Parqali Ibrahim Pasa - Wikipedia
Parqalı Məqbul və Məktul İbrahim Paşa (1495[2] – 15 mart 1536, İstanbul[1]) — I Süleyman dönəmində 27 iyun 1523–15 mart 1536 tarixlərində ümumilikdə 12 il 8 ay 16 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.[3]
Parqalı İbrahim Paşa | |
---|---|
روم إبراهيم باشا | |
| |
27 iyun 1523 – 15 mart 1536 | |
Əvvəlki | Piri Mehmed Paşa |
Sonrakı | Ayaz Mehmed Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Yunanıstan |
Vəfat tarixi | |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Həyat yoldaşı | Xədicə Sultan |
Dini | şərqi ortodoks xristianlıq, sünni islam, xristianlıq, islam |
Hərbi xidmət | |
Mənsubiyyəti | Osmanlı imperiyası |
Rütbəsi | Paşa, hərbi qulluqçu, siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəSaraya gəlişi
redaktəBu gün Yunanıstan torpaqlarında qalan Parqa qəsəbəsində dünyaya gəldiyi və 6 yaşında İstanbula gətirildiyi qəbul edilsə də, bu məlumat dəqiq deyil. Bəzi mənbələrdə II Bəyazid dönəmindəki səfərlər əsnasında ələ keçirilib Kəfədə sancaqbəyi olan Şahzadə Süleymana təqdim olunduğu, bəzilərində isə Parqalı bir gəmiçinin oğlu olaraq türk dənizçilərinə əsir düşdüyü və Manisadakı dul bir qadın tərəfindən satın alınaraq burada sancabəyi olan Şahzadə Süleymana hədiyyə edildiyi qeyd olunur. Bütün bunlar şübhəli olsa da, Şahzadə Süleymanın Manisa sancabəyiliyi dönəmində onun xidmətində olduğu dəqiqdir.[4]
Sürətli yüksəlişi
redaktəEhtimal olunur ki, Manisada ikən Şahzadə Süleymanın ən yaxın adamı olmuş, onun taxta keçməsi ilə gənc sultanla birlikdə İstanbula getmişdir. Padşaha olan yaxınlığı səbəbilə sarayda önəmli vəzifələrdə xidmət göstərdi. 1521 tarixli Belqrad səfərində qapı ağası olaraq iştirak etdi. Səfərə çıxmazdan öncə bütün xərcləri Sultan Süleyman tərəfindən ödənilən Atmeydanındakı sarayının inşası başladı. Padşaha olan bu yaxınlığı nüfuz və gücünün artmasına səbəb oldu. 1522 tarixli Rodos səfərinə qatıldı və səfərin sonunda Piri Mehmed Paşanın vəzifədən alınması ilə saray ənənələrinə zidd olaraq Rumeli bəylərbəyiliyi ilə birlikdə sədrəzəmliyə yüksəldi (27 iyun 1523). Piri Mehmed Paşadan sonra sədarətə gətirilməyi gözləyən ikinci vəzir Əhməd Paşa bu gözlənilməz qərarın ardından divan məclisində önə çıxaraq Misir bəylərbəyiliyinə gətirilmək istədiyini bildirdi. Əhməd Paşanı paytaxtdan uzaqlaşdırmaq istəyən İbrahim Paşa bu təklifi qəbul etdi. Ancaq çox keçmədən Əhməd Paşa Misirdəki nizam-intizamı pozdu. Bu əsnada padşahın bacısı ilə evlənən İbrahim Paşa Əhməd Paşa üsyanı səbəbilə pozulan nizam-intizamı qurmaq üçün vəzifələndirildi. Bu səbəblə Misir bəylərbəyi təyin olunan İbrahim Paşa Qahirədə qaldığı müddət ərzində buranın qədim qanunları əsasında yeni bir qanunnamə tərtib etdi (1524). İlk ciddi vəzifəsində uğur qazanan İbrahim Paşanın şöhrəti və gücü daha da artdı. İki il sonra tərtib olunan Macarıstan səfərinin sərdarlığına gətirildi. Moxac Meydan müharibəsindəki qələbədə önəmli rol oynadı. Qələbədən sonra padşahla birlikdə Budin şəhərinə daxil oldu və Budin sarayındakı bəzi heykəlləri paytaxta yollayaraq öz sarayının həyətinə qoydurdu. Bu hərəkəti paytaxt əhalisi arasında etirazlara səbəb oldu. Bu etirazların alovlanmasında paşanın siyasi rəqiblərinin də önəmli rolu oldu. Hətta Misirdə olarkən sarayına yeniçərilər tərəfindən hücum edilməsi də dövlət strukturundakı ani irəliləyişi ilə əlaqələndirilir. Onun ölümündən 17 il sonra İstanbula gələn səyyahlardan biri xalq arasında İbrahim Paşanın kafir qalması və gizli xristian olması barədə gəzən şayələrdən söz açır.[5]
Macarıstan səfərinin ardından Anadoluda şiddətlənən üsyanların yatırılmasında önəmli rol oynadı. İkinci Macarıstan səfərinə çıxılmazdan əvvəl padşah tərəfindən olduqca geniş səlahiyyətlər və həmçinin səraskər rütbəsi verildi . Vyana mühasirəsi ilə nəticələnən bu səfərdən sonra Zapolya Yanoş Macarıstan kralı seçildi və Osmanlı himayəsindəki Macarıstan krallığı təsis olundu. Tamamilə İbrahim Paşa tərəfindən aparılan sülh danışıqları müqavilə ilə nəticələndi. Sülh şərtlərinə görə, adı bir kölə olan İbrahim Paşa Habsburq sülaləsinə mənsub olan Macar kralı Ferdinanda bərabər tutulmuş, bu da Müqəddəs Roma imperiyasında psixoloji təzyiqə səbəb olmuşdur. 1533-cü ildə Avstriya kralına söylədiyi bu fikirlər, onun dövlət daxilində hansı nüfuza sahib olduğunu bir daha sübut edir:
Bu böyük dövləti mən idarə edirəm. Hər hansı əmr verirəmsə dərhal icra olunur. Yəni bütün qüdrət mənim əlimdədir. Yüksək vəzifələrə təyin olunmaq barədə razılığı mən verirəm, əyalət rəhbərlərini mən təyin edirəm. Böyük hökümdar (Sultan Süleyman Qanuni) hər hansısa bir qərar qəbul edəndə, mənimdə razılığıma gözləyir. Əgər razı deyiləmsə, tərəddüd içərisində qalır, çünki hər şey hərb, sülh, sərvət və qüvvət mənim əlimdədir. |
Nüfuzdan düşməsi
redaktəNüfuz və gücünün pik nöqtəsinə çatan İbrahim Paşa üçün Səfəvilər üzərinə tərtiblənən İraqeyn səfəri dönüş nöqtəsi oldu. Həmişəki kimi, çox böyük rütbə və "səraskər sultan" titulu ilə çıxdığı bu səfər əsnasında əvvəlcə Təbrizə daxil olmuş (6 avqust 1534), ardından padşahın qüvvələri ilə birləşərək Bağdada daxil olmuşdur. Səfər əsnasında düşmənlik etdiyi, olduqca nüfuzlu və varlı bir dövlət adamı olan Dəftərdar İsgəndər Çələbini vəzifədən alaraq Bağdadda gizlicə edam etdirdi. Bu hadisə və özünə sultan titulu götürməsi istər saray əhalisi arasında, istərsə də orduda xoş qarşılanmadı.
İstanbula döndükdən sonra iftar üçün saraya çağırılan İbrahim Paşa 1536-cı ilin 14-15 mart gecəsi heç bir səbəb göstərilmədən boğularaq edam edildi. Saraydan çıxarılan cəsədi Qalata səmti yaxınlığındakı boş bir ərazidə dəfn olundu. Sultan Süleymanın bacısı Xədicə Sultan ilə olan evliliyindən Mehmed Şah Əfəndi adlı bir oğlu olduğu, atasının İslamı qəbul edərək Yunus adını aldığı və iki qardaşınıda müxtəlif dövlət vəzifələrinə gətirdiyi qeyd edilir.
Mənbə
redaktə- Uzunçarşılı, İsmail Hakkı." Osmanlı Tarihi. Cilt 2″.Türk Tarih Kurumu Yayınları, Ankara, 1983
- Ortaylı, İlber. " Osmanlı’yı Yeniden Keşfetmek s.151 " Timaş yayınları , İst.2006
- Tezcan, Esma. " Pargalı İbrahim Paşa çevresindeki Edebi Yaşam " Bilkent Üniversitesi , 2004
- Danişmend, İsmail Hâmi. İzahlı Osmanlı Tarihi Kronolojisi. Cilt:2. İstanbul:Türkiye Yayınevi, 1971.
- Gökbilgin, Tayyib. "İbrâhîm Paşa, Pargalı, Frenk, Makbûl, Maktûl". İslâm Ansiklopedisi. , 1949. 908–915
- Lâtîfî. Enisü’l- Fusaha ve Evsaf-I İbrahim Paşa. Haz. Ahmet Sevgi. Konya: Selçuk Üniversitesi Yayınları, Ağustos 1986.
- Kadir Mısıroğlu, Makbul ve Maktul İbrahim Paşa, Sebil Yayınları, 2010
- Pargalı İbrahim Paşa çevresindeki edebi yaşam, Esma Tezcan, Bilkent Üniversitesi, 2004
- Hester Donaldson Jenkins, Ibrahim Pasha: Grand Vizir of Suleiman the Magnificient
- E.J. Brill's first encyclopaedia of Islam, 1913–1936, Volume 2 By Martijn Theodoor Houtsma
- Resimli Osmanlı Tarihi — Yavuz Bahadıroğlu — İstanbul
İstinadlar
redaktə- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #1035676397 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ TURAN E. https://studfile.net/preview/5133612/ (ing.).
- ↑ http://www.islamansiklopedisi.info/dia/ayrmetin.php?idno=210334[ölü keçid]
- ↑ Uluçay, s. 249
- ↑ Necipoğlu, s. 181–187