Boeing 767 - Wikipedia
Boeing 767 — iki mühərrikli enli füzelyajlı sərnişin təyyarəsi. Atlantik okean üzərindən müntəzəm olaraq sərnişin reysləri həyata keçirmək hüququ əldə edən ilk iki mühərrikli təyyarədir. 1981-ci ildən "Boeing" şirkəti tərəfindən istehsal olunur.
Boeing 767 | |
---|---|
Boeing 767 | |
| |
Tipi | İki mühərrikli enli füzelyajlı sərnişin təyyarəsi |
Hazırlayan | Boeing |
İstehsalçı | Boeing |
İlk uçuş | 26 sentyabr 1981 |
İstismara verilmə tarixi | |
Status | istifadə edilir, istismar olunur |
İstismarçılar | |
İstehsal ili | 1981 — h.h |
Buraxılış sayı | 1165 (30 sentyabr 2019)[1] |
Vahidinin qiyməti |
767-200ER: 160,2 milyon ABŞ dolları[2]; |
Variantları |
Boeing KC-767; |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəİki mühərrikli ekonom reaktiv təyyarələrin layihələndirilməsi hələ 1978-ci ildən başlayıb. United Airlines aviaşirkəti bu cür təyyarələrə maraq göstərirdi və 30 ədəd təyyarənin alınması üçün sifariş edib. İlk Boeing 767 14 avqust 1981-ci ildə istehsal olunub (zavod Everettdə, Vaşinqton ştatı, yerləşir) və 26 sentyabrda ilk uçuşunu etdi[3].
Boeing 767-300 modelinin istehsalı sentyabr ayı 1983-cü ildə başlayıb. Bu modelin füzelyajı Boeing 767-200 modelindən 6,5 m uzun oldu. Bu da, öz növbəsində sərnişin yerlərinin 22% artırılmasına gətirdi (təhminən 40 sərnişin yeri). Həmçinin daşına bilən yükün həcmi 31% artdı.
Əsas modellərdən sonra uzaq magistrallı variantlar istehsala başlandı.
Növləri
redaktəFüzelyajın uzunluğuna görə Boeing 767 üç növdə istehsal olunurdu. 767-200, 767-300 və 767-400ER modelləri istehsal olunmağa başladıqca, təyyarənin uzunluğu artırdı[4]. Şirkət həmçinin daha uzaq məsafəyə uçuşlar üçün 767-200ER və 767-300ER (Extended Range) modellərini təklif edirdi. Yük təyyarələri 300ER baza modeli əsasında 767-300F adlı istehsal olunur və 767-200 və 767-300 sərnişin təyyarələri modellərindən hazırlanırdı.
767-200
redaktəBaza modelidir, 1982-ci ildən sonra istehsal olunan 767 ailəsinin bütün təyyarələrinin prototipidir. Əsasən ABŞ daxili uçuşlar üçün istifadə olunurdu - ABŞ-nin qərb və şərqdəki böyük şəhərləri arası uçuşlarda (məsələn, Los-Anceles-Nyu-York, San-Fransisko-Vaşinqton və d.). Cəmi 128 ədəd istehsal olunub: 767-200ER daha yenilənmiş modeli ilə əvəz olunub. Hal-hazırda istismardan çıxarılıb. Daha sonralar 767-200 baza modelini Boeing şirkəti yüklərin daşınması üçün istifadə eləməyə başladı və 767-200 modeli 767-200SF modelinə çevrildi[5][6][7].
767-200ER
redaktəİstinadlar
redaktə- ↑ 767 Model[ölü keçid]
- ↑ "Commercial Airplanes: 767 Family". 2012-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-25.
- ↑ "Boeing 767". 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-02.
- ↑ "Пассажирский самолет Boeing 767". 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-03.
- ↑ "Самолет Боинг 767: история, вместимость и военные модификации". 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-03.
- ↑ "Основные модели Boeing 767". 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-03.
- ↑ "Boeing 767-200". 2022-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-03.