Yaqub Eyyubov - Wikipedia
Yaqub Abdulla oğlu Eyyubov (24 oktyabr 1945, Mingəçevir) — Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini (2003-cü ildən).[1]
Yaqub Eyyubov | |
---|---|
Vəzifədədir | |
13 fevral 2003-cü ildən | |
(i. e. 14–16 fevral 2024) | |
Baş nazir | Artur Rasizadə (2003) İlham Əliyev (2003) Artur Rasizadə (2003–2018) Novruz Məmmədov (2018–2019) Əli Əsədov (2019-cu ildən) |
10 iyul 1999 – 13 fevral 2003 | |
Baş nazir | Artur Rasizadə |
15 mart 1997 – 10 iyul 1999 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 oktyabr 1945 (79 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəYaqub Eyyubov 24 oktyabr 1945-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. ixtisası — inşaat mühəndisidir, texnika elmləri doktoru, professordur. 1994-cü ildə Beynəlxalq Mühəndis Akademiyasının akademiki seçilmişdir.
Əmək fəaliyyəti
redaktəƏmək fəalliyyətinə 1964-cü ildə leyt. Şmidt adına zavodda tornaçı kimi başlamışdır. 1963–1964-cü illərdə Azərbaycan Politexnik İnstitutunun tələbəsi olmuşdur. 1964–1967-ci illərdə ordu sıralarında qulluq etmişdir. 1968–1972-ci illərdə Azərbaycan Politexnik İnstitutunun tələbəsi olmuşdur. 1970–1972-ci illərdə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsinin komsomol komitəsinin katibi, 1972–1974-cü illərdə həmin institututda baş laborant, institutun aspirantı, 1973–1974-cü illərdə institut partiya komitəsi katibinin müavini olmuşdur.
1975–1997-ci illərdə Azərbaycan Mühəndis-İnşaat İnstitutunda 0.5 ştatla əvəzçilik yolu ilə baş müəllim, dekan müavini, baş müəllim, dosent, dekan vəzifəsini müvəqqəti icra edən, dosent, elmi işlər üzrə prorektor, kafedra müdiri vəzifələrində işləmişdir.
1997–1998-ci illərdə Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ Mədən Nəzarəti Komitəsinin sədri, 1998–1999-cu illərdə həmin komitənin sədrinin səlahiyyətlərini icra edən, 1999-cu ildən Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin sədri olmuşdur.
1999–2003-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində Baş nazirin müavini, 2003-cü ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavinidir.
Təltifləri
redaktə23 oktyabr 2015-ci ildə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə "Şərəf" ordeni ilə təltif edilib.
Belarus prezidenti Aleksandr Lukaşenko tərəfindən Belarus və Azərbaycan arasında ticarət-iqtisadi münasibətlərin inkişafında və möhkəmləndirilməsində əhəmiyyətli töhfələrinə görə "Şərəf" ordeni ilə təltif edilib.
2016-cı ildə Vladimir Putin tərəfindən Rusiyanın "Dostluq" ordeni ilə təltif edilmişdir.[2]
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı [ölü keçid]
- ↑ "Rusiya Prezidenti Yaqub Eyyubova "Dostluq" ordeni təqdim edib". 2020-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-10.