Quba Doyusu - Wikipedia
Quba döyüşü - 1918-ci ilin may ayında mili qüvvələr ilə bolşeviklər arasında Quba uğrunda baş vermiş döyüş.[1]
Quba döyüşü | |||
---|---|---|---|
Tarix | 12 may 1918-ci il | ||
Nəticəsi | Milli qüvvələrin məğlub olması və qısa müddətlik də olsa Qubanın bolşeviklərin əlinə keçməsi. | ||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
|
Qubanın işğalı
redaktə1918-ci ilin may ayının 12-sinə gecə keçən gecə qəzaya soxulan bolşeviklər Həmdulla əfəndi Əfəndizadənin qüvvələrinə qarşı uğur qazana bilmədilər, lakin Əli bəy Zizikskiin qüvvələri Şimi dərəsində xeyli itki verdiyindən qüvvələrini tam formalaşdıra bilməmişdi. Həmin gün saat 6-da Quba-Xaçmaz yolunun 11 verstliyində bolşeviklərin vurduqları qəfil zərbələrə az saylı könüllü döyüşçülər tab gətirməyərək geri çəkilib əsas qüvvələrlə birləşdilər. Dağıstandan Stepan Şaumyana köməyə gələn Qriqori İlliç Popovun komandanlığı altında olan hərbi hissələr bir neçə istiqamətdən Qubaya hücum edib, Əli bəy Zizikskinin döyüşçülərini sıxışdırmağa başladılar. Qüvvələr qeyri-bərabər idi. Əli bəy Zizikski hücumların qarşısını 2 gün alsa da, geri çəkilmək məcburiyyətində qaldı və may ayının 14-də Quba təkrar Stepan Şaumyanın əsgərlərinin nəzarəti altına keçdi və may ayının 15-də hərbi nazir Korqanyana belə bir teleqram göndərildi:
"Bizim dəstələrimiz Qubanı tutmuşdur. Şəhəri hər tərəfdən mühasirəyə alırıq. Sovet hakimiyyətını bərpa etmek üçün tədbirlər görülür." - Serqo Martıkyan[1]
Rus və ermənilərdən təşkil olunmuş 14-cü batalyonun rota komandiri A. Çurayev qəza komissarı, ona köməkçi Maneyeviç Bakı Xalq Daxili İşlər Komissarlığının məsul müvəkkili, L.D. Qoqoberidze fövqəladə komissar, orduya qərargah rəisi isə Ferberq təyin olundular. A. Çurayev öz əmri ilə erməni hərbi hissələrinin rəisi Davudyanı Quba şəhər komendantı, Vişinskini isə qəza rəisi təyin etdi.
İşğalçılardan hiyləgər gediş
redaktəHəmdulla əfəndi Əfəndizadənin həlledici şəxs olduğunu dərk edən Çurayev yüksək vəzifə vermək şərtilə Həmdulla əfəndini öz tərəfinə çəkmək istəyirdi, lakin A. Çurayev may ayının axırlarında Həmdulla əfəndidən belə bir cavab aldı:
Peyğəmbərimizdən buyurulmuşdur: "Həya olmayan yerdə hər cür yalan, fitnə-fəsad baş qaldırar. Doğma yurdumda daş daşımağa da razıyam, ancaq yadellilərin at oynatmağına yox. Şələ-şüləni yığışdırıb Volqa boyundakı xarabana getməyincə silahımı yerə qoyan deyiləm".[2]
Qubanın işğaldan azad edilməsi
redaktəQuba işğal olunsa da Həmdulla əfəndi Əfəndizadə və Əli bəy Zizikski müqavimət göstərməyə davam edirdilər. Mayın 28-ində AXC elan olunduqdan sonra Osmanlı ilə imzalanan müttəfiqliq müqviləsi vəziyyəti dəyişdi. İyul ayında Şükrü paşanın komandanlığındakı Osmanlı ordusunun Zaqataladan Dağıstana keçməsi bolşevikləri təşvişə saldı. A.Çurayev bir hərbi hissə ilə Dəvəçiyə gələrək N. Kvaryanı nahiyənin komissarı təyin etməklə yanaşı Dəvəçi-Xırdalan dəmir yolunun mühafizəsi üçün Suqrobov, Kobzev, Zameşayeviçin başçılığı altında Qızılburun stansiyasına bir neçə hərbi hissə göndərdi. Artıq bu vaxt Həmdulla əfəndinin və Əli bəy Zizikskinin dəstələri Şükrü paşanın hərbi hissələri ilə birləşmişdi. İyul ayının axırlarında rus-erməni qüvvələri Qubadan qovuldular və Bakı və Quba qəzası üzrə qubernator təyin edilmiş türk ordusunun qərargah polkovniki Məhəmməd Fəthi bəylə əhalidən maddi-mənəvi yardımını əsirgəməyən Qafqaz cəbhəsi üzrə İslam ordusunun komandanı Nuru Paşa 1918-ci ilin oktyabr ayının əvvəllərində Qubaya gəldi. Nuru Paşanı Əbdürrəhim əfəndi Çələbizadə, Əli bəy Zizikski, Əliabbas bəy Əlibəyov, Həmdulla əfəndi Əfəndizadə və Hatəm ağa Cağarvi müşayiət etmişdilər.[3]