Sevil Vokal Instrumental Qrup - Wikipedia
"Sevil" vokal-instrumental ansamblı — 1971–1977-ci illərdə mövcud olmuş və Azərbaycanın qadınlardan ibarət ilk caz qrupu və vokal kvarteti.
"Sevil" ansamblı | |
---|---|
Əsas məlumatlar | |
Üslub | Caz |
Fəaliyyət illəri | 1971–1977 |
Ölkə | Azərbaycan SSR |
Şəhər | Bakı |
Keçmiş üzvlər |
Elza Mustafazadə Sədaqət Dadaşova Sevil Allahverdiyeva Rəna Talıbova Dilarə Cahangirova Rəna Hüseynova |
Tarixi
redaktəVaqif Mustafazadə Elza Mustafazadə ilə 1969-cu ildə Azərbaycana qayıtdıqdan sonra 1971-ci ilin noyabr 1-də Sevil qrupunu yaradır. Qrupun adı Cəfər Cabbarlının eyniadlı əsərindən götürülmüşdü. Ansambl 1971-ci ilin dekabrın 31-də ilk dəfə televiziyada çıxış edir.[1] 1975-ci ildə Rəna Talıbova qrupa qatılır və ansambl Tiflisdə "Zaqafqaziya baharı" festivalında iştirak edir. Bundan bir il sonra qrup Varşavada konsert verməyə dəvət olunur.[2]
Ansamblın üzvləri yalnız qadın vokalistlər olsa da, Vaqif Mustafazadə qrupu pianoda müşayiət edir və bədii rəhbərlik edirdi. Müxtəlif vaxtlarda tarda Azər Rzayev, saksafonda Tofiq Şabanov, orqanda Çingiz Tağıyev, həmçinin Tahir Rzayev, Heybət Məmmədbəyli (bazqitara),David Poysman və Yalçın Rzazadə olmaqla qrupu müşayiət edən musiqiçilər də dəvət olunmuşdur.[1]
Qrup 1977-ci ildə fəaliyyətini dayandırmışdır. Qrupunun dağılma səbəblərindən biri qrup üzvlərinin şəxsi həyatları ilə bağlı olmuşdur. Ansambl dağıldıqdan sonra Vaqif Mustafazadə "Muğam" caz üçlüyünü yaratmışdır.[2]
Üzvlər
redaktə- Elza Mustafazadə (1971–1977)
- Sədaqət Dadaşova (1971–1974)
- Sevil Allahverdiyeva (1974–1977)
- Rəna Talıbova (1975–1977)
- Dilarə Cahangirova
- Rəna Hüseynova
İstinadlar
redaktə- ↑ 1 2 "Retro Lounge - Sevil qrupu (video)" (az.). YouTube. İstifadə tarixi: 24 sentyabr 2018.
- ↑ 1 2 "«Sevil»in dörd gözəli" (az.). Mədəniyyət qəzeti. 25 February 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2018.