Sovket Elekberova - Wikipedia
Şövkət Feyzulla qızı Ələkbərova (20 oktyabr 1922, Bakı – 7 fevral 1993, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan SSR xalq artisti (1959).
Şövkət Ələkbərova | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 20 oktyabr 1922 |
Doğum yeri | |
Vəfat tarixi | 7 fevral 1993 (70 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Müğənni |
Fəaliyyət illəri | 1937–1993 |
Janrlar | xalq musiqisi, muğam |
Musiqi alətləri | kamança |
Səs tembri | dramatik messo-soprano[d] |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəŞövkət Feyzulla qızı Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olmuşdur. Onun anası qızlardan ibarət orkestrdə tar çalırdı və qızını tez-tez məşqlərə aparırdı. Atası xalq musiqimizi, muğam və aşıq musiqisini sevən bir adam idi. Şövkət Ələkbərovada kiçik yaşlarından musiqiyə böyük maraq yaranmışdır. Məhz bu maraq 12 yaşında onu musiqi məktəbinin kamança sinfinə gətirmişdir. Tezliklə onların evində tar, kamança və qardaşının ifasında zərb alətindən ibarət xalq üçlüyü yaranır. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdiktən sonra səhnə yaradıcılığına başlamışdır.
1938–1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləmişdir. Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, emosionallıq və lirizm, muğam yaradıcılığı üçün isə məharətli improvizasiya bacarığı səciyyəvi idi.
1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak etmiş və öz çıxışı ilə Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb etmişdir. Opera Teatrında keçirilən yekun konsertdə Şövkət Ələkbərova "Qarabağ şikəstəsi"ni oxumuş və Fatma Mehrəliyeva və Gülağa Məmmədovla birlikdə ilk üçlüyə daxil olmuşdur. Bu müsabiqə Şövkət Ələkbərovanın peşəkar musiqi sənətinə gəlişinin əsasını qoydu. 1945-ci ildən Filarmoniyanın solisti kimi işə başlayan Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanda çox böyük məşhurluq qazanır. "Görüş", "Bəxtiyar", "Onu bağışlamaq olarmı?" filmlərinə Tofiq Quliyevin yazdığı mahnılar Şövkət xanımın ifasında xalqımızın dilinin əzbəri olmuşdur. Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" filmində Sənəm rolunun musiqi partiyalarını məhz Şövkət Ələkbərova ifa etmişdir. Müğənninin bəstəkar Cahangir Cahangirovun "Füzuli" kantatasının II hissəsində oxuduğu "Məni candan usandırdı" romans xarakterli musiqi parçası xalqın ürəyinə yol tapmışdır. Emin Sabitoğlunun "Şirin dil" mahnısı Şövkət Ələkbərovanın repertuarında xüsusi yer tuturdu. Mahnının sözləri Kərkük bayatıları-ndan götürülüb. SSRİ-nin bir çox şəhərlərində, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla çıxış edən Şövkət Ələkbərovanın repertuarına Segah, Qatar, Şahnaz kimi muğamlar, Azərbaycan bəstəkərlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi.
Təltif və mükafatları
redaktə- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 10 iyun 1959
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 25 sentyabr 1954
Repertuarı
redaktə- Axşam (Qaş qaralır)
- Ayrılıq
- Aldatmayaq bir-birimizi
- Ay Qız
- Ağlaya-ağlaya
- Bir könül sındırmışam
- Bakı
- Dərələr
- Gəl səhərim
- Gedək üzü küləyə
- Oxu gözəl
- Neylərəm (İmaməddin Nəsimi / Süleyman Ələsgərov)
- Sən mənim, mən sənin
- Sənsən ürəyim
- Səslərəm səni
- Kəsmə şikəstə
- Küsüb məndən
- Lay-lay
- İnanmıram
- Təkcə ümid qalsın
- Tez gəl
- Töhfə
- Mirzə-hüseyn segahı
- Məhəbbət
- Ola bilməz
- Vağzalı çalınır.
- Fizuli Kantatası
- Yavaş-yavaş
- Hardasan
- və başqa mahnılar…
Filmoqrafiya
redaktəİştirak etdiyi filmlər
- Doğma xalqıma (film, 1954) (tammetrajlı bədii film)
- Payız konserti (film, 1962) (qısametrajlı bədii film)
- Oxuyur Şövkət Ələkbərova (film, 1970) (qısametrajlı sənədli televiziya film-konserti)
- Azərbaycan elləri (film, 1976) (qısametrajlı sənədli televiziya film-konserti)
- Səs (film, 1988) (qısametrajlı sənədli film)
Mahnı ifa etdiyi filmlər
- Görüş (film, 1955) (tammetrajlı bədii film)
- Mahnı belə yaranır (film, 1957) (tammetrajlı bədii film)
- Qızmar günəş altında (film, 1957) (tammetrajlı bədii film)
- Kölgələr sürünür (film, 1958) (tammetrajlı bədii film)
- Ögey ana (film, 1958) (tammetrajlı bədii film)
- Onu bağışlamaq olarmı? (film, 1959) (tammetrajlı bədii film)
- Aygün (film, 1960) (tammetrajlı bədii film)
- Koroğlu (film, 1960) (tammetrajlı bədii film)
- İyirmialtılar (film, 1966) (tammetrajlı bədii film)
- Mücrü (film, 1973) (qısametrajlı bədii film)
İfasından istifadə olunan filmlər
- Şəki (film, 1977) (qısametrajlı sənədli film)
- Dmitrov küçəsi 86 (film, 2015) (qısametrajlı bədii film)
Mənbə
redaktə- Mustafa Çəmənli. "Şövkət Feyzulla qızı Ələkbərova" //Odlar yurdu.- 1993,- 20 fevral.- № 5–6.- səh. 2.
- Tahir, R. "Unudulmaz müğənni" [Şövkət Ələkbərova — 80] //Xalq.- 2002.- 29 noyabr.