Vikipediya Heftenin Secilmis Siyahisi Oktyabr 2020 - Wikipedia
Həftənin seçilmiş siyahısı arxivi
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 40. Həftə
Azərbaycan Milli Məclisinin VI çağırış deputatları — 2020-ci il fevralı 9-da baş tutan seçkilər əsasında formalaşdırıldı.
Milli Məclisin 125 deputatından 70 nəfəri Yeni Azərbaycan Partiyası (YAP) üzvü idi. VI çağırış Milli Məclisdə VHP 3 nəfərlə, AVP, ADİSP, ADMP, BQP, BAXCP, VƏHDƏT və VBP isə 1 nəfərlə təmsil olundu. 41 nəfər bitərəf idi. 2020-ci il martın 10-da VI çağırış Milli Məclisin birinci iclası baş tutdu. Milli Məclisin VI çağırış deputatlarının səlahiyyət müddəti 2025-ci il martın 10-da başa çatacaq. VI çağırış Milli Məclisin sədri YAP üzvü Sahibə Qafarova, sədrin birinci müavini bitərəf Adil Əliyev, sədrin müavinləri isə VHP üzvü Fəzail İbrahimli və YAP üzvü Əli Hüseynli idi. Sahibə Qafarova, Azərbaycan Milli Məclisinin birinci qadın sədri oldu. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 41. Həftə
Rusiya imperatorlarının siyahısı — titulu 22 oktyabr 1721-ci ildə I Pyotr tərəfindən Senatın xahişi ilə Şimal müharibəsindəki qələbədən sonra qəbul edilmiş 1917-ci il Fevral inqilabına qədər mövcud olmuşdur. Bu siyahıda Rusiya imperator və imperatriçələrinin adları xronoloji ardıcıllıqla verilmişdir.
Siyahıda həmçinin imperatorun adı, atasının adı, portreti, imperatorun dövründə olan dövlət gerbi, hakimiyyətinib başlanğıcı və sonu, tacqoyma tarixi və məlumatların mənbəyi göstərilmişdir. Siyahıda illər yuli təqvimi ilə verilmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 42. Həftə
Azərbaycanın dövlət bayramları və xüsusi günləri — Azərbaycanda qanunla tənzimlənən günlər.
Azərbaycanda Yeni il bayramı (1 və 2 yanvar), Beynəlxalq Qadınlar Günü (8 mart), Qələbə Günü (9 may), Respublika Günü (28 may), Azərbaycan xalqının milli qurtuluş günü (15 iyun), Azərbaycan Respublikası Silahlı Qüvvələri günü (26 iyun), Milli müstəqillik günü (18 oktyabr), Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü (9 noyabr), Konstitusiya Günü (12 noyabr), Milli Dirçəliş Günü (17 noyabr), Dünya azərbaycanlılarının həmrəyliyi günü (31 dekabr), Novruz bayramı (beş gün), Qurban bayramı və Ramazan bayramı (iki gün) qeyd edilir. Müstəqillik günü, Milli Dirçəliş Günü və Konstitusiya Günü istisna olmaqla bayram günləri iş günü hesab edilmir. 2006-cı ildən bəri bayram günləri həftə sonuna düşəndə növbəti gün iş günü hesab edilmir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 43. Həftə
Amerika Birləşmiş Ştatları prezidentlərinin siyahısı — ABŞ icraedici hakimiyyətdə qəbul etdiyi ABŞ Konstitusiyası tərəfindən təsis edilib. 1789-cu ildə Corc Vaşinqton ABŞ-nin ilk prezidenti oldu. Onun bu vəzifə başına keçməsindən öncə, "prezident" sözü "Kontinental konqresinin prezidenti" birləşməsində istifadə olunurdu.
Amerika Birləşmiş Ştatlarında prezidentlər 1789-cu ildən seçilirlər. Ardıcıl seçilmələr eyni hakimiyyət dövrü kimi qəbul olunur (məsələn, 2 dəfə ardıcıl olaraq seçilən Corc Vaşinqton 1-ci və 2-ci deyil, yalnız 1-ci prezident hesab olunur), hazırda ABŞ tarixində fasilə ilə prezident vəzifəsini tutmuş yeganə şəxs Qrover Klivlend olmuşdur və o, 24-cü və 26-cı prezident hesab olunur. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 44. Həftə
Azərbaycan Milli Məclisinin III çağırış deputatları — 2005-ci il noyabrın 6-da baş tutan seçimlər əsasında formalaşdırıldı.
Milli Məclisin 125 deputatından 61 nəfəri Yeni Azərbaycan Partiyası (YAP) üzvü idi. III çağırış Milli Məclisdə MÜSAVAT 5 nəfərlə, AVP və AXCP 2 nəfərlə, ADİSP, ALP, ASRP, AXP, BQP, BAXCP, ƏDALƏT, ÜMİD, VBP və VHP isə 1 nəfərlə təmsil olundu. 45 nəfər bitərəf idi. IIII çağırış Milli Məclisin sədri Oqtay Əsədov, sədrin birinci müavini Ziyafət Əsgərov, sədrin müavinləri isə Bahar Muradova və Valeh Ələsgərov idi. |
bax – müzakirə et – redaktə et – tarixçə