Vikipediya Heftenin Secilmis Siyahisi Oktyabr 2024 - Wikipedia
Həftənin seçilmiş siyahısı arxivi
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
- 41. Həftə
UEFA İntertoto Kubokunu qazanan məşqçilərin siyahısı — UEFA İntertoto Kuboku turniri Çempionlar Liqası və ya UEFA Kuboku yarışmasına qatılmağa müvvəffəq olmayan Avropa klubları üçün yay aylarında Avropa Futbol Assossasiyası tərəfindən təşkil edilən futbol turniri idi. Bu turnir UEFA Kubokuna qatılmaq üçün alternativ yol sayılırdı. Turnir 1995-ci ilədək UEFA tərəfindən tanınmadı və 2009-cu ildə fəaliyyəti dayandırıldı. 1995-ci ildə ilk dəfə təşkil olunan turniri iki komanda qazandı və qalib komandalar UEFA Kuboku turnirinə qatılmağa müvəffəq oldular. İlk qalib məşqçilər isə fransız Jaki Duqperoks və Yuqoslaviyadan Slavolub Muslin oldu. Növbəti mövsümdən etibarən 2005-ci ilədək hər mövsüm turniri iki deyil, üç klub qazanmağa nail oldu. Burada isə fransız məşqçilərin üstünlüyü nəzərə çarpırdı. 2006-cı ildə yarışın formatında dəyişiklik edilərək 5 tur oynanılan turnir 3 tura endirildi və üçüncü turu keçən klublara UEFA Kubokunun ikinci təsnifat mərhələsində oynama şansı verildi. İntertoto Kuboku turniri klublara UEFA Kuboku turnirində iştirak etmək üçün ən uzun yolu təqdim edirdi. 2006-cı ildə turniri Qlen Royderin başçılığı altında "Nyukasl Yunayted" klubu qazandı. Alman məşqçi Yup Haynkes (şəkildə) turniri 2 dəfə və ardıcıllıqla (2003–2004) qazanan yeganə məşqçidir. O, bu uğura "Şalke"nin baş məşqçisi kimi nail olmuşdur. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 42. Həftə
Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı — Amerika kino sənəti akademiyasının 1929-cu ildən etibarən hər il təqdim etdiyi nüfuzlu mükafat. Mükafatın namizədləri (sayı 5-dən çox olmayaraq) gizli səsvermə vasitəsilə irəli sürülür. Qalib akademiyanın həmişəlik seçilmiş bütün aktiv üzvlərinin ümumi səsverməsi nəticəsində təyin edilir. Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı 1929-cu ildən etibarən təqdim olunur. Mükafatın ilk laureatı "Sonuncu göstəriş" və "Bütün cisimlərin yolu" filmlərindəki rollarına görə qalib elan edilmiş Emil Yanninqs olmuşdur. Birinci mərasimin ilk namizədləri arasında "Sirk" filmi ilə Çarli Çaplin də olmuşdur. Lakin o, ümumi siyahıdan kənar olaraq, ayrıca xüsusi mükafat qazanmışdır.
bax – müzakirə et – redaktə et – tarixçə
- 43. Həftə
Süngər Bob Kvadrat Şalvar cizgi serialının seriyalarının siyahısı — "Süngər Bob Kvadrat Şalvar" "Nickelodeon" üçün okean bioloqu və animator Stiven Hillenburq tərəfindən hazırlanmış amerikan cizgi serialıdır. Cizgi serialındakı hadisələr "Bikini Bottom" adlı uydurma sualtı şəhərində cərəyan edir və digər personajları qıcıqlandıran həddindən artıq optimist olan Süngər Bob Kvadrat Şalvar adlı dəniz süngərinin macəraları haqqında bəhs edir. Şounun bir çox ideyaları Hillenburqun 1980-ci illərin ortalarında düzəltdiyi "The Intertidal Zone" adlı nəşr olunmamış, maarifləndirici komiksə əsaslanır. O, Süngər Bob Kvadrat Şalvar cizgi serialının üzərində işləməyi "Rokkonun müasir həyatı" adlı başqa "Nickelodeon" serialının ləğvindən sonra başladı, Hillenburqun özü də sonuncunun rejissorlarından biri olmuşdur. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 44. Həftə
Gürcüstan azərbaycanlılarının siyahısı — (şəkildə Əlimərdan bəy Topçubaşov təsvir olunub) Gürcüstan hüdudlarında tarixən yaşayan və ya sadəcə doğulan azərbaycanlılar.
Gürcüstanda yaşayan azərbaycanlıların etnik tərkibini qarapapaqlar, qıpçaqlar, saklar, gögərlər və digər türkdilli tayfalar təşkil edir. Hazırda azərbaycanlılar əsasən Gürcüstanın Borçalı (Aşağı Kartli diyarı), Kaxeti və Msxeta-Mtianeti bölgələrində, Acarıstan Muxtar Respublikasında, həmçinin Tbilisi, Rustavi şəhərlərində tarixən kompakt şəkildə yaşayırlar. |
bax – müzakirə et – redaktə et – tarixçə