Hindi Soyqirimlari - Wikipedia
Hindi soyqırımları[1][2] (ing. Indian Genocide, Amerindian genocide, American Indian Genocide[3], Native American Genocide[4], Genocide of Native Americans[5], American Indian Holocaust[6][7], American Holocaust; isp. genocidio de la población indígena americana, genocidio de la población indígena de las Américas, holocausto indígena; port. genocídio dos índios, genocídio indígena) — Xristofor Kolumbun 1492-ci ildə Amerikanı kəşf etməsindən keçən beş əsr boyunca gəlmə avropalılar və amerikalılar tərəfindən qitənin yerli sakinləri olan hindilərə qarşı həyata keçirilən soyqırımlardır.
Birbaşa hindi soyqırımları, torpaqlarından zorla qovulan hindilərin rezervasiyalara yerləşdirilməsi, hindilərin immun sistemilərinə yad olan su çiçəyi xəstəlikləri kimi Qədim dünya xəstəliklərinin qəsdən yoluxdurulması[8], axtalama[9][10] və hindi uşaqlarının xristian missionerlər tərəfindən uzun müddət ailələrindən uzaqda saxlanılaraq ABŞ hindi məktəbləri və Kanada hindi məktəbləri kimi yerlərdə ana dillərində danışmalarının qadağan edilməsi (mədəni soyqırım)[5] kimi müxtəlif soyqırım növləri həyata keçirilmişdir. Bundan başqa iqtisadi resursları nəzarət altına almağı hədəfləyən utilitar soyqırımlar da həyata keçirilmişdir. Utilitar soyqırımlara Braziliya və Paraqvay hindilərinə qarşı həyata keçirilən soyqırımları misal göstərmək olar.[11]
8 sentyabr 2000-ci ildə ABŞ-də Hindi İşləri Bürosunun sədri gəlmələrin yerlilərə qarşı həyata keçirdiyi soyqırımlar üçün hindilərdən rəsmi şəkildə üzr istəmişdir.[12]
Hindilərə qarşı həyata keçirilən soyqırım siyasətini hindilərə qarşı düşmən olan General Filip Şeridana aid edilən sitat özündə əks etdirir:[13]
Ən yaxşı hindi, ölü hindidir.
Orijinal mətn (ing.)
The only good Indian is a dead Indian. |
Su çiçəyi soyqırımı
redaktəİl | Yer | Haqqında |
---|---|---|
1520–1527 | Meksika, Orta Amerika, Cənubi Amerika | Milyonlarla hindinin su çiçəyi səbəbindən ölməsi 23 aprel 1520-ci ildə ispan əsgər və səyyahı Panfilo de Narvaezin Verakruza gəlməyi ilə başlamış[15] və Ernan Kortesin 1521-ci ildə Astek İmperiyasının paytaxtı olan Tenoktitlana çatması ilə davam etmişdir. Bundan başqa su çiçəyi İnk İmperiyasının imperatoru olan Huayna Capacla birlikdə 200000 inkin ölümünə səbəb olmuş və İnk İmperiyası zəifləmişdir. |
1561–1562 | Çili | Ölənlərin sayı dəqiq olmasa da, 20-25 % hindinin öldüyü təxmin olunur. Alonso de Qonqora Marmolejoya görə mədənlərdə işlədilən çoxlu hindi ölmüş və İspaniya qızıl mədənlərini bağlamağa məcbur olmuşdur.[16] |
1617–1619 | Şimali Amerikanın şimal-şərq sahilləri | Massaçusets körfəzi sahilində yaşayan hindilərin 90%-i ölmüşdür. |
1674 | Çerokilər | Ölənlərin sayı dəqiq bilinmir. 1674-ci ildəki sayları təqribən 50000 nəfərdir. 1729, 1738 və 1753-ci illərdəki su çiçəyi yoluxmalarından sonra 25000 nəfərə qədər azaldılar. |
1692 | Boston | |
1702–1703 | Müqəddəs Lavrenti, Nyu York | |
1721 | Boston | |
1736 | Pensilvaniya | |
1738 | Cənubi Karolina | |
1770 | Şimali Amerikanın qərb sahilləri | Şimali Amerikanın qərb sahillərində yaşayan hindilərin 30%-i ölmüşdür. |
1781–1783 | Böyük göllər | |
1830 | Alyaska | |
1860–1861 | Pensilvaniya | |
1865–1873 | Filadelfiya, Nyu York, Boston, Nyu-Orlean | Su çiçəyi ilə yanaşı vəba, tifus və sarı qızdırma xəstəlikləri müşahidə olunmuşdur. |
1877 | Los-Anceles | |
1902 | Boston, Massaçusets |
Tədqiqatçıların çoxu hindilərin sayının kəskin azalmasının əsas səbəbi kimi, onların immun sisteminə yad olan su çiçəyi xəstəliyi kimi Köhnə dünyanın yoluxucu xəstəliklərini göstərirlər.[17] Avropalılarla ilk təmasdan sonra hindilərin 90-95%-i yoluxucu xəstəliklər nəticəsində ölmüşdür.[18] XVI əsrin əvvəllərindən 1754-1767-ci illərdəki Fransa-hindi müharibələrinin sonlarına qədər, 200 ildən uzun müddət ərzində bütün yerlilər su çiçəyi xəstəliyindən təsirlənmişdir.[19]
Texasdakı Hindi Soyqırımı Muzeyində qorunan sənədə görə su çiçəyi infeksiyasının bulaşdığı yorğanlar Lenape hindilərinə Texas-Hindi müharibələri ərəfəsində texaslı əsgərlər tərəfindən verilmişdir.[20]
Mezoamerika və Cənubi Amerikadakı su çiçəyi yoluxmaları
redaktəVest-Hind bölgəsindəki Haiti adasında ilk su çiçəyi yoluxması 1518-1519-cu illərdə meydana çıxmışdı.[21] Bu yoluxma nəticəsində bölgədə yaşayan hindilərin sayı ciddi şəkildə azaldı.[22]
İspan əsgər və səyyahı olan Ernan Kortes 1519-cu ilin fevral ayında Astek İmperiyasına hücum etmişdir. 1520-ci ildə başqa ispan qrupu Haiti adasından Meksikaya gəlmiş və burada iki il davam edəcək su çiçəyi yoluxmasının baş verməsinə səbəb olmuşdular. Digər qrupdan xəbər tutan Kortes hücum edərək onları məğlub edir, ancaq adamlarından biri də su çiçəyinə yoluxur. 21 may 1520-ci ildə Tenoktitlanda olan Templo Mayor məbədində asteklərin ispanlar tərəfindən öldürülməsi Toxkalt qırğını olaraq tanınır. Kortes 1521-ci ilin avqust ayına qədər paytaxta qayıtmadı. Bu müddət ərzində asteklərin çoxu əsgər olmaqla 25%-i su çiçəyi yoluxmasından ölmüşdü.[23] Fransiskan təriqətindən olan ispan missioneri Toribio de Benavente Motolinia asteklərin su çiçəyinə yoluxmasını belə təsvir etmişdir:[24]
Xəstəliyin çarəsini bilməyən hindilər taxtabiti kimi topa-topa öldülər. Çox yerdə bütün ailələr qırıldı və ölü sayının çoxluğundan onları basdırmaq mümkün deyildi. Evləri məzarlarına çevrildi. |
Geri dönən Ernan Kortes hələ də ölməyən astek əsgərlərinin olduqca zəifləmiş olduğunu görür və 13 avqust 1521-ci ildə Astek İmperiyası süqut edir.
Su çiçəyi yoluxmasının İnk İmperiyasına təsiri Astek İmperiyasından daha dağıdıcı olmuşdur. İspanların hücumundan əvvəl su çiçəyi yoluxmaları indiki Kolumbiya ərazisindən başlayaraq yayılmışdı. Xəstəliyin belə sürətlə yayılmasına İnk İmperiyasının işlək yol sisteminin səbəb olduğu düşünülür. İnk hökmdarı Huayna Capac, onun varisi və digər ink liderlərinin çoxu xəstəlik nəticəsində ölmüşdü. Sağ qalan iki oğlu liderlik uğrunda mübarizə apardı və qalib gələn Ataualpa yeni hökmdar oldu. Paytaxt Kuskoya qayıdan Ataualpa və onun ən yaxşı komandanını ispan əsgər və səyyahı Fransisko Pizarro hiylə yolu ilə ələ keçirir və bu yolla İnk İmperiyası ələ keçirilir. Bir neçə il ərzində inklərin 60-90%-i başda su çiçəyi olmaqla Avropadan gəlmiş xəstəliklər nəticəsində ölmüşdü.[25] Bəzi tarixçilər bartonella cinsindən olan bakteriyaların səbəb olduğu bartonelloz xəstəliyinin də səbəblər arasında olduğunu iddia edirlər, ancaq bu yanaşmanı qəbul edənlər azlıq təşkil edir.[26] Qədim Perudakı Moçe mədəniyyətinə aid olan keramikalarda bartonellanın təsirləri təsvir olunmuşdur.[27]
Yeni dünyadakı iki böyük imperiyanın dağılmasına səbəb olan su çiçəyi xəstəliyi sürətlə yayılmağa davam edir. 1561-ci ildə yeni ispan valisi Fransisko de Villaqranı daşıyan gəminin La Serenaya yaxınlaşması nəticəsində su çiçəyi Çiliyə də çatdı. Perudan Atakama səhrası və And dağları vasitəsilə ayrılan Çili hindiləri 1561-1562-ci illərdə su çiçəyi xəstəliyi nəticəsində qırıldılar. Tarixçilər ölü sayı ilə bağlı dəqiq rəqəm verməsələr də, son təxminlərə görə su çiçəyi Çilidəki hindilərin 20-25%-nin ölümünə səbəb olmuşdur. İspan tarixçi Alonso de Qonqora Marmolejonun yazdığına görə qızıl mədənlərində işləyən hindilərin hamısı ölmüş və İspaniya qızıl mədənlərini bağlamağa məcbur olmuşdur.[28] Araukanlar və ispanlar arasında baş verən Araukan döyüşündə hindiləri məğlub etməyin mümkün olmadığını görən Fransisko de Villaqra su çiçəyi yoluxmasını sehirli vasitə kimi qəbul etmişdir.[16]
Şimali Amerikadakı su çiçəyi yoluxmaları
redaktə1633-cü ildə indiki ABŞ-nin şimal-şərqində yerləşən Plimautda su çiçəyi yoluxması başlamış və digər yerlərdə olduğu kimi yerlilərin böyük hissəsi yox olmuşdur. 1634-cü ildə mohavklara[29] çatan su çiçəyi xəstəliyi 1636-cı ildə Ontario gölü və 1679-cu ildə irokezlərin torpaqlarına çatmışdır. 1770-ci illərdə indiki ABŞ-nin qərb sahillərində yaşayan hindilərin 30%-i su çiçəyi yoluxmaları nəticəsində ölmüşdür.[30][31] 1780-1782-ci illərdə su çiçəyi ovalıq hindilərini qırmış və saylarında ciddi azalma baş vermişdir.[32] Su çiçəyinə bölgədəki bütün qəbilələr yoluxmuş, çox az hindi sağ qalmışdır. E.Riç olanları belə təsvir etmişdir:[33]
Ailələr çadırlarında dəfn olunmamış şəkildə yatarkən, sağ qalan bir neçə nəfər də qaçaraq xəstəliyi yaymışdır. |
Pol Hekit anişinabelərin üçdə birinin qırıldığını yazmışdır. Bataqlıq kriləri də oxşar şəkildə 75% itki vermişdilər.[34] 1785-ci ildə Böyük düzənlikdəki siular da yoluxmadan təsirlənmişdir.[35]
Bostonda da bir sıra su çiçəyi yoluxması baş vermişdir. 1636-1698-ci illərdə Bostonda altı yoluxma hadisəsi qeydə alınmışdır. 1721-ci ildəki yoluxma isə ən ən ağırı olmuşdur. Bu yoluxma zamanı şəhərdəki bütün əhali qaçmış və xəstəliyi On üç koloniyanın yoluxulmamış hissələrinə yaymışdır.
ABŞ İstiqlal müharibəsi ərzində, 1770-ci illərin sonunda su çiçəyi yoluxması yenidən başlamış və 125000 insan ölmüşdür.[36] Pir Kalm Şimali Amerika səyahəti (ing. Travels in North America) adlı əsərində hindi kəndlərinin cəsədlərlə dolu olduğunu və bu cəsədlərlə hələ sağ olan zəifləmiş hindilər üçün canavarların bayram etdiyini yazmışdır.[37]
1832-ci ildə ABŞ federal hökuməti hindilər üçün su çiçəyi peyvəndi proqramı başlatmışdır.[38]
1702-1703-cü illərdə indiki Kanada ərazisində yerləşən Kvebek şəhərinin əhalisinin dörddə biri su çiçəyi yoluxmasından ölmüşdür.[35]
Vest-Hind adaları
redaktəVest-Hind adaları ispanlar tərəfindən Amerikada kəşf edilən ilk yer olduğu üçün hindi soyqırımları da ilk dəfə burada başlamışdır. Vest-Hind adalarının sülhsevər sakinləri olan aravaklara qarşı edilən soyqırımlar Xristofor Kolumbun göndərdiyi məktub və jurnallar[39] əsasında xronoloji ardıcıllıqla onun pərəstişkarı olan tarixçi Bartolomey de las Kasas tərəfindən qeydə alınmışdır.[40]
Kolumb 1492-ci ildə Vest-Hind adalarına gəldiyi zaman bölgədə üç böyük yerli hindi qrupu yaşayırdı. Bunlara qərbi Kuba və Haitidə yaşayan Siboney hindiləri, Böyük Antil adalarında yaşayan Tayno aravakları və Kiçik Antil adalarında yaşayan Karib hindiləri daxildir.[41]
Tayno soyqırımı
redaktəTayno və ya Aravak soyqırımı Böyük Antil və Baham adalarında yaşayan Aravak dillərində danışan tayno hindilərinə qarşı ispanlar tərəfindən həyata keçirilmişdir. O dövrdə beş böyük tayno kasiki yerləşən Haitidəki hindilərin sayı qeyri-müəyyəndir. Onların sayının bir neçə yüz minlə bir milyon arasında olduğu təxmin edilir.[42] Kolumbun Avropaya qayıdışından sonra daha çox ispan mühacir adaya gəlmiş və 1504-cü ildə baş verən döyüş nəticəsində sonuncu tayno kasiki olan Higüey məğlub olmuşdur. Sonrakı on il ərzində taynoların yaşayış mühiti getdikcə azalmışdır. İspan koloniyaçıları tərəfindən adanın qızıl mədənləri istismar olunmuş və qalan taynolar kölələşdirilmişdir. Haitidə Kolombun gəlməsindən sonrakı 25 il ərzində taynoların sayı kölələşdirmə, qırğın və xəstəliklər səbəbindən azalmışdır. 1514-cü ildə Haitidə sağ qalan taynoların sayı 32000 nəfərdir.[43] 1515-ci ildə təkcə Haitidə təqribi hesablamalara görə döyüşlər və köləlik səbəbindən taynoların 80%-i (təqribən 200000 nəfər) öldürülmüş və sonrakı illərdə onlar tamamilə yox olmuşdur.[44] Hindi soyqırımları haqqında Harvard Universitetinin dənizçilik üzrə professoru Samuel Eliot Morison yazırdı ki, "Kolumb tərəfindən əsası qoyulan və xələfləri tərəfindən davam etdirilən zülm siyasəti soyqırımla nəticələnmişdir".[45] Hal hazırda saf tayno yoxdur. Soyqırımdan xilas olan taynolar Avropa və Afrikadan gələnlərlə qarışaraq, onların mədəniyyəti içində assimilyasiya oldular. Buna baxmayaraq bəziləri taynoların varisləri olduğunu iddia edirlər. Dominikanlı pedaqoq E.Antonio de Moyanın "Hindi soyqırımı tariximizin böyük yalanıdır. ... Dominikan taynoları avropalılarla qarşılaşdıqdan 500 il sonra da öz varlığını davam etdirir" deməsi də, bu mirasın varisləri olduğunu iddia etmək siyasəti ilə bağlıdır.[46]
Kalinaqo soyqırımı
redaktəKalinaqo və ya Karib soyqırımı Kiçik Antil adalarında yaşayan və Karib dillərində danışan kalinaqo hindilərinə qarşı ingilis və fransızlar tərəfindən həyata keçirilmişdir. Kiçik Antil adalarına avropalıların axışması səbəbindən çoxlu kalinaqo hindisi 1626-cı ildə Sent-Kits adasına toplanır. Bu toplaşma Barbe adlı qadın tərəfindən ingilislərə xəbər verilir. İngilis və fransız birlikləri Sent-Kits adasına qəfil gecə basqını təşkil edir. Hal hazırda adanın Qanlı nöqtə olaraq adlandırılan yerində Karib hindilərinin çoxu öldürülmüşdür.[47][48]
1660-cı ildə fransızlar etnik təmizləmə çərçivəsində Martinika adasından yerli Karib hindilərini sürgün etmişdir.
Britaniya Amerikası
redaktəAmerika qitəsində Böyük Britaniyanın müstəmləkəçilik fəaliyyətləri nəticəsində Britaniya Amerikasında hindilərə qarşı soyqırımlar həyata keçirilmişdir. Bu dövrdəki hindi soyqırımlarında ingilislər tərəfindən baş dərisinin üzülməsi adətinin geniş yayıldığı müşahidə olunmuşdur.[49]
Piket soyqırımı
redaktə1637-1638-ci illərdə baş vermiş Piket soyqırımı və ya Piket döyüşü olaraq bilinən hadisə zamanı alqonkin hindiləri ilə ingilislər və onların müttəfiqi olan Moheqan və Narraqanset hindiləri arasında baş verən döyüş zamanı alqonkinlərə qarşı soyqırım baş vermişdir. Piket döyüşünün gedişində, 26 may 1637-ci ildə Mistik qətliamı olaraq adlandırılan hadisədə Con Meysonun komandanlığındakı ingilislər və onların müttəfiqləri indiki Konnektikutda yerləşən Mistik çayı sahilindəki bir kəndə gecə hücum etmiş, təqribən 600-700 hindini evləri ilə birgə yandırmış və yanğından xilas olanları öldürmüşlər.[50] Piket döyüşü nəticəsində yüzlərlə hindi öldürülmüş, yüzlərləsi əsir götürülmüş və Vest-Hind adalarına qul kimi satılmışlar.[51][52] Xilas olanlarsa, ətrafa yayılmışdılar.
İstinadlar
redaktə- ↑ Hasan Celal Güzel, Kızılderili Soykırımı Kararı
- ↑ M. Yaşar Şahindoğan, Toplumsal hafızanın dönüştürülmesinde bir araç: sinema, Eğitimin Sesi, sayı 31, sayfa 22
- ↑ "American Indian Genocide Museum". 2016-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-16.
- ↑ Native American Genocide Still Haunts United States By Leah Trabich
- ↑ 1 2 Brenden Rensink (2011), Genocide of Native Americans: Historical Facts and Historiographic Debates, Dissertations, Theses, & Student Research, Department of History, University of Nebraska - Lincoln, 1-1-2011
- ↑ Thornton, Russell (1990). A merican Indian Holocaust and Survival: A Population History since 1492. Norman: University of Oklahoma Press. 312 pp.
- ↑ "AMERICAN INDIAN HOLOCAUST". 2013-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-21.
- ↑ Constance Cappel (2007). The smallpox genocide of the Odawa tribe at L'Arbre Croche, 1763: the history of a Native American people. Edwin Mellen Press. ISBN 0-7734-5220-6.
- ↑ Bradford, William C. (2006). "Acknowledging and Rectifying the Genocide of American Indians: 'Why is it That They Carry their Lives on Their Fingernails?'" Metaphilosophy 37 (3-4): 515-543.
- ↑ Johnston, Sharon (1996). The Genocide of Native Americans: A Sociological View, 1996.
- ↑ Hitchcock & Twedt 1997, səhifə: 547
- ↑ "An apology from the BIA". tahtonka (Global Culture, Exploring the Humanities of Humans).
- ↑ Hutton, Paul Andrew. 1999. Phil Sheridan and His Army. p. 180
- ↑ Worldwide Epidemics 1999 Arxivləşdirilib 2007-03-20 at the Wayback Machine Genealogy Inc
- ↑ The Demon in the Freezer Arxivləşdirilib 2012-10-20 at the Wayback Machine. Randomhouse.com. Retrieved on 2011-12-06.
- ↑ 1 2 Alonso de Góngora Marmolejo Historia de Chile desde su descubrimiento hasta el año 1575 Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine. Cervantesvirtual.com. Retrieved on 2011-12-06.
- ↑ Cook, Noble David. Born To Die, pp. 1-11.
- ↑ The Story Of... Smallpox Arxivləşdirilib 2018-01-29 at the Wayback Machine. Pbs.org.
- ↑ Henderson DA; Inglesby TV; Bartlett JG; Ascher, MS; Eitzen, E; Jahrling, PB; Hauer, J; Layton, M ve diğ. (1999). "Smallpox as a biological weapon: medical and public health management. Working Group on Civilian Biodefense" Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. JAMA 281 (22): 2127–37. DOI:10.1001/jama.281.22.2127. PMID 10367824.
- ↑ Norrell, Brenda (23 September 2004). "Remembering Indian Genocide in Texas". AlterNet.org.
- ↑ Alfred W. Crosby, The Columbian Exchange Westport, 1972, p. 47
- ↑ Kohn, George C. (2008). Encyclopedia of plague and pestilence: from ancient times to the present. Infobase Publishing. s. 160. ISBN 0-8160-6935-2.
- ↑ Worldviews: Contact and Change (Alberta grade 8 social studies textbook), sayfa: 233.
- ↑ Quoted in Tzvetan Todorov, The Conquest of America: The Question of the Other (1999:136).
- ↑ Silent Killers of the New World. millersville.edu
- ↑ Cook, Noble David (2004). "Smallpox or Bartonellosis?": Comment on "Epidemics and Demographic Disaster in Colonial Latin America: A Reassessment" (PDF).
- ↑ Berrin, Katherine & Larco Museum. The Spirit of Ancient Peru:Treasures from the Larco Museum|Museo Arqueológico Rafael Larco Herrera. New York: Thames and Hudson, 1997.
- ↑ Diego Barros Arana, Historia general de Chile, Tomo Segundo Arxivləşdirilib 2009-05-27 at the Wayback Machine, pg. 51 note 87, pg. 231–232.
- ↑ Dutch Children's Disease Kills Thousands of Mohawks. Paulkeeslerbooks.com.
- ↑ Smallpox Arxivləşdirilib 2011-06-07 at the Wayback Machine, The Canadian Encyclopedia
- ↑ Lange, Greg. (2003-01-23) Smallpox epidemic ravages Native Americans on the northwest coast of North America in the 1770s. Historyink.com.
- ↑ Houston CS, Houston S (2000). "The first smallpox epidemic on the Canadian Plains: In the fur-traders' words"[ölü keçid]. Can J Infect Dis 11 (2): 112–5. PMID 18159275.
- ↑ Rich EE (1967). The Fur Trade and the Northwest to 1875 (11th bas.). McClelland and Stewart Limited.
- ↑ Paul Hackett (2002). A Very Remarkable Sickness. University of Manitoba Press. ISBN 0-88755-659-0.
- ↑ 1 2 Fenner, Frank, Donald A. Henderson, Isao Arita, Zdenek Jezek, and Ivan Danilovich Ladnyi. Smallpox and its Eradication. Geneva: World Health Organization, 1988. WHO Library Database.
- ↑ Fenn EA (2001). Pox Americana: The Great Smallpox Epidemic of 1775–82 (1st bas.). Hill and Wang. ISBN 0-8090-7820-1.
- ↑ ""Groundhog day at the wolf wars"". 2012-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-05.
- ↑ Lewis Cass and the Politics of Disease: The Indian Vaccination Act of 1832. Muse.jhu.edu.
- ↑ "The Journal of Christopher Columbus (1492)". 2013-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-27.
- ↑ Stone, Edward T. (1975). Columbus And Genocide Arxivləşdirilib 2013-03-07 at the Wayback Machine. American Heritage October 1975
- ↑ "Arawaks and Caribs: Genocide in Paradise". 2013-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-27.
- ↑ Keegan, William F., "Destruction of the Taino" in Archaeology. January/February 1992, sayfa: 51-56
- ↑ Yale University Genocide Studies Program: Hispaniola Arxivləşdirilib 2022-09-01 at the Wayback Machine
- ↑ "Celebrating Genocide". 2021-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-13.
- ↑ Morison, Samuel Eliot (1955). Christopher Columbus, Mariner. Boston: Little, Brown and Company
- ↑ Antonio de Moya, E. (l993). "Animación sociocultural y polisíntesis en la transformación del sistema educativo Dominicano." La Revista de Educación. 1(2): 6-10.
- ↑ Du Tertre, Jean Baptiste, 1667: Histoire Generale des Antilles... 2 vols. Paris: Jolly
- ↑ Lea, David; Colette Milward, Annamarie Rowe (2001). A Political Chronology of the Americas. Routledge. s. 201. ISBN 1-85743-118-9.
- ↑ MacLellan. Louisbourg. Appendix: Scalping ; John Grenier. The first way of war: American war making on the frontier, 1607-1814 Cambridge University Press. 2005.
- ↑ Cave, Alfred A., The Pequot War, University of Massachusetts Press, 1996, sayfa: 144–154.
- ↑ Lion Gardiner, "Relation of the Pequot Warres", in History of the Pequot War: The Contemporary Accounts of Mason, Underhill, Vincent, and Gardiner (Cleveland, 1897), p. 138; Ethel Boissevain, "Whatever Became of the New England Indians Shipped to Bermuda to be Sold as Slaves," Man in the Northwest 11 (Spring 1981), pp. 103-114; Karen O. Kupperman, Providence Island, 1630-1641: The Other Puritan Colony (Cambridge, MA: Harvard University Press, 1993), p. 172
- ↑ John Winthrop, Journal of John Winthrop. ed. Dunn, Savage, Yeandle (Cambridge, MA: Harvard University Press, 1996), 228.
Mənbələr
redaktə- Adams, David Wallace (1995). Education for Extinction: American Indians and the Boarding School Experience, 1875-1928. Lawrence: University of Kansas Press. 396 pp.
- Adelaar, Willem (2010). "South America". In Christopher (ed.), Atlas of the World's Languages in Danger, 3rd Edition. UNESCO. pp. 86–94.
- Albert, Bruce (1992). “Indian Lands, Environmental Policy and Military Geopolitics in the Development of the Brazilian Amazon: The Case of the Yanomami.” Development and Change 23(1): 35-70.
- Albert, Bruce (1994). “Gold Miners and Yanomami Indians in the Brazilian Amazon: The Hashimu Massacre,” pp. 47–55. In Barbara Rose Johnston (Ed.) Who Pays the Price? The Sociocultural Context of Environmental Crisis. Washington D.C. and Covelo, CA: Island Press.
- Alvarez, Lucy. American Holocaust: Examination of 19th Century Genocidal Policies of the United States towards American Indians[ölü keçid]
- Alves, Márcio Resende Ferrari & José Eustáquio Diniz Alves. D. João VI e o genocídio dos índios botocudos Arxivləşdirilib 2016-03-07 at the Wayback Machine (por.)
- Amnesty International (1992a). Human Rights Violations Against Indigenous Peoples of the Americas. New York: Amnesty International.
- Amnesty International (1992b). United States of America: Human Rights and American Indians. New York: Amnesty International.
- Aranda, Darío (2010). Argentina originaria. Genocidio, saqueos y resistencias, (Buenos Aires, Lavaca-IWGIA) (isp.)
- Aranda, Darío (2010 b) “Genocidio indígena en argentina”, diario Página12, 18/10/2010 (isp.)
- Arens, Richard (1976). “Introduction,” pp. 1–16. In Richard Arens (Ed.) Genocide in Paraguay. Philadelphia, PA: Temple University Press.
- Arens, Richard (1978). The Forest Indians in Stroessner’s Paraguay: Survival or Extinction? Survival International Document Series, No. 4. London: Survival International.
- Bacca, Paulo Ilich. Genocidio y Crímenes de Lesa Humanidad en Curso: El Caso de los Pueblos Indígenas de Colombia[ölü keçid]. ONIC (Organización Nacional Indígena de Colombia) (isp.)
- Baker, Bob (1968). Americans in Bondage: California's Dark History of Indian Slavery and Extermination and the Continuing Oppression of the Klamath River-Yurok Indians. Fairfax, CA: Allan Morris. 20 pp.
- Balazote, Alejandro O. & Radovich, Juan C. (1999). Present Situation of Indigenous Populations in Argentina. In: IMO Bulletin, CulturLink, Network of Networks for Research and Cooperation in Cultural Development, Nº 28, Vol. 10:157-163, Institut za Medunarodne Osobne. Zagreb, Croacia. August 1999.
- Bradford, William C. (2006). "Acknowledging and Rectifying the Genocide of American Indians: 'Why is it That They Carry their Lives on Their Fingernails?'" Arxivləşdirilib 2013-03-20 at the Wayback Machine Metaphilosophy 37 (3-4): 515-543.
- Brave Hear, Maria Yellow Horse, and Lemyra M. DeBruyn (1998). The American Indian Holocaust: healing historical unresolved grief. American Indian and Alaska Native Mental Health Research, v8 n2 p60-82 1998
- Brave Heart, Maria Yellow Horse, Josephine Chase, Jennifer Elkins & Deborah B. Altschul (2011), Historical Trauma Among Indigenous Peoples of the Americas: Concepts, Research, and Clinical Considerations Arxivləşdirilib 2013-02-28 at the Wayback Machine. Journal of Psychoactive Drugs, 43 (4), 282–290, 2011 ISSN: 0279-1072
- Brown, Bartram S. (2011). Research Handbook on International Criminal Law. Edward Elgar Publishing Limited
- Cappel, Constance. . Edwin Mellen Press. 2007. ISBN 0-7734-5220-6.
- Carranco, Lynwood, and Estle Beard (1981). Genocide and Vendetta: The Round Valley Wars of Northern California. Norman: University of Oklahoma Press. 384 pp.
- Carroll, John M. (Ed.) (1973). The Sand Creek Massacre: A Documented History. New York: Sol Lewis.
- Castillo, Beatriz Huertas (2004). Indigenous Peoples in Isolation in the Peruvian Amazon. Copenhagen: International Work Group for Indigenous Affairs.
- Cesarani, David (2004). Holocaust: Critical Concepts in Historical Studies, Routledge
- Chagnon, Napoleon A. (1993a). “Anti-Science and Native Rights: Genocide of the Yanomami.” Human Behavior and Evolution Society Newsletter 2(3):1-4.
- Chagnon, Napoleon A. (1993b). “Covering Up the Yanomamo Massacre.” The New York Times. October 23, p. 13.
- Chagnon, Napoleon A. (1993c). “Killed by Kindness? The Dubious Influence of the Salesian Missions in Amazonas.” Times Literary Supplement, December 24, 1993, pp. 11–12.
- Churchill, Ward (1994). Indians are Us? Culture and Genocide in Native North America. Monroe, ME: Common Courage Press. 382 pp.
- Churchill, Ward (1997). A Little Matter of Genocide: Holocaust and Denial in the Americas 1492 to the Present. San Francisco: City Lights Books. ISBN 978-0-87286-323-1 (hardcover: ISBN 978-0-87286-343-9)
- Churchill, Ward (2004). Kill the Indian, Save the Man: The Genocidal Impact of American Indian Residential Schools. San Francisco, CA: City Lights Books. 128 pp.
- Churchill, Ward (2001). A Little Matter of Genocide: Holocaust and Denial in the Americas, 1492 to the Present. San Francisco, CA: City Light Books. 531 pp.
- Churchill, Ward (2002). Struggle for the Land: Native North American Resistance to Genocide, Ecocide, and Colonization. San Francisco, CA: City Lights Books. 460 pp.
- Coffer, William E. (1977). “Genocide of the California Indians, with a Comparative Study of Other Minorities”. Indian Historian 10 (Spring): 8–15
- Cook, Sherburne F. (1978). "Historical Demography". In California, edited by Robert F. Heizer, pp. 91–98. Handbook of North American Indians, William C. Sturtevant, general editor, vol. 8. Smithsonian Institution, Washington, D.C.
- Cook-Lynn, Elizabeth (2001). Anti-Indianism in Modern America: A Voice from Tatekeya's Earth. Board of the Trustees of the University of Illinois
- Costo, Rupert and Jeannette Henry Costo (Eds.) (1987). The Missions of California: A Legacy of Genocide. San Francisco, CA: The Indian Historian Press. 246 pp.
- Deloria, Vine Jr. (1969). Custer Diedfor Your Sins: An Indian Manifesto. New York: The Macmillan Company. 279 pp.
- Devonish, Hubert (2010). ‘The Language Heritage of the Caribbean: Linguistic Genocide and Resistance’[ölü keçid]. Glossa, Vol 5, No.1 (March 2010). Universidad del Turabo: School of Social Sciences and Humanities, Puerto Rico.
- Dobyns, Henry F. (1983). Their Numbers Become Thinned: Native American Population Dynamics in Eastern North America. Knoxville: The University of Tennessee Press. 378 pp.
- Durço, Jonathas; Oliveia, Gerry de; Pereira, Cristiane de Freitas (2000). Considerações Sobre a Carta Régia de 1808 e a utilização de Normas Legais justificando o Genocídio dos Índios do Vale do Rio Doce. Governador Valadares:FADIVALE, 2000. (por.)
- Falla, Ricardo (1994). Massacres in the Jungle: Ixcan, Guatemala, 1975-1982. Boulder, CO: Westview Press.
- Fleisher, Kass. (2004). The Bear River Massacre and the Making of History. Albany: State University of New York Press. 352 pp.
- Fontán, Marcelino. Genocidio de los pueblos indígenas y desaparición cultural de la generación americanista de la Independencia: ¿Punto final?
- Freeman, Michael (1995). "Puritans and Pequots: The Question of Genocide." New England Quarterly 68 (2): 278-293.
- Friedberg, Lilian (2000). "Dare to Compare: Americanizing the Holocaust." American Indian Quarterly 24 (3): 353-380.
- Girard, Philippe R. (2005). "Caribbean genocide: racial war in Haiti, 1802-4". Patterns of Prejudice, 39 (2005), 138-61.
- Griffith, James S. (1992). Beliefs and Holy Places: a spiritual geography of the Pimeria Alta. The University Arizona Press
- Hauptman, LaurenceM., and James D. Wherry (Eds.) (1990). The Pequots in Southern New England: The Fall and Rise of an American Indian Nation. Norman: University of Oklahoma Press. 288 pp.
- Hitchcock, Robert K., and Tara M. Twedt (1997). "Physical and Cultural Genocide of Various Peoples."[ölü keçid] In Century of Genocide, Eyewitness Accounts and Critical Views, ed. Samuel Totten, Israel W. Charny, and William S. Parsons. New York: Garland Publishing.
- Hoig, Stan (1961). The Sand Creek Massacre. Norman: University of Oklahoma Press.
- Jaimes, M. Annette (Ed.) (1992). The State of Native America: Genocide, Colonization, and Resistance. Boston, MA: South End Press. 468 pp.
- Katz, Steven T. (1991). "The Pequot War Reconsidered." New England Quarterly 64 (2): 206-224.
- Katz, Steven T. (1995). "Pequots and the Question of Genocide: A Reply to Michael Freeman." New England Quarterly 68 (4), 641-649.
- Katz, Steven T. (1996). “The Uniqueness of the Holocaust: The Historical Dimension.” sayfa: 19-38 in Is the Holocaust Unique? Perspectives of Comparative Genocide. Boulder, CO: Westview Press.
- Kiernan, Ben (2007). Blood and Soil: A World History of Genocide and Extermination from Sparta to Darfur. New Haven, CT: Yale University Press.
- Legters, Lyman H. (1988). “The American Genocide: Pathologies of Indian-White Relations.” Policy Studies Journal 16(4): 768-777.
- Lewy, Guenter (2004). "Were American Indians the Victims of Genocide?" Commentary, September, 55-63.
- Lindsay, Brendan C. (2007).Naturalizing atrocity: California's Indian genocide, 1846-1916. Unpublished doctoral dissertation, University of California, Riverside.
- Lindsay, Brendan C. (2012). Murder State: California's Native American Genocide, 1846-1873. University of Nebraska Press, Lincoln, NE, pp. 455.
- Madley, Benjamin (2004). "Patterns of frontier genocide 1803–1910: the Aboriginal Tasmanians, the Yuki of California, and the Herero of Namibia." Arxivləşdirilib 2013-06-26 at the Wayback Machine 'Journal of Genocide Research (2004), 6(2), June, 167–192.
- Madley, Benjamin (2008). "California's Yuki Indians: Defining Genocide in Native American History."Arxivləşdirilib 2013-06-22 at the Wayback Machine Western Historical Quarterly 39( 3): 303-332. → JSTOR
- Madley, Benjamin (2011). Reexamining the American Genocide Debate: Meaning, Historiography, and New Methods Arxivləşdirilib 2013-02-28 at the Wayback Machine. May 2011
- Madley, Benjamin (2012). American Genocide: The California Indian Catastrophe, 1846–1873, Yale University Press, 2012.
- Marcial, Naíme Mansur (2010). Caminhos legais para o massacre indígena no sertão mineiro: diretrizes políticas do estado em relação os índios botocudos nas primeiras décadas do século xix (1808 – 1831)[ölü keçid]. revista vox – nº 2 jan-jul 2010. (por.)
- Martinic, Mateo (1990) «El genocidio selk’nam: nuevos antecedentes». Anales del Instituto de la Patagonia, 19: 23-28, 1990. (isp.)
- Maybury-Lewis, David and, Howe, James (1980). The Indian Peoples of Paraguay: Their Plight and Their Prospects. Cultural Survival Special Reports No. 2. Cambridge, MA: Cultural Survival Inc.
- McDonnell, Michael A., and Moses, Dirk (2005). "Raphael Lemkin as Historian of Genocide in the Americas." Arxivləşdirilib 2007-06-10 at the Wayback Machine Journal of Genocide Research 7 (4): 501-529.
- Menchu, Rigoberta (1984). I, Rigoberta Menchu, An Indian Woman of Guatemala. Edited and Introduced by Elisabeth Burgos-Debray. London: Verso Editions.
- Montejo, Victor (1987). Testimony: Death of a Guatemalan Village. Willimantic, CT: Curbstone Press.
- Montejo, Victor (n.d.). “Testimony of Violence in Guatemala: A Mayan Indian Account.” Unpublished manuscript. University of California, Davis. Department of Native American Studies.
- Morison, Samuel Eliot (1955). Christopher Columbus, Mariner. Boston: Little, Brown and Company
- Munzel, Mark (1973). The Ache Indians: Genocide in Paraguay. IWGIA Document No. 11. Copenhagen: International Work Group for Indigenous Affairs.
- Munzel, Mark (1974). The Ache: Genocide Continues in Paraguay. Copenhagen: International Work Group for Indigenous Affairs.
- Neu, Dean, and Therrien, Richard (2003). Accountingfor Genocide: Canada s Bureaucratic Assault on Aboriginal People. Winnipeg, MB: Fernwood Publishing - Zed Books. 192 pp.
- Norton, Jack (1979). When Our Worlds Cried: Genocide in Northwestern California. San Francisco: The Indian Historian Press.
- Norton, Jack and Jana, with Thomas Hunnicutt (1998). The Bridge Gulch Massacre, 1853: A Teacher’s Sourcebook on Genocide. J&J Norton.
- Nelly Iris Penazzo de Penazzo & Guillermo Tercero Penazzo Documentos del genocidio Ona ISBN 10 9879114027 LCCN 96117754 LC F2986.P45 1995 (isp.)
- Picerno, José Eduardo (2010). El genocidio de la población charrúa : documentación y análisis. Montevideo, Uruguay (isp.)
- The Politics of genocide against the Indians of Brazil. (1975). Toronto: Brazilian Studies, Latin American Research Unit
- Rabben, Linda (1998). Unnatural Selection: The Yanomami, the Kayapao, and the Onslaught of Civilization. Seattle, WA: University of Washington Press.
- Ramos, Alcida Rita (1998). Indigenism: Ethnic Politics in Brazil. University of Wisconsin Press.
- Robins, Nicholas A. (2002). Genocide and Millennialism in Upper Peru : the Great Rebellion of 1780-1782. Westport, Conn. : Praeger, 2002
- Robins, Nicholas A. and Jones, Adam (2009). Genocides by the Oppressed: Subaltern Genocide in Theory and Practice. Indiana University Press. p.1. ISBN 0253220777
- Rosenbaum, Alan S. (Ed.). Is the Holocaust Unique? Perspectives on Comparative Genocide. Boulder, CO: Westview Press. 288 pp.
- Sallantin, Thierry & Keulig, Steffen (2006). France plans the ethnocide of three indigenous tribes and is responsible for the genocide on the Wayana Indians in French Guiana Arxivləşdirilib 2012-02-29 at the Wayback Machine. October 2006
- Sanford, Victoria (2003). Buried Secrets: Truth and Human Rights in Guatemala. New York: Palgrave Macmillan.
- Scheper-Hughes, Nancy (2001). "Ishi's Brain, Ishi's Ashes: Anthropology and Genocide." Anthropology Today 17 (1): 12-18.
- Smith, Andrea (2005). Conquest: Sexual Violence and American Indian Genocide. Cambridge, MA: South End Press. 250 pp.
- Smith, R.C. and B. Melia (1978). Genocide of the Ache-Guayaki? Survival International 3(1):8-13.
- Sponsel, Leslie (1994). “The Yanomami Holocaust Continues,” pp. 43-46. In Barbara Rose Johnston (Ed.) Who Pays the Price? The Sociocultural Context of Environmental Crisis. Washington D.C. and Covelo, CA: Island Press.
- Sponsel, Leslie (1997). “The Master Thief: Gold Mining and Mercury Contamination in the Amazon, pp. 99-127. In Barbara Rose Johnston (Ed.) Life and Death Matters: Human Rights and the Environment at the End of the Millennium. Walnut Creek, California: AltaMira Press.
- Stannard, David (1992). American Holocaust: The Conquest of the New World. New York: Oxford University Press. 358 pp.
- Stoll, David (1993). Between Two Armies in the Ixil Towns of Guatemala. New York: Columbia University Press.
- Stoll, David (1999). Rigoberta Menchu and the Story of All Poor Guatemalans. Boulder, CO: Westview Press.
- Survival International (1990). Ecuador: Oil Companies Force 700 Waorani off Their Land. Urgent Action Bulletin, March 1990. London: Survival International.
- Survival International (1992). Ecuador: Dallas Oil Company to Invade Waorani Land. Urgent Action Bulletin, July 1992. London: Survival International.
- Survival International (1996). Mobil Threatens Uncontacted Indians in the Peruvian Amazon. Urgent Action Bulletin, June 1996. London: Survival International.
- Survival International (2000). Disinherited Indians in Brazil. X Survival, 2001– 2nd edition (pp 100). ISBN 0 946592 11
- Survival International (2005). Rio Pardo. Brazil: Un-contacted Tribe Faces Genocide. Urgent Action Bulletin, June 2005. London: Survival International.
- Thornton, Russell (1987). American Indian Holocaust and Survival: A Population History Since 1492. Norman, OK: University of Oklahoma Press.
- Thornton, Russell (1990). American Indian Holocaust and Survival: A Population History since 1492. Norman: University of Oklahoma Press. 312 pp.
- Tinker, George E. (1993). Missionary Conquest: The Gospel and Native American Cultural Genocide. Minneapolis, MN: Fortress Press. 196 pp.
- Trafzer, Clifford E. & Hyer, J. (eds.) (1999). Exterminate Them: Written Accounts of the Murder, Rape, and Slavery of Native Americans during the California Gold Rush, 1848-1868. East Lansing: Michigan State University Press. ISBN 0870135015
- Trinchero, Héctor Hugo (2006). The genocide of indigenous peoples in the formation of the Argentine Nation-State. Journal of Genocide Research 8(2), June, 121 – 135
- Vandervort, Bruce (2006). Indian wars of Mexico, Canada and the United States, 1812-1900. Taylor & Francis. ISBN 0-415-22471-3.
- Venables, Robert W. (1990). “The Cost of Columbus: Was There a Holocaust?”. Northeast Indian Quarterly Fall: 29-36.
- Warren, Kay B. (1998). Indigenous Movements and Their Critics: Pan-Maya Activism in Guatemala. Princeton, NJ: Princeton University Press.
- Weyler, Rex (1982). Blood of the Land: The Government and Corporate War against the American Indian Movement. New York: Vintage Books.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Genocide in America
- Historical Examples: The U.S. Genocide of American Indians
- American Indian Genocide Museum Arxivləşdirilib 2013-02-23 at the Wayback Machine
- American Indian Holocaust
- Were American Indians the Victims of Genocide? by Guenter Lewy
- Spiritual and Cultural Genocide... by T. GhostWolf Davidson
- Yale University: Genocide Studies program : Indigenous Genocide in the Amazon Region Arxivləşdirilib 2013-03-01 at the Wayback Machine
- Genocide and Indigenous Peoples in International Law by Bartolomé Clavero
- The Indian genocide Arxivləşdirilib 2013-03-02 at the Wayback Machine (İngilizce: click here for English version) = O ludobójstwie Indian Arxivləşdirilib 2013-03-04 at the Wayback Machine (Lehçe: przejdź do wersji polskiej)
- Genocide in the Americas by David E. Stannard, PhD
- Uruguay: 180 years of genocide at Salsipuedes Arxivləşdirilib 2016-11-24 at the Wayback Machine