nüfuzlarının düşəcəyindən qorxurdular. Yalnız Rıleyevin ətrafında toplaşmış fəal dəstə "şimallıların" mütərəddid qisminə üstün gəldikdən sonra, dekabristlərin cənub və şimal cəmiyyətləri arasında əlbir işləmək barədə yenidən danışıqlara girişildi. Gizli səfərlər, qulluq işindən ötrü ezamiyyətlər başlandı.
Qriboyedov may ayında paytaxtdan ayrılıb ayın axırında Kiyevə gəldi və burada gələcək dekabrist S. Muravyov – Apostolla, A. Muravyovla, Bestuyev – Ruminlə, knyaz Trubestkoyla görüşdü. Qriboyedovun səyahət zamanı yazdığı məktublardan onun Kiyevə gəlməsinin əsl məqsədi məlum olmur. Bu məktublar tarixi abidələrdən aldığı təəssüratla, sənət haqqında mühazirələrlə doludur; bununla Qriboyedov qüssələrini dağıtmaq istəyirdi. Hər halda Qriboyedovun Qafqaza gələrkən yoldan ayrılıb Kiyevə getməsi mənasız deyildi. Kiyevdə o öz diplomatik istedadını hər iki dəstə arasında sazış yaratmaq üçün tətbiq edə bilərdi. 1825-ci ilin yayında bu saziş yarandı.
Dekabristlərin ilk gizli cəmiyyətlərinin yaranması
redaktəGələcək dekabristlərin Qərbdə müşahidə etdikləri ilə Rusiya həyatı arasındakı təzad onlara xüsusilə ağır təsir bağışlayırdı. Onlar Qərbdə sənaye və kənd təsərrüfatında tərəqqi, Rusiyada isə durğunluq və ətalət görürdülər. Qərbdə ölkələrin əksəriyyətində xalq kütləsi təhkimli vəziyyətdə deyildi, burada isə kəndlinin mülkədar ağadan qul kmi asılılığının ən ağır forması hökm sürürdü. Orada mülki azadlıqlar, maarif və ictimai həyatın "Avropaya məxsus" formaları olduğu hiss olunurdu, burada isə hədsiz özbaşnalığa, casusluğa və şəxsiyyət üzərində zorakılığa əsaslanan arakçeyevçilik hökm sürürdü.
Zabitlər çarın iradəsi ilə orduda inadkarlıqla tətbiq edilən sərt təlimi, cəbhəbazlığı, əsgər intizamının və şəxsiyyətin təhqir edilməsi rejimini aydın duyurdular. Qabaqcıl zabitlər əsgərlərə təlim verilməsində Prussiya sisteminin əleyhinə idilər; onlar orduda təlim və tərbiyə vermək sahəsində Suvorovun yaratdığı rus milli sistemini üstün tuturdular. Gələcək dekabristlərin mütləqiyyətə qarşə fəal mübarizəyə keçməsində həmin illərin beynəlxalq hadisələrinin də böyük əhəmiyyəti vardı. Cənubi və Qərbi Avropanın bir sıra ölkələrində başlanmış milli azadlıq hərəkatı və inqilabi hərəkat onlarda rəğbət oyadır və bu əqidəni möhkəmləndirirdi ki, Rusiya da həmin yolla getməlidir. İspaniyada və İtaliyada üsyana qalxmış xalqlara divan tutulmasının əsas ihamçılarından biri olan rus çarizminin jandarm rolu oynaması bu qabaqcıl zabitləri hiddətləndirirdi.
Qarşısına inqilabi məqsədlər qoyan ilk gizli cəmiyyət 1816-cı ildə yaradılan "Nicat ittifaqı"[40] və ya "Vətənin həqiqi və sədaqətli oğulları cəmiyyəti" oldu.[41][42]
Təşkilatın özəyini Aleksandr və Nikita Muravyovlar, Sergey və Matvey Muravyov-Apostol qardaşları, Yakuşkin, Pestel, Lunin, Trubeskoy və başqaları təşkil edirdiər. Cəmiyyətin üzvləri sayca çox deyildi — 30-dək adam idi. Nizamnamə və proqram işlənib hazırlanmışdı. Cəmiyyətin başlıca məqsədi Rusiyada konstitusiya yaratmaq və təhkimçilik hüququnu ləğv etmək idi. Nizamnaməyə görə "Nicat ttifaqı" son dərəcə gizli şəaritdə fəaliyət göstərən mərkəzləşdirilmiş təşkilat idi. Burada cəmiyyəti təsis edənlər ("boyarlar") rəhbər rol oynayırdılar. Cəmiyyətin qalan üzvləri "xadimlər" və "qardaşlar"a bölünürdülər. "Xadimlər" cəmiyyətin siyasi məqsədlərindən xəbərdar edilir, "qardaşlar" isə onun fəaliyyətinə yardım göstərirdilər. Bu adamlar cəmiyyətin gizli qərarlarından tam xəbərdar olmurdular. Nizamnamə və taktika məsələsində cəmiyyətdə ixtilaflar meydana çıxdı. Onun üzvlərindən bir qrupu fəaliyyətə çara qarşı terrorçuluq hərəkətlərindən başlamağı məqsədəuyğun hesab edib, digər qrupu isə təbliğata daha çox meyl göstərirdi. Cəmiyyətin üç kateqoriyaya bölünmüş üzvlərinin hüquqlarının qeyri-bərabərliyi bəzi üzvlər tərəfindən pislənirdi. Üzvlərin sayı az olduğuna və qismən də proqram və taktika məsələləri kifayət qədər aydınlaşdırılmadığına görə "Nicat ittifaqı" cəmiyyətin fəal üzvlərinin bir çoxunu qane etmirdi.
1818-ci ildə "Nicat ittifaqının" ardınca "Səadət ittifaqı" adlı gizli cəmiyyət təşkil edildi. Cəmiyyətin "Yaşıl kitab"da yazılmış proqramı təhkimçiliyin ləğv edilməsi və siyasi quruluşun dəyişdirilməsi tələblərini açıq elan etmirdi, lakin "Yaşıl kitab"da bəhs edildiyi kimi, cəmiyyətin ümumi ruhu və onun fəaliyyətinin istiqaməti təhkimçilik əleyhinə baxışları əks etdirirdi. Proqramın belə xüsusiyyəti onunla əlaqədar idi ki, "Yaşıl kitab" "Səadət ittifaqına" mümkün qədər çox üzv cəlb etmək məqsədilə geniş yayılmaq üçün nəzərdə tutulmuşdu. "Yaşıl kitab"da üzvlərə təkllif edilirdi ki, təhkimli kəndlini mülkədardan müdafiə etsinlər, mülkədarı adam alverindən çəkindirsinlər, xalqa ziyan dəyməsin deyə məhkəmələrdə və idarələrdə ədalət uğrunda mübarizə aparsınlar, ticarətin, sənayenin və kənd təsərrüfatının inkişafına yardım göstəsinlər və i.a. " Səadət ittifaqı" kəmiyyətcə sürətlə artırdı və 1821-ci ildə onun 200-dək üzvü vardı. Bundan əlavə cəmiyyətin ətrafında əlavə "upravalar" yəni bu və ya digər dərəcədə ideyaca "ittifaqla" bağlı olan təşkilatlar vardı. Sergey Trubetskoy, Fyodr Qlinka, Yakov Tolstoy, habelə görkəmli şair Aleksandr Puşkin və Anton Delviqin də fəal iştirak etdiyi "Yaşıl lampa"[43] cəmiyyəti,[44] "Rus ədəbiyyatı həvəskarlarının azad cəmiyyəti", "Lankaster məktəblərini yayan cəmiyyət" və leqal fəaliyyət göstərən digər cəmiyyətlər belələrindən idi.[45] Cəmiyyətin bəzi üzvləri yerlərdə geniş fəaliyyət göstərirdilər. Məsələn, Kişinyovdakı piyada diviziyasının komandanı olan general A. F. Orlov "Səadət ittifaqı"nın proqramı əsasında əsgərlərə cismani cəza verilməsini qadağan etmiş, onların maddi vəziyyətini yaxşılaşdırılmış və hətta əsgərlərlə vəhşicəsinə rəftar edən üç zabiti məhkəməyə vermişdi. Həmin diviziyada Lankaster məktəbinə rəhbərlik edən mayor V. Rayevski isə əsgərlər və yunkerlər qarşısında inqilabi ideyaları inkişaf etdirirdi.
Lakin təbliğat fəaliyyətinin leqal formalarını hökumət əleyhinə əsas məqsədlərlə əlaqələndirən təşkilat olmaq etibarilə "Səadət ittifaqı" da hökumətə qarşı açıq mübarizəyə başlamaq üçün az hazırlıqlı idi. Öz agentləri vasitəsilə hakimiyyət orqanları "ittifaqın" varlığı və fəaliyyəti haqqında kifayət qədər məlumat almışdılar. Təkilatın tərkibinin genişləndirilməsi ona yekcins olmayan ünsürlərin daxil olmasına gətirib çıxardı: "İttifaq"da radikal-inqilabçı üzvlərlə yanaşı liberal əhval-ruhiyyəli mötədil baxışlı xeyli adam vardı. Həm də 1818–1820-ci illərdə Rusiyada və Avropada siyasi vəziyyət getdikcə kəskinləşirdi. Rusiyada kütləvi hərəkat (Donda kəndlilərin, Çuquyevdə hərbi məskunların, Peterburqda semyonçuların hərəkatı) genişlənirdi, Avropada isə İspaniyada və Neapol krallığında inqilablar baş vermişdi, Türkiyənin hökmranlığından xilas olmaq uğrunda yunanlar şiddətli mübarizə aparırdılar.
Bu hadisələr "Səadət ittifaqının" üzvləri arasında ümumi ehtirası və narazılığı gücləndirdi. Mübahisələr və müxtəlif nöqteyi-nəzərlərin toqquşması 1821-ci ildə Moskvada "Səadət ittifaqı"nın qurultayının çağırılması ilə nəticələndi. Qurultayda aydın oldu ki, təşkilatı olduğu şəkildə saxlamaq yaranmış vəziyyətin tələblərinə uyğun deyildir. Qurultayın rəhbərləri "Səadət ittifaqı"nın fəaliyyətini dayandırmağı təklif etdilər, təşkilatın sağ təyamüllü üzvləri bu təklifi razılıqla qarşıladılar; onların fikrincə, "ittifaqın" təzahür etməkdə olan "yakobinçi"istiqaməti qorxuludur və belə hesab edirdilər ki, həmin istiqamət "zaman keçdikcə başsızlığa və fəlakətə gətirib çıxaracaqdır". "Səadət ittifaqı" buraxıldı, lakin eyni zamanda keçmiş "Səadət ittifaqının ən işgüzar və inqilabi üzvlərin birləşdirmək məqsədilə yeni gizli təşkilat yaradılmasına hazırlıq görülməsinə başlanıldı.
"Səadət ittifaqı"nın Moskva qurultayından sonra iki güclü təşkilat-dekabristlərin Peterburqda Şimal cəmiyyəti[46] və cənubda (Tulçində, Kamenkada və Vasilkovda) Ukraynada yerləşən ordu hissələri arasında Cənub cəmiyyəti meydana gəldi. Keçmiş "Səadət ittifaqı"nın cənubda ən nüfuzlu təşkilatı olan Tulçin upravası Moskva qurultayının qərarından xəbər tutduqda "qurultayın öz hakimiyyət həddini aşması" haqqında fikir irəli sürdü və fəaliyyəti davam etdirməyi qərara aldı. Beləliklə, Cənub cəmiyyəti meydana gəldi və sonra o, üç upravanı-Tulçin, Kamenka və Vasilkov upravalarını birləşdirdi. Pestel, Yuşneviski, sonralar isə Vasilkov upravasından S. Muravyov-Apostol cəmiyyətin direktoru seçildilər. Dekabristlərin tərkibinə Nikita Muravyov (Peterburqun nümayəndəsi) də daxil edilmişdi ki, bu da paytaxtda bir qədər gec yaranmış Şimal cəmiyyəti ilə cənubluların öz fəaliyyətini birləşdirməyə can atdıqlarını göstərirdi.
Pestelin "Russkaya pravdası"
redaktəCənub cəmiyyətində Pestelin fəaliyyətinin böyük əhəmiyyəti vardı. Pavel İvanoviç Pestel[47] dekabristlər arasında görkəmli, hər cəhətdən istedadlı sima idi.[48] Geniş təhsili, iti zəkası olan bu adam yenilməz iradəsi ilə fərqlənir, təcrübəli təşkilatçı və qüvvətli nəzəriyyəçi kimi başqalarından seçilirdi. A. S. Puşkin onu səciyyələndirib demişdi:[49]
Sözün tam mənasında ağıllı adamdır... tanıdığım ən orjinal zəka sahiblərindən biridir. |
Təşkilatın tapşırığı ilə Pestel özünün çap etdiyi "Russkaya pravda" (azərb. Rus həqiqəti) proqramında cəmiyyətin inqilabi ideyalarını şərh etdi, bu kitab Cənub cəmiyyətinin üzvləri arasında müzakirə edildi və cəmiyyətin proqramına çevrildi. 1824-cü ilin martında Pestel, özü ilə böyük "Russkaya pravda" əlyazmasını da götürərək, ümumi proqram əldə etmək və gələcək fəaliyyət planlarının prinsiplərini aydınlaşdırmaq üçün, və nəhayət Şimal Cəmiyyəti ilə razılığa gəlmək üçün, Sankt-Peterburqa getdi, lakin o heç bir güzəştə gedən deyildi. Pestel 1824-cü ilin aprel ayının axırına qədər Sankt-Peterburqda qaldı, qeyd edək ki, bu təxminən bir ay idi. Mayın sonlarında Qriboyedov Moskvanı tərk edərək Sankt-Peterburqa yola düşdü və iyunun 1-də oraya gəlib çatdı. Gizli Şuranın direktoru və Şimal cəmiyyətinin üzvləri Qriboyedov ilə ümumi siyasi müzakirələr zamanı silahlı üsyan hazırlamaq mövzusunda danışıqlar oldu.[51]
Cənublular belə hesab edirdilər ki, qarşıdakı siyasi çevriliş zamanı dərhal müəssisələr məclisinin çağırılması taktiki cəhətdən məqsədəuyğun deyildir. Onlar inqilabın müvəffəqiyyətini möhkəmləndirmək üçün müvəqqəti inqilabi hökumətin şəxsində diktatura yaratmağı zəruri sayırdılar. "Russkaya pravda" həmin hökumətə tapşırıq rolunu oynamalı idi.[52]
Pestelin "Russkaya pravda" proqramının əsas müddəaları bundan ibarət idi:[48] Rusiyada təhkimçilik və silki quruluş tamamilə ləğv edilir, bütün Rusiya vətəndaşlarının qanun qarşısında bərabərliyi elan edilir və aşağıdakı sxemdə göstərilən dövlət orqanlarından ibarət respublika qurulurdu:
- Ali məclis[f] — Veçenin və Dumanın fəaliyyətinin formal qanuniliyi nöqteyi-nəzərdən onlar barəsində müşahidəçi orqanı.
- Xalq veçesi — beş il müddətinə seçilən birpalatalı ali qanunvericilik orqanı.
- Dövlət duması — beş üzvdən ibarət ali icraedici hakimiyyət orqanı.
"Russkaya pravda" proqramına görə 20 yaşına çatmış bütün kişi cinsli vətəndaşlar seçki hüququna malik idilər.[53] Əmlaka və başqa cəhətlərə görə heç bir məhdudiyyət qoyulmurdu və beləliklə, kişilər üçün ümumi seçki hüququ müəyyən edilirdi. Yerli idarəetmə orqanları kimi həmin seçki sistemi əsasında "yerli" məclislər (quberniya, qəza, volost məclisləri) yaradırdı. Pestel ciddi surətdə mərkəzləşdirilmiş dövlət quruluşunun tərəfdarı idi; "Russkaya pravda" proqramına görə, qeyri-rus xalqların müstəqil siyasi varlıq hüququ yox idi. Müəllifin fikrincə, onların hamısı dil, məişət xüsusiyyətlərinə və başqa xüsusiyyətlərə görə tədricən rus xalqı ilə qovuşmalı idi. Polyaklar istisna təşkil edirdilər. Polşa inqilabdan sonra inqilabi Rusiya ilə sıx ittifaqda olan müstəqil dövlər kimi ayrılırdı.[54]
"Russkaya pravda" aqrar məsələni özünəməxsus tərzdə həll edilirdi. Kəndlilər torpaq payı almaqla təhkimçilik asılılığından azad edilməli idilər. İki müddəanın-torpaqdan zəhmətlə istifadə edilməsi prinsipini və torpaq üzərində xüsusi mülkiyyət prinsipini birləşdirmək niyyəti ilə "Russkaya pravda" da hər volostda torpağı iki hissəyə: ictimai torpağı və təsərrüfatın genişləndirilməsi üçün xüsusi mülkiyyətə satılan torpağa bölmək təklif edilirdi. İctimai torpağı satmaq, girov qoymaq olmazdı, ondan ancaq hər kəsin öz təsərrüfatı üçün[g] istifadə edilə bilərdi. İctimai fond üçün torpaq zadəgan torpaqlarının bir hissəsini müsadirə etmək yolu ilə yaradılırdı.[h] Aqrar islahatının bu yolu zadəgan torpaq sahibliyini xeyli sarsıtmalı və kənd təsərrüfatında burjua əsaslarının inkişafına kömək etməli idi.
1825-ci ildə "Birləşmiş slavyanlar cəmiyyəti"[55] Pestelin proqramını qəbul edib Cənub cəmiyyətinə qoşuldu. Müstəqil surətdə yaranmış bu təşkilat Rusiyanın, Polşanın, Çexiyanın, Serbiyanın və Avropanın şərqində və cənub-şərqində yerləşən digər slavyan və qeyri-slavyan ölkələrini (Macarıstanı, Moldaviyanı və Valaxiyanı) birləşdirməklə "dörd dəniz" arasında slavyan ölkələrinin demokratik federasiyasını yaratmağı qarşısına məqsəd qoymuşdu. "Slavyanların" qoşulması dekabristlərin Cənub cəmiyyətini gücləndirdi, çünki ən demokratik zabitləri, 1825-ci ildə cənubdakı üsyanın fəal iştirakçılarını bu cəmiyyətə daxil etdi. "Səadət ittifaqı" buraxıldıqdan sonra Peterburqda yaradılmış Şimal cəmiyyətinə N. Muravyov, N. Turgenev, S. Trubetskoy, Y. Obolenski, İ. Puşşin (A. S. Puşkinin dostu) daxil idilər. Sonralar K. F. Rıleyev, Bestujev qardaşları, P. Q. Kaxovski və başqaları bu cəmiyyətə daxil oldular. Cənub cəmiyyəti kimi Şimal cəmiyyəti də təhkimçilik quruluşuna və mütləqiyyətə qarşı ümumi mübarizə platformasında birləşmişdi. Şimal cəmiyyətinin üzvləri bir sıra proqram məsələləri barəsində müxtəlif fikirdə idilər. Məsələn, o dövrün məşhur azadlıqsevər şairi, Araqçeyev haqqında satiranın, "Voynarovski",[56] "Düşüncələr"[57] poemalarının müəllifi K. F. Rıleyev[58] bir növ cəmiyyətin sol cinahını, respublikaçıları (Bestujev qardaşlarını, Kaxovskini, Odoyevskini, Küxelbekeri) öz ətrafında birləşdirdi. Onlar Nikita Muravyovun konstitusiya layihəsində ifadə edilmiş mötədil baxışların tərəfdarları ilə çoxlu mübahisə edirdilər.
N. Muravyovun "Konstitusiyası"
redaktəNikita Muravyovun "Konstitusiyası"[59][60] proqramının bəzi mühüm məsələlərini Pestelin "Russkaya pravda"sında olduğundan daha məhdud şəkildə və daha az ardıcıllıqla həll edirdi. Məsələn, Muravyovun fikrincə, çevrilişdən sonra Rusiya konstitusiyalı monarxiya olmalı, imperatorun simasında "dövlətin ali məmurunu", icraçı hakimiyyəti qoruyub saxlamalı idi. Muravyov ölkənin idarə olunmasının təşkilini Pestelin sxemində olduğundan bir qədər başqa şəkildə təsəvvür edirdi:
- Xalq veçesi — iki palatadan ibarət qanunverici hakimiyyət orqanıdır.
- Ali duma — iki il müddətinə seçilən xalq nümayəndələri palatasıdır.[i]
- Qanunvericilik məclisi — iki palatadan ibarətdir: bir illiyə seçilənlər palatası; üzvlərinin dörddə bir issəsi bir ildən sonra yenidən seçilən Dövlət Duması.
- Dövlət başçısı [j] — dövlətdə icraedici hakimiyyətdir.[61]
N. Muravyovun "Konstitusiyası"na görə seçki hüququ bir sıra məhdudiyyətlərlə verilirdi: əmlak senzi[k]), 21 yaş, daimi yaşayış yeri, şəxsi asılılığın olmaması[l] seçki hüququ üçün məcburi idi[62]. Bu və ya digər dövlət orqanına seçilmək[m] üçün adamların gərək daha böyük mülkiyyəti[n] olaydı.
Pestelin dövlət hakimiyyəti orqanları və seçki hüququ sxemi ilə bu sxemin müqayisəsində görünür ki, bir sıra müddəalarına görə N. Muravyovun layihəsi daha mülayimdir. N. Muravyovun layihəsinin zadəganlığın təsirindən irəli gələn daha böyük məhdudluğu mülkədar hakimiyyətindən azad edilmiş kəndlilər üçün torpaq məsələsinin həllində özünü göstərirdi. N. Muravyov belə hesab edirdi ki, torpaq bir mülkiyyət kimi mülkədarın əlində qalmalıdır, kəndliyə malikanə və hər ailəyə 2 desyatin torpaq hesabı ilə əkin sahələri verilirdi. Ümumiyyətlə, N. Muravyovun layihəsi hər halda açıq inqilabi xarakter daşıyırdı, çünki təhkimçilik hüququnun tamamilə ləğv edilməsi, hər cür silki imtiyazların məhv edilməsi, hamı üçün sənətkarlıq və sahibkarlıq azadlığı, habelə idarəetmə sissteminin burjua istiqamətində dəyişdirilməsi N. Muravyovun təklif etdiyi kimi Rusiyanın inkişafını xeyli irəlilətməli, sinfi mübarizə üçün geniş imkanlar açmalı idi.
Üsyan
redaktəİnqilabi çıxışlara hazırlaşan hər iki gizli cəmiyyətin üzvləri öz proqramını bir-biri ilə uzlaşdırmağa çalışırdılar, Rusiyanın dövlət quruluşunu dəyişdirməyin əsas məsələlərində lazımi fikir birliyinə nail olmuşdular. Qüvvələri təşkilatca birləşdirmək, çıxışa başlamalı olan mərkəzi müəyyənləşdirmək də lazım idi. Buna görə də 1823–1825-ci illər ərzində "Şimal" ilə "Cənub" arasında danışıqlar aparıldı. 1824-cü ildə Pavel Pestel xüsusi olaraq Peterburqa gəldi. Tam yekdillik əldə etmək mümkün olmasa da inqilabi təşkilatlar arasında əlaqələr hər halda genişləndi və möhkəmləndi. Cənubda "Birləşmiş slavyanlar cəmiyyəti"nin "cənublularla" qovuşması baş verdi, Polşa inqilabçıları ilə[o] danışıqlar aparıldı. İnqilabi mübarizənin taktikası məsələsində Cənub və Şimal cəmiyyətlərinin üzvləri eyni fikirdə idilər. Leninin fikrincə, onlar "xalqdan çox uzaq idilər", hərbi inqilab yolunu, zadəgan sinfinin hökumətinə qarşı ordunun üsyanı yolunu qəbul edirdilər, onlar xalq üsyanından qorxurdular, belə fikirləşirdilər ki, zalq üsyanı qanlı hadisələrə, anarxiyaya və dağıntılara səbəb ola bilər. Onlar orduya arxalanmaqla qan tökmədən çevriliş etmək və hakimiyyəti ələ alıb xalqın mənafeyi naminə dəyişikliklər həyata keçirmək istəyirdilər.
I Aleksandrın qəfil ölümü və bundan sonrakı hadisələr gizli cəmiyyətlərin çıxışını sürətləndirdi. I Aleksandr 1825-ci ilin noyabrında Taqanroqda vəfat etdi. Ölmüş çarın uşağı olmadığından taxt-tacın varisi onun böyük qardaşı Konstantin idi, lakin hələ Aleksandrın sağlığında Konstantin taxt-taca varis olmaq hüququndan yazılı şəkildə imtina etməyə məcbur olmuşdu. Bu sirri çara yaxın olan yalnız az-az adam bilirdi. Buna görə də çarın ölümü xəbəri alınan kimi Peterburqda qoşunlar, məmurlar və hətta Konstantinin yaşca kiçik olan qardaşı Nikolay imperator Konstantinə sədaqət andı içdilər. Nikolay Konstantinin taxtdan imtina etdiyini bilsə də onun bu işə münasibətinin aydınlaşdırmamış öz hüquqlarını tələb etməyə cəsarət göstərmədi. Konstantin isə çarın Polşadakı canişini kimi Varşavada yaşayırdı. O, Peterburqdan xəbər alan kimi taxt-tacdan imtina etdiyini bildirdi və Nikolaya and içdi. Bir-birinə and içən qardaşın ailəvi "oyunu" yuxarı hökumət dairələrində son dərəcə dumanlıq çarlıq vəziyyəti yaratmışdı. Konstantinə and içildiyi gündən başlayaraq bu vəziyyət dekabrın 12-dək davam etdi. Həmin gün isə Nikolay qardaşının taxtdan imtina etdiyini manifestlə elan edib taxta çıxmağı qərara aldı.
20 dekabr 1825-ci ildə I Nikolaya ünvanladığı məktubda Konstantin Pavloviç yazırdı:
Ulu Tanrı, bu nə hadisələrdi! Bu əclaf, hökmdar mələk olduğuna görə ondan narazı oldu və ona qarşı qəsd təşkil etdi. Bunlara nəyə lazımdır? Bu müdhiş və dəhşətlidir, hər şeyi əhatə edir, hətta tamamilə günahsız olsa da, baş verənləri belə düşünməz![63]
Dekabrın 14-də yeni and içmə, bu dəfə imperator Nikolaya and içmə təyin edildi.[65]
Yaranmış vəziyyət Şimal cəmiyyətində qızğın müzakirə edilirdi və bundan çıxış üçün əlverişli vəziyyət kimi istifadə etmək qərara alındı. Cəmiyyətdə sol cinahın nüfuzu güclənmişdi. M. Bestujev öz xatirələrində yazır:
Rıleyevin evi bizim üçün məşvərətə toplaşmaq yerinə, onun özü isə həmin müşavirələrin başlıca simasına çevrilmişdi. |
Xalqın həyəcanlı vəziyyəti, hökumətin yuxarı dairələrində tərəddüdlər, habelə gizli cəmiyyət haqqında hökumətin xəbərçilərdən məlumat aldığı və həbslər başlandığı[p] haqqındakı xəbərlər-bütün bunlar cəmiyyətin üzvləri tərəfindən nəzərə alındı. Dekabrın 14-də, Nikolaya "yenidən and içmə" mərasiminin təyin edildiyi gün cəmiyyətin üzvlərinin komandirlik etdikləri qoşun hissələrini Senat meydanına çıxarmaq və beləliklə senatorları və Dövlət şurasının üzvlərini Nikolaya and içməkdən imtina etməyə məcbur etmək və "Rus xalqına manifest"i[66] elan etmək qərara alındı.[67] Cəmiyyətin üzvlərinin tərtib etdikləri "Manifest"də təhkimçilik hüququnun ləğv olunduğu, mülki azadlıqlar müəyyən edildiyi xalq seçkiçiləri məclisinin ("Böyük məclisin"), yəni Rusiyada idarəetmə formasını təyin etməli olan məclisin çağırıldığı elan edilirdi. Eyni zamanda plana görə Qış sarayı tutulmalı, çar ailəsi həbs edilməli idi. Hakimiyyət Müvəqqəti hökumətin əlinə keçməli idi. 12 dekabr 1825-ci ildə Nikolay Pavloviç ittifaq haqqında xəbər tutdu və həmin an üzünü imperator elan etmək qərarına gəldi. Üsyançılar 13 dekabr planına görə 14 dekabrda səhər Qış sarayını ələ keçirməli və çar ailəsini həbs etməli idi. Onlar Petropavlovsk qalasını ələ keçirməli, Senatın meydanına daxil olmalı və senatorıarı rus xalqına manifest verməyə məcbur etməli idilər. Manifestdə təhkimçilik hüququnun, hərbi məskənlərin, rekrut mükəlləfiyyətlərin ləğvi, vətəndaş azadlıqlarının deklarasiyası, hərbi xidmət müddətinin azaldılması öz əksini tapırdı. Dekabristlər hesab edirdilər ki, hakimiyyəti Müvəqqəti İnqilabi Komitəyə verməlidirlər. Bir neçə aydan sonra isə növbəti yığıncaq çağırılmalı, ölkənin gələcək siyasi quruluşu müəyyənləşməli və konstitusiya qəbul edilməlidir. Sui-qəsdçilər beş qvardiya polku və dəniz ekipajının — ümumilikdə 6000 adamın dəstəyinə ümid edirdilər.[68] Tarix elmində dekabristlərin üsyan günündə hərbi qələbələrin mümkünlüyü haqqında vahid fikir yoxdur. Bir sıra tədqiqatçılar qeyd edirlər ki, üsyan məğlubiyyətə məhkum idi. Digər müəlliflər isə hesab edirdilər ki, üsyanın qələbəsi real idi. Əgər üsyançılar yenidənqurmanın heç olmazsa çox az hissəsini belə reallaşdıra bilsəydilər, ölkənin inkişafında çox böyük yüksəliş olardı.
Səhər tezdən zabitlər- Şimal cəmiyyətinin üzvləri- öz hissələrində əsgərləri Nikolayın hərbi səfərbərliyinə qarşı təşviq etdilər. Senat meydanında ilk olaraq 671 nəfərdən ibarət olan Moskva polku A. A. Bestujev, M. A. Bestujev və D. A. Şepin-Rostovskinin[69] başçılığı altında daxil oldular. Dəniz qvardiya ekipajı N. A. Bestujev və A. P. Arbuzovun başçılığı altında senat meydanına daxil oldu. Bir saatdan sonra üsyançılara A. N. Suttofomun başçılğı altında daha bir polk qoşuldu (1250 nəfər). Senat qarşısında 2870 əsgər və matros yığıldı. 19 zabitdən başqa burda daha 16 dekabrist də vardı. Bu vaxt artıq yeni imperator olmuş I Nikolay ona sadiq qüvvələri meydana yeridirdi.[q] İmperatorun üsyançıları təslim olmağa razı salmaq cəhdləri uğur qazanmadı.[70]
Üsyanın yatırılması
redaktəDekabrın 14-də səhər tezdən təşkilatın üzvləri öz hissələrində idilər və əsgərlər arasında təşviqat aparırdılar[72]. Moskva polkunu, dənizçilər heyətini Leyb-qrenadyorları, cəmi 3 mindən bir qədər çox adamı Senat meydanına çıxarmaq mümkün oldu. Üsyançılar meydanda dayanıb növbəti əmrləri gözləyirdilər, lakin S. B. Trubetskoy görəndə ki, nəzərdə tutulmuş plan baş tutmayıb, üsyan məğlubiyyətə məhkum olunub, meydana gəlmədi. Üsyançılar təşəbbüsü və onların strategiyasının sirli tutulması kimi qənimətləri əldən verdilər. Əlverişli məqamları itirən üsyançılar vəziyyəti öz xeyirlərinə dəyişə bilmədilər və passiv müdafiəyə keçdilər. Onlar ədalətli olaraq güman edirdilər ki, qaranlığın düşməsi ilə qoşunun bir hissəsi onların tərəfinə keçəcək. I Nikolay 1825-ci il 14 dekabr gecəsi adyutant Kondratiy Rılyevi həbsə göndərir. Həmin vaxtdan etibarən o artıq imperatorun etimadını qazanır.[73]
İmperator I Nikolay üsyançılara atəş açmağı əmr etdi. Axşam saat altıda hər şey qurtarmışdı. Rəsmi məlumatlara görə meydanda 1271 nəfər, eləcə də 970 şəhər müdafiəçisi ölmüşdü. Şimal cəmiyyətinin üzvlərinin həbsi başlandı. 14 dekabr üsyanı bütün mərhələlərdə həlledici hücuma keçməmək səbəbindən və sui-qəsdçilərin passiv taktikasına görə məğlun oldu. Onun üçün çox az bir müddətə hazırlanan aşağı səviyyəli təşkilat, lazımı birlik və mütəşəkkil fəaliyyətin olmaması xarakterik idi. Dekabristlər hərbi nümayiş ilə kifayətlənməli oldular. Qarşıya qoyulmuş məqsədlərə çatmaq mümkün olmadı. Nəzərdə tutulan plan yerinə yetirilə bilmədi. Senatın və Dövlət Şurasının üzvləri üsyançıların meydana toplaşmasından qabaq and içmişdilər. Diktator seçilmiş Trubetskoy meydana gəlmədi. Ancaq Nikolayın general Mixail Miloradoviç[75] və ali ruhanilər vasitəsilə əsgərləri dilə tutub "qiyamın" dayandırılmasına nail olmaq cəhdləri də müvəffəqiyyətsizliyə uğradı. Əsgərlər hökumət süvarilərinin həmlələrini mətanətlə dəf edirdilər. Meydanda və yaxın küçələrdə üsyançıların başına çoxlu siravi adam, üsyançılara rəğbət bəsləyən adamlar toplaşmışdı. Dekabristlər başqa hərbi hissələrin onlara tərəf keçəcəklərini gözləyirdilər: axşama yaxın yeni diktator seçildi. Bu şəxs Aleksandr Odoyevski idi, lakin fürsət əldən verilmişdi. Nikolayın qoşunları xeyli çox idi, onun sərəncamında artilleriya vardı. Nikolay paytaxt qarnizonunda tərəddüd edən hissələr olduğunu bildiyinə görə qaranlığın düşməsindən və "qara camaatın" əhval-ruhiyyəsindən qorxaraq işi sürətləndirməyi qərara aldı və qırma ilə atəş açmağı əmr etdi. Güclü qırma atəşləri altında üsyançıların sıraları sarsıldı. Bir çoxları yerindəcə həlak oldu, başqaları yaralandılar, qalanları qaçmağa başladılar. Gecəyə yaxın Peterburqda üsyan yatırıldı.
Çerniqov polkunun üsyanı
redaktəPeterburqda üsyan yatırılsa da, dekabristlər cənubda mübarizəni davam etdirməyə cəhd göstərdilər. Paytaxtdakı hadisələr haqqında məlumat cənublulara bir neçə gündən sonra çatmışdı. Sergey Muravyov-Apostolun komandanlıq etdiyi Çerniqov polku üsyana qalxdı.[77][78][79] Üsyan dekabrın 29-da başlandı.[80][81] Vasilkov şəhərində üsyançı qoşunların toplanışı və onlara baxış oldu. S. Muravyov-Apostolun və onun dostu Bestuyev-Ruyminin tərtib etdikləri inqilabi "katexizis" əsgərlərə oxundu:[82] müəlliflər burada Müqəddəs Kitabdan istifadə edərək inqilabi ideyaları əsgərlərin şüuruna çatdırırdılar. Polk Vasilkovdan çıxıb digər hissələrin olduğu yerlərə tərəf irəlilədi, onlrın da özünə qoşulacağını ümid edirdi, lakin hökumət buna yol verməmək üçün qabaqcadan lazımi tədbirlər görmüşdü.
1826-cı il yanvarın 3-də Çerniqov polku hökumət qoşunlarının böyük bir dəstəsi ilə qarşılaşdı və darmadağın edildi.[83] Cənub cəmiyyətinin üzvləri – S. S. Muravyev- Apostol və M. P. Bestujev- Ryumin 14 dekabr üsyanının dağılması xəbərini alanda 29 dekabr 1825-ci ildə Kiyev quberniyasında başlayan silahlı üsyan təşkil etdilər. Çerniqov polkunun üsyanı adlanan çıxışda 1000 əsgər və zabit iştirak edirdi. S. S. Muravyev- Apostol tez və qansız inqilab ideyasını reallaşdırmağa çalışırdı. Yürüş zamanı üsyançılar güman edirdilər ki, digər sui-qəsdçi zabitlərin başçılığı ilə qalxmış hissələrə birləşəcəklər. Həmin vaxt isə üsyan qaldırmış rayonlara yeridilmiş hökumət qoşunları üsyançılar izolasiya etdilər. 3 yanvar 1826-cı ildə S. S. Muravyev- Apostolun qoşunu güllələndi. Üsyanın rəhbərlərini tutub Peterburqa gətirdilər.
Beləliklə, cənubda da üsyan müvəffəqiyyətsizliklə nəticələndi. Çarizmin üsyançılara belə tez və asanlıqla qalib gəlməsinin əsas səbəbi bu idi ki, üsyançılar xalqa arxalanmırdılar, əslində öz zadəgan məhdudluqları ilə arxalana da bilməzdilər. Vladimir Lenin o vaxt yaranmış vəziyyəti aşağıdakı kimi səciyyələndirir:[84]
Təhkimçilik Rusiyası tam əsarət altındadı və onda heç bir hərəkət yoxdur. Zadəganların cüzi bir azlığı protestə qalxır; bunlar xalq tərəfindən yardım görmədiyi üçün gücsüz idi". Dekabristlər Peterburqda Senat meydanını dövrəyə alan xalq kütləsinin həmrəyliyindən istifadə etməyə cəhd göstərmədilər, onlar cənubda da bunu etmədilər, hərçənd yerli kəndlilər üsyana qalxmış çerniqovçulara ürəkdən rəğbət bəsləyidi və onlara kömək etməyə çalışırdılar. Hətta çıxışda iştirak edən, o zaman hələ təhkimli kəndlilərdən ibarət olan əsgərlər kütləsi passivlik göstərmişdi.
Həbs və məhkəmə
redaktəÜsyanın I Nikolay tərəfindən yatırılmasından sonra P. Pastel,[85] K. Rılyev, P. Kaxovski, S. Muravyov-Apostol, M. Bestujev-Ryumin edam edilmiş,[86][87] qalanları isə Sibirə və Qafqaza sürgün edilmiş, ictimai-siyasi həyatdan uzaqlaşdırılmışdılar. Çarizm dekabristlərə amansızcasına divan tutdu.[88] Pestel, S. Muravyov-Apostol, Bestujev-Ryumin, Kaxovski və Rıleyev asıldılar. Katorqaya məhkum edilən, həbs edilən, sürgün edilən və rütbəsi ləğv edilib sıravi əsgərliyə keçirilən (100 nəfərdən artıq adam) digər dekabristlərin bir çoxu cəza yerində vaxtsız öldü, bəziləri dəli oldular və yalnız onların az bir hissəsi 30 ildən sonra "amnistiya" aldı və Vətənə qayıtdıqdan azacıq sonra vəfat etdi.[89][90]
Dekabristlərin əksəriyyəti katorqa və sürgün cəzasını Sibirdə çəkirdi.[91] Sibirin "darısqal katorqa sığınacaqlarının" ağır məhrumiyyətlərinə və əzablarına baxmayaraq onların, demək olar, hamısı öz inqilabi baxışlarına axıradək sadiq qaldı. Sibir "məskənlərində" onlar öz maarifçilik fəaliyyətlərini dayandırmırdılar, Sibirin şəhər və kənd əhalisinə təsir edib onların şüurunda dərin iz qoymuşdular.
A. S. Puşkinin Sibir "Katorqa sığınacaqlarına" göndərdiyi məktuba Odoyevskinin cavab məktubunda deyilirdi ki, dekabristlər öz işlərinin ölmədiyinə inanırlar. Onun məktubundakı "Qığılcımdan alov qalxar"[92][93] sözləri ilə ifadə edilən bu inam 1917-ci ildə özünü doğrultdu. V. İ. Lenin "Gertsenin xatirəsi"[94] məqaləsində yazırdı: "Dekabristlər Gertseni oyatdılar."[95][96] Gertsen inqilabi təşviqatı genişləndirdi. Çernışevskidən başlayaraq "Narodnaya volya"[97] qəhrəmanlarına qədər raznoçin inqilabçılar bu təşviqatı davam etdirdilər, genişləndirdilər, möhkəmləndirdilər, qüvvətləndirdilər. Mübarizələrin dairəsi genişləndirildi, onların xalqla əlaqəsi qüvvətləndi. Gertsen bunları "gələcək fırtınanın gənc şturmanları" adlandırmışdı, lakin bu hələ fırtınanın özü deyildi. "Fırtına kütlələrin özlərinin hərəkatıdır."[98][99] Lenin qeyd etmişdir ki, fırtınanın birinci dalğası 1905-ci ildə qalxdı.
Təsiri
redaktəDekabristlər üsyanı uğursuz olsa da, Puşkinin liderlik ettiyi bir çox şair və yazar tərəfindən yaradılan həyəcan sonradan bütün ölkəni bürüdü. Yüzilliyin ilk rübündə Lermontovun şeirləri,[100][101] Nikolay Qoqolun oyun və hekayələri,[102] Vissarion Belinskinin ədəbiyyat tənqidlərilə[103] siyasət və sosial məsələlərdəki məqalələri buna örnək sayıla bilər.
Dekabrist üsyanının Rusiya tarixində müstəsna yeri var. Sonradan ölkəni irəliyə aparacaq bütün hərəkatlar bu üsyandan böyük dərs aldılar. 1861-ci ildə çarın fərmanı ilə təhkimçilik hüququ ləğv edildi. Dekabristlər rus mədəniyyətinin, elminin və maarifçiliyin inkişafına əvəzsiz xidmət göstərdilər. Onlar alovlu vətənpərvər idilər — qabaqcıl ideyaların bütün xalqın sərvəti olduğuna inanır, yeni düşüncə tərzinin, ictimai fikir anlayışının formalaşmasına çalışırdılar. Hətta "Sibir mədənlərinin dərinliyində" də maarifçiliklə məşğul olurdular.
Dekabristlərin muzeyləri
redaktə- İrkutsk şəhərində dekabristlərin tarixi-memorial muzeyi;[104][105]
- Yalutorovsk şəhərində muzey kompleksi;[106][107]
- Buryatiyada Novoselengin dekabristlər muzeyi;[108][109]
- Dekabristlərin Turin ev-muzeyi;[110][111]
- Petrovs-Zabaykalskda dekabristlər muzeyi;[112]
- Dekabristlərin Kurqan şəhərindəki muzeyi;[113]
- Çita şəhərində "Dekabristlərin kilsəsi" muzeyi;[114]
- Krasnodar diyarının Minusinsk şəhərində dekabrist muzeyi;[115][116]
- İrkutsk şəhərində Trubetskoyun ev-muzeyi;[117][118]
- İrkutsk şəhərində Volkonskinin ev-muzeyi.[119]
Filmoqrafiya
redaktə- Dekabristlər (1926) — rejissor Aleksandr İvanovskinin çəkdiyi tarixi-bioqrafik dram janrında olan səssiz film;[120]
- Cazibədar xoşbəxtlik ulduzu (rus. Звезда пленительного счастья; 1975) — rejissor Vladimir Motılın çəkdiyi tarixi dram filmi;[121]
- Nicat ittifaqı (2019) — rejissor Andrey Kravçukun bədii filmi.[122][123]
Qeydlər
redaktə- ↑ 14 dekabr 1825-ci il
- ↑ zabitlər arasında gələcək dekabristlərin bir çoxu vardı
- ↑ I Aleksandr polkun hamisi idi.
- ↑ Böyük fransız burjua inqilabından – Paris kommunasına qədər
- ↑ Sərbəst işçi qüvvəsinin olmaması, faydasız gömrük sistemi, daxili siyasətdə "arakçeyevçilik" üzündən
- ↑ Ömürlük seçilmiş 120 üzvdən — boyardan ibarət olmalı idi
- ↑ zəruri məhsulun əldə olunması üçün
- ↑ Zadəgan malikanəsinin 10 min desyatin və daha çox torpağı vardısa, həmin torpaqlar əvəz ödənilmədən müsadirə edilmirdi, əgər zadəgan torpağı bundan az idisə, 5 min desyatindən başlayaraq həmin torpaqlar pul ilə alınırdı.
- ↑ onların hər üç nəfərindən biri iki ildən sonra yenidən seçilir
- ↑ onun canişini və müşaviri
- ↑ minimum 500 manatlıq daşınmaz əmlak və ya 1000 manatlıq daşınmaz əmlak
- ↑ hər hansı bir şəxsin yanında qulluqda olmamaq
- ↑ yəni pasasiv seçki hüququna malik olmaq
- ↑ ali dumaya üzv seçilmək üçün 30-60 min manatlıq əmlakın
- ↑ «Polşa vətənpərvərlər cəmiyyəti» ilə
- ↑ dekabrın 13-də Pestel həbs edilmişdi
- ↑ təxminən 9 min əsgər, 3 min atlı, eləcə də artilleriya və silah
İstinadlar
redaktə- ↑ Мемуары декабристов. Северное общество / Ред. В. А. Фёдоров. — Москва: МГУ, 1981.
- ↑ Пестриков Н. С. История лейб-гвардии Московского полка. СПб., 1903–1904.
- ↑ "Лейб-Гвардии Московский полк". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-29.
- ↑ "Судравский В. К. История Лейб-гвардии гренадерского полка, 1756–1906. СПб. 1906". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-29.
- ↑ "Гвардейский Экипаж". 2013-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-29.
- ↑ "Восстание декабристов на сенатской площади". 2021-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-22.
- ↑ "Восстание декабристов | Президентская библиотека". 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-22.
- ↑ Королевство Пруссия: "Тильзитский мир", полная версия [ölü keçid]
- ↑ Указ о вольных хлебопашцах Arxivləşdirilib 2022-01-13 at the Wayback Machine (rus.)
- ↑ Мемуары декабристов. Северное общество / Ред. В. А. Фёдоров. — Москва: МГУ, 1981. с.8
- ↑ SSRİ tarixi. Birinci hissə. Prof. V. V. Mavrodinin redaktəsi ilə. Bakı, 1985, səh.553.
- ↑ Гессен В. М. Аракчеевская барщина: исторические зарисовки из эпохи военных поселений Arxivləşdirilib 2019-09-04 at the Wayback Machine. — М., 1932. — 119 с.: ил.
- ↑ SSRİ tarixi. Birinci hissə. Prof. V. V. Mavrodinin redaktəsi ilə. Bakı, 1985, səh.556
- ↑ Томсинов В. А. Временщик: А. А. Аракчеев. — ТЕИС, 1996. — С. 40.
- ↑ Кизветтер А. А. Император Александр I и Аракчеев. В кн.: Исторические очерки. М.,1912
- ↑ Отто Н. К. Черты из жизни гр. А. А. Аракчеева. "Древняя и новая Россия", 1875, № 1–3;
- ↑ Ратч В. Ф. Сведения о гр. А. А. Аракчееве. СПб., 1864
- ↑ Государственный Эрмитаж. Западноевропейская живопись. Каталог / под ред. В. Ф. Левинсона-Лессинга; ред. А. Е. Кроль, К. М. Семенова. — 2-е издание, переработанное и дополненное. — Л.: Искусство, 1981. — Т. 2. — С. 251, кат.№ 7813. — 360 с.
- ↑ "К временщику (Рылеев)". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28.
- ↑ Рылеев К. Ф. Избранное. — М: Детская литература, 1977.
- ↑ "Надменный временщик, и подлый и коварный". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28.
- ↑ "Кайгородов В. Аракчеевщина. — М. : Дело, 1912. — 96 с. — (Историческая библиотека; № 44)". 2016-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28.
- ↑ "Карамзин. Записка о древней и новой России в ее политическом и гражданском отношениях". 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28.
- ↑ Фёдоров В. А. Голицын Arxivləşdirilib 2022-03-29 at the Wayback Machine // Православная энциклопедия. — М. : Церковно-научный центр "Православная энциклопедия", 2006. — Т. XI. — С. 695–697. — 752 с. — 39 000 экз. — ISBN 5-89572-017-X.
- ↑ "Беседа на гробе младенца о бессмертии души ; рукопись ; Станевич, Евстафий Иванович". 2019-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28.
- ↑ "Французские просветители — Вольтер и Руссо". 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28.
- ↑ "Новая история стран Европы и Америки. Под ред. А.В. Адо. М., 1986". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-22.
- ↑ "А. С. Грибоедов и декабристы. Нечкина М. В. М., 2016". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-22.
- ↑ "Всё, что нужно знать о декабристах". 2022-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28.
- ↑ "«Мы были дети 1812 года» - Красная звезда»". 2019-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28.
- ↑ "МЫ БЫЛИ ДЕТИ 1812 ГОДА". 2019-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28.
- ↑ "Александр Радищев. ПУТЕШЕСТВИЕ ИЗ ПЕТЕРБУРГА В МОСКВУ". 2022-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28.
- ↑ "A. Qriboyedov. "Ağıldan bəla" pyesinin tam mətni (rus.)". 2022-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-22.
- ↑ Грибоедов А. С. Горе от ума. Arxivləşdirilib 2021-08-31 at the Wayback Machine СПб., 1833.
- ↑ "Пнин Иван Петрович". 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28.
- ↑ "Николай Иванович Тургенев". 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28.
- ↑ Enikolopov İ. K. Qriboedovun həyatı. [red. C. Cəfərov] B.: Azərnəşr, 1946, səh.39
- ↑ "ГРИБОЕДОВ и ДЕКАБРИСТЫ. Статья М. Нечкиной". 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-22.
- ↑ Трубецкой С. П. Записки // Мемуары декабристов. Северное общество. — М.: Издательство МГУ, 1981.
- ↑ Нечкина М. В. Движение декабристов. Т. 1. — М., 1955. — С. 154.
- ↑ "История СССР с древнейших времен до наших дней. Т. 4. С.180". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28.
- ↑ "Метафизика пола и любви. Самопознание (сборник). С.245". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28.
- ↑ "Зеленая лампа". 2022-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-17.
- ↑ Декабрист в повседневной жизни. Лотман М. Ю. Беседы о русской культуре [ölü keçid]
- ↑ Щеголев Павел Елисеевич "Зеленая лампа" Arxivləşdirilib 2022-07-07 at the Wayback Machine (rus.)
- ↑ Мемуары декабристов. Северное общество. — М.: Издательство МГУ, 1981.
- ↑ "Павел Иванович Пестель". 2022-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-22.
- ↑ 1 2 Киянская О. И. Павел Пестель: офицер, разведчик, заговорщик / Научн. ред. Д. М. Фельдман. — Москва: Параллели, 2002. — С. 512. — 1000 экз. — ISBN 5-93273-063-3.
- ↑ "А.С. Пушкин и П.И. Пестель: к истории взаимоотношений". 2020-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-22.
- ↑ ""Русская правда" П.И. Пестеля". 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-17.
- ↑ Нечкина M. B. Грибоедов и декабристы. М., 1977, стр.109.
- ↑ Павел Пестель. "Русская правда". М., 1993.
- ↑ ""Русская Правда" П. И. Пестеля". 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-22.
- ↑ Восстание декабристов. — М.—Л., 1958. — Т. 7. (первая публикация полного текста "Русской правды").
- ↑ Нечкина М. В. Общество соединенных славян. — М.; Л., 1927.
- ↑ "Кондратий Федорович Рылеев. Войнаровский". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28.
- ↑ "Кондратий Федорович Рылеев. Думы". 2007-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28.
- ↑ "Кондратий Федорович Рылеев. (pdf)" (PDF). 2021-08-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-12-28.
- ↑ "N. Muravyovun "Konstitusiyası"nın tam mətni (rus.)". 2018-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-22.
- ↑ Конституционный проект Н.М. Муравьева. Вторая редакция, 1826
- ↑ SSRİ tarixi. Birinci hissə. Prof. V. V. Mavrodinin redaktəsilə. Bakı. 1985, səh.566.
- ↑ "Конституция Н. М. Муравьева". 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-22.
- ↑ "Из переписки Николая I и Константина Павловича". 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-21.
- ↑ ""Восстание декабристов. Автор: Тимм В."". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-29.
- ↑ "Восстание декабристов. Причины поражения". 2010-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-20.
- ↑ "Манифест "К русскому народу". 13 декабря 1825 г." 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28.
- ↑ Правление Николая I [ölü keçid]
- ↑ История России. Новое и новейшее время. М., 2010, стр.65.
- ↑ "Cледственное дело Д. А. Щепина-Ростовского" (PDF). 2021-09-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-12-28.
- ↑ История России. Новое и новейшее время. М., 2010, стр.66.
- ↑ Государственный Эрмитаж. Западноевропейская живопись. Каталог / под ред. В. Ф. Левинсона-Лессинга; ред. А. Е. Кроль, К. М. Семенова. — 2-е издание, переработанное и дополненное. — Л.: Искусство, 1981. — Т. 2. — С. 254, кат.№ 7819. — 360 с.
- ↑ Восстание декабристов. Материалы. Т. IX — М.: Госполитиздат, 1950
- ↑ Лотман Ю. М. Декабрист в повседневной жизни. М., 1994. стр 456
- ↑ Волкенштейнъ А. Исторія Лейбъ-Гвардіи Сапернаго баталіона 1812–1852. – СПб., 1852.
- ↑ Бондаренко А. Ю. Милорадович. — М.: Молодая гвардия, 2008. — 554 с. — (ЖЗЛ; вып. 1127). — ISBN 978-5-235-03106-7.
- ↑ "Обелиск на месте казни декабристов". 2021-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-29.
- ↑ Андреева Л.Восстание Черниговского полка. (Декабристы на Украине) // Пламя. — Харьков, 1925.
- ↑ Дружинин Е. М.Восстание Черниговского полка // Очерки истории движения декабристов. — Изд-во политической литературы, 1954.
- ↑ Киянская О. И.Южный бунт. Восстание Черниговского пехотного полка 29 декабря 1825–3 января 1826 г. — Изд-во Росс. гос. гуманитарного ун-та, 1997. — ISBN 978-5-7281-0004-1
- ↑ "Черниговского полка восстание". 2016-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28.
- ↑ "ЧЕРНИ́ГОВСКОГО ПОЛКА́ ВОССТА́НИЕ 1825". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28.
- ↑ "Муравьев-Апостол Сергей Иванович Православный катехизис". 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28.
- ↑ "Восстание Черниговского полка". 2021-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28.
- ↑ "Lenin dekabristlər haqqında (rus.)". 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-22.
- ↑ "П.И. Пестель на следствии". 2016-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-21.
- ↑ "Edam olunmuş dekabristlər (rus.)". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-29.
- ↑ "Где похоронены казненные декабристы". 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-29.
- ↑ "Боленко К. Г. Верховный уголовный суд в системе российских судебных учреждений первой половины XIX века" (PDF). 2014-02-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-12-21.
- ↑ Федоров В. А. Своей судьбой гордимся мы… — М.: Мысль, 1988, 298 с. ISBN 5-244-00067-5
- ↑ Эдельман О. Следствие по делу декабристов — М.: REGNUM, 2010, 356 c. ISBN 978-5-91887-001-3
- ↑ "Наказание декабристов: долженствующее и реальное". 2019-12-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-21.
- ↑ "Пушкин А.С. "Во глубине сибирских руд" и "Ответ" декабриста А.И. Одоевского". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-22.
- ↑ Фелицына В.П., Прохоров Ю.Е. Из искры возгорится пламя // Русские пословицы, поговорки и крылатые выражения. Лингвострановедческий словарь / Ин-т рус. яз. им. А.С. Пушкина. Под ред. Е.М. Верещагина, В.Г. Костомарова. — М.: Русский язык, 1988.
- ↑ "Памяти Герцена. В.И. Ленин (1912)". 2021-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-22.
- ↑ ""Декабристы разбудили Герцена…"". 2019-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28.
- ↑ "В.И.Ленин. "Памяти Герцена" — souz.info". 2018-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28.
- ↑ Троицкий Н. А. "Народная воля" Arxivləşdirilib 2012-11-23 at the Wayback Machine//Россия в XIX веке: Курс лекций
- ↑ "Большевик — Том 21,Выпуск 2". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-22.
- ↑ "В.И. ЛЕНИН О ПОКОЛЕНИЯХ РЕВОЛЮЦИОНЕРОВ РОССИИ". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-22.
- ↑ "Лермонтов и декабристы". 2019-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28.
- ↑ Dekabristlər Lermontov ensiklopediyasında Arxivləşdirilib 2023-07-07 at the Wayback Machine (rus.)
- ↑ "Анненкова Е.И. Гоголь и декабристы. М., 1989". 2019-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28.
- ↑ "Белинский В. Г.: биобиблиографическая справка". 2022-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28.
- ↑ "Иркутский областной историко-мемориальный музей декабристов". 2022-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28.
- ↑ "Иркутский областной историко-мемориальный музей декабристов". 2011-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28.
- ↑ "Yalutorovsk muzey kompleksinin rəsmi saytı (rus.)". 2022-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28.
- ↑ "Ялуторовский музейный комплекс". 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28.
- ↑ "Новоселенгинский музей декабристов". 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28.
- ↑ "Новоселенгинский музей Республики Бурятия". 2020-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-28.
- ↑ "Туринский музей декабристов". 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-29.
- ↑ "ТУРИНСКИЙ МУЗЕЙ ДЕКАБРИСТОВ". 2019-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-29.
- ↑ "Музей декабристов (г. Петровск-Забайкальский)". 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-29.
- ↑ "Дом-музей декабристов — Культура.РФ". 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-29.
- ↑ "Музей декабристов (г. Чита)". 2022-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-29.
- ↑ "Музей декабристов в г. Минусинске". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-29.
- ↑ "Музей декабристов г. Минусинск — Культура.РФ". 2019-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-29.
- ↑ "Дом-музей Трубецких — Культура.РФ". 2021-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-29.
- ↑ "Дом-музей Трубецких". 2021-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-29.
- ↑ "Дом Волконского, Иркутский областной историко-мемориальный музей декабристов". 2022-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-29.
- ↑ "Декабристы (1926) — информация о фильме". 2019-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-29.
- ↑ "Звезда пленительного счастья". 2021-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-29.
- ↑ "Союз Спасения (2019) — КиноПоиск". 2022-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-29.
- ↑ "Союз Спасения (2019) — информация о фильме". 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-29.
Ədəbiyyat
redaktə- SSRİ tarixi. Birinci hissə. Prof. V. V. Mavrodinin redaktəsi ilə. Bakı, 1985
- Академическая документальная серия "Полярная звезда"
- Гордин Я. Мятеж реформаторов. 14 декабря 1825 года. — Л.: Лениздат, 1989
- Гордин Я. Мятеж реформаторов. После мятежа. — М.: ТЕРРА, 1997.
- Фёдоров, В. А. Мемуары декабристов. Северное общество. 1981. 2004-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 dekabr 2019.
- Оленин А. Н. Частное письмо о происшествии 14 декабря 1825 года // Русский архив, 1869. — Вып. 4. — Стб. 731–736; 049–053. Arxivləşdirilib 2019-11-08 at the Wayback Machine
- Свистунов П. Несколько замечаний по поводу новейших книг и статей о событии 14 декабря и о декабристах // Русский архив, 1870. — Изд. 2-е. — М., 1871. — Стб. 1633–1668. Arxivləşdirilib 2018-11-22 at the Wayback Machine
- Сухозанет И. О. 14 декабря 1825 года, рассказ начальника артиллерии Сухозанета / Сообщ. А. И. Сухозанет // Русская старина, 1873. — Т. 7. — № 3. — С. 361–370. Arxivləşdirilib 2012-01-06 at the Wayback Machine
- Фелькнер В. И. Записки генерал-лейтенанта В. И. Фелькнера. 14-е декабря 1825 года // Русская старина, 1870. — Т. 2. — Изд. 3-е. — Спб., 1875. — С. 202–230. Arxivləşdirilib 2019-04-15 at the Wayback Machine
- Декабристи в Україні: дослідження й матеріали / Упор. Г. Д. Казьмирчук, Ю. В. Латиш; наук. ред. проф. Г. Д. Казьмирчука. Т. 7. К., 2013. 440 с.
- Латиш Ю. В. Декабристи в Україні. Історіографічні студії. Київ, 2014. — 237 с. Arxivləşdirilib 2017-03-28 at the Wayback Machine
- Gabayev, G. S. (1932, in Russian). Soldaty — uchastniki zagovora i vosstaniya dekabristov (Солдаты — участники заговора и восстания декабристов), in: Dekabristy i ih vremya (Декабристы и их время), vol. 4. Moscow: VOPSP.
- Mazour, Anatole (1937). The first Russian revolution, 1825: the Decembrist movement, its origins, development, and significance. Stanford University Press. Reissue: ISBN 0-8047-0081-8, ISBN 978-0-8047-0081-8.
- Nechkina, Militsa (1984, in Russian). Dekabristy (Декабристы) Arxivləşdirilib 2018-12-23 at the Wayback Machine. Moscow: Nauka].
- Seton-Watson, Hugh (1988). The Russian empire, 1801–1917 Arxivləşdirilib 2022-08-21 at the Wayback Machine. Oxford University Press. ISBN 0-19-822152-5, ISBN 978-0-19-822152-4.
- Figes, Orlando (2002) Natasha's Dance: a Cultural History of Russia. London. ISBN 0-7139-9517-3
- Mazour, A. G. 1937. The First Russian Revolution, 1825: the Decembrist movement; its origins, development, and significance. Stanford University Press
- Rabow-Edling, Susanna. "The Decembrists and the Concept of a Civic Nation". Nationalities Papers. 35 (2). May 2007: 369–391. doi:10.1080/00905990701254391.
- Sherman, Russell & Pearce, Robert (2002) Russia 1815–81, Hodder & Stoughton
- Eidelman, Natan (1985) Conspiracy against the tsar, Moscow, Progress Publishers, 294 p. (Translation from the Russian by Cynthia Carlile.)
- Crankshaw, E. (1976). The Shadow of the Winter Palace: Russia's Drift to Revolution, 1825–1917. New York: Viking Press.
Xarici keçidlər
redaktə- Восстание декабристов и программные документы (rus.)
- Музей декабристов
- Сенатская площадь со спутника.
- Николай Троицкий Декабристы: Восстание // Россия в XIX веке. Курс лекций. М., 1997.
- Тайные организации декабристов
- Приговор Верховного уголовного суда и другие документы
- Decembrist exile in Irkutsk (ing.)
- Decembrist exile in Siberia (rus.)
- Online Museum of the Decembrist movement (rus.)