Sultan Sencer Ve Qari - Wikipedia
Qarı ilə Sultan Səncərin hekayəti və ya bilinən qısa adı ilə Sultan Səncər və qarı — 1174-1175-ci illərdə Nizami Gəncəvi tərəfindən qələmə alınan "Sirlər xəzinəsi" poemasının ikinci hekayəti. Azərbaycan şairi Süleyman Rüstəm tərəfindən tərcümə olunmuşdur.
Sultan Səncər və qarı | |
---|---|
Qarı ilə Sultan Səncərin hekayəti | |
| |
Müəllif | Nizami Gəncəvi |
Janr | Hekayə |
Mövzu | Qəddarlığın tənqidi |
Orijinalın dili | fars |
Ölkə | Azərbaycan |
Orijinalın nəşr ili | 1174-1175 |
Tərcüməçi | Süleyman Rüstəm |
Haqqında
redaktə"Sirlər xəzinəsi"[1] poeması "Xəmsə"nin birinci kitabıdır. Poema ənənəvi giriş hissəsindən əlavə 20 məqalət və hekayəti əhatə edir. "Məxzənül-əsrar"ın ən məşhur dördüncü hekayətlərindən birinin qəhrəmanı da Sultan Səncərdir[2]. Hekayədə Səncər ədaləti tanımayan, xalqın qeydinə qalmayan hökmdar kimi təsvir edilmişdir.[3]
Məzmunu
redaktəBir gün qoca qarı zülmün əlindən üsyan edir. Ölkənin hökmdarı Sultan Səncərin yaxasından tutub deyir: "Ey sultan, səndən ədalət görmədim, sənin zülmün əsla hesaba sığmaz. Sənin kefli darğan gəlib evimdə məni söyüb, salıb təpiyin altına döyüb. Günahsız yerə saçımı yolub evimdən çölə atıb. Zülm edib mənə. Filankəsi kim vurubdu sənin küçəndə, qatil hanı, harda gizlətmisən deyə camaatın arasında məni söyüb rüsvay edib. Ey şah, darğa sərxoş idi. [4]Vilayəti padişahın adamları soyur, cinayətkar olarmı bunda bir qarı? Ey şah, dadıma çatmasan qiyamətdə səndən hesab sorular." Rəiyyətə hər zaman kömək etməli olan şah, ona sonsuz zülm və əziyyət verir. Yetimin malını alır.[5]
Mövzu və ideyası
redaktə"Qarı və Sultan Səncərin hekayəsi"ndə Nizami Sultan Səncərin ölkədaxili siyasətini bir növ təhlil etmişdir. Bu hekayədə Nizaminin dövlətin daxili siyasətinə dair görüşləri, demokratik dövlətin əsas prinsiplərinə dair fikirləri də əksini tapmışdır."Qarı və Sultan Səncərin hekayəsi"ndə diqqəti cəlb edən məqamlardan biri də Nizaminin türk dövləti və türk hökmdarlarının ədaləti haqqında söylədiyi fikirlərdir:[6]
Elə ki, türklərin dövləti ucaldı,
Məmləkətdə ədalət hakim oldu.[7]
Nizami Gəncəvi[8] "Məxzənül-əsrar" məsnəvisində onlarca tarixi, dini-tarixi, əfsanəvi-tarixi şəxsiyyətin, ədəbi qəhrəmanın adını çəkmiş, həmin tarixi simalarla bağlı əhvalat və hadisələrə işarələr etmişdir. "Xəmsə"nin ilk əsəri bu baxımdan rəngarəng palitranı xatırladır[9].
Personajlar
redaktəHekayənin əsas personajları Sultan Səncər və qarıdır. Sultan obrazı qəddar, zalım, qarı obrazı isə haqqını axtaran, baş əyməyən xalq kimi təsvir olunmuşdur.[10]
Həmçinin bax
redaktəMənbə
redaktə- Araslı H. Müqəddimə. Nizami Gəncəvi. "Sirlər xəzinəsi", Bakı, Azərnəşr,1953, s.3–11.
- Araslı H. Ölməz məhəbbət dastanı. "Xosrov və Şirin" ön söz, Bakı, 1982, 400 s.
- Araslı N. H. Ön söz. (Nizami Gəncəvinin "Sirlər xəzinəsi" əsəri haqqında) müqəddimə Nizami Gəncəvinin "Sirlər xəzinəsi". Bakı, Çaşıoğlu, 2004.
- Azadə R. Nizami şeirində bədii-ictimai görüşlər. Azərb. SSR EA-nın Xəbərləri.(Ədəbiyyat, dil və incəsənət seriyası), Bakı, 1966, № 2, s.15–27.
- Azadə R. XII əsr Azərbaycan poeziyasında renessans motivləri. "Azərbaycan renessansı və Nizami Gəncəvi"(Toplu), "Elm", Bakı, 1984, s.44–56.
- Allahverdiyeva Z. A. Nizami Gəncəvinin "Məxzənül-əsrar" poeması və Xacu Kirmaninin "Rövzətül-ənvar" əsərinin ədəbi-fəlsəfi qaynaqları, Azərbaycan Milli Elmlər Akademiyası, "Xəbərlər", Humanitar elmlər, 2017, 1, s. 40–44.
- Azərbaycan ədəbiyyatı tarixi. Əlyar Səfərli və Xəlil Yusifli. Bakı,"Ozan", 2008,696 səh.
- Babayev F. Əlizadə M. "Sirlər xəzinəsi". Nizami Gəncəvi (məqalələr məcmuəsi), Bakı, Azərnəşr, 1947, sə 29–35.
- Əliyev R. M. Nizami Gəncəvi. "Sirlər xəzinəsi". Filoloji tərcümə, şərhlər və lüğət, Bakı, "Yazıçı" nəşriyyatı, 1981, 246 s.
- Hüseynov X. Nizaminin "Sirlər xəzinəsi" və Sənanin "Hədiqətül-həqayiq"i. Azərb. SSR EA-nın "Xəbərləri", Ədəbiyyat, dil və incəsənət seriyası, 1969, № 4, s.56–64.
- Hüseynov X. Nizaminin "Sirlər xəzinəsi". (monoqrafiya) Red. R. Azadə, Azərb. SSR EA Nizami ad. Ədəbiyyat İnstitutu, "Elm"nəşriyyatı, Bakı,1983, 130 s.
- Qasımzadə F. "Məxzənül-əsrar" əsəri haqqında. Nizami Gəncəvi. "Sirlər xəzinəsi", Bakı, 1940, s.5–9.
- Бертельс Е.Э. Избр. труды: Низами и Фузули. "Изд-во Восточ. лит.", М., 1962, 554 с.
- Гусейнов Х. Идейно-художественные особенности "Сокровищницы тайн" Низами Гянджеви. Автореферат дисс. на соисканиеучен. степени канд. филол. наук; АН
- Азерб. ССР. Ин-т литературы им. Низами, Баку, 1970, 28с.
- Аллахвердиева З.А. Эпические сюжеты и тематика "Махзан аль -асрар" Низами Гянджеви и "Ровзат аль-анвар" Хаджу Кирмани.Узбекистон Республикаси Олий ва Урта Махсус Таълим Вазирлиги Тошкент Давлат Шаркшунаслик институти,Ташкент, 2014, с.44–48.
- Бадалова. T.К. Низами Гянджеви и его произведение "Махзан ал-асрар" ("Сокровищница тайн") в поэме Абди Ширази "Мазхар ал-асрар" ("Обнаружение тайн"). Proceedings of the 8th International Congress on Social Sciences and Humanities. "East West" Association for Advanced Studies and Higher Education GmbH. Vienna. Austria. 2 august 2016 y. p. 110–116.
İstinadlar
redaktə- ↑ Sirlər Xəzinəsi (Azərbaycan). Bakı: Lider nəşriyyatı. 2004. 262.
- ↑ Araslı, Nüşabə. Nizami əsərlərinin türk tərcümələri (Azərbaycan) ("Elm"). Bakı: "Tərcümə sənəti" məqalələr toplusu. 1990.
- ↑ Ələkbərov, M. Nizami Gəncəvi yaradıcılığında Azərbaycan xalq mərasimi (Azərbaycan). Bakı: "Nizami" IV kitab. 1947.
- ↑ Ağayev, Əkbər. Nizami və dünya ədəbiyyatı (monoqrafiya) (Azərbaycan). Bakı. 1964. 172.
- ↑ Quluyeva, Mahirə. Klassik Şərq poetikası (Azərbaycan). Bakı. 1991.
- ↑ Qafarlı, R. Nizami poeziyasında məkan, zaman və kəmiyyət vəhdəti (Azərbaycan). Bakı: Elm və təhsil. 2021. 378.
- ↑ Bədəlova, Təhminə. Nizami qələmində obrazlaşan simalar (Azərbaycan). Bakı: "Azərbaycan" qəzeti. 2021.
- ↑ Həbibbəyli, İsa. Böyük Azərbaycan şairi Nizami Gəncəvi (Azərbaycan, türk, ingilis, rus, alman, çin, polyak, gürcü, və Ukrayna və bolqar). Bakı: Elm Nəşriyyatı. 2021. 440.
- ↑ Hacı, Siracəddin. Həzrət Nizami Gəncəvinin "Sirlər Xəzinəsi" dastanın şərhi (Azərbaycan) (Nafta-Press). Bakı: (XIV- XVII məqalələr) 9-cu kitab. 2016. 728.
- ↑ Quluzadə, M.Y. Nizami Gəncəvi. Həyatı və Yaradıcılığı (Azərbaycan). Bakı. 1953.