Cavad Xan Film 2009 - Wikipedia
Cavad xan — Sabir Rüstəmxanlının "Ölüm zirvəsi" romanının motivləri əsasında, Rövşən Almuradlının rejissorluğu ilə çəkilən film.[1]
Cavad xan | |
---|---|
Fayl:Cavad xan (film, 2009).jpg | |
Janr |
dram tarixi döyüş müharibə |
Rejissor | Rövşən Almuradlı |
Ssenari müəllifi | Sabir Rüstəmxanlı |
Baş rollarda |
Nurəddin Mehdixanlı — Cavad xan Ramiz Novruz — Sisianov Salam İsmayıl — Şeyx Yusif Nuriyyə Hüseynova — Şükufə xanım |
Operator | Məhəmməd Məcidi |
Rəssamlar |
Rafiz İsmayılov Rafiq Nəsirov |
İstehsalçı | "Bizim Kino" Prodüser Mərkəzi |
İlk baxış tarixi | 31 iyul 2009, Bakı |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 120 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2009 |
Texniki məlumatlar |
12 hissə 3265 m 35 mm "Kodak" kinolenti |
Rəng | rəngli |
Məzmun
redaktəFilm XIX əsrin əvvəllərində öz oğulları ilə birlikdə vətən uğrunda Sisianovun (Ramiz Novruz) başçılığı altında rus qoşunlarına qarşı mübarizə aparan və mərdliklə həlak olan xanlar xanı, cəsur sərkərdə Cavad xan (Nurəddin Mehdixanlı) haqqındadır.[2]
Təqdimatı
redaktə2011-ci ildə İstanbul Universitetinin Avrasiya İnstitutunda “Cavad xan” bədii filminin nümayişi olub.[3]
Nyu-Yorkda “Cavad xan” filminin təqdimatı keçirilmişdir.[4]
Film haqqında
redaktəFilmdəki paltar və qiyafətlər Sankt-Peterburq şəhərindən sifariş edilib gətirilmişdir.
Filmdə 130-a qədər aktyor çəkilmişdir.
Filmin kütləvi səhnələrində daxili qoşunların əsgərləri də iştirak etmişdir.
Film Sabir Rüstəmxanlının "Ölüm zirvəsi" romanının motivləri əsasında çəkilir.
Əsərin çəkilməsi üçün əvvəlcə 800 min manat vəsait ayrılsa da bu yetərli olmayıb. Yazıçının prezidentə müraciətindən sonra əlavə vəsait ayrılıb.
Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Bizim Kino" prodüser mərkəzində çəkilir.
Filmdə Azərbaycan kinosu tarixində ilk dəfə olaraq xüsusi kompüter qrafikasından istifadə edilmişdir.
Filmin Türkiyədə də premyerası gözlənilir.
Cavad xanın divanxanası, kitabxana, Alban kilsəsinin daxili çəkilişləri pavilyonda, gürcü çariçanın ziyafət səhnəsi Mahnı Teatrında aparılıb. Kitabxananın yanma səhnəsində kompüter qrafikasından istifadə olunub.
Filmin çəkilişləri 2007-ci ilin aprelində başlayıb – avqusta qədər aparılıb.
Film üçün 58 dəqiqəni əhatə edən 20 musiqi yazılmışdır.
Filmin premyerası Milli kino günündə — 31 iyul 2009-cu ildə Heydər Əliyev adına sarayda keçirilmişdir (qeyd: Milli kino günü 2 avqustdur. 2009-cu ildə bu tarix bazar gününə düşdüyü üçün tədbir 2 gün əvvələ 31 iyula keçirilmişdi).
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Ssenari müəllifi: Sabir Rüstəmxanlı
- Quruluşçu rejissor: Rövşən Almuradlı
- Quruluşçu operator: Məhəmməd Məcidi
- Quruluşçu rəssamlar: Rafiq Nəsirov, Rafiz İsmayılov
- Bəstəkar: Sərdar Fərəcov
- Geyim üzrə rəssam: Tahir Tahirov
- Qrim üzrə rəssamlar: Niqora Əhmədova, Nataliya Müslimova
- Redaktor: Aydın Qurbanoğlu
- Rejissorlar: Ənvər Həsənov, Əliqulu Səmədov
- Səs rejissorları: Teymur Kərimov, Məsud Behnam
- Montaj: Elşad Rəhimov
- Rejissor assistentləri: Xədicə Qarayeva, Məhəmməd Paşazadə, Elbrus Ələkbərov, Natiq Şəkərəliyev, İsmayıl Qasımov
- Operator assistentləri: Hikmət Dəryoş, Mirhəsən Səyadət
- Rəssam assistentləri: Elyaz Səfərov, Rəhim İslamzadə, Elfira Hüseynova, Nigar Babayeva
- Çalır: Azərbaycan Dövlət Simfonik Orkestri
- Dirijor: Rauf Abdullayev
- Musiqi yazılışı: Faiq Babayev
- Musiqi redaktoru: Rauf Əliyev
- Aşıq musiqisi: Aşıq İsa Qaraxanlı
- Səs operatoru: Eldar Şahverdiyev
- Qrim: İradə Gülbabayeva
- Fotoqraf: Natiq İbrahimov
- Silah üzrə məsləhətçi: Mübariz Əkbərov
- Məsləhətçi: Əfzələddin Əsgərov
- Geyim: Gülxar Sadıqova, Ramilə Məmmədova (Ramilə Qurbanova kimi)
- Əlbəsə ustası: Füzuli Ağayev
- Kaskadyorlar qrupunun rəhbəri: Əli Məmmədov
- Pirotexniklər: Əlibala Məmmədov, Vaqif Qurbanov, Şamil Əliyev, İlham Rəsulzadə
- İşıq ustası: Əliağa İbrahimov
- İşıqçılar: Şəmsi Qədirov, Həsən Əliyev, İsrafil Rəhimov, Qabil Yəhyayev
- Dekorçular: Şənol Əhmədov, Cavid Cabbarov, Kazım Hüseynov, Babək Sərkərov, Tahir Qafarov, Həbib Mustafayev, Rəsul Mirzəyev
- Sürücülər: Rafiq Cəfərov, Telman Cəfərov, Rəhman Qədirov, Bəxtiyar Qurbanov, Elçin Qaraşov, Natiq Məmmədov
- Kompüter qrafikası: Boris Lutsyuk, Sergey Toktarov
- Titrlər üzrə dizayner: Elrəng
- Koordinator: Tərlan Babayev
- İnzibati qrup: Asif Ağayev, Fəxri İbrahimov, Kamal Almuradlı
- Prodüser müavini: İlqar Musayev (II)
- İcraçı prodüserlər: Tofiq Musayev, Məcid Fərdi Ənvər
- Prodüser: Heydər Dadaşov
- Layihənin rəhbəri: Azər Quliyev
- Trüklərin quruluşçusu: Əli Məmmədov, Nadir Muqbilov
Rollarda
redaktə- Nurəddin Mehdixanlı — Cavad xan[5]
- Ramiz Novruz — Sisianov
- Salam İsmayıl — Şeyx Yusif (Salamulla İsmayılov kimi)
- Nuriyyə Hüseynova — Şükufə xanım
- Rövşən Kərimduxt — Qasım bəy
- Əsgər Rəhimov — Behbudov (Əskər Rəhimov kimi)
- Sabir Qurbanov — kor aşıq
- Səddam Hüseynli — kor aşığın oğlu
- İlqar Musayev — Uğurlu xan
- Anar Fərəcbəyli — Hüseyn xan
- Cavidan Novruz — Əliqulu xan
- Rafiq Əzimov — Mirzə
- Təvəkkül Əliyev — İbrahim xan
- Vaqif Şərifov — Məhəmməd xan
- Ənvər Həsənov — Səlim xan
- Müdhət Aydın — Hüseynqulu xan (Müdhət Aydınov kimi)
- Nazir Rüstəmov — Mirmustafa xan
- Rövşən Almuradlı — Kəlbəli xan
- Mətləb Abdullayev — Məhəmməd xan
- Amaliya Pənahova — Knyaginya Darya
- Raminə Əliyeva — Nona
- Ramilə Məmmədova — Afaq xanım
- Münəvvər Əliyeva — Dilşad xanım
- Əli Nurzadə — Alban keşişi
- Yaqut Qazıyeva — dəyirmançı qadın (Yaqut Xasıyeva kimi)
- Qabil Quliyev — Gürcü Aleksandr
- Rəşad Səfərov — mayor Kotlyarevski
- Namis Şirməmmədov — polkovnik Karyagin
- Vüqar Vəlixanov — çapıqlı döyüşçü
- Abbas Qəhrəmanov — erməni keşişi
- Məzahir Cəlilov — erməni keşişi
- Əliqulu Səmədov — Murad
- Elçin Allahverdiyev — Yüzbaşı Əliyar
- Əlican Əzizov — rus zabiti
- Novruz Cəfərov — satqın yüzbaşı
- Pərvanə Qurbanova — dayə
- Həcər Əliyeva — Dilşadın qızı
- Rəşid Rzayev — gürcü knyazı
- Elxan Quliyev — erməni məliki
- Aydın Əliyev
- Telman Əliyev — erməni
- Edqar İsayev — erməni
- Ramin Şıxəliyev — erməni
- Ramiz Vəliyev — rus zabiti
- Aydın Əlibalayev
- Sərvər Əliyev
- Rafiq Nəsirov
- Oleq Vorobjanski — rus zabiti
- Yevgeni Vorobjanski — rus zabiti
- Teymur Muradov
- Aleksey Saprıkin — rus zabiti
- Yuri Lobasov
- Əli Məmmədov
- Bəhruz Əhmədli — mürid
- Tural Ağayev
- Asif Rəhimov
- Şahin Kərimov
- Rüfət Aslanov
- Məhərrəm Musayev
- Zöhrab İmanquliyev
- Eldar İsmayılov
- Adil Həsənov
- İsmayıl Qasımov
- Akif Yusifov
- Seyidşah Məmmədov
- Rövşən Abbasov
- Rada Nəsibova — döyüşçü qadın
- Vüsalə Nəzərova
- Mehin Hüseynova — döyüşçü qadın
- Leyla Abbasova — döyüşçü qadın
- Gülnar Məmmədova — döyüşçü qadın
- Xuraman Əliyeva — döyüşçü qadın
- Mehriban Hüseynova
- Sərdar Rüstəmov
- Əliş Nəsirov
- Murad Abdullayev — çapıqlının dostu
- Vüqar İsrafilov
- Cəmilə Mirzəxanova
- Gülnarə Ağayeva
- Maral Zamanova
- Eyvaz Rzayev
- Fərəc Fərəcov (titrlərdə yoxdur)
- Məmməd Zeynalov (titrlərdə yoxdur)
Filmi səsləndirənlər
redaktə- Eldəniz Rəsulov — Şeyx Yusif (Salam İsmayıl)
- İlham Əsgərov — Mirzə (Rafiq Əzimov)
- Sabir Məmmədov — Qasım Bəy (Rövşən Kərimduxt)
- Şövqi Hüseynov — Hüseynqulu Xan (Anar Fərəcbəyli)
- Vüsal Murtuzəliyev — Əliqulu Xan (Cavidan Novruz)
- Qəmər Məmmədova — Şükufə Xanım (Nuriyyə Hüseynova)
Sponsor
redaktəÇəkilişə köməklik edən qurumlar
redaktə- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi
- Azərbaycan Respublikası Daxili Qoşunları Komandanlığı
- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
- İran İslam Respublikası Dövlət Gömrük İdarəsi
- Gəncə şəhər İcra Hakimiyyəti
- Gəncə şəhər Polis İdarəsi
- Gəncə şəhər Daxili Qoşunları
- Zaqatala şəhər İcra Hakimiyyəti
- Zaqatala şəhər Polis İdarəsi
- Zaqatala şəhər Daxili Qoşunları
- Şəki şəhər İcra Hakimiyyəti
- Şəki şəhər Polis İdarəsi
- Şəki şəhər Daxili Qoşunları
- Rəşid Behbudov adına Mahnı Teatrı
- Bakı şəhər Cıdır meydanı
- Rusiya Federasiyasının "2 Krıla" kompüter dizaynı mərkəzi
- İran İslam Respublikasının Fərhəng və İrşadi İslami Nazirliyi
- İran İslam Respublikasının "Bünyati Sinemal Farabi" şirkəti
- "Iran Center for Film Industries Inc." şirkəti
- İran İslam Respublikasının "Bəhmən" səsyazma studiyası
- İran İslam Respublikasının "Fanoss Khiall" şirkəti
İstinadlar
redaktə- ↑ Təranə. “Özünə hörmət edən rejissor dəyərsiz əsər çəkməz”: [Rövşən Almuradlı ilə “Cavad xan” filmi haqqında] //Mövqe.- 2008.- 9-11 avqust.- S. 13.
- ↑ Almuradlı, R. "Meydan mənə dar gəlirdi...": "Xanların hərəsinə 2 min manatlıq paltar alıb geyindirdik...": [“Cavad xan” filminin rejissoru Rövşən Almuradlı ilə müsahibə] //Olaylar.- 2011.- 18 mart.- S. 12.
- ↑ Ayxan. “Cavad xan” İstanbulda: [İstanbul Universitetinin Avrasiya İnstitutunda “Cavad xan” bədii filminin nümayişi olub] //Ekspress.- 2011.- 15 fevral.- S.14; Mədəniyyət.- 2011.- 16 fevral.- S.12.
- ↑ Nyu-Yorkda “Cavad xan” filminin təqdimatı keçirildi //Həftə içi.- 2014.- 11 fevral.- S.8.
- ↑ Mehdixanlı, N. "Cavad xan" dünənki və bugünkü rus işğalına qarşı bir filmdir": [Xalq artisti Nurəddin Mehdixanlı ilə söhbət] //Türküstan.- 2010.- 10-16 yanvar.- S. 15-16.
Mənbə
redaktə- "Cavad xan" filmi haqqında //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 9.
- Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.
- Kazımzadə, A. “Bizim ən böyük qazancımız “Cavad xan”dır: [kinoşünas Aydın Kazımzadə ilə müsahibə] //Olaylar.- 2012.- 4-6 fevral.- S.11.