Xoca Sadettin Efendi - Wikipedia
Xoca Sadəttin Əfəndi (1536[1][2][…], İstanbul – 1599[1][3][…], İstanbul) — Osmanlı tarixçisi, müdərrisi və şeyxülislamı.
Xoca Sadəttin Əfəndi | |
---|---|
1 aprel 1598 – 2 oktyabr 1599 | |
Əvvəlki | Bostanzadə Mehmed Əfəndi |
Sonrakı | Hacı Mustafa Sunullah Əfəndi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1536[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 1599[1][3][…] |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | tarixçi, hakim, Şeyxülislam, Qazəsgər |
Atası | Həsən Can[4] |
Uşaqları |
Xocazadə Mehmed Əfəndi Xocazadə Əsad Əfəndi Xocazadə Məsud Əfəndi Xocazadə Əbdüləziz Əfəndi Xocazadə Saleh Əfəndi |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1536-cı ildə İstanbulda dünyaya gəlmişdir. Babası Şah İsmayılın müridlərindən olan, ancaq Çaldıran döyüşündən sonra Sultan Səlim tərəfindən İstanbula aparılan İsfahanlı Hafiz Məhəmməd, atası isə Sultan Səlimin ən yaxın adamlarından Həsən Can Çələbidir. Atasının saraya yaxınlığı səbəbilə kiçik yaşlarında mükəmməl saray təhsili aldı. Sahn-ı səman müdərrisi Qaramani Mehmed Əfəndidən və dövrün digər məşhur alimlərindən dərslər aldı. Daha sonra şeyxülislam Əbussuud Əfəndi tərəfindən məzun oldu və 1556-cı ildə İstanbuldakı Murad Paşa mədrəsəsinə müdərris təyin edildi. 1564-cü ilin mayında Bursadakı İldırım Bəyazid mədrəsəsinə, 1571-ci ildə isə Sahn-ı səman mədrəsəsinə nəql edilmişdir. 1573-cü ilin mayında Şahzadə Muradın müəllimi İbrahim Əfəndinin vəfatı ilə şahzadə müəllimi təyin edildi və Manisaya göndərildi.
Bu vəzifə Sadəttin Əfəndinin həyatında dönüm nöqtəsi oldu və elm sahəsində olduğu qədər dövlət idarəsində nüfuzu artdı. Bundan sonra Xoca və ya Xoca Əfəndi olaraq məşhurlaşdı. Manisada tələbəsi üzərində nüfuzunu artırdı. 8 ay sonra isə Sultan Murad taxta çıxmaq üçün İstanbula çağırıldı və Sadəttin Əfəndi də onunla birlikdə İstanbula gəldi. 22 dekabr 1574 tarixində baş tutan cülus mərasiminin ardından xacə-yi sultani ünvanı aldı. Həm padşahın müəllimi, həm də ən yaxın adamı olan Sadəttin Əfəndi sarayda nüfuzlu şəxslərdən birinə çevrildi. Tutduğu mövqeyi gücləndirmək üçün Sokollu Mehmed Paşanın müxalifləriylə ittifaq quran Sadəttin Əfəndi İngiltərə ilə qurulan diplomatik əlaqələrdə önəmli rol oynadı.
Sadəttin Əfəndinin sarayda və dövlət idarəsindəki nüfuzu Sultan Muradın ölümündən sonra da dəyişmədi. Sultan Mehmedin taxta çıxışından sonra ona ilk tabe olan da Sadəttin Əfəndi oldu. Ən önəmlisi isə, gənc padşahın şahzadəlik dövründəki müəllimi olan Molla Nasuh cülus mərasimindən iki gün əvvəl vəfat etmiş, bu səbəblə Sadəttin Əfəndi xacəyi-sultani ünvanını daşımağa davam etmişdi. Bu əsnada Validə Safiyə Sultanın dəstəyini alaraq əzəldən bəri düşmən olduğu şeyxülislam Bostanzadə Mehmed Əfəndini gözdən saldı. Çox keçmədən Sultan Mehmed, vəzirliyə və elmi rütbələrə təyinatlarda Sadəttin Əfəndi ilə məşvərət edilməsi əmrini verdi və beləliklə, onun sarayda və dövlət idarəsindəki rolu artdı. Bununla da Qoca Sənan Paşa və Kürəkən İbrahim Paşa kimi ard-arda vəzifəyə gətirilən sədrəzəmlər də onunla yaxşı münasibətlər qurmağa məcbur oldular. Gələ biləcəyi ən yüksək rütbəyə gələn Sadəttin Əfəndi Sultan Mehmedin Avstriya üzərinə şəxsən səfərə qatılması üçün padşahı təşviq etmiş, Xaçoba müharibəsindəki qələbədə önəmli rol oynamışdır. Ordunun müharibədəki nizamına da qarışan Sadəttin Əfəndi padşahla birlikdə ordunun mərkəzində yer aldı və 3 gün davam edən müharibəni padşah və sədrəzəmlə birlikdə idarə etdi. Müharibənin ikinci günü (26 oktyabr 1596) Osmanlı cəbhəsi məğlub olmuş, Habsburq qüvvələri xəzinə sandıqlarının olduğu yerə qədər irəliləyərək burada öz bayraqlarını dalğalandırmışdı. Padşahın bu qədər yaxınına gələn düşmən qüvvələrindən çəkinən sədrəzəm Kürəkən İbrahim Paşa sultanın döyüş meydanından qaçması üçün hazırlıq görmüş, buna baxmayaraq Sadəttin Əfəndi Sultan Mehmedə hırka-ı səadəti geyindirərək müharibəni davam etdirməsi üçün tələbəsini təşviq etmişdir.
Xaçoba müharibəsindəki qələbə Sadəttin Əfəndinin nüfuzunu və təsirini daha da artırdı. Ancaq bu vəziyyət çox çəkmədi. Cığalızadə Sənan Paşanın Kürəkən İbrahim Paşanın yerinə sədarətə gətirilməsini istədiyi üçün Validə Safiyə Sultanla münasibətləri pisləşdi. Sultan Mehmed anasının təlkinləriylə Kürəkən İbrahim Paşanı yenidən sədarətə gətirdi və Sadəttin Əfəndini xacə-yi sultanlıqdan alaraq təyinatlara qarışmamasını buyurdu (28 yanvar 1597). Bu əsnada aralarında şeyxülislam Bostanzadə Mehmed Əfəndi və keçmişdə dost olduğu şair Bakinin də olduğu düşmənləri onun Məkkə qazısı olaraq mərkəzdən uzaqlaşdırılmasını təklif etsələr də, yaşlı olması səbəbilə bu təklif qəbul edilməmişdir.
Ancaq 10 ay sonra Kürəkən İbrahim Paşanın sədarətdən alınması (3 noyabr 1597) və Bostanzadə Mehmed Əfəndinin ölümü Sadəttin Əfəndini heç gözləmədiyi vaxtda şeyxülislam elədi. Yeni sədrəzəm Xədim Həsən Paşa şeyxülislamlığa namizəd olaraq şair Baki və Qaraçələbizadə Hüsaməddin Əfəndini göstərsə də, Sultan Mehmed Sadəttin Əfəndini seçdi və 1 aprel 1598-ci ildə xacə-yi sultani ünvanı sabit qalmaqla Xoca Sadəttin Əfəndi şeyxülislamlığa gətirildi.
Beləliklə, yenidən dövlət idarəsinin mərkəzində yer alan Sadəttin Əfəndi rəqiblərindən intiqam almağa başladı və yenə dövlət ilərinə müdaxilə etməyə başladı. Xədim Həsən Paşanı vəzifədən alaraq yerinə Cərrah Mehmed Paşanı sədarətə gətirtdi, ardından sədarətə gətirilən Kürəkən İbrahim Paşanı özünə tabe etdirdi. Hər cümə günü Ayasofya məscidində ona verilən suallarla bağlı türkcə, ərəbcə və farsca fətvalar yazmışdır. Ancaq şeyxülislamlığı çox çəkmədi və 2 oktyabr 1599 tarixində Sultan Murad üçün Ayasofya məscidində veilən mərasimə hazırlaşmaq üçün qüsl alarkən vəziyyəti pisləşdi. Buna baxmayaraq məscidə getdi və elə oradaca vəfat etdi. Şeyxülislamlığı 18 ay 2 gün davam edən Sadəttin Əfəndinin cənazə namazı yerinə gətirilən Sunullah Əfəndi tərəfindən Fateh məscidində qılındı və Əyyubsultanda öz adına inşa etdirdiyi darülkurranın həyətinə dəfn edildi.
Ailə şəcərəsi
redaktəPapazoğlu Mustafa Paşanın qızı Fatma Xatunla evli idi və bu nigahdan 5 oğlunun və 1 qızının olduğu məlumdur:
- Xocazadə Mehmed Çələbi Əfəndi
- Xocazadə Mehmed Əsad Əfəndi
- Xocazadə Məsud Əfəndi (1571/1572, İstanbul - sentyabr 1596) — 1593-1596-cı illərdə İstanbulun müxtəlif mədrəsələrində müdərris olaraq fəaliyyət göstərdi. İstanbulda yayılan taun epidemiyası səbəbilə gənc yaşda vəfat etdi. Cənazəsi atasının Əyyubsultanda inşa etdirdiyi darülkurranın həyətinə dəfn edildi.
- Xocazadə Əbdüləziz Əfəndi
- Xocazadə Mehmed Saleh Əfəndi
- Adı bilinməyən bir qızı — Əbussuud Əfəndinin oğlu Mustafa Əfəndinin oğlu olan Rumeli qazəsgəri Mehmed Əfəndi (ö. 1639) ilə evləndirildi.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Swartz A. Hoca Sadeddin // Open Library (ing.). 2007.
- ↑ 1 2 Hoca Sadeddin // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Hoca Sadeddin // Faceted Application of Subject Terminology.
- ↑ https://islamansiklopedisi.org.tr/hasan-can-celebi.
Mənbə
redaktə- Fâtih’in Teşkilât Kanunnâmesi (nşr. Abdülkadir Özcan, TD, sy. 33 [1982] içinde), s. 31–32;
- Âlî Mustafa, Künhü’l-ahbâr, DTCF Ktp., İsmail Saib Sencer, nr. I/1783, vr. 338b;
- Selânikî, Târih (İpşirli), bk. İndeks;
- Atâî, Zeyl-i Şekāik, s. 429–431;
- Peçuylu İbrâhim, Târih, II, 451;
- Kâtib Çelebi, Fezleke, I, 44, 83;
- a.mlf., Keşfü’ž-žunûn, I, 269, 284;
- Rızâ, Tezkire, İstanbul 1316, s. 46;
- Ayvansarâyî, Hadîkatü’l-cevâmi‘, I, 272 vd.;
- Cemâleddin, Osmanlı Târih ve Müverrihleri: Âyîne-i Zurefa, İstanbul 1314, s. 20 vd.;
- Hammer (Atâ Bey), VI–VII, tür.yer.;
- a.mlf., GOD, III, 98 vd.;
- Devhatü’l-meşâyih, s. 36–38;
- Sicill-i Osmânî, III, 18–19;
- Osmanlı Müellifleri, III, 67;
- İlmiyye Salnâmesi, s. 417–421;
- Gibb, HOP, I, 164, 205;
- Ahmed Refik [Altınay], Âlimler ve Sanatkârlar, İstanbul 1924, s. 93–128;
- a.mlf., Hoca Sadeddin, İstanbul 1933;
- a.mlf., On Altıncı Asırda İstanbul Hayatı: 1533–1591, İstanbul 1935, s. 31–32;
- Uzunçarşılı, Osmanlı Tarihi, III/2, s. 457–458, ayrıca bk. tür.yer.;
- Danişmend, Kronoloji, III, 525–526;
- Akdes Nimet Kurat, Türk-İngiliz Münâsebetlerinin Başlangıcı ve Gelişmesi: 1553–1610, Ankara 1953, tür.yer.;
- a.mlf., "Hoca Sadeddin Efendi’nin Türk-İngiliz Münâsebetlerinin Tesisi ve Gelişmesindeki Rolü", Fuad Köprülü Armağanı, İstanbul 1953, s. 305–316;
- Babinger (Üçok), s. 137–141;
- K. Schwarz — G. Winkelhane, Hoga Sadeddin, Staatsmann und Gelehrter (gest 1599), und seine Stiftung aus dem Jahre 1614, Bamberg 1986;
- Münir Aktepe, "Hoca Sadeddin Efendi’nin Tâcü’t-tevârih’i ve Bunun Zeyli Hakkında", TM, XIII (1958), s. 101–116;
- Aurel Decei, "Violenta disputa asupra Lui Mihai Viteazul şi a Tarii Romaneşti intre Hogea Sadeddin şi Muftiul Bostanzade, la 6 aprilie 1596", Apulum, XIII (1975), s. 299–313;
- Şefâettin Severcan, "Hoca Sadeddin Efendi ve Tarihçiliğimizdeki Yeri", EÜ İlâhiyat Fakültesi Dergisi, sy. 8, Kayseri 1992, s. 73–78;
- Şerâfeddin Turan, "Sa’d-eddin", İA, X, 27–32;
- B. Flemming, "Khodja Efendi", EI² (İng.), V, 27–28;
- Mustafa Uzun, "Gazi Giray II: Edebî Yönü", DİA, XIII, 453.