Aselsan - Wikipedia
Aselsan M. M. M. (ASELSAN), (mənası: Hərbi Elektronik Sənayesi) — 1975-ci ildə Türkiyə Silahlı Qüvvələrinin xəbərləşmə cihaz ehtiyaclarının qarşılanması məqsədiylə qurulmuşdur. Türk Silahlı Qüvvələrini Gücləndirmə Fondunun bir quruluşudur. Quruluş müddətində Məmməd Həcim Kamoyun qatqıları vardır. Sərmayə işlərini qısa müddətdə tamamlamış və 1979 ili başlarında Ankara Məcunköy təsislərində istehsal fəaliyyətinə keçmişdir. ASELSAN, quruluş illərindən bu yana irəli texnologiyaya söykənən olaraq, proqramlı bir şəkildə müştəri və məhsul yelpiyini genişlətmiş olub, bu gün müasir elektronik cihaz və sistemlər inkişaf etdirən, çıxaran, təsis edən, satışa çıxaran və satış sonrası xidmətlərini icra edən inteqrə bir elektronik sənayesi quruluşu halına gəlmişdir. ASELSAN orijinal məhsullarını ixrac edən və dünyanın ən yaxşı 100 müdafiə sənayesi şirkətlərindən birinə çevrilib. 6000 nəfərlik ixtisaslı mühəndis qrupu ilə ASELSAN illik dövriyyəsinin 7%-ni öz resursları ilə maliyyələşdirdiyi AR-GE fəaliyyətinə ayırır.[1]
ASELSAN | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Anonim şirkət |
Sənaye |
Elektronik Müdafiə etmə Proqram |
Məhsulları |
Hərbi xəbərləşmə sistemi Radar sistemləri Silah sistemləri Hərbi elektronika C4ISR Elektro-Optik sistemi Seyrüsəfər və aviyonik sistemlər |
Təsis tarixi | 14 Noyabr 1975-ci ildən günümüzə |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi gəliri | 15.01 milyard Türk lirəsi (2020) |
Əməliyyat mənfəəti | 3.35 milyard Türk lirəsi (2020) |
Struktur | |
İşçi sayı | 6797 |
Rəhbərlik | |
Təsisçilər | Türkiyə Məmməd Hacim Kamoy, |
aselsan.com.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Müxtəlif ölkələrdə nümayəndəlikləri olan ASELSAN, ilk xaric şirkəti olan ASELSAN BAKI şirkətini, 1998-ci ildə Azərbaycanda quraraq fəaliyyətə keçirmişdir. Şirkətin Azərbaycan bölməsinin kapitalının tamamını ASELSAN ödəmişdir. Azərbaycan bölməsinin kapitalının miqdarı 500 min ABŞ dollarıdır. Azərbaycanda təmir, istehsal sahələrində fəaliyyət göstərir. Həmçinin ASELSAN TÜMAKÜDÜR-ə üzvdür. Bundan başqa ASELSAN Ukraynada da öz şöbəsini açmışdır. Bu şöbə 1 iyul 2020-ci ildə fəaliyyətə başlamışdır.
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Dəniz altında ASELSAN imzası - ZARGANA". 2019-05-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-13.