Simferopol - Wikipedia
Simferopol və ya Ağməscid (krımtat. Aqmescit; ukr. Сімферополь; rus. Симферополь) — Ukraynanın Krım Muxtar Respublikasın paytaxtı.
Şəhər | |
Simferopol | |
---|---|
Сімферополь Симферополь Aqmescit | |
44°56′54″ şm. e. 34°06′00″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1784 |
İlk məlumat | II əsr |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 235 m[3] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +380 3652 |
Poçt indeksi | 95000–95490, 295000–295490 |
Digər | |
simgov.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəBu gözəl yaşıl şəhər Salgir çayının sahilində elə yaşılca Çadır yaylasında yerləşir. Tarixi mənbələrdən aydın olur ki, eramızdan 3 əsr əvvəl burada skiflərin artıq parlaq mədəniyyəti meydana gəlmiş və bura müəyyən vaxt onların paytaxtları olmuşdur. Şəhərin cənub-şərqində skiflərin antik şəhər yerləşirdi. Burada müasir şəhərin yaxınlığında, təqribən ondan 5 km aralıda Tunc dövrünə aid QIZIL Kurqan abidəsi vardır. Bu skif əyanın qəbridir. Kurqandan skif incəsənət nümunələri olan çoxlu qızıl əşyalar, üstü qızıl işləməli, eləcə də qızıl-gümüşə tutulmuş silahlar, daha qədim dövrlərlə səsləşən çoxlu sayda tunc ucluqlu oxlar və başqa ibtidai, lakin kamil silahlar aşkar edilmişdir. Sonralar e.ə. V əsrdə isə kurqanın tökmə hissəsində skif döyüşçüsü dəfn edilmişdir.
Şəhər öz tarixi boyunca Kermencik qalası (Kermen-qala, Kermencik-kiçik qala, şəhərcik) adı ilə anılırdı. Daha sonralar, XV əsrdən başlayaraq bu qədim şəhər türk-islam ətri ilə süslənərək Ak Meçet (şəhərdəki böyük ağ camiyə görə) adı ilə böyümüş, inkişaf etmişdir. Bu torpaqları gəzən Övliya Çələbi Krım adasının göbəyi sayılan, Nuh tufanından bəri təpəsindən qar əskik olmayan Çadır dağının ətəyində, verimli bir ovada yerləşən Ak Məscidin əslində Kırım vəliəhdlərinə mənsub olduğunu, vəliəhdlərin taxt mərkəzi sayıldığını xəbər verir.[5]
1768-1774-cü illər rus-türk müharibəsində Ak Meçet şəhəri də istila edilir. Kırımın tam şəkildə Rusiya tərkibinə daxil edildiyi vaxtdan isə şəhərin adı dəyişdirilərək Simferopol adlandırılmışdır (1784). Fasmerin "Rus dilinin etimoloji lüğəti"ndə göstərildiyi kimi Simferopol yunanca "uğurlu şəhər" mənasını verir. (Bax: g.ə.III c, s.623) Lakin qədim yunanlar heç zaman burada belə qürurlu adlarla məskən salmamışlar. Nikopol "qələbə şəhəri", Melitopol "arı şəhəri", Sevastopol "möhtəşəm şəhər", Xersones... Bu adları XVIII əsrin sonlarında qədim yunanlar yox, yunansayağı olsalar da müasir ruslar qoymuşlar.[6]
Simferopol adı II Yekaterinanın bu torpağı yunanlaşdırmaq kimi istilaçı planı ilə bağlı idi. Ümumiyyətlə, "Yunan projesi" çox böyük, o qədər də həyasız plan idi. Hətta Yekaterina öz fikirlərində o qədər uzağa gedirdi ki, nəvəsi Konstantini Konstantinopolda (İstanbulda) əyləşəcək yunan hökmdarı olaraq görmək istəyirdi. (Л.Н.Толстой. Посмертные записки старца Федора Кузмича)
Krımda başqa bir Ak Meçet qəsəbəsi də olmuşdur ki, 1944-cü ildə adı dəyişdirilərək Çernomorskaya qoyulmuşdur; hazırda inzibati rayon mərkəzidir.
Simferopolda Kebir Cami məscidinin indi xarici görkəmi dəyişdirilib, burada cildləmə sexi açılmışdır. Qazaxıstandakı Ağ Məscid şəhərinin də 1925-ci ildən adı Qızıl Orda şəhəridir.
İstinadlar
redaktə- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ 1 2 Crimea has joined the ranks of the world’s ‘gray areas.’ Here are the others on that list..
- ↑ https://it-ch.topographic-map.com/map-k2wwt6/Sinferopoli/?zoom=18¢er=44.95152%2C34.09645&popup=44.95149%2C34.09632.
- ↑ https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
- ↑ Evliya Çelebi. Seyahetnamesi, İstanbul, Üç Dal neşriyyatı, 1966, VII c, s.409,602.
- ↑ Л.Успенский. Слово о словах. Почему не иначе? с. 468.
Mənbə
redaktəMinaxanım Təkləli, Türk kitabı. Unudulan tarix. Dəyişdirilən adlar, Bakı, Nurlar, 2009, səh.19-20