Selcuq Bayraqdar - Wikipedia
Səlcuq Bayraqdar (7 oktyabr 1979, Sarıyer, İstanbul ili[2]) — türk iş adamı, mühəndis, texniki direktor və Baykar Makinanın ortaq sahibi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni.[3]
Səlcuq Bayraqdar | |
---|---|
türk. Selçuk Bayraktar | |
Doğum tarixi | 7 oktyabr 1979 (45 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı |
|
Təhsili | |
Fəaliyyəti | mühəndis, iş adamı, siyasətçi |
Mükafatları | |
baykartech.com/tr/selcuk… | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəƏslən Trabzondan olan Selçuk Bayraktar 1979-cu ildə İstanbulun Sarıyer mahalında Özemir və Canan cütlüyünün ikinci övladı olaraq anadan olub. Atası Özdemir Bayraktar aerokosmik sənaye, robot idarəetmə sistemləri, pilotsuz uçuş aparatı istehsalı üzrə ixsisaslaşan Baykar Makina şirkətinin qurucusu və sahibidir.[4] Təhsil həyatına Sarıyer ibtidai məktəbində başlamış, buranı bitirdikdən sonra Robert Kollecinə daxil olmuş, 1997-ci ildə Robert Kollecini bitirmişdir.[5] Elə həmin il, İstanbul Texniki Universiteti Elektron və Rabitə Mühəndisliyi Bölməsində ali təhsilinə başlamışdır. Universitetdə təhsili müddətində Pensilvaniya Universiteti GRASP laboratoriyasına təcrübə keçmək müraciəti müsbət nəticələnmişdir. Təcrübə müddətində təqaüd verildikdən sonra, 2002–2004-cü illər arasında Pennsilvaniya Universitetində pilotsuz təyyarələr ixtisası üzrə magistr dərəcəsini tamamladı.[6]
Massaçusets Texnologiya İnstitutunda ikinci magistr dərəcəsini pilotsuz hava vasitələrinin aqressiv manevr nəzarəti üzrə təqaüdlə bitirmişdir. Bu dövrdə o, professor Corc Pappas və professor Erik Feronun köməkçi kimi çalışmışdır. Dünyada ilk dəfə həyata keçirilmiş PUA forması uçuş təcrübələri, quru və hava koordinasiyalı robot qrupları, uçuşa nəzarət və rəhbər sistemlər haqqında elmi araşdırmalar aparmışdır.[7][8]
Xüsusi pilot lisenziyasına sahibdir.
Ailəsi
redaktə2016-cı ildə Sümeyyə Ərdoğanla evlənmişdir. Bir övladı var.[5] Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir.
Əmək fəaliyyəti
redaktəTəhsilinin ardından 2007-ci ildə Türkiyəyə qayıdaraq ailəsinə məxsus Baykar Makina şirkətinin texniki meneceri kimi fəaliyyətə başlayıb.[9] Türkiyə tərəfindən inkişaf etdirilən pilotsuz uçuş aparatları, idarəetmə, avionik sistem arxitekturası, naviqasiya alqoritmləri, kinematik və sistemin dinamikləri, yerləşmiş proqram inkişaf etdirmə və elektron avadanlıq kimi sahələr ilə məşğul olmağa başlayıb.
Bayraktar TB2
redaktəKomandası ilə birgə istehsal etdiyi Bayraktar TB2 pilotsuz uçuş aparatlarını Türkiyə Ordusu PKK-ya qarşı hərbi əməliyyatlarda, Suriyada vətəndaş müharibəsində, və Liviyadakı ikinci vətəndaş müharibəsində geniş şəkildə istifadə etmişdir. Səlcuq Bayraktar Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil olan ilk pilotsuz uçuş aparatı Bayraktar Mini PUA-nın ixtiraçısı olmuşdur. Türkiyənin ilk hücum pilotsuz uçuş aparatı Bayraktar Akıncının (PUA) yaradılmasında xüsusi əməyi olmuşdur.[10]
İctimai fəaliyyəti
redaktəTürkiyə Texnoloji Komandası Vəqfinin yaradıcısı və rəhbəridir. Vəqfin təsisində məqsəd texnologiyaya həvəsli olan müəyyən yaş qruplarındakı insanları vəqfdə araşdırma aparmağa təşviq etməkdir. Türkiyədə kosmik sahədə görülən işləri tanıtmaq üçün Teknofest festivalının təşkilatçısı olmuşdur.[5]
Çinin Uhan əyalətində yayılan Covid-19 virusuna qarşı 22 mart 2020 tarixində Türkiyədəki Bayraktarın şəxsi Twitter hesabından respirator istehsalına texniki dəstək verəcəyini açıqlamışdır. Arçelik, ASELSAN, Baykar Makina və BIOSYS tərəfindən həyata keçirilən iki həftəlik tədqiqat müddətinin ardından istehsalı planlaşdırılan 5000 tənəffüs cihazından ilk 100 ədədi 20 aprel 2020-ci ildə Başakşəhər Şam və Sakura Şəhər Xəstəxanasının açılışında təqdim edilmişdir.[11][12][13][14]
Mükafatları
redaktə- "Qarabağ" ordeni — 12 yanvar 2021 (təqdimetmə: 1 aprel 2021)[15]
Patentləri
redaktə- Təyyarələr üçün avtomatik enmə-qalxma sistemi (Türk Patent İnstitutu 2015/07928)
- Dəyişən iş şəraitini təyin edə bilən elektromekanik Servo Motorlu İdarəetmə Sistemi və İdarəetmə Metodu (Türk Patent İnstitutu 2015/14111)
- Üçlü Ehtiyat Uçuş İdarəetmə Sistemi (Türk Patent İnstitutu İstinad: PT2015–00693)
- Elektrokardioqrafiya (EKQ) Cihazı (Türk Patent İnstitutu İstinad: PT2015–00693)
İstinadlar
redaktə- ↑ 1 2 Hoffman R. Linkedin (ing.). 2003.
- ↑ 1 2 https://www.baykartech.com/tr/selcuk-bayraktar/.
- ↑ Турецкая компания разрабатывает прототип летающего автомобиля [ölü keçid]
- ↑ "На свадьбу младшей дочери президента Турции Эрдогана пригласили 6 тыс. гостей". 2016-06-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-03.
- ↑ 1 2 3 "BAYKAR İnsansız Hava Aracı Sistemleri | SELÇUK BAYRAKTAR". www.baykarsavunma.com. 8 Ekim 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 Haziran 2020.
- ↑ Gazetesi, İstiklal. "Selçuk Bayraktar kimdir kaç yaşındadır ve nerelidir?" (türk). 14 Mayıs 2016. 10 Haziran 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 Haziran 2020.
- ↑ "Selçuk Bayraktar Kimdir – Timetürk Biyografi". www.timeturk.com. 3 Aralık 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 Haziran 2020.
- ↑ "Master Tezi". 5 Haziran 2010 tarixində arxivləşdirilib.
- ↑ "Selçuk Bayraktar kimdir? Selçuk Bayraktar aslen nerelidir, kaç yaşındadır?". www.sozcu.com.tr (türk). 15 Mayıs 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 Haziran 2020.
- ↑ "Selçuk Bayraktar kimdir?". Milli Gazete (türk). 29 Nisan 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 Haziran 2020.
- ↑ "Turkish firms racing to deliver 5,000 ventilators for coronavirus patients". Reuters (ingilis). 31 Mart 2020. 31 Mart 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 Mayıs 2020.
- ↑ "Selçuk Bayraktar yerli solunum cihazı üretim sürecini anlattı". www.hurriyet.com.tr (türk). 22 Nisan 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 Mayıs 2020.
- ↑ "Selçuk Bayraktar, 250 adet solunum cihazı siparişi verdi". 22 Mart 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 Mayıs 2020.
- ↑ "Yerli solunum cihazları Başakşehir Şehir Hastanesi'ne teslim elangdi!". 28 Nisan 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 Mayıs 2020.
- ↑ "Arxivlənmiş surət". 2021-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-01.