Jurnalist - Wikipedia
Jurnalist — Jurnalist xəbər və ya digər cari məlumatları toplayan, yazan və ya ictimaiyyətlə paylaşan bir şəxsdir. Jurnalistin işi Jurnalistika adlanır. Jurnalist ümumi məsələlər ilə işləyə və ya müəyyən məsələlərdə ixtisaslaşa bilər. Amma əksər jurnalistlər ixtisaslaşmağa meyillidirlər və digər jurnalistlər ilə əməkdaşlıq edərək bir çox mövzuları əhatə edən jurnallar və ya qazetlər hazırlayırlar.[1] Məsələn, bir idman jurnalisti idman dünyasında olan xəbərləri işıqlandırır, amma bu jurnalist bir çox fərqli mövzuları əhatə edən qəzetin bir hissəsi ola bilər.
Rol və öhdəlikləri
redaktə'Müxbir' (jurnalistika) mənbələrində təqdimat etmək, reportajlar aparmaq, araşdırma etmək və hesabat vermək üçün məlumatları araşdıran, yazan və hesabat verən bir növ jurnalistdir. Yazı yazmaq kimi işin istehsal hissəsindən fərqli olaraq bir jurnalistin işinin məlumat toplama hissəsi bəzən reportaj adlanır. Jurnalistlər vaxtlarını xəbər otağında işləmək ilə hadisələrin şahidi olmaq yaxud insanlarla görüşmək arasında bölüşdürə bilər. Müxbirlər xüsusi bir reportaj sahəsində vəzifəyə təyin edilə bilər.
jurnalist termininə müxtəlif redaktorlar, rəyçilər, köşə yazarları və vizual jurnalistlər, məsələn, fotojurnalistlər (fotoqrafiyadan istifadə edən jurnalistlər) daxil ola bilər. Jurnalistika müxtəlif etika və standartları inkişaf etdirmişdir.
Başlıca olaraq, obyektivlik və qərəzli münasibətin olmaması vacibiyyət təşkil etsə də, vəkillik jurnalistikası və aktivizm kimi daha liberal jurnalistika növləri qəsdən qeyri-obyektiv bir nöqteyi-nəzərdən çıxış edir. Bu, sosial mediada, bloqlarda, eləcə də sosial, siyasi fikirləri və siyasətləri manipulyasiya və ya tətbiq etmək üçün istifadə olunan digər platformalarda daha geniş yayılmışdır. Bu platformalar çox vaxt ifrat dərcədə qərəzli mövqe tuturlar, çünki "mənbələr" yazılı, televiziyada göstərilmiş, yəni artıq “yayımlanmış” məhsul ərsəyə gətirmək üçün həmişə cavabdeh deyillər və ya zəruri hesab edilmirlər.
Elm ünsiyyəti [2] [3] haqqında yazan Metyu C. Nisbet Volter Lipman, David Broks, Fared Zakariya, Naomi Kleyn, Maykl Pollan, Tomas Fredman və Endryu Revkin kimi “bilik jurnalistləri"ni ictimai intellektuallar olaraq xarakterizə etdi. Bu sahədə qeyri-professional olan əksər təbəqənin mürəkkəb faktları və ya elmi məsələləri araşdırmaq üçün vaxtı yaxud məlumat mənbəsi olmadığına görə, onlar bu məsələləri araşdırmağı, sonra müəllim və siyasət məsləhətçisi kimi ictimaiyyətə dəqiq və anlaşılan bir versiyanı çatdırmağı öz rolları olaraq görürlər.
Lipman özünün ən məşhur kitabları olan "İctimai rəy" (1922) və "Xəyali ictimaiyyət"də (1925) əksər şəxslərin cəmiyyəti narahat edən bir çox mürəkkəb siyasət suallarına dair xəbərləri izləmək və təhlil etmək qabiliyyətinə, vaxtına və motivasiyasına sahib olmadığını iddia etdi. Onlar eyni zamanda, əksər sosial problemlərlə birbaşa üzləşmir və ya ekspert fikirlərinə birbaşa giriş əldə etmirdilər. Məsələləri həddən artıq asanlaşdırmaq və stereotipləri, partizan baxış bucaqlarını və qərəzliliyi möhkəmləndirməyə meylli olan xəbər mediası bu məhdudiyyətləri daha da pisləşdirdi. Nəticə etibarilə, Lipmann ictimaiyyətin özü kimi, ekspert analitik kimi xidmət edə biləcək, “vətəndaşları həqiqətən vacib olan şeyləri daha dərindən anlamağa istiqamətləndirən” jurnalistlərə ehtiyac duyduğuna inanırdı. [4]
2018-ci ildə Birləşmiş Ştatların Əmək Departamentinin Peşə Görünüşü Təlimatı “müxbirlər, korrespondentlər və yayım xəbəri analitikləri” kateqoriyasında işə qəbulun 2016 və 2026 arasında 9 faiz azalacağını bildirdi. [5]
Jurnalist azadlığı
redaktəJurnalistlər silahlı münaqişə bölgələrində və ya mətbuat azadlığına hörmət etməyən dövlətlərdə reportaj apararkən bəzən təhlükəyə məruz qalırlar. Jurnalistləri Müdafiə Komitəsi və Sərhədsiz Müxbirlər Komitəsi kimi təşkilatlar mətbuat azadlığı və jurnalist azadlığının müdafiəsi ilə bağlı hesabatlar dərc edirlər. 2011-ci ilin noyabr ayından etibarən, Jurnalistləri Müdafiə Komitəsi 1992-ci ildən bu yana 887 jurnalistin qətl (71%), atışma və ya döyüş ilə (17%), ya da təhlükəli vəzifə başında olarkən (11%) öldürüldüyünü bildirir. 1992-ci ildən bəri jurnalistlər üçün "ən ölümcül on ölkə" İraq (230 ölüm), Filippin (109), Rusiya (77), Kolumbiya (76), Meksika (69), Əlcəzair (61), Pakistan (59), Hindistan ( 49), Somali (45), Braziliya (31) və Şri Lanka (30) olmuşdur. [6]
Jurnalistləri Müdafiə Komitəsi bildirir ki, 1 dekabr 2010-cu il tarixindən başlayaraq, jurnalistika fəaliyyətinə görə dünyada 145 jurnalist həbs edildi. Cari saylar daha da yüksəkdir. Hazırda, ən çox həbsdə olan jurnalist sayına görə ilk onluqda Türkiyə (95) [7] , Çin (34), İran (34), Eritreya (17), Birma (13), Özbəkistan (6), Vyetnam (5), Kuba (4), Efiopiya (4) və Sudan var (3). [8]
Fiziki zərərdən başqa, jurnalistlərə psixoloji cəhətdən də zərər çəkir. Bu, xüsusilə müharibə müxbirlərinə aiddir. Lakin evdəki redaksiyalar çox vaxt təhlükəyə məruz qalan müxbirlərlə düzgün şəkildə necə rəftar edəcəklərini bilmirlər. Buna görə də, travma alan jurnalistlər üçün sistemli və davamlı psixoloji dəstəyə güclü tələb var. Ancaq bu günə qədər yalnız kiçik və pərakəndə dəstək proqramları mövcuddur. [9]
Vaşinqtondakı Nyusyum (Newseum) dünyanın hər yerindən, vəzifəsi başında öldürülən 2100-dən çox jurnalistin adlarını siyahıya alan Jurnalistlər Memorialı burada yerləşir. [10]
Jurnalist və mənbə əlaqəsi
redaktəPeşəkar bir jurnalistlə bir mənbə arasındakı əlaqə olduqca mürəkkəb ola bilər və mənbə bəzən jurnalistin yazdığı məqalənin istiqamətinə təsir göstərə bilər. “Güzəştli Dördüncü Mülkiyyət” adlı məqalədə onların münasibətini göstərmək üçün Herbert Gansın metaforasından istifadə olunur. O, onların qarşılıqlı təsirlərinin kooperativ xarakterini göstərmək üçün “Tango” rəqs metaforasından istifadə edir. Herbert əsasən mənbənin rəhbərlik etdiyini, lakin jurnalistlərin iki səbəbə görə bu anlayışa etiraz etdiyini bildirir: Bu, xəbərin hazırlanmasında mənbənin üstünlüyünü göstərir.
Bu, müstəqilliyi və redaktor muxtariyyətini vurğulayan jurnalistlərin peşə mədəniyyətini təhqir edir. Bu rəqs metaforası münasibətlərdəki fikir birliyini nümayiş etdirməyə kömək edir, ancaq məqalə ikisinin arasındakı ortaq əlaqəni tam olaraq təsvir edir: “Mənbələrlə çox rahat münasibət əsasən jurnalistlərin toxunulmazlığını pozur və qarşıdurma halına gəlir. Jurnalistlər adətən medianın güclü iqtisadi və siyasi maraqların keşikçisi kimi fəaliyyət göstəriyi fərziyyəsinə əsaslanaraq, daha güclü və münaqişəli modelə üstünlük veriblər. Jurnalistlər mənbələrdən asılı olmayıb müstəqilliyini yaratmalıdırlar ya da dördüncü mülkün ictimai münasibətlərin beşinci mülkü tərəfindən idarə olunması riskini gözə almalıdırlar”.
Jurnalistlər üçün qeydə alınan ən pis il
redaktəSərhədsiz Müxbirlərin illik hesabatına görə, 2018-ci il jurnalistlərə qarşı ölümlə nəticələnən zorakılıq və istismar qeydləri arasında ən pis il oldu. 2017-ci ildən bəri bu cür qətllərdə yüzdə 15 nisbətində artım oldu. [11] [12] Ruben Pat Meksika çimərlik barının kənarında silahla öldürüldü.[13] Yaser Murtaja İsrail ordusunun snayperi tərəfindən vuruldu.[14] Bolqarıstanlı Viktoriya Marinova döyüldü, təcavüzə uğradı və boğuldu.[15] Maltalı Dafne Karuana Qalizia bombalı bir avtomobildə öldürüldü.[16] Cəmal Qaşıqçı 2 oktyabrda Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun içərisində öldürüldü.
Şəkillər
redaktə-
Veriliş direktorlarından biri televeziya jurnalistləri qarşısında vəzifə qoyur
-
Jurnalist kosplayerdən müsahibə alır, 2012-ci il
-
Müxbir Boris Conson Londonun meri olarkən ondan müsahibə alır, 2014
-
Məmur jurnalistlərin qarşısında yeni quyudan su içir, Moqadiçu, Somaliya, 2014
-
Müxbir vətəndaşdan müsahibə götürür, Əfqanıstan, Hilmənd vilayəti, 2009-cu il
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Diderot, Denis. "Journalist". The Encyclopedia of Diderot & d'Alembert: Collaborative Translations Project. 5 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 April 2015.
- ↑ Matthew C. Nisbet. "İqlim dəyişikliyi ilə bağlı: Çərçivə nə üçün ictimai öhdəlik üçün vacibdir" (ing. ). environmentmagazine.org. Mart 2009. 2018-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2019.
- ↑ "Metyu C. Nisbet/Matthew C. Nisbet" (ing. ). cspo.org. Mart 2009. 2019-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2019.
- ↑ Matthew C. Nisbet. Bil Makkiben jurnalist, ictimai intellekt və aktivist kimi\ Bill McKibben as Journalist, Public Intellectual and Activist (PDF). Mart 2013.
- ↑ Con Talton. "Occupational outlook: Where the big bucks are — and aren't" (ing. ). seattletimes.com. 31 Yanvar 2018. 2022-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2019.
- ↑ "1357 jurnalist öldü" (ing. ). cpj.org. 1992–2019. 2022-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2019.
- ↑ "Türkiyədə həbsdə olan jurnalistlərin sayı təqribən 2 dəfə artıb/ Number of jailed journalists nearly doubles in Turkey" (ing. ). Los Angeles Times. 5 aprel 2012. 2021-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2019.
- ↑ "Iran, China drive prison tally to 14-year high" (ing. ). cpj.org. 8 dekabr 2010. 2019-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2019.
- ↑ "Təhlükəsiz və sağlam qalmaq/ Staying safe and sane" (ing. ). dandc.eu. 24 dekabr 2014. 2019-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2019.
- ↑ "Jurnalistlərin Memorialı/ JOURNALISTS MEMORIAL" (ing. ). newseum.org. 2019-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2019.
- ↑ Eleanor Langford. "Məlumatlar deyir ki, 2018-ci il zorakılıqlar və sui-istifadələrə görə jurnalistlər üçün ən pis il oldu/2018 was worst year for violence and abuse against journalists, report says" (ing. ). telegraph.co.uk/. 17 Dekabr 2018. 2019-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2019.
- ↑ "Sərhədsiz jurnalistlər". "2018-ci ildə öldürülən, tutulan, girov götürülmüş və ya itkin düşmüş jurnalistlər/WORLDWIDE ROUND-UP of journalists killed,detained, held hostage, or missing in 2018" (PDF) (ing. ). rsf.org/. 1 Dekabr 2018. 2022-09-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 29 oktyabr 2019.
- ↑ "Jurnalist Ruben Pat "Playa del Karmendə" öldürüldü/Journalist Rubén Pat murdered in Playa del Carmen" (ing. ). theyucatantimes.com. 1 Dekabr 2018. 2019-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2018.
- ↑ "İsrail qüvvələri Qəzzə mitinqini işıqlandıran fələstinli jurnalisti öldürdü/Israeli forces kill Palestinian journalist covering Gaza rally" (ing. ). aljazeera.com. 7 aprel 2018. 2019-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2019.
- ↑ "Bolqarıstanlı jurnalist Viktoria Marinova Rusedə öldürüldü/Bulgarian journalist Viktoria Marinova killed in Ruse" (ing. ). bbc.com. 7 aprel 2018. 2019-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2019.
- ↑ "Maltalı "Panama Papers" jurnalisti avtomobil patlaması nəticəsində öldü/Malta car bomb kills Panama Papers journalist" (ing. ). The Guardian. 16 oktyabr 2017. 29 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2019.
Ədəbiyyat
redaktə- Fowler, Nathaniel Clark. (1913). New York: Sully and Kleinteich.
- James Huffman (2003). A Yankee in Meiji Japan: The Crusading Journalist. Lanham, Maryland: Rowman & Littlefield. ISBN 978-0-7425-2621-1
- Randall, David. (2000). The Universal Journalist. Sterling Virginia: Pluto Press. ISBN 978-0-7453-1641-3; OCLC 43481682
- Stone, Ejijah Melville. (1921) Fifty Years a Journalist. New York: Doubleday, Page and Company. OCLC 1520155
- Woods, Donald. (1981). Asking for Trouble: Autobiography of a Banned Journalist. New York: Atheneum Books. ISBN 978-0-689-11159-4; OCLC 6864121