Bataqliq Sunergizi - Wikipedia
Bataqlıq sunərgizi (lat. Caltha palustris) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin sunərgizi cinsinə aid bitki növü.
Bataqlıq sunərgizi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Bataqlıq sunərgizi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Botaniki təsviri
redaktə30–50 sm hündürlüyündə, naqiləbənzər, uzunsov kökümsovlu, çoxillik, zəhərli ot bitkisidir. Gövdəsi düz, dik qalxan, sadə və ya yuxarıdan budaqlanır. Aşağı yarpaqları uzun saplaqlı, yuxarı yarpaqlar demək olar ki oturaq, ürəkvari-yuvarlaq və ya böyrəkvari formalı olub, kənarları boyunca mişardişli və ya bütövdür. Çiçəklər iri, qızılı-sarı rəngli, 5 ləçəklidir. Dişiciyin sütuncuqları arxaya əyişmiş, 1–1,5 mm uzunluğundadır. Meyvə qatları iri, adətən burulmuş buruncuqludur. Toxumlar uzunsov və qara rənglidir.[2]
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
redaktəÇiçəkləmə və meyvələməsi aprel-iyun aylarında gedir. Bataqlıqlarda və bataqlıqların kənarlarında rast gəlinir. Hiqromezofit. İşıqsevəndir.
Yayılması
redaktəDünyada: Əfqanıstan, ABŞ, Albaniya, Avstriya, Baltikyanı ölkələr, Belarus, Belçika, Bolqarıstan, Rusiya, Çin, Çita, Çexiya, Slovakiya, Danimarka, Himalay, Finlandiya, Fransa, Almaniya, Böyük Britaniya, Yunanıstan, Macarıstan, İslandiya, Monqolustan, İran, İraq, İrlandiya, İtaliya, Yaponiya, Qazaxıstan, Koreya, Krım, Kuril Adaları, Labrador, Nepal, Niderland, Şimali Qafqaz, Norveç, Pakistan, Polşa, Portuqaliya, Rumıniya, İspaniya, İsveç, İsveçrə, Tibet, Türkiyə, Ukrayna, Yuqoslaviya və s. çox geniş yayılmışdır. Azərbaycanda: Kiçik Qafqazın bütün rayonlarında qeydə alınır.
Sinonimləri
redaktəHomotipik sinonimləri
redaktə- Caltha palustris var. normalis Hook.f. & Thomson
- Caltha palustris var. typica Beck
- Populago palustris (L.) Scop.
- Trollius palustris (L.) D.Brândză
Yarımnövləri
redaktəİstinadlar
redaktə- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 558.
- ↑ Əsgərov A. M. Azərbaycanın bitki aləmi (Ali bitkilər-Embryophyta). Bakı, TEAS Press Nəşriyyat evi, 2016, 444 s.