Universitet - Wikipedia
Universitet (lat. Universitas – birgəlik, ümumilik), köhnə mənbələrdə Darülfünun[1][2] — ali məktəb olub konkret fundamental və tətbiqi sahələr üzrə mütəxəssislərin hazırlanması ilə məşğuldur. Bundan əlavə universitetlərdə elmi işlər də aparılır. Müasir universitetlər elmi pedaqoji vəhdət kimi fəaliyyət göstərirlər, onların nəzdində bir neçə ixtisas üzrə tədris işlərini həyata keçirən fakültələr olur. Universitetlər tədris planlarının hazırlanmasında və həyata keçirilməsində, elmi işlərin aparılmasında sərbəstliyə və akademik dərəcələrin (diplom və doktor dərəcələrinin) verilməsində üstünlüklərə malikdirlər. Azərbaycanda universitetlərin strukturu keçmiş SSRİ-də yaradılmış və bu günə kimi qalmaqdadır. Bu xarici ölkələrdə olanlardan nisbətən fərqlidir.
Antik dövrdə məktəblər
redaktəQədimdə ümumi biliyin və saxlanması və tətbiqi üçün cavabdeh olan, xalqın elitar qrupun təhsili fərdi şəkildə atalar və ya şəxsi muəllimlər tərəfindən yerinə yetirilmişdir. Böyüməkdə olan nəsl elə bir başa iş zamanı öz peşəsinə yiyələnir və lazımı biliklərə sahib olurdular. Məktəb mədəniyyətinin başlanğıcında təsadüf olunan bu hal qədim Misir dövləti üçün xarakterik idi. Dövlətdə baş verən siyasi qarşıdurma nəticəsində onun dağılması əhalinin yazıçı hissəsində şok vəziyyət yaratmışdır. Bu depressiv hal uzun müddət yazılarda özünü göstərmişdir. Yeni dövlətin təşkili zamanı gələcəkdə əhalidə belə bir halın olmaması üçün tədbirlər görülməyə başlamışdır.
İdarə sistemində çalışanların maarifləndirilməsi mərkəzləşdirilir və professionallaşdırılır. Xüsusi evlərdə gələcək məmurlar nəsli sərt qayda və mətnlərə əsasən oyrədilməyə başlanır. Burada məqsəd təhsildə ümumi formanı və Şaha itaətkarlığı əldə etməkdən ibarət idi.
Antik Avropada belə tədris prosesi məlum deyil. Burada təhsil ayrı-ayrı alimlərin təkidi ilə baş verirdi. Bu isə çox vaxt yaxşı qarşılanmırdı. Beləki, Sokrata o vaxt afinalı vətəndaşların uşaqlarından pul alması şəri atılır. Çünki, belə təhsil vermə o dövrün cəmiyyəti üçün hələ normal hal almamışdır. Ancaq sonralar böyük institutlar yaranır və bütün Azov dənizi hövzəsindən gəncləri özünə cəlb edir. Məsələn, Ptolomeyin b.e.ə. 280-ci ildə İsgəndəriyyədə yaratdığı Musey məktəbi o dövrün ən təkmil məktəblərindən idi. Afinada fəaliyyət göstərən fəlsəfə məktəbi də ilk təhsil ocaqaları sırasına aid edilir.
Xalqların köçməsi zamanı antik dövrün bilikləri mesopotamiya akademiyaları olan Edessa, Harran və Pumbaditaya köçürülür. Bu biliklər bazası zaman keçdikcə ərəblərin orta əsrdə yaratdıqları məktəblərdə geniş tətbiq olunurlar. Buraya Kordoba, Toleto, Sirakus, Bağdad, "Dəməşq" və ən əsası bunlardan qabaqda olan Qahirə məktəbini aid etmək olar.
İlk universitetlər
redaktəYarandığı dövrdən fəaliyyət göstərən ən qədim universitet 859-cu ildə Mərakeşin Fəs şəhərində yaranan Əl-Qarauin Universitetidir[3].
Orta əsrdə ali təhsil
redaktəAvropada ən qədim Universitet Salernoda XI əsrin birinci yarısında yaradılmış tibb universiteti sayılır. Təxminən 1100-cü ildə Bolonyada (İtaliya) universitet açılır. Əvvəldə məktəb kimi fəaliyyət göstərən bu qurumda öncə Roma hüquq normativləri hazırlanırdı. XII əsrdə bir neçə kilsə məktəbinin bazasında Paris universiteti təşkil olunur. 1167-ci ildən fəaliyyət göstərən Oksford Universitetində tarixə əsasən, müəllim və tələbələr arasında baş verən münaqişədən sonra bir çoxları şimala qaçaraq 1209-cu ildə orada Kembric Universitetini qururlar.
1342-ci ildə Praqada, 1364-cü ildə Krakovda, 1365-ci ildə Venada, 1385-ci ildə Haydelberqdə, 1409-cu ildə Laypçiqdə, 1459-cu ildə Bazeldə universitetlər yaranır. Şərqi avropada ilk universitet tipli ali məktəb "Kiev moqil akademiyası" (1615) sayılır. Rusiyada ilk ali məktəb 1726-cı ildə Peterburqda açlılr.
Çağdaş dövrdə universitet təhsili
redaktəXIX əsrdə Avropada baş verən sənayeləşmə prosesi ərəfəsində yeni məktəblərin, əsasən isə texniki məktəblərin açılması vüsət alır. Azərbaycanda ilk universiteti 1919-cu ildə Azərbaycan Demokratik Respublikasının rəhbərliyi təşkil edilir. Yeni ali məktəblərin yaradılması prosesi XX əsrdə Rusiya və əhatəsində olan başqa dövlətlərdə sosialist inqilabından sonra daha genişlənir. SSRİ respublikalarında onlarca ali məktəblər yaradılır. Bu məktəblərin əksəriyyətinə SSRi dağıldıqdan sonra Universitet status verilir. XX əsrin 90-cı illərinin sonundan başlayaraq dünyada ali təhsil sistemində qarşılıqlı mübadilə və diplomların tanınması prosesini yüngülləşdirmək üçün İtaliyanın Bolonya şəhərində qəbul edilmiş "Bolonya prosesi"nin şərtləri yayılmaqdadır. Bu şərtlərə əsasən müqaviləyə qoşulan dövlətlərin universitetlərində eyni dəyərləndirmə sistemi daxil edilməlidir.
Dünyanın ən yaxşı universitetləri
redaktəBeynəlxalq Akademik Perspektivlər İnstitutu (URAP) hər il dünyanın ən yaxşı universitetlərinin siyahısını elan edir. 2010-cu ilin dekabrında ən yaxşı 2000 universitetinin siyahısını açıqlanıb. Cədvələ ABŞ-nin Harvard Universiteti başçılıq edir.
Azərbaycanın isə yalnız bir ali məktəbi ən yaxşılar arasında yer alıb. Bakı Dövlət Universiteti cədvəlin 1951-ci pilləsində qərarlaşıb.
Siyahıda Türkiyənin 62 ali təhsil ocağı da yer alıb. Ən yüksək nəticə isə "Hacettepe" universitetinə məxsusdur – 399-cu pillə. İstanbul Universiteti 415-ci, Ankara Universiteti isə 488-ci yerdə qərarlaşıb.
Ən yaxşı 2000 universitetdən 459-u ABŞ-də yerləşir.
Siyahı aşağıdakı kimidir:
- "Harvard" universiteti
- "Con Hopkins" universiteti
- "Toronto" universiteti
- "Stanford" universiteti
- "Vaşinqton Sitl" universiteti
- "Kaliforniya Berkelay" universiteti
- "Los-Anceles" universiteti
- "Oksford" universiteti
- "Miçiqan" universiteti
- "Tokyo" universiteti[4]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan dilinin sinonimlər lüğəti, Bakı, 2007-cil il, UNİVERSİTET — DARÜLFÜNUN (s.378)
- ↑ Azərbaycan dilinin izahlı lüğəti. darülfünun. Universitet. □ …Mirzə Səfərin oğlu darülfünun tələbəsi formasında evlərinə görüşməyə gəldi. (Ə. Haqverdiyev)
- ↑ The Guinness Book Of Records, Published 1998, ISBN 0-553-57895-2, P.242
- ↑ "Arxivlənmiş surət". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-23.
Xarici keçidlər
redaktə- Vikianbarda Universitet ilə əlaqəli mediafayllar var.