Artur Rasizade - Wikipedia
Artur Tahir oğlu Rasizadə (26 fevral 1935, Kirovabad) — Azərbaycan Respublikasının 6-cı Baş naziri; İslah-əmək Müəssisələrinin və İstintaq Təcridxanalarının İşinin Təkmilləşdirilməsi Sahəsində Kompleks Tədbirlərin Həyata Keçirilməsi üzrə Prezident yanında Komissiyanın sədri (11.02.1999 — h. h.)
Artur Rasizadə | |
---|---|
31 oktyabr 2003 – 21 aprel 2018 | |
Prezident | İlham Əliyev |
Əvvəlki | İlham Əliyev |
Sonrakı | Novruz Məmmədov |
26 noyabr 1996 – 4 avqust 2003 | |
Əvvəlki | Fuad Quliyev |
Sonrakı | İlham Əliyev |
4 avqust 2003 – 4 noyabr 2003 | |
Baş nazir | İlham Əliyev |
3 may 1996 – 26 noyabr 1996 | |
Baş nazir | Fuad Quliyev |
22 may 1991 – 16 may 1992 | |
Baş nazir | Həsən Həsənov Feyruz Mustafayev (i. e.) |
15 fevral 1996 – 25 noyabr 1996 | |
Prezident | Heydər Əliyev |
14 yanvar 1986 – 22 may 1991 | |
Sədr | Həsən Seyidov Ayaz Mütəllibov Həsən Həsənov |
5 fevral 1991-ci ilədək Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini kimi | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 fevral 1935 (89 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, mühəndis, diplomat |
Atası | Tahir Rasizadə |
Uşağı | 1 |
Dini | islam |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəArtur Rasizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1952-ci ildə Lənkəran şəhər 4 №-li orta məktəbi bitirmişdir. Əslən Naxçıvan Muxtar Respublikasındandır.
İş fəaliyyətinə 1957-ci ilə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması ETİ "AzİNMAŞ"-da mühəndis vəzifəsində başlamış, sonradan böyük mühəndis, layihənin baş mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktorun müavini vəzifələrində işləmişdir.
1973–1975-ci illərdə "Azneftsənayemaş" birliyində baş mühəndis, 1975–1977-ci illərdə "İttifaqneftmaş" EİB rəisinin birinci müavini-baş mühəndis, 1977–1978-ci illərdə "AzİNMAŞ" Neft maşınqayırması ETİ-nin direktoru olmuşdur.
1978–1981-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini, 1981–1986-cı illərdə AKPMK-də maşınqayırma şöbəsinin müdiri, 1986–1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti Sədrinin birinci müavini (sonradan Azərbaycan Respublikası Baş nazirinin birinci müavini) vəzifələrində olmuşdur. 1992–1994-cü illərdə İqtisadi İslahatlar Fondunun məsləhətçisi, 1994-cü ildə "DEKA-B" şirkətində məsləhətçi, 1994–1996-cı illərdə İqtisadi Islahatlar Fondunda məsləhətçi vəzifəsində işləmişdir.
1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilmişdir.
1996-cı ilin may ayından Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, 1996–2003-cü illərdə Baş nazir, 2003-cü ilin avqust–noyabr aylarında Baş nazirin birinci müavini vəzifələrində işləmişdir.
2003-cü ilin noyabr ayından 21 aprel 2018-ci ilədək yenidən Azərbaycan Respublikasının Baş naziri olmuşdur.
Ailəsi
redaktə- Artur Rasizadə kənd təsərrüfatı mütəxəssisi, şair Tahir Rasizadənin oğlu, Azərbaycanlı ədib Hüseyn Cavidin qardaşı nəvəsidir.[1]
Mükafatları
redaktə- "İstiqlal" ordeni[2]
- "Şərəf" ordeni[3]
- "Şöhrət" ordeni[4]
- 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni[5]
- SSRİ Dövlət mükafatı laureatı
- "Şərəf nişanı" ordeni
- "Fəxri legion" ordeni kavaleri
- "Xalqlar dostluğu" ordeni
Mənbə
redaktə- Artur Rasizadənin bioqrafiyası — adam.az Arxivləşdirilib 2011-11-18 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ "Artur Rasizadə: "Hüseyn Cavidin evində qalırdıq"". kulis.az (az.). 14 iyul 2020. 2021-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2021.
- ↑ "Президент Азербайджана наградил Артура Расизаде и Джафара Велиева орденом «Hезависимость»". Информационное агентство TREND. 28.06.2006.[ölü keçid]
- ↑ "Президент Ильхам Алиев подписал распоряжение о награждении Артура Раси-заде орденом «Шараф»". "The First News. 25 февраля 2010. 2010-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-15.
- ↑ "A.T.Rasi-zadənin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2015-ci il tarixli Sərəncamı". president.az (az.). president.az. 25 fevral 2015. 2021-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-08.
- ↑ "Prezident İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordenini təqdim edib. apa.az". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-27.