Labrador Yarimadasi - Wikipedia
Labrador yarımadası (fr. péninsule du Labrador, ing. Labrador Peninsula) — Kanadanın şərqində yerləşən yarımada.
Labrador yarımadası | |
---|---|
Labrador Peninsula | |
Ümumi məlumatlar | |
Sahəsi |
|
Yerləşməsi | |
53°18′ şm. e. 72°33′ q. u.HGYO | |
Akvatoriya | Hudzon körfəzi, Atlantik okean |
Ölkə | Kanada |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəLabrador vilayəti, Saqeney Sen-Jan gölü, Kot-Nor, Şimali Kvebek regionları ərazisini özündə birləşdirir.
Yarımada şərqdən Atlantik okeanının suları (Müqəddəs Lavrentiya körfəzi) əhatələnir, şimalda Hudzon boğazı, qərbdə isə Hudzon körfəzinin suları onun sahillərini yuyur. Yarımadanın şimal və qərb hissələri nisbətən alçaqdır və bəzi yerlərdə çox qirintili-çıxıntılıdlr. Şərq sahilləri hündürdür və fiordlarla zəngindir. Sahəsi 1,6 milyon km²-dən çoxdur. Ərazi müxtəlif növ suxurlara rast gəlinir qranit, Qneys, Qabbro. Şərq hissəsindən Tornqat dağları keçir, onu ən hündür zirvəsi D’İbеrvil (Kobvik 1652 m) dağıdır. Mərkəz hissədə geniş göl yaylası yerləşir və hündürlüyü 500 – 800 m arasında dəyişir. Bölgədən keçən çaylar gəmiçilik üçün yararsızdır. Ən iri çayı Çörçil çayıdır. Digər əhəmiyyətli çayları: Koksoak, Arno, Balen, Ptit-Balen, La-Qrand, Fey, Corc, Povunqkituk. Yarımadada çoxlu sayda göl və bataqlıqlar vardır.
İqlim
redaktəSubartik iqlim qurşağında yerləşir və Şimal Buzlu okeanın təsirinə məruz qalır. Üstəlik ərazidən soyuq Labrador cərəyanı keçir. Yanvar ayında şimal-qərbdə orta temperatur -18° S, şimal-şərdə isə -12° S, iyulda şimalda 7°S — cənubda 18°S təşkil edir. İllik yağıntının miqdarı 250 mm-dən 1200 mm-ə qədərdir. Ərazinin böyük hissəsi çox illik qrunt buzlarla örtülüdür.
Təbiəti
redaktəƏrazi üzrə bitkilər əsasən tundra meşələrində cəmlənmişdir. Burada Ağ küknar, Qara küknar Pixta və s. bitkilərə rast gəlinir. Cənub hissədə iynə yarpaqlı meşələrlə zəngindir, bəzən tala şəkildə enli yarpaqlı ağaclara rast gəlinir. Əhəmiyyətli ehtiyatları Dələ, Tülkü, Adı vaşaq, Ondatra kimi canlıların dəriləridir. Şimal-şərqdə Tornqat-Mauntian milli parkı yerləşir.
Əhali əsasən mədən sahəsində işləyir. Əsasən Dəmir filizi çıxarılır, üstəlik balıqçılıq inkişaf etmişdir.Əsas şəhərləri: Şeffervill, Set-İl və onları dəmiryolu vastəsi ilə Fort-Şimo, Labrador-Siti şəhərləri ilə birləşir[1].
Adlanması
redaktəYarımada öz adını portuqal dənizçi Juan Fernandes Labradorun adından götürmüşdür. O 1498-ci ildə Qrenlandiya və Şimali Amerikanın şimal-şərq hissəsini tətqiq edərək məlumat vermişdir[2].
İstinadlar
redaktə- ↑ "Coğrafiya saytı. Labrador". 2011-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-12.
- ↑ "The Portuguese Explorers". 2011-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-12.