Vetendas Birliyi Partiyasi - Wikipedia
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Vətəndaş Birliyi Partiyası — Azərbaycanda 1999-2023-cü illərdə mövcud olmuş hakimiyyətyönlü siyasi partiya.
Vətəndaş Birliyi Partiyası | |
---|---|
VBP | |
Sədri | Sabir Hacıyev |
Qurucu | Ayaz Mütəllibov |
Quruluş tarixi | 1999 |
Qeydiyyat tarixi | 12 avqust 2005 |
Dağılma tarixi | 22 may 2023 |
Tarixi
redaktəVətəndaş Birliyi Partiyası 1999-cu ildə Azərbaycanın eks-prezidenti, 1992-ci ildən Moskvada mühacirətdə yaşayan Ayaz Mütəllibovun rəhbərliyi altında yaradılıb.[1]
1999-cu ildə Ayaz Mütəllibov rəhbərliyində təsis edilən Vətəndaş Birliyi Partiyasında 2000-ci il parlament seçkilərindən sonra mübahisələr yaranmışdır. Partiya partiya katibi İqbal Ağazadə və partiya qurucusu Ayaz Mütəllibov rəhbərliyində iki qola bölünmüşdür.[1] İqbal Ağazadənin rəhbərliyindəki qol 15 mart 2002-ci il tarixində Azərbaycan Ümid Partiyasına birləşmişdir. Birləşmiş partiyanın sədri İqbal Ağazadə seçilmişdir.
2003-cü ildə Ayaz Mütəllibov rəhbərlik etdiyi partiyanın Azərbaycan Sosial Demokrat Partiyası ilə birləşməsi ilə bağlı qərar qəbul etmişdir, lakin dövrün partiya katibi Sabir Hacıyev bununla razılaşmayaraq partiya rəhbərliyinə keçmişdir.[1] Nəticədə Ayaz Mütəllibov istefa verərək Azərbaycan Sosial Demokrat Partiyasına üzv olmuşdur.
Vətəndaş Birliyi Partiyası 2005-ci ilin parlament seçkilərində müxalif partiya kimi iştirak etmiş və seçki komissiyalarında müxalifəti təmsil etmişdir, lakin partiya 2008-ci ildə siyasi kursunu dəyişmiş və prezident İlham Əliyevi dəstəkləməyə başlamışdır.[1]
Partiya 22 may 2023-cü il tarixində özünü buraxmışdır.[2]
Seçkilərdə
redaktəPartiyanın sədri Sabir Hacıyev Milli Məclisin III,IV, V və VI çağırışlarında millətvəkili seçilib.
Parlament
redaktəSeçki | Sədr | Majoritar | ||
---|---|---|---|---|
Səs | % | Mandat | ||
2005 | Sabir Hacıyev | 1 / 125
| ||
2010 | 10 169 | 0.43 | 1 / 125
| |
2015 | 13 548 | 0.48 | 1 / 125
| |
2020 | 1 / 125
|
Bələdiyyə
redaktəSeçki | Sədr | Səs | Yer | ||
---|---|---|---|---|---|
# | % | ± | |||
2009 | Sabir Hacıyev | 14 / 15.591
| |||
2014 | |||||
2019 |
Ara bələdiyyə seçkiləri
redaktəSeçki | Sədr | Səs | Bələdiyyə üzvü | |
---|---|---|---|---|
# | % | |||
2006 | Sabir Hacıyev | 1 / 1.901
| ||
2011 |
İstinadlar
redaktə- ↑ 1 2 3 4 "Azərbaycanın müxalifət partiyası siyasi kursunu dəyişib". Trend.Az (az.). 2008-01-09. 2020-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-11.
- ↑ "Azərbaycanda daha bir partiya özünü buraxdı: VBP-nin son BƏYANATI". musavat.com. 2023-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-22.