Qafar Kendli - Wikipedia
Qafar Kəndli Herisçi (tam adı: Qafar Əli oğlu Herisçi; 1923, Təbriz – 24 may 1997, Bakı) — Azərbaycan ədəbiyyatşünası və ictimai xadimi, filologiya elmləri doktoru.
Qafar Kəndli | |
---|---|
Qafar Əli oğlu Herisçi | |
Doğum tarixi | 1923 |
Doğum yeri | |
Vəfat tarixi | 24 may 1997 |
Vəfat yeri | |
Uşağı | |
İş yeri | |
Təhsili |
Həyatı
redaktəQafar Əli oğlu Herisçi (Qafar Kəndli) 1923-cü ildə Təbriz şəhərində anadan olmuşdur.[1] Bakı Ali Partiya Məktəbini və Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirmişdir. 1941–46 illərdə Cənubi Azərbaycanda baş verən siyasi proseslərin fəal iştirakçısıdır. 1951-ci ildə Nizami adına Ədəbiyyat İnstitunun aspiranturasına daxil olub. 1956-cı ildə o, "1941–46-cı il Cənubi Azərbaycan ədəbiyyatı" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1968–72-ci illərdə atam "Sadıq bəy Əfşar" və "Hacı Zeynalabdin Şirvani" mövzusunda iki monoqrafiyasını İnstitut rəhbərliyinə təqdim edib. 1973–80-ci illərdə professor Qafar Kəndli "Zərdüşt, Avesta və Azərbaycan", "Xaqani Şirvaninin münşəatı", "İbn Sina və Azərbaycan ədəbiyyatı", "Nəsrəddin Tusi və Azərbaycan" kimi mövzularda 27 elmi məqaləri xarici mətbuatlarda çap olunub. 1980-ci ildən ömrünün sonunadək AMEA Ədəbiyyat İnstitutunun "Qədim dövr Azərbaycan ədəbiyyatı" şöbəsinin müdiri vəzifəsində çalışmışdır.[1][2]
1984-cu ildə Xacə Nəsirəddin Tusinin "Tənsuqnameyi-elxani" (Cavahirnamə) əsərini, 1987-ci ildə isə İ. Şəms ilə birgə Məhəmmədəli Tərbiyatın "Danişməndani-Azərbaycan" Azərbaycan dilinə tərcümə etmişdir.
Xaqani Şirvaninin tədqiqatçılarındandır. "Xaqani Şirvani (həyatı, dövrü, mühiti)" adlı fundamental əsərin, "Xaqani Şirvaninin münşəatı" elmi məqaləsinin müəllifidir. Xaqaninin "Töhfətül-İraqeyn" əsərinin elmi-tənqidi mətnini çapa hazırlamışdır. SSRİ və İran mətbuatında çap edilmiş onlarla elmi əsərin müəllifidir. 1997-ci ildə "Xaqani Şirvani" (həyatı, dövrü və mühiti) əsəri fars dilinə çevrilərək Tehranda çap edilmiş, ali məktəb dərsliyi kimi istifadə olunmağa başlamışdır.[1]
1997-ci ilin iyulun 12-də Bakıda dəfn olunub.[3]
İstinadlar
redaktə- ↑ 1 2 3 "Atalar və övladlar - Həmid Herisçi: "Atamı Təbrizə yola salırdıq ki, keçindi"". modern.az. 2017-07-17. İstifadə tarixi: 2024-09-07.
- ↑ "Qafar Kəndli". haqqinda.az. 2013-01-16. 2017-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-26.
- ↑ Eldaroğlu, Elman. "Əliağa Vahidin haqqında şeir yazdığı dostu". modern.az (az.). 2019-07-12. İstifadə tarixi: 2024-01-26.
Elm xadimi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |