Ordubad Rayonu - Wikipedia
Ordubad rayonu — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının tərkibində inzibati – ərazi vahidi.
Bu məqalə Ordubad rayonu haqqındadır. Şəhər üçün Ordubad səhifəsinə baxın. |
Rayon | |
Ordubad rayonu | |
---|---|
38°54′ şm. e. 46°02′ ş. u.HGYO |
|
Ölkə | Azərbaycan |
Daxildir | Naxçıvan |
İnzibati mərkəz | Ordubad |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1930 |
Sahəsi |
|
Hündürlük | 1.895 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-ORD |
Poçt indeksi | 6900 |
Avtomobil nömrəsi | 69 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycanın dilbər guşələrindən biri olan Ordubad Naxçıvan Muxtar Respublikasının tərkibinə daxildir. Cənubdan İran İslam Respublikası, şimaldan və şərqdən Ermənistanla həmsərhəd olmaqla, qərbdən Culfa rayonu ilə qonşu olan Ordubad rayonunun sahəsi 972 kvadrat kilometr,[2] əhalisi 50 min nəfərdir.
Rayonun inzibati mərkəzi – Ordubad şəhəri öz əhəmiyyətinə görə Naxçıvan Muxtar Respublikasında Naxçıvan və Culfadan sonra üçüncü ən böyük şəhərdir. Ordubad bağlar diyarı, güllər, çiçəklər, bülbüllər, nəğmələr şəhəridir. Ordubadçay sahilində dəniz səviyyəsindən 850 metr yüksəklikdə yerləşən Ordubad şəhəri XII əsrdən məşhurdur.
Tarixi
redaktəOrdubad torpağının mənşəyi barədə mülahizələr müxtəlifdir. Bəziləri bunu "ordu" və "bal" //"pat"(və ya aba) hissələrindən ibarət sayır. Mənası "ordu yeri" deməkdir. Mənbələrin məlumatına görə, bu toponim müxtəlif vaxtlarda orbad, urdubad, orduvad və s. adlandırılmışdır. Tədqiqatçı Ə. Hüseyni isə bu toponimin əvvəl "Ordubad" adlanıb, "Bəyin qalası" mənasını verdiyini bildirir. "Bəy qalası" böyüyüb şəhərə çevrilmişdir. Bəziləri isə "Ordubad"ın monqollar dövründə yarandığını iddia edirlər. Hələ VII əsrdə tarixçi Sebeosun Naxçıvan ərazisində "Ordobad" adlı şəhərin olduğunu qeyd etməsi onun daha qədimliyini göstərir.
Ordubadın salındığı dəqiq tarix müəyyənləşdirilməmişdir. Lakin bu ərazi dünyada ən qədim insan məskənlərindən biri, bəşəriyyətin yaranma ocağı sayılır. Ordubad adına ilk dəfə V əsr yazılı mənbələrində təsadüf olunur. Qədim dünyanın ən müqəddəs panteonlarından biri sayılan Gəmiqaya dağı da Ordubaddadır. Dağın üzərindəki təsvirlər və buradakı yurd yerləri Ordubad ərazisində e.ə. VII–I minilliklərdə yaşamış qədim əhalinin həyat tərzini və mədəni inkişaf yollarnıı izləməyə imkan verir. Ordubadm yaşayış məntəqələrindən olan Sabirkənd, Plovdağ və Xaraba Gilan ərazisində e.ə. II–I minilliklərə aid mədəniyyət qalıqları ilə zəngin olan yaşayış yerləri və nekropollar mövcuddur.
XX əsrin əvvəllərində erməni terrorunun qurbanı olan minlərlə Ordubad sakinlərini Türkiyədən köməyə gələn Musa Kazım Qarabəkir Paşa başda olmaqla qəhrəman türk ordusu xilas etmişdir.
Coğrafiyası
redaktəOrdubadın möcüzəli təbiəti, sirli aləmi və təbii gözəlliyi XIX–XX əsrlərdə buraya səyahət etmiş bir sıra səyyahları təəcübləndirmişdir. Rus alimi İ. Şopen, polyak tədqiqatçısı A. Petzold, fransız yazıçısı Ä. Düma və başqaları öz yazılarında bu gözəlliyi vəsf etmiş, Ordubada heyran qaldıqlarmı bildirmişlər.
Təbiəti
redaktəKiçik Qafqaz sıra dağlarının ən uca zirvəsi sayılan Qapıcıq dağdan, başları qarlı Soyuq, Əjnövür, Bəlkə dağlarından, "Şıxı yurdu", "Qurban yurdu" və "Salabun"dan keçərək "Zəvvar" arxı ilə gəlib kiçicik şəlalə kimi çaylarımıza tökülən qar sularmdan mayalanan buz kimi sərin çeşmələr, kəhrizlər, təmiz dağ havası, bol məhsullu meyvə bağları, göz oxşadıqca uzanan əkin sahələri, qədim Şərq üslubunda tikilmiş memarlıq abidələri, zəhmətkeş insanları, istedadlı ziyalıları, ismətli, gözəl qızları, igid oğlanları qonaqpərvər, saf ürəkli, təmiz məhəbbətli əhalisi olan Ordubad tarixən bura gəlib-gedən səyyahları, qonaqları valeh etmişdir. Şairanə aşırımlı qayalar, qoca çinarlar, qoz (cəviz) ağacları, həzin səsli bulaqlar, həsrət baxışlı "cənub" dağları, müəzzinin sübh tezdən sədalanan azan səsi ordubadlılara behiştin iyini hiss etdirir.
Ordubad əriyinin, şaftalısının dünyada misli-bərabəri yoxdur. Abutalıbı, badamı, şalağı, lumu, ərik, ağ ərik, növrəste, bal yarım ərik, şaftalı, nazlı, güştü, hulu, səlamu, şərəlli, tərəlli, qərəlli, tüklü şaftalı, tüksüz şaftalı və s.
Ordubad təbii sərvətləri, gur kəhrizləri, çeşmələri, gözəl təbiəti ilə yanaşı keyfiyyətli ipəyi ilə də tanınmışdır. Ordubadlı mərhum yazıçı Əliqulu Fərəcov Ordubadı Azərbaycanın ipəkçilik beşiyi adlandırmışdır.
İqtisadiyyatı
redaktəMühüm ticarət yolu ayrıcında yerləşən Ordubad Yaxın və Orta Şərq ölkələri ilə ticarət əlaqələri saxlamışdır. Ordubad öz bağları, uzunömürlü çinar ağaclarıilə də məşhurdur. Bu ağaclardan ən böyüyünün diametri 18 metrdir. Ordubad həm də ipək qurdu yetişdirməsi üzrə ən qədim mərkəzdir. Vaxtilə rayonda 40 növdə üzüm yetişdirilirdi. Hələ XVI əsrin ikinci yarısından başlayaraq Ordubaddan Venesiyaya, Marsel, Amsterdam və s. Avropa şəhərlərinə ipək ixrac olunurdu. XX əsrin əvvəllərində keçirilmiş beynəlxalq sərgi və baxışlarda Ordubad ipəyi 13 dəfə qızıl medalla təltif edilmişdir.
Ötən əsrin məşhur səyyahı Hacı Zeynalabdin Şirvani "Bustanüs-səyahə" kitabında yazır: "Ordubad ürəkaçan gözəl bir qəsəbədir. Ora adama fərəh verən yerdir. Onun möhkəm qalası, bol suyu və çoxlu bağları vardır. Meyvəsi bol və dadlıdır. Havası insana sağlıq verir. Adamları surətcə gözəldir."
Hazırda Şərq aləminin canlı muzeyi hesab olunan Ordubad öz tarixini və dünya mədəniyyətinə bəxş etdiyi töhfələri ləyaqətlə qoruyaraq nəsillərdən-nəsillərə ötürür.
Mədəniyyəti
redaktəOrdubad dünyada ən qədim insan məskənlərindən vı bəşəriyyətin yaranma ocaqlarından biri sayılır. Gəmiqaya Ordubad rayonu ərazisində – Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə yerləşir. Yal-çın, şiş qayalı zirvəsi daim qarla, ağ buludlarla örtülü olan bu dağ Naxçıvanm hər yerindən aydın görünür. Təbiətin möcüzəli biçimində yaranmış Gəmiqaya, uzaqdan mavi səma fonunda bir növ dərin ümmanlara baş vurub üzən nəhəng gəmiyə bənzəyir. Kim bilir, bəlkə də ulu nəsillər belə zahiri oxşarlığa əsasən Qapıcıq zirvəsinə (Naxçıvan MR ərazisinin ən yüksək nöqtəsi – 3904 m) Gəmiqaya adı vermişlər.
Orta əsr şəhər quruluşunu tamamilə qoruyub saxlayan Ordubad 1977-ci ildə qoruq şəhəri elan edilmişdir. Qoruq şəhəri Nizami küçəsi ilə Füzuli küçəsinin kesişdiyi yerdən başlayaraq şəhərin əsas küçələrini əhatə edir. Bu şəhərin tarixinə nəzər salarkən görürük ki, şəhər əsasən 5 böyük zonadan ibarətdir:
- 1."Üçtürləngə"(Üçtürləngə küçəsi)
- 2."Kürdatal" (Əkbər Ağayev və M. Füzuli küçələri)
- 3."Ambaras" (İbrahim Əbilov və Babək küçələri)
- 4."Mingis" (Ümbül-Leyla və indiki Mingis küçələri)
- 5."Sərşəhər" (Qaffar Babayev və Dədə Qorqud küçələri)
Bundan başqa bu zonalarda nisbətən kiçik məhəllələr vardır: "Qaraçanaq", "Dilbər", "Əngəç", "Qarahovuz başı", "Əsgərxan", "Varsan", "Körpübaşı", "Bəylər", "Meyrəmçə", "Peçi", "Düz", "Qoşqar", "Musa təngi".
Ordubad rayonu ərazisində 41 orta məktəb, 4 doqquz illik, 5 natamam orta təhsil məktəbi, 5 əlavə qeyri tədris ocaqları fəaliyyət göstərir. Rayonda bir texniki peşə məktəbi vardır. Ordubadın küçələri yelpik şəklində şəhərin mərkəzi ətrafında dövrələnmişdir. Dəmiryol vağzalını şəhərin mərkəzi ilə birləşdirən əsas magistralda inzibati binalar, əsas ticarət və mədəni-iaşə obyektləri yerləşmişdir.
Ordubadın yaşayış evlərinin memarlıq üslubu Azərbaycanın digər zonalarmm heç birində rast gəlinmir. Burada xüsusi cizgiləri ilə seçilən və əhalinin adət-ənənələrini özündə əks etdirən evlərin planı çox rəngarəng və özünəməxsusdur.
Tarixə nəzər saldıqda aydın olur ki, vaxtilə Ordubadda 100-dən çox çeşmə, kəhriz olmuşdur. Yerli əhali şəhərin mərkəzindən keçən "Dübəndi" çayından torpaq sahələrini suvarmaq üçün, bu çeşmələrin suyundan isə içmək üçün istifadə edirmiş, Ümumiyyətlə isə tarixən Ordubadda çeşmələr həmişə müqəddəs sayılmışlar. Hazırda şəhərdə 34 çeşmədən istifadə olunur. Bütün çeşmələr bir-biri ilə yeraltı yollar vasitəsilə bənd edilmişdir. Ordubadda çeşmələrin yer səthindən 3–10 m dərinlikdə yerləşdirilməsi, şəhərdə kanalizasiya qurğularının mövcudluğu, hamamlar onun mədəni səviyyəsini təsdiq edən faktlardır.
Ordubad qədim tarixi və arxeoloji abidələrlə zəngin olan bir diyardır. Burada eramızdan əvvəl II və I minilliyə aid "Xaraba Gilan" tapmtıları, e.ə. III əsrin "Gəmi Qaya" ansamblı, orta əsrlərə aid "Kilit mağara"sı, XIV əsrin yadigarları "Mingis", "Came" məscidləri, XVII əsr abidəsi "Qeysəriyyə"-Zorxana, XVIII əsrə aid "Sərşəhər", "Təkeşiyi", "Üçtürləngə" məscidləri, XIX əsrin "Ordubad hamamı" və s. abidələr ulu keçmişimizin tarixi yadigarlandır.
Ordubad şəhərində XVII əsrin orijinal tikililərindən sayılan səkkizbucaqlı günbəzli "Qeysəriyyə" ("Zorxana"), qədim mədrəsə binaları olmuşdur. Tədqiqatçıların bəzisi onun üzərindəki 1714-cü il tarixini tikilməsinin deyil, təmirinin tarixi hesab edirlər. "Buzxana", Əsarət meydanı, Pir Eyvaz türbəsi (XVIII) də şəhərin mədəni həyatının çox zəngin olmasını göstərir.
Ordubad şəhərinin mərkəzində 7 min nəfərlik Cümə məscidi qədim memarlıq abidəsi kimi indi də şəhərin qonaqlarını heyrətə salır. Onun 1275-ci ildə tikildiyi qeyd olunmuşdur. Lakin 1903-cü ildə məscid təmir edilərkən tapılmış bir kərpicin üzərində "III tarixi-hicri Ər-Rəşid" sözləri onun yaşını 500 il artırır. Məscidin giriş qapısına vurulmuş lövhədə 1607-ci ildə Şah Abbasın verdiyi xüsusi fərmanın mətni yazılmışdır. Həmin fərmanda deyilir: "Ordubadlılar əməksevər, qoçaq və işgüzar adamlardır. Nəsiri Tusinin yüksək nəslinin burada davamı üçün adı çəkilən qəsəbənin əhalisi bütün vergilərdən azad edilir."Tədqiqatçıların yazdığına görə, şəhərin Cümə məscidinin qarşısında bir neçə qəbir var. Tusinin nəvələrindən biri Mirzə Ünayət Nəsiri Tusinin qızı Şərəf xanımın qəbri də buradadır. Onun baş daşında ərəb dilində belə yazılıb: "Hamı ölməyə məhkumdur, ölməlidir".
Ordubadın Vənənd kəndindəki Cümə məscidi də qədim abidə kimi diqqətə layiqdir. Məscid 1324–1325-ci illərdə tikilmiş, 1737-ci ildə vənəndli Məhəmməd Rza tərəfindən bərpa edilmişdir. Ordubad şəhərində 3 muzey fəaliyyət göstərir:
- 1. M. S. Ordubadinin ev muzeyi – 1972-ci ildə yaranıb, 700-dən çox eksponatı var.
- 2. Akademik Y. Məmmədəliyevin ev muzeyi-1975-ci ildə yaranıb, 1800 eksponatı var.
- 3. Ordubad rayon Tarix-diyarşünaslıq muzeyi-1980-ci ilin dekabrmda yaranıb, 3500-ə qədər eksponat və fraqmentləri vardır.
Ordubadda Məlik İbrahim türbəsi, Əfqan qalası, Babək qalası, Şah dağı, Cahartac abidələri, Gürdətal məhəllə qəbirstanlığında qoç heykəlli çoxlu qəbirlərin mövcudluğu, eləcə də yaşı 2000 ildən artıq hesab edilən çinarların olması onun qədim tarixindən xəbər verən faktlar silsiləsini zənginləşdirir.
Sənətkarlıq, qaba yundan xalça, palaz, cecim, xurcun toxumaq, ipəkçilik Ordubad sakinlərinin zəhmətsevərliyinə ən yaxşı sübutdur. Ordubadda oyma, şəbəkə, xatəmkarlıq da inkişaf etmişdir. Bu şəhərdə olmuş bir ərəb səyyahının yazdığına görə, "Ordubadda düzəldilmiş və rənglənmiş ağac qablar və şəbəkə nümunələri xarici bazarda sayılan ən yaxşı mallar idi."
Hal-hazırda Ordubad şəhərində 3 böyük qəbiristanlıqdan ikisi "Qoç" və "Pireyvəz" qəbiristanlıqları sökülərək yerində başqa obyektlər tikilsə də "Maliki İbrahim" qəbiristanlığı 2 ha sahəni əhatə etməklə şəhərin yuxarı hissəsinə yaxın Qara dağın ətəklərində yerləşmişdir. Burada bir məscid binası və cənuba doğru uzanan böyük bir qəbiristanlıq vardır.
Tarixi-arxeloji abidələr və memarlıq
redaktəNaxçıvan diyarında qədim insan məskunlaşdığı əsas bölgələrdən biri olan Ordubad ərazisi uzaq Daş dövründən başlayaraq son orta əsrlərə qədərki abidələrlə zəngindir. Tivi və Nəsirvaz kəndələrindən şimal-şərqdə, Qapıcıq (Gəmiqaya) dağının cənub şərq yamacındakı Qaranquş yaylağı ərazisi Eneolit, Tunc və ilk Dəmir dövrlərində Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən biri idi. Elə həmin dövrlərdən burada iri qaya parçaları üzərində heyvan rəsimləri, ov və rəqs səhnələri, müxtəlif işarələr və damğalar həkk olunmuşdur. Gəmiqayada təsvir edilmiş (1968) qədim təsviri sənət nümunələri (bax Gəmi qaya rəsimləri) e.ə 4–1-ci minilliklərdə Azərbaycan ərazisində yaşamış qədim əhalinin həyat tərzini, dünyagörüşü, adət-ənənələrini, dini-ideoloji və estetik təfəkkürünün inkişafını izləməyə imkan verir. Qaranquş yaylağında, Gilançay vadisində Naxçıvan tayfalarının qədim yurd yerləri, yaşayış məskənləri, nekropollar, ibadətgahlar vardır. Tədqiqatlar nəticəsində e.ə. 2-ci minillikdə Gilançay vadisinin Arazboyu düzənliklə qovuşduqu ərazidə əhalinin daha sıx məskunlaşdıqı müəyyənləşdirilmişdir. Burada e.ə. 2–1-ci minilliklərə aid Sabirkənd, Plovdağ, Xarabagilan, Şomudərə, Xalı-Kaşan, Mərdangöl və s.maddi mədəniyyət qalıqlaı ilə zəngin yaşayış yerləri və nekropollar mövcuddur. Bu ərazilər Araz sahilində, eləcə də Naxçıvan çay, Əlincəçay və Gilançay vadilərində yaşamış qədim əkinçi-maldar tayfaların yaylaq yerləri olmuşdur. Ordubad ərazisində – Gilan, Biləv, Parağa, Tivi, Nəsirvaz, Xurs və s. kəndlərdə Tunc, ilk Dəmir dövrlərinə, antik dövrə, həmçinin erkən orta əsrlərə aid maddi mədəniyyət qalıqları aşkarlanmışdır. Biləv kənd yaxınlığında, Gilançayın sol sahilindəki əzəmətli kanyonun zirvəsində yerləşən abidə xalq arasında Babək qalası, Gəmiqayada Qaranquş yaylağındakı qəbiristanlıq isə babəkilərin qəbri kimi tanınır. Ordubad ərazisində orta əsrlərə aid Cümə Məscidi, Qeysəriyyə, Eyvas Türbəsi, Zorxana və s. tarixi memarlıq abidələri var. Bu abidələr memarlıq sənətinin, inşaat texnikasının müstəsna dəyərli nümunələri olmaqla yanaşı, həm də gözəl sənət əsərləridir. Dər kəndində türbə(14 əsr), Əylis kəndində Şah Abbas məscidi (16 əsr), Dəstə , Dırnıs, Gənzə, Vənənd kəndlərində məscidlə(18–19 əsrlər) orta əsrlərə aid Düylün, Aza, Malik İbrahim, Xanağa, Nüs-nüs pirləri, Unus və Aşağı Əylis kəndlərində məbəd (hər ikisi 17 əsrə aiddir), Aza körpüsü(orta əsr) vardır və mühafizə olunurlar. Ordubad ərazisində mühüm elmi və tarixi əhəmiyyət kəsb edən nadir abidələr yenidənqurma və tikinti işləri nəticəsində əsaslı surətdə təmir və bərpa edilmişdir
Əhalisi
redaktəƏhalinin orta sıxlığı hər km2-də 50 nəfərdir. 2016-cı ilin əvvəlində rayonda olan əhalinin 11,1 min nəfəri (22,6%-i) şəhərlərdə, 38,1 min nəfəri (77,4%) kəndlərdə yaşamışdır. Rayonda yerləşən Parağaçay (87 nəfər), və Şəhriyar (329 nəfər) qəsəbələrində əhalinin sayı azdır, Ağdərə qəsəbəsində isə daimi əhali yoxdur (2009). Dəstə (4629 nəfər), Vənənd (2455 nəfər) və Nüsnüs (2031 nəfər) kəndlərində əhalinin sayı 2000 nəfərdən, 10 kənddə 1,0 min nəfərdən çoxdur. Əhalinin miqrasiya saldosu uzun illərdir ki, müsbət qiymət alır. 2006–2010-cu illərdə rayonda təbii artım 3,0 min nəfər, miqrasiya saldosu 0,3 min nəfər, ümumi artım 3,3 min nəfər olmuşdur. 2011–2015-ci illərdə isə bu göstəricələr müvafiq olaraq təbii artım üzrə 3,3 min nəfər, miqrasiya saldosu — 0,2 min nəfər, ümumi artım 3,1 min nəfər qeydə alınmışdır.
Təsərrüfat
redaktə2015-ci ildə Ordubad rayonunda 158,2 mln. manatlıq məhsul istehsal edilmişdir. Onların 5,4%-i (8469,7 min manat) sənayenin payına düşür. Rayonun təsərrüfatının əsasını kənd təsərrüfatı təşkil edir. Burada məhsulun əsas hissəsini əkinçilik verir. 2015-ci ildə istehsal edilən 31130,8 min manat kənd təsərrüfatı məhsullarının 17324,8 min manatını (55,7%) bitkiçilik, 13806,0 min manatıni (44,3%) heyvandarlıq sahələri vermişdir.
Ordubadda 20353 ha kənd təsərrüfatına yararlı torpaq vardır. Onlardan 3933 hektarı əkinlər, 460 hektarı çoxillik əkmələr, 16590 hektarı örüş və otlaqlar, 4 hektarı dincə qoyulmuş torpaqlar, 1929 hektarı həyətyanı sahələrdir. 316 ha meşə fondu vardır. Suvarılan torpaqlar 4797 ha təşkil edir, onların 3111 hektarı kənd təsərrüfatına yararlıdır, 2548 hektarı əkinlərdir. Dövlət mülkiyyətində 28720 ha, bələdiyyə mülkiyyətində 64059 ha, xüsusi mülkiyyətdə 4426 ha torpaq vardır.
Rayon ərazisində olan torpaqların suvarılması üçün çaylar, onlardan çəkilmiş kanallardan istifadə olunur.
Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 3933 ha-dır. 2000-ci ilə nisbətən əkin sahələri 1638 ha və ya 71,4% artmışdır. Ölkədə olan kənd təsərrüfatı bitkilərinin əkin sahəsinin 0,3%-i inzibati rayonun payına düşür. 2008-ci ildə rayonda 38 fərdi sahibkar olmuş, onlarda 194 işçi olmuşdur.
2015-ci ildə rayonda 2433 ha sahədə dənli və paxlalı bitkilər əkilmişdir, onların 1308 hektarını buğda əkinləri təşkil edir. Rayonda 672 ha sahədə tərəvəz, 705 ha sahədə meyvə və giləmeyvə (598 ha bar verən yaşda), 40 ha sahədə bostan, 574 ha-da kartof əkinləri olmuşdur. Üzüm bağları 4 ha, bar verən yaşda 4 ha-dır. Əsas bitkiçilik məhsullarının istehsalı: dənli və dənli-paxlalı bitkilər 6712 t, taxıl 5798 t, o cümlədən buğda 3584 t, tərəvəz 4710,7 t, bostan məhsulları 277,2 t, meyvə və giləmeyvə 4485,5 t, üzüm 282,3 t, kartof 8434 t.
2015-ci ildə rayonda 14782 baş iri buynuzlu mal-qara, o cümlədən 4886 baş inək və camış, 67,0 min baş qoyun və keçi, 140,3 min baş quş, 13564 arı ailəsi saxlanmışdır. Heyvandarlıq məhsullarının istehsalı: ət (kəsilmiş çəkidə) 1087 t, süd istehsalı 5633,6 t, yumurta 7756 min ədəd, yun istehsalı 100,5 t.
Sənaye
redaktəRayonda 2015-ci ildə 21 müəssisə fəaliyyət göstərmişdir. Sənayedə çalışan işçilərin orta sayı 634 nəfərdir. Sənaye obyektlərində əsasən rayon ərazisində becərilən kənd təsərrüfatı məhsulları emal olunur. 2015-ci ildə istehsal olunan sənaye məhsullarının həcmi 8469,7 min manat təşkil etmişdir. Onun miqdarı 2005-ci ildə istehsal edilən məhsullarından (1764,2 min manat) 4,8 dəfə çoxdur.
Nəqliyyat və rabitə
redaktəRayonda dəmir yolu xətlərinin uzunluğu 37 km-dir. Aza, Dəstə, Ordubad, salaməlik və Zərəng əsas dəmir yolu stansiyalarıdır. Respublika əhəmiyyətli Naxçıvan-Ordubad avtomobil yolu rayonun ərazisindən keçir, uzunluğu 110 km-dir. Onun Culfa rayonundan Ordubad şəhərinə qədər olan hissəsi 25 km-ə çatır.
Rayon ərazisindən kəndlərə gedən avtomobil yolları I kateqoriyaya aiddir. Onlara Ordubad – Nüsnüs (5 km), Ordubad — Gənzə (6 km), Ordubad – Əylis (9 km), Ordubad – Kotam (5 km), Ordubad — Dəstə (11 km), Ordubad — Pəzməri (37 km), Ordubad — Məzrə (33 km), Ordubad — Azadkənd (19 km), Ordubad – Nürgüt (62 km), Ordubad-Parağaçay (54 km), Ordubad – Tivi (50 km) yolları aiddir. Kəndarası magistral yollar da bura daxildir. Bundan başqa bir çox kəndlərdə, eləcə də Şəhriyar, Parağaçay, Ağdərə qəsəbələrində II kateqoriyalı keçid yolları vardır ki, bunların uzunluğu birlikdə 248-km-dir.
Əhalinin təbii qazla təminatı üçün bütün yaşayış məntəqələrinə qaz kəmərlərı şəbəkəsi çəkilmişdir.
2015-ci ildə rayonda avtomobil nəqliyyatı ilə 1469,0 min t yük, 8704,5 min nəfər sərnişin daşınmışdır. Bunlar müvafiq olaraq 2001-ci ilə nisbətən yükdaşımalar üzrə (489,4 min t) 3,0 dəfə, sərnişin daşınması üzrə (3519,6 min nəfər) 2,5 dəfə, 2010-cu ilə nisbətən yükdaşımalar üzrə 130,2%, sərnişin daşınması üzrə 129,1% çox olmuşdur. Bu sahədə göstərilən xidmətlərin həcmi 3374,8 min manat, 2015-ci ildə 4419,0 min manat olmuşdur.
Rayonda 3779 avtomobil nəqliyyatı vasitəsi, o cümlədən 923 yük avtomobili, 81 avtobus, 2615 şəxsi minik avtomobili vardır. 26 poçt şöbəsi fəaliyyət göstərir. Hər 100 ailəyə 57 telefon düşür.
Ticarət
redaktəPərakəndə əmtəə dövriyyəsi 2007-ci ildə 46886,8 min manat, əhaliyə göstərilən pullu xidmətlər 9846,6 min manat, hər nəfərə görə 97,72 manat olmuşdur. Onların 1586,4 min manatı məişət xidmətlərinin payına düşür (hər nəfərə 15,74 manat).
Tikinti
redaktəRayonda fəaliyyət göstərən 14 tikinti təşkilatlarında 697 nəfər çalışır. Əsas kapitala yönəldilən investisiyalar 5986,7 min manat təşkil etmişdir. Bu il 4952,9 min manatlıq əsas fondlar istifadəyə verilmişdir.
# | Bələdiyyələrin adı | Hər bələdiyyə üzrə əhalinin sayı |
---|---|---|
1 | Ordubad şəhər bələdiyyəsi | 1923 |
2 | Dəstə kənd bələdiyyəsi | 4282 |
3 | Vənənd kənd bələdiyyəsi | 2337 |
4 | Yuxarı Əylis kənd bələdiyyəsi | 1906 |
5 | Nüsnüs kənd bələdiyyəsi | 1892 |
6 | Dırnıs kənd bələdiyyəsi | 1467 |
7 | Gənzə kənd bələdiyyəsi | 1360 |
8 | Tivi kənd bələdiyyəsi | 1343 |
9 | Biləv kənd bələdiyyəsi | 1197 |
10 | Üstüpü kənd bələdiyyəsi | 1195 |
11 | Azadkənd kənd bələdiyyəsi | 1096 |
12 | Sabirkənd kənd bələdiyyəsi | 1024 |
13 | Aşağı Əylis kənd bələdiyyəsi | 992 |
14 | Yuxarı Əndəmic kənd bələdiyyəsi | 967 |
15 | Aşağı Əndəmic kənd bələdiyyəsi | 810 |
16 | Düylün kənd bələdiyyəsi | 787 |
17 | Unus kənd bələdiyyəsi | 733 |
18 | Xanağa kənd bələdiyyəsi | 662 |
19 | Behrud kənd bələdiyyəsi | 520 |
20 | Çənnəb kənd bələdiyyəsi | 507 |
21 | Darkənd kənd bələdiyyəsi | 484 |
22 | Baş Dizə kənd bələdiyyəsi | 483 |
23 | Bist kənd bələdiyyəsi | 479 |
24 | Kələki kənd bələdiyyəsi | 470 |
25 | Qoşadizə kənd bələdiyyəsi | 467 |
26 | Vələver kənd bələdiyyəsi | 503 |
27 | Anaqut kənd bələdiyyəsi | 432 |
28 | Başkənd kənd bələdiyyəsi | 414 |
29 | Aza kənd bələdiyyəsi | 407 |
30 | Kotam kənd bələdiyyəsi | 390 |
31 | Dizə kənd bələdiyyəsi | 339 |
32 | Şəhriyar qəsəbə bələdiyyəsi | 309 |
33 | Parağa kənd bələdiyyəsi | 300 |
34 | Ağrı kənd bələdiyyəsi | 290 |
35 | Gilançay kənd bələdiyyəsi | 286 |
36 | Kələntər Dizə kənd bələdiyyəsi | 236 |
37 | Anabad kənd bələdiyyəsi | 211 |
38 | Qoruqlar kənd bələdiyyəsi | 183 |
39 | Pəzməri kənd bələdiyyəsi | 158 |
40 | Xurs kənd bələdiyyəsi | 155 |
41 | Nəsirvaz kənd bələdiyyəsi | 154 |
42 | Məzrə kənd bələdiyyəsi | 139 |
43 | Ələhi kənd bələdiyyəsi | 132 |
44 | Nürgüç kənd bələdiyyəsi | 131 |
45 | Parağaçay kənd bələdiyyəsi | 88 |
46 | Cəmi | 32671 |
Tanınmış şəxsləri
redaktə- Nəsirəddin Tusi
- Əbülfəz Elçibəy
- Fərəc Quliyev
- Fəqir Ordubadi
- İbrahim Əbilov
- Məmməd Səid Ordubadi
- Məhəmməd Tağı Sidqi
- Yusif Məmmədəliyev
- Qüdsi Vənəndi
- Usta Zeynal Nəqqaş
- Nizami Mehdiyev
- Nəsir Məmmədov
- Fərhad Zeynalov
- Aydın Kazımzadə
- Ramiz Abutalıbov
- Əliyar Səfərli
- Musa Rüstəmov
- Nuriyyə Hüseynova
- Rüstəm Behrudi
- Vəli Hüseynov
Həmçinin bax
redaktəMənbə
redaktəİstinadlar
redaktə Ordubad rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |