Mustafa Cemenli - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Mustafayev Mustafa Şura oğlu (Mustafa Çəmənli) — nasir, publisist, Əməkdar mədəniyyət işçisi (2018), 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1979).
Mustafa Çəmənli | |
---|---|
Doğum tarixi | 10 sentyabr 1947 (77 yaş) |
Doğum yeri | |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsi |
Fəaliyyəti | yazıçı |
Həyatı
redaktəMustafa Çəmənli 1947-ci il sentyabrın 10-da Ağdam rayonunun Çəmənli kəndində anadan olmuşdur. İlk təhsilini doğma kəndində, daha sonra Mingəçevir şəhər məktəbində almışdır. Əmək fəaliyyətinə Mingəçevir maşın hissələri təmiri zavodunda qəlibçi kimi başlamışdır (1966–1969). Bakıda "Kommunist" nəşriyyatında çapçı köməkçisi, "Paris Kommunası adına gəmi təmiri zavodu"nda qəlibçi olmuşdur (1970–1972). ADU-nun jurnalistika fakültəsində təhsil almışdır (1972–1977). Təyinatla göndərildiyi "Yazıçı" nəşriyyatında redaktor, böyük redaktor, klassik ədəbiyyat və folklor redaksiyasının müdiri (1978–1988), nəşriyyatın nəsr redaksiyasının müdiri vəzifələrində işləmişdir (1988–1992). "Gənclik" nəşriyyatında baş redaktor vəzifəsində çalışmışdır (1992–2006). Bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. İlk hekayəsi "Ləpirlər" 1973-cü ildə "Mingəçevir işıqları" qəzetində çap olunmuşdur. Povest hekayə və radiopyeslər qələmə almışdır. "Layla" (1985) pyes ssenarisi klublara, xalq teatrlarına göndərilmişdir. Milli musiqi ifaçılığı sənətinin təbliğinə görə Mətbuat Fondunun "Dan ulduzu" (1993) mükafatına, ön cəbhədə çıxışlarına və hərbi vətənpərvərlik ruhlu məqalələrinə görə Yazıçılar Birliyinin diplomuna (1993), "Xallı Gürzə" tarixi romanına görə "Yaddaş" milli mükafatına, Milli Mədəniyyəti Təbliği Mərkəzinin "Uğur-2008", "Ölüm mələyi"[1]tarixi romanına görə Azərbaycan Republikası Mədəniyyət və Turizim Nazirliyinin "Qızıl Kəlmə" ədəbi mükafatına layiq görülmüşdür. 2010-cu ildə prezident təqaüdçüsü olmuşdur. Ədəbi bədii yaradıcılığı haqqında "Bir kitablıq söz" kitabı nəşr olunmuşdur (2017). "Mustafa Çəmənli: biblioqrafiya". Azərbaycan Milli Kitabxanasının nəşri, 2017.
Əsərləri
redaktə- Mənim dünyamın adamları (hekayələr). Bakı: Yazıçı, 1982, 116 səh.
- İtirilmiş səs (povest və hekayələr). Bakı: Yazıçı, 1985, 152 səh.
- Şövkət Ələkbərova. Bakı: İşıq, 1989, 108 səh.
- Xallı gürzə (tarixi roman). Bakı: Yazıçı, 1991, Gənclik, 2001–310 səh., 2006, "Vektor", 358 səh. "Kitab Klub", 2016, 392 səh.
- Səs qərib olmur. Bakı: Şərq-Qərb nəşriyyatı, 1993, 216 səh.
- Fred Asif (sənədli roman). Bakı: Gənclik, 1996, Təhsil, 2010, 216 səh.
- Nəğməli xatirələr (xatirə povest). Bakı: Gənclik, 1997, Mədəniyyət Nazirliyinin dəstəyi ilə. EL, 2007, 184 səh.
- Muğam dünyasının Xanı (xatirələr). Bakı: Gənclik, 2001, 272 səh.
- Burdan bir atlı keçdi (bədii publistika). Bakı: Gənclik, 2002, 2014, 214 səh.
- Səsin ruhu (Səxavət Məmmədov haqqında). Bakı: Gənclik, 2003, 288 səh.
- Oxu, gözəl (Şövkət Ələkbərova haqqında). Bakı: Nağıl Evi, Mədəniyyət Nazirliyinin dəstəyi ilə. 2005, 226 səh.
- Mən olmayanda dostum ol (bədii publistika). Bakı: Gənclik, 2005, 360 səh.
- Sənətkar ömrünün izləri (bədii publistika). Bakı: Adıloğlu, 2006, 128 səh.
- Ruhların üsyanı (povestlər, hekayələr, esselər, müsahibələr). Bakı: Adıloğlu, 2007, 320 səh.
- "Leyli və Məcnun" −100 il səhnədə (Sənədli bədii ensiklopediya). Mədəniyyət Nazirliyinin dəstəyi ilə. Bakı: "El" nəşriyyatı, 2008, 432 səh.
- Çahargah (Uşaqlar üçün hekayə). Bakı: Beşik, 2009, 34 səh.
- Şəmsəddin Eldəniz (Uşaqlar üçün hekayə). Bakı: Beşik, 2009, 34 səh.
- Məcnunun Məcnunu (Mənsum İbrahimov haqqında). Bakı: Təhsil, 2010, 256 səh.
- Mübariz (sənədli povest). Bakı: "Təhsil", 2010, 96 səh., 2016, 96 səh.
- Ölüm mələyi (tarixi roman). Bakı: "MHS", 2012, 296 səh.
- Yaddaşlarda yaşamaq haqqı (sənədli povest və xatirələr). Bakı: Təhsil, 2012, 208 səh.
- Sənət hekayələri. Mədəniyyət Nazirliyinin dəstəyi ilə. Bakı: "Aspoliqraf", 2014, 568 səh.
- Üçyaşlı əsir (povest və hekayələr). Bakı: "Elm və Təhsil", 2016, 240 səh.
- Səhnəmizin ağ çiçəyi. Mədəniyyət Nazirliyinin dəstəyi ilə. Bakı, "Aspoliqraf", 2017, 192 səh.
- Əhməd Ağdamski. Bakı, "Şərq-Qərb", 2017, 168 səh.
- Xan Şuşinski. Bakı, "Şərq-Qərb", 2017, 168 səh.
- Şövkət Ələkbərova. Bakı, "Şərq-Qərb", 2017, 160 səh.
- Əbülfət Əliyev. Bakı, "Şərq-Qərb", 2017, 160 səh.
- Ürəyimdən kimlər keçdi (xatirələr). Bakı, "Xan", 2017, 280 səh.
- Mütəllim Mütəllimov. Bakı, "Şərq-Qərb", 2017, 128 səh.
- Yaqub Məmmədov. Bakı, "Şərq-Qərb", 2017, 120 səh.
- Muğam dünyasının Xanı. Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə. Bakı: "Təhsil", 2019, 288 səh.
- Oxu, gözəl (Şövkət Ələkbərova). Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə. Bakı: "Təhsil", 2019, 272 səh.
- Nəğməli xatirələr (Əbülfət Əliyev). Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə. Bakı: "Təhsil", 2019, 224 səh.
- Mənsuriyyə harayı (Yaqub Məmmədov). Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə. Bakı: "Təhsil", 2019, 192 səh.
- Şələ (povestlər, hekayələr, esselər – rus dilində). Bakı: "Təhsil", 2019, 256 səh.
- Mustafa Çəmənli. Mənim iki dünyam. Bakı: "Zərdabi-Nəşr", 2022, 496 səh.
Heydər Əliyev Fondunun aşağıdakı "Azərbaycan Respublikasının Xalq artistləri" albom kitablarının müəllifidir:
- "Arif Babayev −70"
- "Habil Əliyev −80"
- "Əlibaba Məmmədov −80"
- "Ğanəli Əkbərov −70"
- "Ağaxan Abdullayev −60"
- "Əlibaba Məmmədov: Ürək deyir yaşa hələ (mətnin müəllifi), 2015
Tərtib etdiyi kitablar
redaktə- Söz həmişə diridir (Sənət adamlarının sözü və əməli haqqında). Bakı: Yazıçı, 1993, 176 səh.
- Cənub həsrəti (Şeirlər). Bakı, Təhsil, 2009, 88 səh.
- Talvar (Povest və hekayələr). Bakı, Təhsil, 2009, 112 səh.
- Hekayələr (C. Məmmədquluzadənin və Əbdülrəhim bəy Haqverdiyevin əsərləri). Bakı, Təhsil, 2009, 52 səh.
- Hüseyin Cavid. Dram əsərləri. Mədəniyyət Nazirliyinin dəstəyi ilə. Bakı, Təhsil, 2012, 496 səh.
- Xurşidbanu Natəvan. Neçin gəlməz (Tərtib və ön söz, redaktə). Mədəniyyət Nazirliyinin dəstəyi ilə. Bakı, Təhsil, 2012, 160 səh.
- Nizami Gəncəvi. Lirika (Tərtib və ön söz, redaktə). Mədəniyyət Nazirliyinin dəstəyi ilə. Bakı, Təhsil, 2012, 200 səh.
- Nəbi Xəzri. Seçilmiş əsərləri. Mədəniyyət Nazirliyinin dəstəyi ilə. Bakı, Təhsil, 2014, 424 səh.
- Hüseyn Arif. Seçilmiş əsərləri. Mədəniyyət Nazirliyinin dəstəyi ilə. Bakı, Təhsil, 2014, 400 səh.
- Nəriman Süleymanov. Ruhlar çağırır. Bakı, Təhsil, 2015, 830 səh.
- Nəriman Süleymanov. Dünyanın çəkisi. Bakı, "Təhsil", 2017, 464 səh.
- Nəriman Süleymanov. Ana quşun yuxusu (tərtib və ön söz, redaktə). Bakı, "Təhsil", 2017, 240 səh.
- Sənsiz səninlə. (naşir Bəhruz Axundov haqqında xatirələr, ön söz, tərtib, redaktə). Bakı, "Təhsil", 2018, 392 səh.
- Zərrə mənəm, günəş mənəm (Nəsimi haqqında albom-kitab, tərtib və ön söz, redaktə). Bakı, Təhsil, 2019, 156 səh.
- Əbədiyyət yolçusu (Əbdürrəhim bəy Haqverdiyev — 150) albom kitab, tərtib və ön söz, redaktə. Bakı, Təhsil, 2022, 208 səh.
- Xurşudbanu Natavan. "Neçin gəlməz", (ön söz, tərtib, redaktə). Bakı, Təhsil, 2022, 288 səh.
- Bird aha yüksələn bayraq (Albom-kitab, tərtib, ön söz, redaktə) Bakı, Təhsil, 2023, 224 səh.
- Abay Azərbaycanda və dünyada. Bakı, 2023, 264 səh.
Filmoqrafiya
redaktə- Hacı Arif (film 1995)
- Mübariz (Azərbaycanın Milli Qəhrəmanı) film, 2018
İstinadlar
redaktə- ↑ "20 il Qəhqəhə Qalasında məhbus qalan II Şah İsmayıl". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-29.