Windows 8 - Wikipedia
Windows 8 — Microsoft şirkətinin fərdi kompüterlər, noutbuklar və planşetlər üçün istehsal etdiyi əməliyyat sistemidir.
Windows 8 | |
---|---|
Yaradıcı | Microsoft |
İstehsalçı | Microsoft |
ƏS ailəsi | Windows NT |
Bazası | Windows 7, Windows NT |
Buraxılış tarixi | 26 oktyabr 2012[1] |
Son versiya | 6.2.9200 — 26 oktyabr 2012 — 6.3.9600 — 17 oktyabr 2013 |
Yenilənmə tezliyi | İldə bir dəfə |
Yenilənmə üsulu | Windows Update, Windows Store |
Dəstəklənən dillər | Çox dilli |
Dəstəklənən platformalar | x86, x64, ARM |
İnterfeys | Metro UI |
Lisenziya | EULA |
Vəziyyəti | Aktual deyil |
Əvvəlki | Windows 7 |
Növbəti | Windows 8.1 |
Veb-saytı | Rəsmi saytı |
Vikianbarda əlaqəli mediafayllar |
Windows 8 26 oktyabr 2012-ci ildə satışa çıxarılmışdır. Əməliyyat sisteminin planşet versiyasının birinci və ən gözəçarpan dəyişikliyi onun interfeysidir. Hazırda interfeysdə adət etdiyimiz "Start" düyməsi yoxdur, işçi masası isə klassik Windows -dan daha çox Windows Phone-a bənzədilir. Windows 8-də yüklənmə sürətini yüksəltmək, sistemin gözləmə rejimdən çıxma vaxtını azaltlmaq, enerji sərfiyyatı effektivliyini artırmaq, eləcə də personal kompüter istehsalçılarına, öz kompüterlərini əvvəlcədən qurulmuş əməliyyat sistemi ilə daha keyfiyyətli uyğunlaşdırmaq imkanı verən yeni alətlər təqdim edib. Windows 8 əməliyyat sisteminin final versiyasında qacetlər, yəni işçi masanın üzərində olan, informasiya və ya alətlərə qısa yol olan mini proqram əlavələri yoxdur. Əməliyyat sistemində iki yeni arxitektura dəstəklənir: SoC ("çip üzərində sistem" – System on a Chip) və ARM-dən gedir. Portativ qurğular üçün nəzərdə tutulmuş hər iki arxitektura ənənəvi "x86" platformasına nisbətən daha kiçik enerji sərfiyyatı və maya dəyəri ilə fərqlənir. Microsoft şirkətinin hesablamasına görə, Windows 8 əməliyyat sistemi istifadəyə verildikdən 3 gün sonra onun 4 milyondan çox surəti satılıb.
Yenilikləri və dəyişikləri
redaktə- Yeni Metro UI interfeysi və tam ekranlı Start
- Lokal istifadəçi yaratmaqla yanaşı, Microsoft hesabı ilə istifadəçi yaratmaq imkanı.
- Windows Explorer -in adı "File Explorer" -ə dəyişib, və ribbon interfeysi əlavə edilib.
- Task Manager redizayn edilib, tab-lara ayrılıb, və müasir Windows Task Manager-ə oxşardır.
- Windows Store (Microsoft Store) birinci dəfə bu ƏS-də meydana çıxdı.
- Store-ilə birlikdə bir çox yeni quraşdırılmış tətbiqlər də mövcüddur.
- Internet Explorer 10 - metro və klassik variyanları mövcüddur.
- Charms Bar - ekranın sol tərəfində panel, yanlız Windows 8-x də mövcüddur.
- "PC Ayarları" - yeni ayarlar tətbiqi, idarəetmə paneli-ni əvəz etmək məqsədi ilə yaradılmışdır.
- Lock Screen
- Yeni klaviaturanın düzümünün seçimi
Bu funksiyalar Windows 8-də yığışdırıldı:
- Start düyməsi və köhnə Start menyusu
- Windows Aero və pəncərələrin şəffaflığı
- Windows Vista/7 standart oyunları
- Windows Media Center (bir buraxılışında qaldı)
- Windows qacetləri
İnkişaf tarixi
redaktəDeveloper Preview - Consumer Preview - Release Preview - RTM
Windows 8.1-in yaradılması
Aparat tələbləri
redaktəTakt tezliyi 1 GHs olan prosessor, 2 GB operativ yaddaş, sərt diskdə 20 GB sərbəst yer, ən azı 1366x768 və DirectX 9 formatı dəstəkləməlidir.[2]
Buraxılış növləri
redaktəWindows 8 (Core) - ev istifadəçiləri üçün əsas buraxılış növü.
Windows 8 "Bing ilə" - Internet Explorer-in axtarış sistemi Bing-dir və onu dəyişmək olmur.
Windows 8 "Bir dil üçün" - sistem bir dildədir və onu dəyişmək olmur.
Windows 8 Pro - Core-dan muqasiyədə əlavə funksiyalar mövcüddur.
Windows 8 "Pro Windows Media Center ilə" - Windows Media Center mövcüddür.
Windows 8 Enterprise - korporativ seqment üçün buraxılış növü.
Windows RT - Windows 8-in ARM versiyası, planşetlər üçün yaradılıb, təkcə Windows Store-da olan tətbiqlərdən istifadə etmək olar.
İstinadlar
redaktə- ↑ "Вышла Windows 8". Лента.ру. 26 октября 2012. 2012-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-26.
- ↑ "Windows 8-lə tanışlıq: plitka şəkilli interfeys və sensor idarəetmə". 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-05.