Sebuhi Film 1941 - Wikipedia
"Səbuhi" — rejissorlar Amo Bek-Nazarov və Rza Təhmasibin (ikinci rejissor) filmi.[2] Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir[3].
Səbuhi | |
---|---|
Fayl:Səbuhi (film, 1941).jpg | |
Janr |
dram tarixi bioqrafiya |
Rejissorlar | Amo Bek-Nazarov, Rza Təhmasib |
Ssenari müəllifi | Mikayıl Rəfili |
Baş rollarda |
İsmayıl Dağıstanlı-Axundov Hüseynqulu Sarabski-Aşıq Səttar Kazım Ziya-Şeyx Əli Leyla Bədirbəyli-Tubu Ələsgər Şərifov-Mirzə Şəfi Ağadadaş Qurbanov-Bakıxanov |
Operator | Dmitri Feldman |
Bəstəkar | Tofiq Quliyev |
Rəssam | V. Kaplunovski |
İstehsalçı | Bakı Kinostudiyası |
İlk baxış tarixi | 17 sentyabr 1941[1] |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 101 dəq. |
Ölkələr | Azərbaycan SSR |
Dil | Azərbaycan dili |
İl | 1941 |
Texniki məlumatlar |
10 hissə 2782 metr 35 mm |
Rəng | ağ-qara |
IMDb | ID1657426 |
Məzmun
redaktəFilm Azərbaycan maarifçisi, dramaturqu və filosofu Mirzə Fətəli Axundovun[4] həyat və fəaliyyətindən bəhs edir. Burada Mirzə Fətəli öz xalqının sədaqətli oğlu, dövrünün qabaqcıl ideyaları uğrunda alovlu mübariz kimi göstərilmişdir.
Film Axundovun həyatının vacib detallarını göstərir: əlifba islahatı üçün Türkiyəyə səfəri, ilk tamaşa, xalqın maariflənməsi üçün verdiyi çabalar, mübarizə...[5]
Filmin əsas məziyyətlərindən biri budur: müəlliflər Axundov vasitəsilə xalqı ətalətdən, kədərdən, bədbinlikdən çırpılıb hərəkətə, mübarizəyə səsləyir.[5]
Film haqqında
redaktə- Film bəstəkar Tofiq Quliyevin kinoda ilk işidir.
- Film rejissor Rza Təhmasibin kinoda ilk işidir.
Səhv
redaktə- Filmdə Axundovla Tubu xanımın toyunda Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" komediyasından bir musiqi səslənir. Halbuki bəstəkar bu əsəri dramaturqun ölümündən 32 il sonra 1910-cu ildə yazıb.
Filmin heyəti
redaktəFilmin üzərində işləyənlər
redaktə- Ssenari müəllifi : Mikayıl Rəfili
- Quruluşçu rejissor : Amo Bek-Nazarov
- İkinci rejissor : Rza Təhmasib
- Quruluşçu operator : Dmitri Feldman
- Operator : Əsgər İsmayılov
- Bəstəkar : Tofiq Quliyev
- Rəssam (eskizlər) : V. Kaplunovski
- Səs operatoru : Ağahüseyn Kərimov
- Qrim rəssamı : Georgi Parisaşvili
- Rejissor assistenti : M. Y. Volodin, Qəmər Salamzadə, Aleksandr Popov
- Montaj üzrə Assitent : Zeynəb Kazımova
- Filmin direktoru : İ. Beqak, Teymur Hüseynov
- Geyim rəssamı : İsmayıl Axundov
- Rejissor Köməkçisi : M. Hüseynov
- Operator assistenti : Leonid Koretski
- Mahnı İfa edən : Zülfü Adıgözəlov( Aşıq Səttarın oxuduqları) (titrlərdə yoxdur)
Rollarda
redaktə- İsmayıl Dağıstanlı-Axundov
- Hüseynqulu Sarabski-Aşıq Səttar
- Kazım Ziya-Şeyx Əli
- Leyla Bədirbəyli-Tubu
- Ələsgər Şərifov-Mirzə Şəfi
- Ağadadaş Qurbanov-Bakıxanov
- Möhsün Sənani-Vano
- L. M. Xotivari-Orbeliani
- K. Pipinaşvili-Abovyan
- L. Alekseyev-İvan
- Vladimir Belokurov (V. Belokurov kimi)-Bestujev
- Anatoli Smiranin-Roqov
- Xeyri Əmirzadə-Rəcəb
- İsmayıl Əfəndiyev-Rza
- Ə. Həsənov-Adıgözəl
- N. Perestiani-Knyaz Vorontsov
- Əli Qurbanov-Ağalarov
- Əhməd Qəmərlinski
- Rza Darablı
- Mustafa Mərdanov-Akademiya Rəisi
- Atamoğlan Rzayev
- Hacıməmməd Qafqazlı
- Mirvari Novruzova-Gülüş
- M. Kazavetti-Baron Rozen
- Vasili Nikolski-İdarə Rəisi
- Rüstəm Kazımov-Şeyxülislam
- Ə. Abbasov-Nuxalı Qoca
İstinadlar
redaktə- ↑ "2011-ci ilin yubilyar filmləri". Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.
- ↑ Kazımzadə, A. "Səbuhi" – 70: Kino tariximizdən: [rejissoru Rza Təhmasib olan eyni adlı film haqqında] //Mədəniyyət. — 2011.- 6 iyul.- S. 11.
- ↑ """Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları"nın və "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı"nın təsdiq edilməsi haqqında" [[Azərbaycan Respublikası Nazirlər Kabineti]]nin [[7 may]] [[2019-cu il]] tarixli, 211 nömrəli Qərarı" (az.). nk.gov.az. 2019-05-11. 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-13.
- ↑ Afaq Qasımova. Yeniyetmələrin tarixi şəxsiyyətlərin nümunəsində tərbiyə edilməsi. Bakı: Nurlan, 2006. — səh. 142.
- ↑ 1 2 Sevda Sultanova. "Axundov arvadını rusların içki məclisinə aparır" (az.). Lent.az. 11 noyabr 2017. 2017-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-21.
Mənbə
redaktə- Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust.
- А. Бекназаров. Записки актёра и кинорежиссера. М., 1965, стр. 37.
- “Azərbaycanın kino tarixindən...” ["Kəndlilər", "İsmət", "Gilan qızı", "Fətəli xan" və "Səbuhi" filmləri haqqında] //Kino yenilikləri.- 1968, № 29-30. — səh. 7.
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 40; 418.
- M. Əmrahov. "Müharibə illərinin kino salnaməsi (1941-1945-ci illər)". //Təhsil, mədəniyyət, incəsənət.- 2004.- № 1.- səh. 126-129.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 64-66.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.