Britaniya Kitabxanasi - Wikipedia
Britaniya Milli Kitabxanası — Böyük Britaniyada kitabxana. ABŞ Konqres Kitabxanasını da geridə qoyaraq 170 milyonu keçən vəsaitlə dünyanın ən böyük kitabxanası hesab olunur.
Britaniya Milli Kitabxanası | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılıb | 1 iyul 1973[2] |
Ünvan | 96 Euston Road[3] |
Telefon | +44-330-333-1144[3] |
Digər məlumatlar | |
ISIL kodu | GB-Uk |
Sayt | bl.uk |
Vikianbarda əlaqəli mediafayllar |
Britaniya Milli Kitabxanası 5 kitabxana sistemini birləşdirir. 1759-cu ildə yaranan Britaniya Milli Kitabxanasında əvvəl az sayda kitab olmuşdur. İxtisasca həkim və bioloq olan ser Hans Sloan özünün botanika, zoologiya və mineralogiyaya aid kitablarını kitabxanaya bağışladıqdan sonra burada kitab fondunun sayı 3500 nüsxəyə çatıb. Hans Sloan öz vəsiyyətnaməsində bildirir ki, dövlət bu kitabxananı qorumaq üçün tədbirlər görməlidir. İngiltərə parlamenti kitabxananın qorunması haqqında qanun qəbul edir.
Bu gün Britaniya Milli Kitabxanasında tibb elminə, Britaniya imperiyasının, ayrı-ayrı Avropa dövlətlərinin tarixinə aid qədim sənədlər və dünyanın demək olar ki, bütün dillərində çap olunmuş 150 milyona yaxın kitab saxlanılır. Bundan əlavə, İngiltərə və İrlandiyada çap olunan gündəlik qəzetlər buraya gətirilir. Fondlarında 310 000 əlyazması, 4 milyondan çox xəritə, 260 min musiqi valları və filateliya kolleksiyası saxlanılır. Filateliya kolleksiyasında 8 milyondan çox marka var. Musiqi fondunda 19 əsrə aid silindr formasında hazırlanmış səs yazıları, həmçinin müasir SD, DVD və mini-disklər mühafizə olunur.
Mənbə
redaktə- Dünya kitabxanaları: Britaniya Milli Kitabxanası Arxivləşdirilib 2010-12-05 at the Wayback Machine
- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ https://www.bl.uk/aboutus/quickinfo/facts/history/.
- ↑ 1 2 https://www.bl.uk/.