Axtaris Sistemi - Wikipedia
Axtarış_sistemi - Haqqında Məlumat
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Axtarış sistemi (ing. Search engine) – Veb-də informasiyanı açar sözlərə, mövzulara və s. görə axtarmağa imkan verən proqram (məsələn, Bing, DuckDuckGo, Google, Rambler, Yahoo!, Yandex). Axtarış sistemləri avtomatlaşdırılmış indekslərdir və hər axtarış sisteminin öz verilənlər bazası var. Buna görə də eyni açar sözlərə görə müxtəlif axtarış sistemlərində axtarış etdikdə fərqli nəticələr alınır. Bəzən axtarış nəticələrində mətləbə dəxli olmayan informasiyalar çıxır, çünki elə bir veb-alət yoxdur ki, bütün Veb’i indeksləsin (nizamlasın). Axtarış sistemləri üç əsas hissədən ibarət olur:
- Axtarış sistemi proqramının özü əsas komponentdir. Bu proqram öz verilənlər bazasında saxlanılan milyonlarla yazının içərisində axtarış aparır.
- İkinci hissə hörümçək (SPİDER), yaxud soxulcandır (CRAWLER). Axtarış sistemi robotu olan hörümçək İnternetdə açar sözlərə görə axtarış aparır. O, tapdığı səhifələri axtarış sisteminə verir. Onun hörümçək adlandırılmasına səbəb, Veb’də aramsız sürünməsi, veb-saytaları yoxlaması və istinadları tapması ilə bağlıdır. Hörümçək dəyişiklikləri nəzərə almaq üçün, demək olar ki, hər ay qabaqlar baxmış olduğu veb-saytlara yenidən dönə bilər.
- Axtarış sisteminin üçüncü hissəsi indeks, yaxud indeksləyicidir. Hörümçək veb-səhifəni tapan kimi onu indeksə təqdim edir. Veb-səhifə indekslənibsə, o, bu axtarış sisteminin hər bir istifadəsi zamanı "göz qabağında" olacaq.
Ədəbiyyat
redaktə- İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 756 s.
İnternet haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |