Esger Rehimov - Wikipedia
Əsgər Rəhimov — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti (2012).
Əsgər Rəhimov | |
---|---|
Əsgər Ağarəhim oğlu Rəhimov | |
Doğum tarixi | |
Vəfat tarixi | (60 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Fəaliyyəti | Aktyor |
Mükafatları |
Həyatı
redaktəƏsgər Rəhimov 27 noyabr 1956-cı ildə[1] Göyçay şəhərində anadan olub.1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil almışdır. 1978-1988-ci ilə qədər S.Vurğun adına Rus Dram teatrında, sonradan Bakı Kamera Teatrında aktyor vəzifəsində işləmiş, 2005-ci ildə yenidən S.Vurğun ad. Rus Dram teatrına qayıtmışdır.
Bu illər ərzində teatr səhnəsində bir çox rol oynamışdır. Onun yaratdığı Nikita (A.Arbuzov "Kobud oyunlar"), Oyunçu (R.İbrahimbəyov "Poxoronı v Kalifornii"), Lukin (M.Qorki "Varvarı"), Bayandur (İ.Əfəndiyev "Büllur sarayda"), Ralf (R.Baer "Qarışıq hisslər"), Kazım (N.Rəsulzadə "Nonsens"), Qraf Kent (U.Şekspir "Kral Lir"), Həkim (K.Hiqqins "Qarold və Mod") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.
9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülmüşdür.
Filmoqrafiya
redaktəİstinadlar
redaktə- ↑ Lider TV. "Əməkdar artist son mənzilə yola salındı" (az.). Youtube.com. 22.03.2017. İstifadə tarixi: 2017-03-27.
- ↑ Trend. "Скончался заслуженный артист Азербайджана" (rus). Haqqin.az. 21.03.2017. 2021-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-21.
- ↑ İstipress. "Əsgər Rəhimovla vida mərasimi" (az.). Youtube.com. 22.03.2017. İstifadə tarixi: 2017-03-27.