Atakama - Wikipedia
Atakama səhrası (isp. Desierto de Atacama) — Cənubi Amerikanın qərb sahilində, Çilinin ərazisində yerləşən (22° və 27 °C.e. arasında) səhra. İkinci Sakit okean müharibəsinə (1879 — 1883) qədər Boliviyaya aid idi.
Atakama | |
---|---|
isp. Desierto de Atacama | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 2.657 m |
Sahəsi | 105000 km² |
Temperatur | |
• Yanvarda orta | 19-14 °C |
• İyulda orta | 19-20 °C |
• İllik yağıntı | təxminən 50 mm |
Yerləşməsi | |
24°30′ c. e. 69°15′ q. u.HGYO | |
Yerləşdiyi yer | Cənubi Amerika |
Ölkə | Çili |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Peru cərəyanı, atmosferin aşağı qatlarını soyudur və atmosfer çöküntülərinin düşməsinə (ildə 50 mm-dən də az) mane olan temperatur inversiyasını yaradır. Elə buna görə də, bu səhra Yer kürəsinin ən quraq yeri hesab olunur. Atakama səhrası orta hündürlüyü 610 metrə çatan dağlıq və təpəlik ərazilərdən ibarətdir. Daşlı, qumlu səhradır. Səhranın uzunluğu 960 km-ə çatır.
Sahilində yanvar ayının orta temperaturu — 19 - 20 °C, iyul ayında isə 13 - 14 °C təşkil edir. Səhranın bəzi regionlarında qış aylarında sıx dumanlar müşahidə olunur. Nadir bitkiləri yoxdur: əsas bitkiləri kaktuslar (məsələn, Rod Kopyapoa) və kollar təşkil edir. Fauna aləmi xeyli azdır. Sahilboyu qayalarda balıq ilə qidalanan quşlar yaşayır. Atakama səhrası mis, qalay, qızıl, yod, duz və s. ehtiyatlarla zəngindir.
Sakit okeanın sahilində, səhra ilə sərhəddə Çilinin böyük portları olan Arik və İkike portları yerləşir.
Ən quru səhra
redaktəAtakama səhrası Yer kürəsinin ən quru səhrası hesab edilir. Atakama Çilinin şimalında, Cənubi Amerika materikində yerləşir. Qərbdə Sakit okean, şimalda Peru və cənubda Boliviya və Argentina ilə həmsərhəddir.
Səhranın bəzi yerlərində yağıntı on ildə bir dəfə düşür. Çilinin Antofaqasta regionunda orta yağıntı miqdarı ildə 1 mm təşkil edir. Hətta tarixboyu bəzi dövrlərdə Atakamada bəzi meteostansiyalar yağış qeydə almayıb. Məsələn, 1570-ci ildən 1971-ci ilə qədər Atakamada əhəmiyyətli yağıntı qeydə alınmayıb[1]. Bu səhrada ən aşağı hava rütubətliliyi 0 % təşkil etmişdir[2].
Buradakı dağların (6 885 m-ə qədər hündürlüyə malik) cənub hissəsi (25°-27 °C.e) tamamilə buzlaqlarla örtülü deyil. Bütün buzlaqlar dördüncü dövr buzlaqlarından təşkil olunub. Britaniya alimlərinin tədqiqatları nəticəsində burada 120 000 il əvvələ aid çay qollarının izləri tapılmışdır[3].
19 may 2010-cu ildə Atakama səhrasında qeyri-adi hadisə baş vermişdir. Səhraya qar yağıntısı düşmüşdür. Bir neçə rayonu qar tamamilə örtmüşdür[4]. Bu səbəbdən ən böyük rəsədxanalardan biri müvəqqəti olaraq bağlanmış, yol və enerji təchizatı pozulmuşdur.
Qalereya
redaktə-
Atakama səhrası -
San-Pedro-de-Atakam, Miskanti laqunu, dəniz səviyyəsindən 4200 m yüksəklikdə -
Atakama səhrasında lamalar -
Salar-de-Marikunqa gölü, Nevado-Tres-Kruses Milli parkı
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəMənbə
redaktə- Məktəblinin coğrafiya lüğəti. Bakı,2006. səh.26
İstinadlar
redaktə- ↑ Wright, John W. (ed.). The New York Times Almanac (2007). New York, New York: Penguin Books. 2006. 456. ISBN 0-14-303820-6. ([[:Category:|link]])[[Category:]]
- ↑ Boehm, Richard G. The World and Its People (2005). Columbus, Ohio: Glencoe. 2006. 276. ISBN 0-07-860977-1.
- ↑ "Chile desert's super-dry history". BBC News. 8 December 2005. 2 February 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 April 2010.
- ↑ В пустыне Атакама выпал снег[ölü keçid]