Atlari Yeherleyin Film 1985 - Wikipedia
Qanlı zəmi filmi rejissorlar Həsənağa Turabov və Əbdül Mahmudov tərəfindən 1985-ci ildə ekranlaşdırılmışdır. Kəskin süjetli filmdə xalq qisasçısı, əfsanəvi qəhrəman Qaçaq Nəbidən, onun dəstəsinin göstərdiyi igidliklərdən söhbət açılır. Film aktyor Həsənağa Turabovun quruluşçu rejissor kimi kinoda ilk işidir. Film 1-ci kateqoriyaya layiq görülüb. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Həsənağa Turabov, Mömünat Qurbanova, Gümrah Rəhimov, Ənvər Həsənov, Ömür Nağıyev, Eldəniz Quliyev, Rasim Balayev, Ramiz Əzizbəyli, Şahmar Ələkbərov ifa edirlər.[1]
Qanlı zəmi | |
---|---|
Fayl:Qanlı zəmi (film, 1985).jpg | |
Janr |
tarixi döyüş macəra bioqrafik |
Rejissorlar |
Əbdül Mahmudov Həsənağa Turabov |
Ssenari müəllifləri |
Süleyman Rüstəm Əhmədağa Muğanlı |
Baş rollarda |
Həsənağa Turabov Mömünat Qurbanova Gümrah Rəhimov Ənvər Həsənov Ömür Nağıyev Eldəniz Quliyev Rasim Balayev Ramiz Əzizbəyli Şahmar Ələkbərov |
Operator | Kənan Məmmədov |
Bəstəkar | Emin Sabitoğlu |
Rəssam | Kamil Nəcəfzadə |
İstehsalçı | "Azərbaycanfilm" kinostudiyası |
İlk baxış tarixi | 25 avqust 1984 |
Filmin digər adları |
Qaçaq Nəbi Atları yəhərləyin |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 82 dəq. |
Ölkə | Azərbaycan SSR |
Dil | azərbaycanca |
İl | 1985 |
Texniki məlumatlar |
9 hissə 2404 metr genişekranlı 35 mm "Svema" kinolenti Şostka kimya kombinatı |
Rəng | rəngli |
IMDb | ID0263880 |
Məzmun
redaktəXIX əsrin sonlarında Azərbaycanın torpaqlarında çar canişinlərinin hakimiyyətinə, xalqın hesabına varlanan feodal əyanlarına və tacirlərinə qarşı silahlı kəndli dəstələri yaranırdı. Həmin dəstələrdən birinə xalq qəhrəmanı Qaçaq Nəbi başçılıq edirdi. Onun arvadı qorxmaz Həcər də əri ilə birgə həmin dəstədə vuruşurdu.[2]
Film haqqında
redaktə- O vaxtlar vəzifə sahibi olan ermənilər filmin istehsalata buraxılmasına əngəl törətməyə başlamışdılar. Səbəb olaraq Qaçaq Nəbinin vaxtilə ermənilərə divan tutmasını göstərmişdilər. Lakin onlar Qaçaq Nəbiylə başqa bir qəhrəman olan Qara Nəbini qarışdırmışdılar. Uzun çək çevirdən sonra ermənilər məqsədlərinə çata bilmədilər. Yalnız filmin adının dəyişdirilməsinə nail ola bildilər. İstehsalı uzun çəksə də nəhayət 1985-ci ildə film çəkildi və çox böyük uğurla nümayiş etdirildi.
Festivallar və mükafatlar
redaktə1986-cı ildə ssenari müəllifi Əhmədağa Qurbanova, quruluşçu rejissorlar Əbdül Mahmudov və Həsənağa Turabova, quruluşçu operator Kənan Məmmədova, quruluşçu rəssam Kamil Nəcəfzadəyə, geyim rəssamı Kazım Kazımzadəyə, bəstəkar Emin Sabitoğluna, aktyor Gümrah Rəhimova və aktyor Rasim Balayevə Azərbaycan SSR Dövlət Mükafatı verilmişdir.[3]
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Rejissor: Əbdül Mahmudov, Həsənağa Turabov
- Ssenari müəllifi: Süleyman Rüstəm, Əhmədağa Muğanlı
- Operator: Kənan Məmmədov
- Rəssam:Kamil Nəcəfzadə
- Bəstəkar: Emin Sabitoğlu
Rollarda
redaktə- Həsənağa Turabov — Nəbi
- Mömünat Qurbanova — Həcər[4]
- Gümrah Rəhimov — Tunc Vəli
- Ənvər Həsənov — Sirac
- Ömür Nağıyev — Kalış
- Eldəniz Quliyev — Mirzə
- Rasim Balayev — Səlim bəy
- Ramiz Əzizbəyli — Koxa
- Şahmar Ələkbərov — İbiş
- Zilli Namazov — Mehdi
- Kazım Abdullayev — Qurd Kərim
- Təvəkkül İsmayılov — qaçaq
- Nizami Musayev — tacir
- Vəliəhd Vəliyev — pristav İvan Petroviç
- Olqa Bityukova — həkim
- Muxtar Maniyev — qubernator
- Nikolay Barmin — general
- Məmmədrza Şeyxzamanov — kəndli qoca
- Leyla Bədirbəyli — kəndli qarı
- Əhməd Əhmədov — araba sürən
- Firəngiz Mütəllimova — Səlminaz
- Tofiq Tağızadə — şikayətçi kəndli
- Dadaş Kazımov — şikayətçi kəndli
- İsi Məlikzadə — tacir
- Ceyhun Mirzəyev — tacir
- İ.Əhmədov
- Muxtar Avşarov — İranlı zabiti
- Əliqulu Səmədov — İran zabiti
- Həsən Əbluc — kəndxuda
- Məmmədkamal Kazımov — kəndli
- Sadıq Hüseynov — kəndli
- Gəray Əlibəyov (titrlərdə yoxdur)
Filmi səsləndirənlər
redaktə- Əminə Yusifqızı — Həcər (Mömünat Qurbanova) (titrlərdə yoxdur)
- Həsən Məmmədov — qubernator (Muxtar Maniyev) (titrlərdə yoxdur)
- Əliağa Ağayev — tacir (İsi Məlikzadə) (titrlərdə yoxdur)
- Muxtar Maniyev — tacir (titrlərdə yoxdur)
- Rafiq Əzimov — tacir (titrlərdə yoxdur)
- Səməndər Rzayev — araba sürən (Əhməd Əhmədov) (titrlərdə yoxdur)
- Hamlet Xanızadə — general (Nikolay Barmin) (titrlərdə yoxdur)
- Yaşar Nuri — dustaqxana gözətçisi (titrlərdə yoxdur)
- Kamal Xudaverdiyev — Tunc Vəli (Gümrah Rəhimov) (titrlərdə yoxdur)
- Eldəniz Rəsulov — Mirzə (Eldəniz Quliyev) (titrlərdə yoxdur)
- Nəcibə Hüseynova — həkim (Olqa Bityukova) (titrlərdə yoxdur)
- Əliabbas Qədirov — Sirac (Ənvər Həsənov) (titrlərdə yoxdur)
İstinadlar
redaktə- ↑ Başıbəlalı "Qaçaq Nəbi" filmi: [filmin çəkilişləri haqqında kinorejissor Əbdül Mahmudovun fikirləri] //Azadlıq. — 2014.- 14 iyul.- S.13.
- ↑ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 276–277.
- ↑ Uğur. Azərbaycan kinosunun dünyəvilik qayğıları: [kinoşünas Aydın Kazımzadənin söylədikləri] //Xalq cəbhəsi.- 2012.- 27 yanvar.- S. 11.
- ↑ Qurbanlı, R. Sevgilisi üçün aktrisa da oldu, muzey işçisi də… Qaçaq Nəbinin Həcəri, Ənvər Həsənovun Möminatı: [Ənvər Həsənovun həyat yoldaşı Möminat Qurbanova haqqında] //Ədalət.- 2012.- 26 dekabr.- S.8.
Mənbə
redaktə- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 16.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 302–305.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
- "Başıbəlalı "Qaçaq Nəbi" filmi". //Azadlıq.-2014.- 14 iyul.- səh. 13.