Ozbekistan Hava Yollari - Wikipedia
Özbəkistan Hava Yolları (özb. O‛zbekiston Havo Yo‛llari, Ўзбекистон Ҳаво Йўллари, rus. Узбекские Авиалинии, Rəsmi adı:Özbəkistan Hava Yolları Milli Hava Şirkəti ASC) — Özbəkistanın ən böyük aviaşirkəti və Özbəkistan Respublikasının bayraq daşıyıcısı.[1] Özbəkistan Hava Yollarının qərargahı Daşkənd şəhərində, beynəlxalq standartlara və Beynəlxalq Mülki Aviasiya Təşkilatının II kateqoriyasına cavab verən Daşkənd Beynəlxalq Hava Limanı yerləşir.[2]
Özbəkistan Hava Yolları | ||||
---|---|---|---|---|
|
||||
Təsis olunub | 28 yanvar, 1992 | |||
Mərkəz hava limanı | Daşkənd Beynəlxalq Hava Limanı | |||
Donanma ölçüsü | 36 | |||
Şüar | "Özbəkistan Milli Hava Yolları" | |||
Təyinat məntəqələri | 58 | |||
Qərargahı | Özbəkistan, Daşkənd | |||
Rəhbər |
Uluqbek Rozukulov (prezident) |
|||
Saytı | uzairways.com | |||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəSovet İttifaqının dağılmasından sonra, Özbəkistan prezidenti İslam Kərimov 1992-ci ildə "Özbəkistan Hava Yolları"-nın yaradılmasına icazə vermişdir. Aviaşirkət 28 yanvar 1992 tarixində təsis edilmiş,[3] 31 may 1992 tarixində isə "Aeroflot"-un Özbəkistan bölməsinin əməliyyatlarını ələ almışdır.[4] Hava yolunun ilk reysi Daşkənddən Londona idi.
2000-ci ilin aprel ayında aviaşirkətdə 16,296 işçi var idi. Hal-hazırda donanma üç Airbus A310-300, üç Antonov An-12, bir Antonov An-24, 18 Antonov An-24B, üç Antonov An-24RV, üç Boeing 757-200, iki Boeing 767-300ER, üç Avro RJ85s, dörd Ilyushin Il-114, iki Ilyushin Il-62, altı Ilyushin Il-62M, Ilyushin Il-76T, Ilyushin Il-86, 15 Tupolev Tu-154B, iki Tupolev Tu-154M və 19 Yakovlev Yak-40-dan ibarətdir. O vaxtda Özbəkistan Hava Yolları Almatı, Amsterdam, Əndican, Aşqabad, Afina, Bakı, Banqkok, Pekin, Bişkek, Buxara, Çelyabinsk, Dehli, Dəkkə, Yekaterinburq, Fərqanə, Frankfurt, İstanbul, Ciddə, Karşi, Kazan, Xabarovsk, Kuala Lumpur, London, Mineralnıye Vodı, Səmərqənd, Seul, Şarja, Simferopol, Sankt-Peterburq, Daşkənd, Tel-Əviv, Termiz, Tyumen, Ufa, Urqenç, Moskva, Naxçıvan, Nyu-York, Novosibirsk, Nukus, Omsk, Paris, Ər-Riyad və Rostov-na-Don şəhərlərinə xidmət edirdi.[3]
Aviaşirkət, daxili uçuşlarda əvvəllər "Aeroflot"-a məxsus olan rus istehsalı olan təyyarə istifadə edirdi. Beynəlxalq marşrutlar prioritetləşdirildikdə, 1993-cü ildə təqdim edilən Airbus təyyarələrindən istifadə edilməyə başlandı.
"Özbəkistan Hava Yolları" 2014-cü ildə 2,625 milyon sərnişin daşıyıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.9% azdır, ötən ilin eyni dövrü ilə müqayisədə isə 4.6% artıb.[5] 2015-ci ildə aviaşirkət Avropa İttifaqından uçuş icazəsi aldı.[6]
İstiqamətlər
redaktə"Özbəkistan Hava Yolları" yarandığı gündən sərnişin xidmətini Qərbi Avropa və digər beynəlxalq məntəqələrə yönəldib. Ən çox beynəlxalq uçuşlar Daşkənddən fəaliyyət göstərir. Özbəkistanın bayraq daşıyıcısı heç bir tərəfdaşlıq və ya hava yolu ittifaqının üzvü deyil.
Kod-paylaşımı sazişi
redaktə"Özbəkistan Hava Yolları" aşağıdakı aviaşirkətlərlə kod-paylaşımı sazişini imzalayıb:[7]
Donanma
redaktəİndiki donanma
redaktəAvqust 2016-cı ildən bəri aviaşirkət aşağıdakı təyyarələri idarə edir:[9]
Təyyarə | Donanmada | Sifariş edilən | Sərnişinlər | Qeydlər | |||
---|---|---|---|---|---|---|---|
F | C | Y | Cəmi | ||||
Airbus A320-200 | 10 | — | — | 12 | 138 | 150[10] | Özbəkistan hökuməti üçün fəaliyyət göstərən bir təyyarə |
Boeing 757-200 | 6 | — | — | 28 | 156 | 184 | Özbəkistan hökuməti üçün fəaliyyət göstərən bir təyyarə |
Boeing 767-300ER | 7 | — | 10 | 40 | 157 | 207 | Özbəkistan hökuməti üçün fəaliyyət göstərən bir təyyarə |
— | 18 | 246 | 264 | ||||
Boeing 787 Dreamliner | 2[11] | 4 | — | 24 | 222 | 246 | |
Ilyushin Il-114-100 | 7 | — | — | — | 54 | 54 | Bir təyyarə saxlanılır |
Özbəkistan Hava Yolları Yük Donanması | |||||||
Airbus A300-600F | 2 | — | |||||
Boeing 767-300F | 2 | — | |||||
Cəmi | 36 | 4 |
Donanma inkişafı
redaktə"Özbəkistan Hava Yolları" Ilyushin Il-114-ün buraxılış müştərisi idi. Aviaşirkət, Özbəkistanda yığılan ilk təyyarəni 1998-ci ilin iyul ayında almışdır.[12][13]
2007-ci ilin ortalarında Özbəkistan Respublikasının bayraq daşıyıcısı altı Airbus A320 ailəsi sifariş etmişdi. O dövrdə aviaşirkətin donanmasında 55 təyyarə var idi. On müxtəlif təyyarə modellərindən ibarət olan Rusiyanın istehsal etdiyi Yakovlev Yak-40 bunların arasında idi.[14] Həmin il aviaşirkət iki Boeing 787 Dreamliner sifariş etdi.[15][16]
"Özbəkistan Hava Yolları", ən köhnə iki Boeing 767-300ER-lərin yük təyyarələrinə kovertasiya edilməsinə qərar verdi. İlk təyyarələrin konvertasiyası 2014-cü ilin dekabr ayında başa çatdırılmışdır.[17][18] 2014-cü ilin sonlarında konvertasiya edilmiş ikinci təyyarə Daşkəndə gəldi.[19]
"Özbəkistan Hava Yolları" ilk Boeing 787 Dreamliner-nı 2016-cı ilin avqust ayının sonlarında almışdır.[20] Boeing 787 Dreamliner-ın Biznes Sinfində Özbəkistanın bayraq daşıcısının ilk tam hamar oturacaqları mövcuddur.[21]
Köhnə donanma
redaktə"Özbəkistan Hava Yolları" aviaşirkəti əvvəllər aşağıdakı təyyarələri idarə etmişdir:
Qəzalar və hadisələr
redaktəAviasiya Təhlükəsizliyi Şəbəkəsinə görə, 2013-ci ilin yanvar ayından etibarən aviaşirkətin tarixi boyunca 54 şəxsin həlak olduğu səkkiz qəza və hadisə baş vermişdir. Yalnız ölüm halları və gövdə zərərlərini əhatə edənlər aşağıda verilmişdir:
Tarix | Yer | Təyyarə | Quyruq nömrəsi | Ölümlər | Hadisənin izahı | İstinadlar |
---|---|---|---|---|---|---|
17 iyun 1995 | Nukus, Özbəkistan | Antonov An-2R | UK-33058 | Bilinmir | Qəza şəhərdən 43 km (27 mil) uzaqda naməlum şərait altında baş vermişdir. | [23] |
26 avqust 1999 | Dördgöl, Özbəkistan | Yakovlev Yak-40 | UK-87848 | 2/33 | Təyyarə, Dördgöl Hava Limanında ikinci bir dövrdən sonra elektrik xəttlərinə dəydikdən sonra qəzaya uğradı. Təyyarə Daşkənddən Dördgölə gedirdi. | [24][25] |
13 yanvar 2004 | Daşkənd, Özbəkistan | Yakovlev Yak-40 | UK-87985 | 37/37 | Təyyarə Termezdən Daşkəndə planlaşdırılmış sərnişin xidmətini, daxili reysi "Uçuş 1154" adıyla gedirdi. Aviator hava limanına çatdıqda, təyyarəni Daşkənd Beynəlxalq Hava Limanının uçuş-enmə zolağından 250 m (820 ft) uzaqda endirdi. | [25][26] |
19 oktyabr 2006 | Arançı, Özbəkistan | Antonov An-2TP | UK-70152 | 15/15 | Arançı aerodromuna yaxınlaşanda, hərbi təlim uçuşu keçirərkən, pis hava şəraitində qəzaya uğrayıb. | [27][28] |
avqust 2009 | Zarafşan, Özbəkistan | Antonov An-24RV | UK-46658 | 0 | Zarafşan hava limanında uçuş cəhdi zamanı şassinin erkən geri çəkilməsi nəticəsində təyyarə qəzaya uğramışdır. | [29] |
Sərnişin dövriyyəsi
redaktəİl | Sərnişin dövriyyəsi |
---|---|
2008 | 2,06 milyon[30] |
2009 | 1,885 milyon[31] |
2010 | 2,160 milyon |
2011 | 2,32 milyon[32] |
2012 | 2,64 milyon[33] |
2013 | Məlumat yoxdur |
2014 | 2,572 milyon |
2015 | 2,572 milyon[34] |
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Montag-Girmes, Polina. "Uzbekistan Airways takes first Boeing 787". Air Transport World. 31 avqust 2016. 3 September 2016 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "Uzbekistan Airways – About Us". Uzbekistan Airways. 2011-09-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr, 2011.
Adres: 41 A. Temur küçəsi, Daşkənd, Özbəkistan, 100060
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 "World Airline Directory – Uzbekistan Airways". Flight International. 157 (4721): 107. 28 mart – 3 aprel 2001. ISSN 0015-3710. 9 November 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 August 2017. (#invalid_param_val)
- ↑ "SubFleets for: Uzbekistan Airways". AeroTransport Data Bank. 20 May 2013. 20 May 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 August 2017.
- ↑ "В 2014 году пассажиропоток Uzbekistan Airways незначительно снизился". ATO.ru. 26 January 2015. 26 January 2015 tarixində arxivləşdirilib.
- ↑ "НАК «Узбекистон хаво йуллари» получила разрешение на полеты в ЕС". 2016-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-26.
- ↑ "Profile on Uzbekistan Airways". CAPA. Centre for Aviation. 2016-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-31.
- ↑ Young, Kathryn M. "Airline Routes-8 June 2015". Air Transport World. 8 iyun 2015. 9 June 2015 tarixində orijinalından arxivləşdirilib.
AirBaltic has extended its codeshare agreement with Uzbekistan Airways. Fliers on New York-Riga will fly on Uzbekistan Airways Boeing 767 service 2X-weekly; service from Riga and any Baltic Sea airport will be flown on airBaltic.
- ↑ "Uzbekistan Airways Fleet". ch-aviation GmbH. 9 iyun, 2015 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "Aircraft News". Air Transport World. 19 July 2010. 16 June 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 October 2011.
Uzbekistan Airways received its first A320, configured in a two-class cabin layout seating 150 passengers, 12 in business and 138 in economy. It is the first of 10 A320s ordered directly from Airbus as part of the carrier’s strategic fleet modernization program. The A320 will make its first commercial flight today from Tashkent to Baku.
(abunə tələb olunur) - ↑ "Exploring the Cabins of the Uzbekistan Airways Boeing 787-8 Dreamliner". Talkairlines. Talkairlines. 2016-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 oktyabr, 2016.
- ↑ "Commercial Aircraft Directory ILYUSHIN – IL-114" (PDF). Flight International: 53. 25 avqust, 1999 – 31 avqust, 1999. 2013-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr, 2011.
- ↑ "Uzbekistan Airways takes first production Il-114 turboprop". Flightglobal. Flight International. 12 avqust 1998. 13 November 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 November 2012. (#invalid_param_val)
- ↑ Karp, Aaron. "Airbus signs China A320 FAL agreement". Air Transport World. 29 iyun 2007. 18 August 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 August 2011.
Separately, Uzbekistan Airways ordered six A320s as part of its fleet rationalization. It operates a mixed fleet of 55 aircraft spread over 10 different types from the 767-300ER to the Yak-40 but is rebuilding its fleet around 787s and A320s.
(#invalid_param_val) - ↑ "Other News – 10/11/2007". 12 October 2007. 18 August 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 August 2012.
- ↑ "Узбекистан покупает Boeing 787". ATO.ru (Russian). 2 iyun 2007. 31 January 2015 tarixində orijinalından arxivləşdirilib.
- ↑ Артём, Кореняко. "Uzbekistan Airways конвертирует два Boeing 767". ATO.ru. 2 dekabr 2014. 31 January 2015 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "First Boeing 767-300 converted to freighter configuration delivered to Tashkent International Airport" (Press-reliz). Uzbekistan Airways. 3 noyabr 2014. 22 February 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 August 2017. (#invalid_param_val)
- ↑ "Boeing-767-300BCF: Flights in new configuration" (Press-reliz). Uzbekistan Airways. 23 dekabr 2014. 22 February 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 August 2017. (#invalid_param_val)
- ↑ Hofmann, Kurt. "Uzbekistan Airways launches 787-8 operations to New York". Air Transport World. 19 May 2017. 20 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 August 2017.
The airline took delivery of its first 787-8 in August 2016, which started commercial operations Sept. 5, 2016.
- ↑ "Exploring the Cabins of the Uzbekistan Airways Boeing 787-8 Dreamliner". Talkairlines. Talkairlines. 23 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 October 2016.
- ↑ "Uzbekistan Airways operates its last A310-300 flight". ch-aviation. 8 August 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 August 2017. (#invalid_param_val)
- ↑ Aviasiya Təhlükəsizliyi Şəbəkəsində UK-33058 üçün qəza təsviri Arxivləşdirilib 2022-06-22 at the Wayback Machine. Alınma tarixi: 18 oktyabr, 2011.
- ↑ Aviasiya Təhlükəsizliyi Şəbəkəsində UK-87848 üçün qəza təsviri Arxivləşdirilib 2022-06-22 at the Wayback Machine. Alında tarixi: 30 sentyabr, 2011.
- ↑ 1 2 "Uzbek Yak-40 crashes in Tashkent". Flightglobal. Flight International. 20 yanvar 2004. 8 August 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 August 2017. (#invalid_param_val)
- ↑ Aviasiya Təhlükəsizliyi Şəbəkəsində UK-87985 üçün qəza təsviri Arxivləşdirilib 2020-06-03 at the Wayback Machine. Alınma tarixi: 24 sentyabr, 2011.
- ↑ Aviasiya Təhlükəsizliyi Şəbəkəsində UK-70152 üçün qəza təsviri Arxivləşdirilib 2022-07-24 at the Wayback Machine. Alınma tarixi: 6 noyabr, 2011.
- ↑ Stringer, Robin. "Uzbekistan Airways Plane Crashes on Military Flight, Killing 15". Bloomberg. 19 oktyabr 2006. 18 June 2015 tarixində arxivləşdirilib.
- ↑ Aviasiya Təhlükəsizliyi Şəbəkəsində UK-46658 üçün qəza təsviri Arxivləşdirilib 2014-08-03 at the Wayback Machine. Alınma tarixi: 6 noyabr, 2011.
- ↑ "«Ўзбекистон ҳаво йўллари» в 2008 году увеличила пассажиропоток на 4 %". 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-26.
- ↑ "Национальная авиакомпания Узбекистана за 2009 год перевезла более 1,88 млн пассажиров". 2010-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-26.
- ↑ "Авиакомпания «Узбекистон Хаво Йуллари» в 2011 году перевезла свыше 2,32 млн пассажиров | Авиатранспортное обозрение". 2012-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-26.
- ↑ "Пассажиропоток авиакомпании «Узбекистон Хаво Йуллари» возрос на 13,8 % | Авиатранспортное обозрение". 2013-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-26.
- ↑ "НАК "Узбекистон хаво йуллари" подвела итоги за 2015 год". 2016-11-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-26.
Xarici keçidlər
redaktə- uzairways.com — Rəsmi saytı