Gurcustan Azerbaycanlilarinin Siyahisi - Wikipedia
Gürcüstan azərbaycanlıları siyahısı — Gürcüstan hüdudlarında tarixən yaşayan və ya sadəcə doğulan azərbaycanlılar.
Gürcüstanda yaşayan azərbaycanlıların etnik tərkibini qarapapaqlar, qıpçaqlar, saklar, gögərlər və digər türkdilli tayfalar təşkil edir. Hazırda azərbaycanlılar əsasən Gürcüstanın Borçalı (Aşağı Kartli diyarı), Kaxeti və Msxeta-Mtianeti bölgələrində, Acarıstan Muxtar Respublikasında, həmçinin Tbilisi, Rustavi şəhərlərində tarixən kompakt şəkildə yaşayırlar. 2007-ci ilə olan təxminə əsasən sayları 360,000[1] nəfərdir.
Hələ eramızdan əvvəl Gürcüstanın cənub və cənub-şərq ərazisində türkdilli tayfaların yaşaması haqqında çoxsaylı mənbələr, o cümlədən gürcü mənşəli tarixçilərin və etnoqrafların da etirafları mövcuddur.[2] XV–XVI əsrlərdə Qafqazda türk faktorunun güclənməsi ilə əlaqədar olaraq Gürcüstana da etnik azərbaycanlıların kütləvi köç etməsi müşahidə olunmuşdur. Borçalının dağətəyi və dağlıq bölgələrində hazırda mövcud olan kəndlərin bir çoxu məhz bu dövrdə meydana gəlmiş və ya böyümüşdür. XVII əsrin ilk yarısında İran şahları, xüsusilə I Şah Abbas tərəfindən Kartli və Kaxeti çarlığı ərazisinə azərbaycanlıların, İranın Fereydan əyalətinə isə gürcülərin köçürülməsi və ya köçünün stimullaşdırılması bəzi tarixçilər tərəfindən dini-etnik ayrı-seçkilik kimi xarakterizə edilsə də, şahlığın ərazisində yaşayan xalqların coğrafi diversifikasiyası yolu ilə idarə edilməsinin asanlaşdırılması kimi tarixi mühakimələr daha inandırıcı görünür.[3]
Gürcüstan azərbaycanlılarının siyahısı
redaktəİctimai-siyasi və dövlət xadimləri | ||||
---|---|---|---|---|
Əlimərdan bəy Topçubaşov (1862–1934) |
||||
Görkəmli siyasi xadim. Diplomat, hüquqşünas. Çar Rusiyasında Birinci Dövlət Dumasının üzvü (1905), Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü (1917), Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Sədri (1918–1920).[4] | ||||
Emin ağa Acalov (1868–1937) |
||||
Borçalı Qarapapaq Türk Cümhuriyyətinin sədri (1917–1918), Cənub-Qərbi Qafqaz Türk Respublikasının Dövlət başçısı (1918–1919).[5] | ||||
Ömər Faiq Nemanzadə | ||||
Gürcüstan SSR Müvəqqəti İnqilab Komitəsinin üzvü, Gürcüstan SSR Müsəlman İşləri Üzrə Şuranın 1-ci sədri.[6] | ||||
Nəriman Nərimanov (1870–1925) |
||||
İctimai-siyasi xadim, yazıçı, publisist, Azərbaycan SSR-in ilk dövlət və hökumət başçısı, Sovet Sosialist Respublikaları İttifaqının ilk dövlət başçılarından biri, SSRİ MİK-in sədri (1922–1925).[7] | ||||
Ayvaz Həsənov (1929–1990) |
||||
Gürcüstan SSR Ali Sovetinin deputatı (1970–1980), Gürcüstan SSR kənd təsərrüfatı nazirinin müavini (1975–1981), Gürcüstan SSR Marneuli Rayon İcraiyyə Komitəsinin Sədri (1989–1990).[8] | ||||
Həsən Seyidov (1932–2004) |
||||
Azərbaycan SSR Nazirlər Sovetinin 9-cu sədri (1981–1988), Azərbaycan SSR Ali Sovetinin deputatı (1981), SSRİ Nazirlər Soveti Rəyasət Heyənin üzvü, SSRİ Ali Sovetinin deputatı.[9] | ||||
Həsən Həsənov (1940-) |
||||
Azərbaycan SSR və Azərbaycan Respublikasının siyasi və dövlət xadimi, diplomat, alim, tarix elmləri doktoru (2006), Azərbaycan SSR Nazirlər Sovetinin sədri (1990–1992), Azərbaycan Respublikasının BMT-də ilk daimi nümayəndəsi və ilk fövqəladə və səlahiyyətli səfiri (1992–1993), Azərbaycan Respublikasının Xarici İşlər Naziri (1993–1998), Macarıstan (2004–2010) və Polşada (2010-dan indiyə qədər) fövqəladə və səlahiyyətli səfiri.[10] | ||||
Ramiz Həsənov (1961-) |
||||
Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri (2004–2005), Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri (2005–2018), Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini (2018-günümüzədək).[11] | ||||
Pərixan Sofiyeva (????-1953) |
||||
Müsəlman dünyasında millət vəkili seçilən ilk qadın.[12] | ||||
Hüseyn Məmmədov (1875-????) |
||||
Siyasətçi, "Hümmət" partiyasının həmtəsisçisi, Gürcüstan Müəssislər Məclisinin üzvü (1919–1921).[13] | ||||
Natiq Cəfərli (1972-) |
||||
Respublikaçı Alternativ Partiyasının həmtəsisçisi və sədr müavini, iqtisadçı.[14] | ||||
Tofiq Yaqublu (1961-) |
||||
Müsavat Partiyası sədrinin keçmiş müavini, jurnalist.[15] | ||||
Savalan Mirzəyev (1986-) |
||||
Gürcüstan dövlət və ictimai-siyasi xadimi[16][17], Gürcüstan Baş Nazirinin Müşaviri, 2009–2013-cü illərdə Gürcüstan Reinteqrasiya Məsələləri üzrə Dövlət Nazirinin Müşaviri.[18] | ||||
Elxan Poluxov (1971-) |
||||
Azərbaycan Respublikasının dövlət xadimi və tanınmış diplomatı, Azərbaycanın Braziliyadakı fövqəladə və səlahiyyətli səfiri.[19] Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin Rəhbəri (2009–2011) | ||||
Məşhur alimlər | ||||
Hamlet İsaxanlı (1948–) |
||||
Riyaziyyatçı alim, şair, humanitar elmlər üzrə tədqiqatçı; Xəzər Universitetinin təsisçisi.[20] | ||||
Zahid Xəlilov (1911–1974) |
||||
Azərbaycan SSR-nın dövlət xadimi, görkəmli riyaziyyatçı-alim, akademik, 1962–1967-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Prezidenti. | ||||
Aslan İsmayılov (1958-) |
||||
Hüquqşünas, 1986–1989-cu illərdə Stavropol diyarının Zelençuk rayon xalq məhkəməsinin sədri. 1989–1993-cü illərdə Azərbaycan Respublikası Prokurorluğunda məhkəmələrə nəzarət şöbəsinin prokuroru, 1993–1994-cü illərdə isə AR Prezidenti Aparatının dövlət-hüquq şöbəsinin baş məsləhətçisi.[21] | ||||
Kamal Talıbzadə (1923–2006) |
||||
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, tanınmış ədəbiyyatşünas.[22] | ||||
Asif Hacılı (1960-) |
||||
Bakı Slavyan Universitetinin rektoru (2014-cü ildən), ədəbiyyatşünas, folklorçu, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü.[23] | ||||
Səlahəddin Xəlilov (1952-) |
||||
Fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü.[24][25] | ||||
Süleyman Qasımov (1961-) |
||||
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti.[26] 2006-cı ildə "Tərəqqi" medalı, 2011-ci ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir. İqtisad elmləri doktorudur, 1 elmi əsər, 15-dən çox elmi məqalə müəllifidir. | ||||
Hərbi xadimlər | ||||
İsrafil bəy Yadigarov (1815–1884) |
||||
Rusiya Çar Ordusunda xidmət etmiş türk əsilli ilk yüksəkrütbəli hərbçi; general-leytenant.[27] | ||||
Həsən bəy Ağalarov (1812–1883) |
||||
General-leytenant, Çar Rusiyasının hərbi xadimi.[28] | ||||
Firudin bəy Vəzirov (1850–1925) |
||||
General-mayor, Çar Rusiyasının hərbi xadimi.[29] | ||||
Vəli bəy Yadigarov (1897–1971) |
||||
Polkovnik, Çar Rusiyasının hərbi xadimi.[30] | ||||
Davud bəy Yadigarov (1881–1920) |
||||
Azərbaycan Xalq Cümhuriyyətinin general-mayoru.[31] | ||||
Əbdülhəmid bəy Qaytabaşı (1880–1920) |
||||
Hərbi xadim, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun general-mayoru.[32] | ||||
Yusif Ziya Talıbzadə (1877–1923) |
||||
Pedaqoq, siyasətçi, hərbçi (general-mayor).[33] | ||||
Hacırəhim Məmmədov (1948-????) |
||||
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının keçmiş rəisi. | ||||
Cavanşir Məmmədov (1953-) |
||||
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru.[34] | ||||
Zakir Qaralov (1956-) |
||||
Azərbaycan Respublikasının Baş Prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri.[35] | ||||
Şair və yazıçılar | ||||
Abdulla Şaiq (1881–1959) |
||||
Klassik Azərbaycan şairi, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimi (1940).[36] | ||||
Zəlimxan Yaqub (1950–2016) |
||||
Azərbaycanın xalq şairi (2005), ictimai xadim. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı (1995–2005).[37] | ||||
İncəsənət mədəniyyət xadimləri | ||||
Rəşid Behbudov (1915–1989) |
||||
Azərbaycan müğənnisi, SSRİ-nin xalq artisti, SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Dağıstanın xalq artisti, Gürcüstanın əməkdar incəsənət xadimi.[38] | ||||
Möhsün Sənani (1900–1981) |
||||
Azərbaycan aktyoru, Azərbaycan SSR xalq artisti. | ||||
İbrahim İsfahanlı (1897–1967) |
||||
Aktyor, rejissor, teatr təşkilatçısı, Gürcüstan SSR-in Xalq artisti.[39] | ||||
Niyazi (1912–1984) |
||||
Azərbaycanlı dirijor və bəstəkar. SSRİ Xalq Artisti, SSRİ Dövlət Mükafatı laureatı. 2-dəfə Stalin mükafatı və 2-dəfə Lenin ordeni laureatı. Beynəlxalq Nehru mükafatı laureatı. Sosialist Əməyi Qəhrəmanı.[40] | ||||
Gövhər Qazıyeva (1897–1960) |
||||
İlk azərbaycanl qadın aktrisa.[41] | ||||
Xədicə Qayıbova (1893–1938) |
||||
İlk azərbaycanlı qadın pianoçulardan biri.[42] | ||||
Şövkət Məmmədova (1897–1981) |
||||
İlk peşəkar Azərbaycan qadın müğənnisi (lirik koloratur soprano). SSRİ xalq artisti (1938). Azərbaycan opera ifaçısı və müəllimi.[43]. Azərb. SSR Ali Sovetinin (1–4 çağırış) deputatı olmuş, 2 dəfə Lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdir.[44] | ||||
Qeysər Kaşıyeva (1893–1972) |
||||
İlk azərbaycanlı qadın pianoçulardan biri, rəssamlıq təhsili almış ilk azərbaycanlı rəssam qadın.[45] | ||||
Şəmistan Əlizamanlı (1969–) |
||||
Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, mətn oxuyan və aparıcı.[46] | ||||
Okaber (1987–) |
||||
Azərbaycanlı repçi.[47] | ||||
Nodar Şaşıqoğlu (1927–2013) |
||||
Dramatik teatr və kino aktyoru, Azərbaycan və Rusiyanın Xalq Artisti.[48] | ||||
Əli Qurbanov (1898–1962) |
||||
Aktyor, Azərbaycan SSR-nin xalq artisti (1940).[49] | ||||
Əzizə Məmmədova (1892–1961) |
||||
Aktrisa, Azərbaycan SSR-nin əməkdar artisti (1936).[50] | ||||
Əsgər İsmayılov (1905–1983) |
||||
Kinooperator, Azərbaycan SSR-in əməkdar incəsənət xadimi (1964).[51] | ||||
İdmançılar | ||||
Kamandar Məcidov (1961–) |
||||
Yunan-roma güləşçisi, 62 kq çəki dərəcəsində olimpiya oyunları, dünya, Avropa və SSRİ çempionu.[52] | ||||
Fərid Mansurov (1982–) |
||||
Yunan-roma güləşçisi, 66 kq çəki dərəcəsində 2004-cü il Yay Olimpiya oyunlarının qızıl medalçısı, ikiqat dünya çempionu.[53] | ||||
Zabit Səmədov (1984-) |
||||
Kikboksçu.[54] | ||||
Ramilə Kaştayeva (1987–) |
||||
Azərbaycan cüdoçusu, cüdo üzrə idman ustası, 2010-cu il dünya çempionatının bürünc mükafatçısı,[55] ikiqat Azərbaycan çempionu.[56][57] | ||||
Aydın Hüseynov (1957–2003) |
||||
Azərbaycan şahmatçısı, beynəlxalq qrosmeyster (1998).[58][59] | ||||
Digərləri | ||||
Nigar Şıxlinskaya (1878–1931) |
||||
İlk azərbaycanlı şəfqət bacısı. General Əliağa Şıxlinskinin həyat yoldaşı.[60] | ||||
Dilarə Əliyeva (1929–1991) |
||||
Ədəbiyyatşünas, tərcüməçi, 1960-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstanın əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, 1988-ci il Azərbaycan Xalq Hərəkatının fəal iştirakçısı, Azərbaycan SSR Ali Sovetinin deputatı (1990). | ||||
Xədicə Əlibəyova (1884–1961) |
||||
Azərbaycan maarifpərvəri, publisist, naşir, Azərbaycanda ilk qadın redaktor.[61][62] | ||||
Ramin Musayev (1963-) |
||||
Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti.[63][64] | ||||
Rəhilə xanım Hacıbababəyova (1891–1954) |
||||
Azərbaycanın maarifpərvər qadınlarından biri — Bakıda müsəlman qızlar üçün olan ilk ali-ibtidai məktəbin müdiri.[65] | ||||
Şəfiqə Əfəndizadə (1883–1959) |
||||
Maarif xadimi, yazıçı, publisist. AXC parlamentinin yeganə qadın əməkdaşı, Cənubi Qafqazın ilk qadın jurnalisti hesab edilir.[66] | ||||
İsmayıl Ömərov (1954-) |
||||
İctimai Televiziyanın keçmiş rəhbəri (2005–2013). | ||||
Əflatun Amaşov (1957-) |
||||
Azərbaycan Respublikası dövlət və ictimai-siyasi xadimi, tanınmış jurnalist və publisist. Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Mətbuat Şurasının Sədri."RUH" Azərbaycan Jurnalistlərinin Hüquqlarının Müdafiə Komitəsinin keçmiş sədri, Azərbaycan Mətbuat Şurasının sədri.[67] | ||||
Azər Süleymanov (1967-) |
||||
Gürcüstan Respublikasının ictimai-siyasi xadimi. Gürcüstan parlamentinin deputatı.[68] |
İstinadlar
redaktə- ↑ "Etnologue report for Georgia". 2012-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-14.
- ↑ "Gürcüstan tarixi, I hissə, 32-47-ci səhifələr (rus dilində)". 2010-11-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-14.
- ↑ "Tarixçi alim Kərəm Məmmədovun Borçalı tarixi haqqında məqalələri (azərbaycan dilində)". 2010-04-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-14.
- ↑ "Əlimərdan bəy Topçubaşovun təvəllüd tarixi haqda". 525.az. 2017-06-17 tarixində arxivləşdirilib.
- ↑ "EMİN AĞA ACALOV VƏ CƏNUB-QƏRBİ QAFQAZ CÜMHURİYYƏTİ". yenicag.az. 2015-07-10 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "Ömər Faiq Nemanzadə və azərbaycançılıq ideyası". sesqazeti.az. 2016-03-07 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "Nəriman Nərimanov - alovlu vətənpərvər, böyük türk təəssübkeşi". 525.az. 2016-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-14.
- ↑ "Ayvaz Həsənovun şəxsiyyəti gürcü və Azərbaycan xalqlarının dostluq etalonu idi". Zim.az. 2019-10-28 tarixində arxivləşdirilib.
- ↑ "Xalqa təmənnasız xidmət nümunəsi Həsən Seyidov – 80". anl.az.
- ↑ "Heydər Əliyev iqtidarının sabiq naziri - 72 yaşlı "kərpic Həsən"". modern.az. 2016-03-04 tarixində arxivləşdirilib.
- ↑ "Nazir Müavinləri" (az.). mfa.gov.az. 2018-09-29 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "The World's First Democratically Elected Muslim Woman was from Azerbaijani Village of Georgia". 2019-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-20.
- ↑ "მამედოვი ჰუსეინ ყული-მამედ-ოღლი". Archive.ge (gürcü). 2022-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-11.
- ↑ "Tərcümeyi-hal". Natigjafarli.real2020.org (az.). 2020-01-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-02-11.
- ↑ "TOFİQ YAQUBLU - 50". mediaforum.az. 2013-02-19 tarixində orijinalından arxivləşdirilib.
- ↑ Азербайджанец стал советником министра Грузии — www.aze.az [ölü keçid]
- ↑ Bidzina İvanişvilinin köməkçisi azərbaycanlı oldu — www.anspress.com
- ↑ "Savalan Mirzəyev: "Azərbaycanlılar gürcü ictimaiyyətinə Gürcüstanın ayrılmaz hissəsi olduqlarını göstərə bilib" — www.amerikaninsesi.org". 2013-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-12.
- ↑ Elxan Poluxov etimadnaməsinin surətini Braziliya Xarici Əlaqələr Nazirliyinin Baş katibinə təqdim edib Arxivləşdirilib 2021-06-20 at the Wayback Machine (az.)
- ↑ "Riyaziyyatçı alim, elm və təhsil qurucusu". anl.az. 2021-03-01 tarixində arxivləşdirilib.
- ↑ "Rəsmi saytında bioqrafiyası". Rəsmi saytında bioqrafiyası. 2015-10-20 tarixində arxivləşdirilib.
- ↑ "KAMAL ABDULLA ŞAİQ OĞLU TALIBZADƏ". azertag.az. 2021-01-28 tarixində arxivləşdirilib.
- ↑ "Распоряжение Президента Азербайджанской Республики о назначении А.А.Гаджиева ректором Бакинского славянского университета". 2014-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-03.
- ↑ "Arxivlənmiş surət". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-15.
- ↑ "Mahmud Allahamanlı. Səlahəddin Xəlilov". felsefedunyasi.az. 2016-03-07 tarixində arxivləşdirilib.
- ↑ "Arxivlənmiş surət". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-12.
- ↑ "İsrafil bəy Yadigarov". azerbaijans.com. 2021-08-11 tarixində arxivləşdirilib.
- ↑ "Cümhuriyyət tariximizin şəxsiyyətləri: Əhməd bəy Pepinov". anl.az. 2021-08-12 tarixində arxivləşdirilib.
- ↑ "Firidun bəy Vəzirov". azerbaijans.com. 2022-01-05 tarixində arxivləşdirilib.
- ↑ "Vəli bəy Yadigarov haqda sənədli film: "Polkovnik"". aim.az. 2015-06-06 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "Davud bəy Yadigarov". azerbaijans.com. 2022-01-05 tarixində arxivləşdirilib.
- ↑ "Əbdülhəmid bəy Şərif bəy oğlu Qaytabaşı (1888-1920) - general-mayor". azerbaijans.com. 2022-01-05 tarixində arxivləşdirilib.
- ↑ "Hərbi, yoxsa xarici işlər komissarı?". serqqapisi.az.[ölü keçid]
- ↑ "Məmmədov Cavanşir Qəhrəman oğlu". mia.gov.az. 2016-03-08 tarixində arxivləşdirilib.
- ↑ "Azərbaycan Respublikasının Baş prokuroru Zakir Bəkir oğlu Qaralov". genprosecutor.gov.az. 2017-07-03 tarixində arxivləşdirilib.
- ↑ ""ВСЕ МЫ - ЛУЧИ ОДНОГО СОЛНЦА"" (rus). azeri.ru.[ölü keçid]
- ↑ "Zəlimxan Yaqub kimdir?". timeturk.com.az. 2016-03-08 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "Бейбутов, Рашид Маджид оглы" (rus). warheroes.ru. 2015-03-30 tarixində arxivləşdirilib.
- ↑ "Teatr tariximizin fədaisi". anl.az. 2018-08-15 tarixində arxivləşdirilib.
- ↑ "O, musiqi sənətinin zirvəsini fəth edə bildi". anl.az. 2022-03-28 tarixində arxivləşdirilib.
- ↑ "İlk Azərbaycanlı aktrisa Gövhər Qazıyeva (Göyərçin xanım)". azteatr.musigi-dunya.az.
- ↑ "Repressiyaya məruz qalan musiqiçi xanım - Xədicə Qayıbova". azadliq.info. 2014-10-21 tarixində arxivləşdirilib.
- ↑ "Kayzen.az – Böyük musiqiçilər: Şövkət Məmmədova". 2012-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
- ↑ "Şövkət Məmmədova". kayzen.az. 2012-11-03 tarixində arxivləşdirilib.
- ↑ "Qeysər Kaşıyeva". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
- ↑ "Şəmistan Əlizamanlı". haqqinda.az.
- ↑ "Okaber". replay.az. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "Память сердца". 2018-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-26.
- ↑ "Əli Qurbanov". 2012-01-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-26.
- ↑ Əzizə xanımı xatırlayarkən
- ↑ "Azərbaycanın tanınmış kinooperatoru Əsgər İsmayılovun 110 illik yubileyi qeyd olunacaq". 2016-02-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-26.
- ↑ "Ilk olimpiya çempionu Borçalıdandır". qarapapaqlar.borchali.net.[ölü keçid]
- ↑ "Mansurov Fərid Salman oğlu - OLİMPİYA ÇEMPİONU". idman.com.az. 2013-12-26 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "Zabit Səmədov: "Onlar kimi qəhrəman olmaq istədim" Читать полностью: http://news.day.az/sport/590199.html". news.day.az. 2015-06-24 tarixində arxivləşdirilib.
- ↑ "WORLD CHAMPIONSHIPS TOKYO - EVENT". judoinside.com. 2017-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-25.
- ↑ "AZERBAIJAN CHAMPIONSHIPS BAKU - EVENT". judoinside.com. 2017-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-25.
- ↑ "AZERBAIJAN CHAMPIONSHIPS BAKU - EVENT". judoinside.com. 2017-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-25.
- ↑ "Ушел из жизни известный азербайджанский шахматист" (rus). Day.Az. 1 ноября 2003. 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-25.
- ↑ "Гусейнов Айдын. Международный гроссмейстер с 1998-го года". 2018-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-25.
- ↑ "Cümhuriyyət tariximizin şəxsiyyətləri: Nigar Şixlinskaya (1878 - 1940)". qazax.net. 2019-12-12 tarixində orijinalından arxivləşdirilib.
- ↑ ""ƏKİNÇİ" QƏZETİNİN ƏNƏNƏLƏRİ VƏ AZƏRBAYCAN QADIN MƏTBUATl". www.respublica-news.az. www.respublica-news.az. 2017-07-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.
- ↑ "Azərbaycanda ilk qadın qəzetinin - "İşıq"ın 100 illik yubileyi qeyd edilmişdir". azertag.az. azertag.az. 2018-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2016.
- ↑ Azərbaycanda Peşəkar Futbol Liqası yaradılıb. trend.az [ölü keçid] (az.)
- ↑ "Ramin Musayev – 50!". 2014-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-23.
- ↑ "Azərbaycanın maarifpərvər qadınlarından biri — Bakıda müsəlman qızlar üçün ilk ali-ibtidai məktəbin müdiri Rəhilə xanım Terequlovanın (Hacıbababəyova) anadan olmasının 132 illiyinə həsr edilir"
- ↑ "Cümhuriyyət parlamentinin yeganə qadını — Mollaların təhdid etdiyi xanım kim idi?.. // Modern.az". 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-10.
- ↑ "Suallarınızı Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov cavablandırır — www.azadliq.org". Archived from the original on 2015-07-30. İstifadə tarixi: 30 iyul 2015..
- ↑ "Deputat Azər Süleymanov: Azərbaycan bu sınaqdan da alnıaçıq çıxdı". azertag.az. 2020-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-31.