Msxeta Mtianeti - Wikipedia
Mtsxeta-Mtianeti diyarı (gürc. მცხეთა-მთიანეთის მხარე), Gürcüstanın doqquz diyarından (gürcücə: მხარე) biri. İnzibati mərkəzi Gürcüstanın qədim paytaxtı olan Mtsxeta şəhəridir. Ölkə Rusiya ilə həmsərhəddir və bir neçə gürcü tarixi bölgələrini əhatə edir: Ertso-Tianeti, Mtiuleti, Xevi, Xevsureti, Pşaviya və Daxili Kartli. Mtsxeta-Mtianetinin bir hissəsi hal-hazırda separatçı Cənubi Osetiya qüvvələrinin işğalı altındadır.
Msxeta-Mtianeti | |
---|---|
მცხეთა-მთიანეთის მხარე | |
42°17′ şm. e. 44°45′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Mtsxeta |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1995 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | GE-MM |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
İnzibati-ərazi bölgüsü
redaktəMtsxeta-Mtianeti rəsmi olaraq beş bələdiyyədən ibarətdir:
- Duşeti bələdiyyəsi
- Kazbegi bələdiyyəsi
- Mtsxeta bələdiyyəsi
- Tianeti bələdiyyəsi
- Axalqori bələdiyyəsi — hal-hazırda tanınmamış Cənubi Osetiya respublikasının işğalı altındadır.
Coğrafiyası
redaktəQafqaz dağları ölkəni iki yerə bölür. Daha kiçik olan şimal hissəsində Kazbegi və qismən Duşeti bələdiyyəsi yerləşir, qalan bələdiyyələr isə cənubdadır.
Tarixi
redaktə1801-ci ildə Rusiya imperiyasının tərkibinə girməkdən əvvəl Mtsxeta-Mtianetinin ərazisi Kartli-Kaxeti çarlığının bir hissəsi olmuşdur. Çar dövründə 1840–1846 ildə Gürcüstan-İmeretiya quberniyası, sonradan isə Qutayıs və Tiflis quberniyaları arasında bölünmüşdür.
Siyasi vəziyyəti
redaktə1990-cı illərin əvvəlində Cənubi Osetiya münaqişəsi nəticəsində Axalqori bələdiyyəsinin qərb hissəsi separatçı qüvvələr tərəfindən işğal altına düşmüşdür, lakin bələdiyyə mərkəzi faktiki olaraq Gürcüstanın nəzarəti altında idi. 2008-ci il Rusiya-Gürcüstan müharibəsi nəticəsində Axalqori bələdiyyəsi bütövlüklə işğalçı qüvvələr tərəfindən zəbt olunmuş, əhalinin 80%-inə qədər insan məcburi köçkün kimi Gürcüstanın digər bölgələrinə üz tutmuşdur.
Əhalisi
redaktə2002-ci ildə Mtsxeta-Mtianetidə (Gürcüstanın nəzarət etdiyi ərazidə) 125.443 nəfər yaşamışdır. 2008-ci ilin əvvəlində qiymətləndirməyə görə bu rəqəm 118.100 nəfərə, 2009-cu ildə isə (Axalqori bələdiyyəsi çıxmaqla) 97.600 nəfərə enmişdir.[1]
2014-cü ildə Gürcüstan əhalisinin rəsmi siyahıyaalmasına görə diyarın əhalisi 94.573 nəfər. Mtsxeta-Mtianetinin əhalisi əksərən gürcülərdən (94.573 nəf., 94,5%), o cümlədən onların azsaylı subetnik qrupları olan pşavlar, moxevlər və xevsurlardan ibarətdir. Osetinlər (1.327 nəf., 1,4%) Kazbegi bələdiyyəsinin qərb hissəsində (Truso keçidində) və Tiflisin yaxınlığındakı Mtsxeta bələdiyyəsində yaşayırlar. Mtsxetada həmçinin nisbətən çoxsaylı azərbaycanlı (2.316 nəf., 2,4%) icması da yaşayır. Digər etnik qrupların sayı (ruslar, ermənilər və s.) min nəfəri ötmür.[2]
-
Arqun vadisi
-
Bagineti dağından Mtsxetanın və Svetitsxoveli məbədinin mənzərəsi
-
Muxrani dərəsində Ksani qalası
-
Qudaurinin ətrafı, Qudi keçidi
-
"Nataxtari" pivə zavodu
-
Şatili kəndi
İstinadlar
redaktə- ↑ 2003–2008-ci illərdə Gürcüstan əhalisinin Gürcüstan Respublikası İqtisadi inkisaf Nazirliyi statistika departamentinin qiymətləndirməsi (ingiliscə)[ölü keçid]
- ↑ "Ethnic composition of Georgia 2014". 2018-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-26.