Piter Abrahams - Wikipedia
Piter Henri Abrahams (ing. Peter Henry Abrahams; 19 mart 1919[1] – 18 yanvar 2017[2][3][…]) — Cənubi Afrika yazıçısı.
Piter Abrahams | |
---|---|
ing. Peter Abrahams | |
Doğum adı | Peter Henry Abrahams Deras |
Doğum tarixi | |
Doğum yeri | Vrededorp, CAR |
Vəfat tarixi | (97 yaşında) |
Vəfat yeri | Sent Endryu Pariş, Yamayka |
Vətəndaşlığı | Yamayka |
Fəaliyyəti | yazıçı, jurnalist, baş redaktor, şair, publisist, redaktor |
Əsərlərinin dili | ingilis dili |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəPiter Abrahams 3 mart 1919-cu ildə CAR-ın kasıb Vrededorp şəhərciyində doğulmuş, 1939-cu ildə ölkəsini tərk etmişdir. 1956-cı ildə Yamaykaya köçməmişdən əvvəl dənizçi və Londonda jurnalist kimi işləmişdir.
Cənubi Afrikanın məşhur qaradərili yazıçılarından biri olan Piter Abrahamsın əsərləri siyasi və sosial problemlərə, xüsusilə irqçiliyə həsr olunmuşdur. Müəllifin ilk işlərindən biri olan "Kömür oğlan" (1946) hekayəsi tənqidçilərin diqqətini cəlb etdi. Onun irqçilik əleyhinə yazılmış digər əsərləri arasında "Qara vəsiyyət" (1942) hekayələr toplusu və "İldırımlı yollarla" (1948), "Maykl Udomo üçün əklil" (1956), "Gecənin hökmündə" (1965), "Koyabadan baxış" (1985) romanlarını qeyd etmək olar.
1966-cı ildə yazdığı "Bu ada indi" romanı Afrikadan bəhs etməyən yeganə əsəridir, bu əsərdə hadisələr Yamaykada və Karib adalarında baş verir.
Məşhur Azərbaycan bəstəkarı Qara Qarayev 1958-ci ildə Piter Abrahamsın "İldırımlı yollarla" (The Path of Thunder) romanının motivləri əsasında eyniadlı balet yazmışdır.
İstinadlar
redaktə- ↑ Абрахамс Питер Генри // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ Literary Icon Peter Abrahams Is Dead. 2017.
- ↑ Peter Abrahams // Encyclopædia Britannica (ing.).
Keçidlər