Gobelekler - Wikipedia
Göbələk (lat. Fungi) — mayalar və kiflər kimi mikroorqanizmlər və eləcə də geniş yayılmış papaqlı göbələklər kimi eukariot orqanizmlərin daxil olduğu geniş qrupdur. Göbələklər bitkilər, heyvanlar, bakteriyalar və protistlərdən fərqlənən və ayrıca bir aləm kimi Göbələklər adı altında birləşdirilən orqanizmlərdirlər. Xitindən təşkil olunan hüceyrə divarı göbələkləri bakteriyalar, bitkilər, heyvanlar və protistlərdən fərqləndirən başlıca əlamətdir(Protistlər və bitkilərdə hüceyrə divarı əsasən sellüozadan təşkil olunur). Əksər göbələklər mikotoksinlər adlanan bioaktiv birləşmələr əmələ gətirirlər. Göbələklər əsasən kosmopolitan orqanizmlərdirlər ki, onlara hər yerdə rast gəlmək mümkünür. Göbələkləri öyrənən elm mikologiya adlanır. Göbələklərin 100 000-ə qədər növü var.
Göbələklər | ||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Göbələklər |
||||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||||
|
Göbələklərin ortaq cəhətləri
redaktəFərqli mühitlərdə göbələklərin funksiyası müxtəlif olsa da, onları birləşdirən bir çox cəhətlər vardır:
- Onların hamısı sporla çoxalır.
- Papağın alt hissəsində sporangilər yerləşir.
- Göbələklər çox vaxt tumurcuqlanma yolu ilə çoxalır.
- Göbələklərin ömrü çox deyil.
- Göbələk kölgəsevən canlılardır.
- Göbələklər xloroplastlardan məhrumdurlar və heterotrof canlılardırlar. Bu səbəbdən də onlar enerji mənbəyi kimi hazır üzvü birləşmələrdən istifadə edirlər.
- Göbələklər vakuollar və hüceyrə divarına malikdirlər və bu xassə onları bitkilərə bənzəyir.
- Göbələklərdə hüceyrə divarı xitin və qlükandan təşkil olunur.
- Göbələklərdə ehtiyat qida madəsi kimi heyvani nişastanın-qlikogenin toplanması isə onları heyvanlar aləminə yaxınlaşdi
Göbələklər torpaqda, xüsusən də onun ölü bitki qalıqları (meşə döşənəyi, töküntülər və s.) ilə zəngin horizontlarında (1 q torpaqda 1 milyona qədər) məskunlaşmış sapaoxşar heterotrof saprofit mikroorqanizmlərdir. Göbələklər üzvi birləşmələrin minerallaşmasında və humuslaşmasında fəal iştirak edir. Bu zaman parçalanma prosesində bir qrup göbələkləri ardıcıl olaraq başqa qrup göbələklər əvəz edə bilər.
Göbələklər müxtəlif turşu birləşmələri (limon, oksalat, sirkə və başqa turşuları) sintez edir. Onların ardıcıl fəaliyyəti fulvo turşulu humusun yaranmasına gətirib çıxarır. Göbələklərin bu qabiliyyəti onların mineralları fəal parçalamaq qabiliyyətində də özünü göstərir. Torpaq göbələkləri arasında kənd təsərrüfatı bitkiləri üçün ziyanlı olan və bir sıra xəstəlikləri törədən növlər də geniş yayılmışdır. Düzgün əkin dövriyyəsi mədəni bitkilərdə göbələk xəstəliklərinin inkişafına əngəl törədir.
Göbələklərin bir çox növləri ali bitkilərlə simbioz yaradaraq bitkiləri qida maddələri ilə təmin edir.
Azərbaycan torpaqlarında mikroorqanizmələrin miqdarı, tərkibi və yayılması torpaqların zonal xüsusiyyətlərindən, onların qranulometrik tərkibindən, humusluluq və mədənilik dərəcəsindən asılıdır.[2]
Təsnifatı
redaktəGöbələklər hər cür mühitdə yaşamağa uyğunlaşmışdır. Göbələklərin böyük bir qismi parazit həyat keçirir. Belə göbələklərdən biri də "Plazmapola — Vitikola"dır. Bu parazit üzüm yarpaqlarının üzərində bozumtul örtük əmələ gətirir və günəşin şüalarının yarpağa nüfüz etməsinə mane olur. Üzüm bitkisində mildium xəstəliyini törədir. Parazitin inkişaf etməsi payıza təsadüf edir. Onu yalnız əhəng suyu ilə məhv etmək olar.
Daha bir növ parazit isə "Qov" göbələyidir. Bu parazit ağacın oduncağı (gövdəsi) üzərində bitir, onun kökləri ağacın daxili özəyinə yönəlir. O, ağacın daxilindəki şirəni soraraq onun qurumasına səbəb olur. Göbələyin alt hissəsində sporangilər yerləşir. O, tumurcuqlanaraq ağacın bütün ətrafını bürüyür və nəticədə ağacın gövdəsinin sınmasına gətirib çıxarır. Bu parazit daha çox "Çılpaqtoxumlu" bitkilərdə yayılır.
Təbiətdə parazit göbələklərdən başqa simbioz həyat sürən göbələklər də var. Belə göbələklər adətən aid olduqları ağacın yanında bitir və onunla "şərikli" həyat keçirir. Məsələn, palıd ağacının yanında palıd ağacı göbələyi, çinar ağacının yanında çınar ağacı göbələyi, şam ağacının yanında yaglı göbələk, küknar ağacının yanında sarı-qırmızı göbələk tozağaci yaninda toazağacı ağcaqovaq yaninda qırmızıbaş göbələyi görmək olar. və s. Bu göbələklər əldə etdikləri mineralları ağaca, ağac isə öz növbəsində göbələyə lazimi üzvi maddəni kök vasitəsilə ötürür.
Məişətdəki rolu
redaktəGöbələklər təbiətdə olduğu kimi məişətdə də işlədilir. Təbiətdə müxtəlifliyi ilə fərqlənən göbələklərdən biri də Maya göbələyidir. Maya göbələyi bəzi güllərin çiçək kasasında bitir və tumurcuqlanma yolu ilə çoxalır. Onların papağı və yaxud kök sistemi olmur. Onlar yastı formada olub çiçək tozu ilə qidalanırlar. Bu göbələk pakmaya hazırlanması üçün əlverişlidir. Onun təkibindəki nişasta xəmirin keyfiyyətli hazırlanmasına kömək edir. Belə ki, onun təkibindəki nişasta unun tərkibinidəki şəkəri yeyir və nəticədə karbon qazı əmələ gəlir. Karbon qazı xəmirin şişməsinə və keyfiyyətli, dadlı olmasına xidmət edir.
Kimyagər göbələk corticeps
redaktəCorticeps göbələyi, yağış meşələrində yetişən çox qüvvətli zəhəri olan, parazit göbələkdir. Ancaq bütün göbələklərin əksinə Corticeps zəhərini həzm yolu ilə deyil, toxunma yolu ilə keçirir. Corticepsin sporları çox təsirli zəhərlə doludur. Yanından keçən qarışqaya bu ölümcül sporlardan biri bulaşdığı anda bütün qarışqa koloniyası həyəcana keçir və infeksiyaya bulaşan qarışqanı koloniyadan uzağa daşıyırlar. Bir-birləri arasında çox böyük həmrəylikləri olan qarışqa birliyinin, koloniyalarındakı hər hansı bir qarışqanı özlərindən uzaqlaşdırmağı isə heyrətamiz və qeyri-adi vəziyyətdir. Ancaq koloniyanın bu hərəkəti etməkdə çox haqlı səbəbləri var. Corticeps, spor bulaşan qarışqanın bütün bədəninə və beyninə təsir edən güclü zəhərə malikdir və qarışqa bulaşan bu güclü zəhərin təsiriylə qısa müddətdə bütün şüurunu itirir. Sanki hipnoz olmuş kimi zəhərin təsiri altına girir və bir budağa, ya da kökə doğru dırmaşmağa başlayır və birdən dayanıb bütün gücü ilə möhkəm-möhkəm yapışaraq başını budağa batırır və zəhərin təsiriylə intihar edərək ölür. Və əsl möcüzə burada başlayır… Ölü qarışqanın bədənini öz sporları üçün gübrə olaraq istifadə edən Corticeps, qarışqanın başını batırdığı budağın tərkibindəki su ilə də bəslənərək, böyüməyə başlayır və qısa müddətdə ölü qarışqanın gövdəsini yararaq böyüyür və uzanar. Bütün böcək növlərinin yüzdən səksən faizinin yaşadığı yağış meşələrində, bitki örtüyünün qorunması və bu böcəklərin saylarının tarazlıq təşkil etməsində Corticeps göbələyinin ifraz etdiyi bu zəhər çox əhəmiyyətli yerə malikdir. Və bu həssas tarazlığı qorumaq üçün, hər bir Corticeps növü müəyyən bir böcək növü üzərində təsirli zəhərə malikdir.
Maraqlı məlumat
redaktəOtyeyən heyvanların peyinində olan mikroskopik göbələklərdə öz sporlarını yüksək sürətlə uzaq məsafələrə atmaq xüsusiyyəti var. Mayami və Oksford Universitetindən olan tədqiqatın müəllifləri yüksəksürətli (saniyədə 250 kadr çəkə bilən) videokameradan istifadə ediblər.
Tədqiqatın nəticəsində göstərilib ki, saniyədə 25 metr olmaqla göbələklər maksimum sürətlə öz sporlarını 2 metrdən çox məsafəyə atır.[3] Beta-qlükonlarla, başqa sözlə, polisaxaridlərlə zəngin olan göbələklər immun sistemini stimullaşdırır və ximoterapiya effektinə malikdir. İmmun sistemi aktivləşdikdə şişin böyüməsi ləngiyir, çünki şiş hüceyrələrinin qarşısının alınmasına cavabdeh olan T-limfositlər, təbii killerlər və makrofaqlar işləyir. Bundan başqa, beta-qlükonlar xərçəng ilə mübarizədə əhəmiyyətli olan sitokin istehsalını stimullaşdırır. Göbələklər şiş hüceyrələrinin böyüməsinə və metastazların yaranmasına mane olur, çünki göbələklər qorxulu nüvə faktoru kappa-bi-nin qarşısını alır. Yodlardan (immun stimulyatorlarından) müdafiə mexanizminə təsir edən agentlərin istifadəsi rəsmi ximoterapiyaya zəif immun sistemli insanın müalicəsi üçün əlavə terapevtik instrument verir. Bu xassəli preparatların tədqiqatına çoxlu pul istiqamətləndirir, bizə immun sisteminin əla stimullaşdırıcıları göbələk də daxil olmaqla təbiət unudulur. Qərb təbabətində istifadə olunan immun sistemi stimullaşdırıcıları (farmokoloji stimullaşdırıcılar interferon qamma (İFN-g), şiş nevrozu faktoru (ŞNF) və interleykin-2 (İZ-2)-dir. Bu maddələr bir qayda olaraq əlavə effektlər yaradır: hərarət, üşütmə, dəridə səpişik, şişkinlik, təzyiqin azalması, ürək çatışmazlığı, neyrotoksikoz. Göbələklər immun sisteminin güclü stimulyatorlarıdırlar, həm də əlavə effekt yaratmırlar, daha ucuzdurlar. Süni molekulları öyrənmək əvəzinə üzümüzü təbiətə çevirək və göbələkləri – immun sisteminin güclü stimullaşdırıcılarını görək. Proqressivləşən döş xərçəngi olan qadınlar göbələklərdən əlavələrlə müalicə olunduqda müalicənin beşinci günündən sonra immun sisteminin hüceyrələrinin xeyli artması müşahidə olunur, ximoterapiya aparılmasına baxmayaraq. Şübhəsiz, göbələklər immunitetin artması üçün güclü silahdır. Yaponiyada ximoterapiya prosesində göbələk istifadəsi adət olunmuş işdir. Sübut olunub ki, onlar sağ qalmaq göstəricisini, həyatın keyfiyyətini yaxşılaşdırır, immun sistemini gücləndirməklə ximoterapiyanın gedişində xəstəliklərdən və qusmadan azad vaxtı artırır. Göbələklər təkcə beta-qlükonlarla yox, həm də selen ilə də zəngindir. Selen xərçəngə qarşı mübarizədə köməkçidir. Göbələklər bugünkü xərçəng epidemiyasında olduqca faydalıdır. Əhəmiyyətlidir! Gündə 10 qram göbələk istifadə edən çin qadınlarında döş xərçənginə tutulmaq riski 64% azalır. Əgər onlar əlavə olaraq yaşıl çay içirsə, xərçəng təhlükəsi 89% azalır.
Göbələklərin qidalanması
redaktəGöbələk mitselisinin elementar kimyəvi tərkibində karbon — 40%, oksigen — 40%, azot-7,8%, hidrogen–2–3% mövcuddur. Bunlardan kül elementi 7–10 %dir. Göbələk mitselisinin külünə aiddir: kükürd (S), fosfor (P), kalium (K), maqnezium (Mg), dəmir (Fe), sink (Sn), Kalsium (Ca) və b. Göbələklərin normal qidalanması üçün təxminən 17–18 elementin olması vacıbdir.
Quruluşu
redaktəVegetativ bədən yaxud tallom göbələklərdə mitselidir. Mitseli budaqlanmış borunu xatırladır. Mitselilər 2 cür olur:
- 1.arakəsməli
- 2.arakəsməsiz
Arakəsməli mitselilərdə eninə çoxsaylı arakəsmələr əmələ gəlir. Çox hüceyrəli mitselilər Kisəli, Bazidili və Qeyri-müəyyən göbələklər üçün xasdır. Arakəsməsiz mitselilərdə nüvənin bölünməsi nəticəsində hüceyrə çoxnüvəli olur. Məsələn: Xitridiomycota və Oomycota şöbələrində olduğu kimi.
Göbələk mitselilərinin bir birinə möhkəm birləşməsi nəticəsində sklerotsilər əmələ gəlir. Bunlar əlverişsiz mühitə davamlıdır. Sklerotsilərə yaxın olan stromadır . Bu isə əsasən Kisəli göbələklərdə meyvə cismlərini mühafizə etmək funksiyasını daşıyır.
Bir çox göbələklərdə qidanı mənimsəmək funkksiyasını yerinə yetirən rizomorflar və mitseli sapları vardır. Göbələklərdə mitseli hifləri bir birinin üzərinə yığılıb yalançı toxuma əmələ gətirirlər ki, bu da plektenxima adlanır. Göbələklərdə həqiqi əsl toxuma nadir hallarda olur. Məsələn: Həşəratlarda parazitlik edən Labulbenlərdə olur.
Göbələklədə hüceyrə divarının 80–90%-ni polisaxaridlər təşkil edir ki, bunun da əsası zülal və lipidlərdir.
İstinadlar
redaktə- ↑ Tedersoo L., Sánchez-Ramírez S., Kõljalg U., Bahram M., Döring M., Schigel D., May T., Ryberg M., Abarenkov K. High-level classification of the Fungi and a tool for evolutionary ecological analyses (ing.). // Fungal Diversity Springer Science+Business Media, 2018. P. 147. ISSN 1560-2745; 1878-9129 doi:10.1007/S13225-018-0401-0
- ↑ Q. Məmmədov. Torpaqşünasliq və torpaq coğrafiyasinin əsaslari. Bakı, Elm, 2007
- ↑ "AESMF". 2011-06-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-06.
Mənbə
redaktə- Фернандес Одиле. Мои рецепты от рака. Откровения врача, победившего болезнь / Одиле Фернандес, – Москва, Эксмо, 2019, 512с. – Рак победим.