Avstriya Hersoqlugu - Wikipedia
Avstriya_hersoqluğu - Haqqında Məlumat
Avstriya hersoqluğu (Almanca: Erzherzogtum Österreich) — Müqəddəs Roma imperiyasına və Habsbuq monarxiyasına daxil olan dövlətlər arasında ən önəmlisi. Paytaxt şəhəri olan Vyana ilə birlikdə imperiya daha çox cənub-şərq bölgəsində mərkəzləşdirilmişdir.
Tarixi dövlət | |||||
Avstriya hersoqluğu | |||||
---|---|---|---|---|---|
|
|||||
|
|||||
|
|||||
Paytaxt | Vyana | ||||
Dilləri | Bavariya dialekti | ||||
Rəsmi dilləri | Alman dili | ||||
Dövlət dini | Roma-Katolik kilsəsi | ||||
İdarəetmə forması | Monarxiya | ||||
Sülalə | Habsburqlar | ||||
Hersoq | |||||
• 1453-1457 | I Ladislav (qraf) | ||||
• 1792-1806 | II Frans |
Habsburq ailəsi 1282-ci ildə Vyanada hakimiyyəti ələ aldı və 1453-cü ildə Müqəddəs Roma imperatoru III Fridrix tərəfindən rəsmi olaraq tanındı və hersoq elan edildi. XV əsrdən etibarən isə bir nəfər istisna olmaqla geridə qalan bütün Müqəddəs Roma imperatorları Avstriya hersoqu idi. 1526-cı ildə Bohemiya və Macarıstan torpaqlarının itirilməsiylə Avstriya hersoqluğu Avropada Müqəddəs Roma imperiyasının mərkəzinə çevrildi.
Mənbə
redaktə- Heinz-Dieter Heimann, Die Habsburger. Dynastie und Kaiserreiche. 2010. pp. 38–45. ISBN 3-406-44754-6