Hers - Wikipedia
Hers (qısaca ing. Hz, azərb. Hs) — Beynəlxalq vahidlər sistemində (Sİ) dövri proseslərinin (məs. yırğalanma) hmg tezliyinin vahididir. Hers — xüsusi adlanmaya və işarəyə malik törəmə vahididir. Beynəlxalq sistemin başqa vahidləri kimi Hs-də müəyyən ifadəyə malikdir:
Hers | |
---|---|
Ümumi məlumatlar | |
Ölçdüyü anlayış | Tezlik[1][2] |
Adını daşıyır | Henrix Hers |
Vikianbarda əlaqəli mediafayllar |
- 1 Hs = 1 san−1
1 Hers — cismin 1 saniyə müddətində 1 tam dövrünün malik olduğu tezliyə bərabərdir. Sİ-nin qaydalarına əsasən Hers vahidin yazılışı birinci hərfi böyük olmaqla sətri hərflərlə ilə yazılır.
Tarixi
redaktəVahid XIX əsrdə yaşamış və elektrodinamikanın inkişafında misilsiz töhfələri olan alman fiziki Henrix Hersin şərəfinə adlandırılmışdır. Ad 1930-cu ildə Beynəlxalq elektrotexnika komissiyası tərəfindən təsis edilmişdi.[3]. 1960-cı ildə XI Baş konfransda bu ad Sİ-də tezliyin vahidi olaraq qəbul edilmişdi.
Bölünənləri və ayrı-ayrı vahidləri
redaktəOnluq bölünən ədədləri və ayrı-ayrı vahidlər Sİ-in standart ön şəkilçilərinin köməyi ilə yaradır.
Dərəcəsi | Adı | Simvolu | Dərəcəsi | Adı | Simvolu |
---|---|---|---|---|---|
100 | Hers | Hs | ~ | ~ | ~ |
101 | dekaHers | deHs | 10−1 | desiHers | dHs |
102 | hektaHers | hHs | 10−2 | santiHers | cHs |
103 | kiloHers | KHs | 10−3 | milliHers | mHs |
106 | meqaHers | MHs | 10−6 | mikroHers | µHs |
109 | giqaHers | GHs | 10−9 | nanoHers | nHs |
1012 | teroHers | THs | 10−12 | pikoHers | pHs |
1015 | pekaHers | PHs | 10−15 | femtoHers | fHs |
1018 | eqzaHers | EHs | 10−18 | attoHers | aHs |
1021 | zettaHers | ZHs | 10−21 | zeptoHers | zHs |
1024 | yottaHers | YHs | 10−24 | yoktoHers | yHs |
Hers və Bekkerel
redaktəSİ-də hersdən başqa daha eyni bərabərliyə malik (1/s) bir törəmə vahid mövcuddur: bekkerel törəmə vahidi. Vahidlərin ikisi də bərabərliyə malikdir, amma adlarının müxtəlifliyi, onların tətbiq sferalarının fərqi ilə bağlıdır: Hers yalnız dövri proseslər üçün istifadə olunur, amma Bekkerel — yalnız radionuklidlərin[4] dağılmasının təsadüfi prosesləri üçün istifadə olunur.
Maraqlı faktlar
redaktə- İnsan qulağıyla qəbul edilən tezliklərin orta diapazonu 20 Hs-dan 20 KHs-a qədər uzanır.
- Sakit vəziyyətdə ürək təxminən 1 Hs tezliklə döyünür (qeyd: almanca tərcümədə "Herz" sözü "ürək" sözüdür. Ancaq, böyük fizikin soyadı Hertz yazılır).
- Birinci oktavanın lya notunun tezliyi 440 Hs təşkil edir. Kamertonun standart tezliyidir.
- İnsan tərəfindən qəbul edilən elektromaqnit sahəsinin tərəddüd tezlikləri şüa (işıq) kimi, 3,9 * 1014-dan 7,9*1014 Hs diopazonuna qədər uzanır.
İstinadlar
redaktə- ↑ 6.5.3 // Quantities and units—Part 1: General (ing.). 1 ISO, 2009. P. 18. 41 p.
- ↑ SI A concise summary of the International System of Units, SI (ing.). 2019.
- ↑ "BEK-in tarixi" (ingilis). BEK. 2013-06-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013 - 09-01.
- ↑ "Units with special names and symbols (ing.) Beynəlxalq büronun saytında simvollar və adlar". 2009-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-03.